Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5235/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Rüstəm qızının, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarşı 24.09.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan seriya RX ******* çıxarışın ləğv edilməsi və cavabdehlər Cavabdeh1 Qazma kəndində zəbt olunmu ş həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1025/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.Q.Səlimov) iddiaçılar İddiaçı1, İddiaçı2 Rüstəm qızının, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarşı 24.09.2018ci il tarixli, qeydiyyat nömrəsi ********** olan seriya RX ******* çıxarışın ləğv edilməsi və cavabdehlər Cavabdeh1 Qazma kəndində zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması tə ləbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.08.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 1,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1025/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və G.Q.Abbasov) Cavabdeh 1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 Rüstəm qızı, İddiaçı2, İddiaçı3 Rüstəm qızı və İddiaçı4 Əziz qızı cavabdehlər Cavabdeh1 na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, 24.09.2018-ci il tarixli, RX seriyalı, 1378922 nömrəli çıxarışın ləğv edilməsi və Cavabdeh1 nun zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 Rüstəm qızı, İddiaçı2, İddiaçı3 Rüstəm qızı, İddiaçı4 Əziz qızı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(019)- 1016/2018 saylı qətnaməsi ilə Cavabdeh1 onlara qarşı Balakən rayonu Qazma kəndində yerləşən JN-1072 KOD *** olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onların mülkiyyətinə verilmiş 1.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsinə dair iddiası təmin edilmişdir. Balakən Rayon Məhkəməsinin həmin qətnaməsi əsasında Cavabdeh1 24.08.2018-ci il tarixli, qeydiyyat nömrəsi **********, seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Şəki Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(019)-1016/20018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə Cavabdeh1 1.25 ha pay torpaq sahəsinə alqısatqı müqaviləsinin bağlanması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Belə olan halda 13 iyul 2018-ci il tarixli, 2(019)-1016/20018 saylı qətnamə əsasında verilmiş 24.08.2018-ci il tarixli, qeydiyyat nömrəsi **********, seriya RX ******* çıxarış dərhal ləğv edilməlidir və cavabdeh onların mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Cavabdeh1 həmin qətnamədən Ali Məh kəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X6 kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmi şdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Rüstəm qızı, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilm əməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə edilmiş JN1072 KOD *** olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən X2, İddiaçı4, İddiaçı2, X1 və X5 1.56 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 24.09.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ba lakən rayonu, Qazma kəndi ərazisində 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(019)-1016/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı4, İddiaçı2, X1 və İddiaçı3 qarşı 1.25 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdehlər İddiaçı4, İddiaçı2, X4 və İddiaçı3 arasında Balakən rayonunun Qazma kəndində yerləşən JN-1072 KOD *** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.59 ha pay torpaq sahəsindən 1072 nömrəli cizgidə göstərilmiş 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(107)-1669/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə cavabdehlər İddiaçı4, İddiaçı2, X3 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(019)1016/2018 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı Cavabdeh1 Məhməmməd oğlunun cavabdehlər İddiaçı4, İddiaçı2 Əziz qızına, X1 və İddiaçı3 qarşı 1.25 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)7095/2019 nömrəli, 06 noyabr 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin olunmamış, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(107)- 1669/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. -2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasi bətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. -2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. -4-cü maddəsinə görə əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. -14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi, qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunverici likdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-cü maddəsinə görə sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb e də bilər. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, mübahisəli torpaq sahəsinə onun adına verilmiş RX seriyalı, ******* saylı reyestrdən çıxarış Balakən Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(019)-1016/2018 saylı qətnaməsi əsasında hazırkı iş üzrə iddiaçılarla aralarında 1.25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edildikdən sonra ona verilmişdir. Yəni, həmin çıxarışı qanuni əsaslarla əldə etmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, RX seriyalı ******* saylı reyestrdən çıxarışın verilməsinə əsas olmuş Balakən Rayon Məhkəməsinin 13 iyul 2018- ci il tarixli, 2(019)-1016/2018 saylı qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilmiş və həmin məhkəmə aktları qanuni qüvvəsin i almışdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr ba xımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1025/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5235/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5235/2020
10.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver