Məhkəmə qərarları › İş №2(102)-5236/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5236/2019

22.08.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5236/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, X28 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, vəkili Hüseynova Nigar Aydın qızının, Cavabdeh9, vəkili Əzizov Azər Mirzə oğlunun iştirakı ilə, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi ilə (hakim N.Abıyev) ilk iddianın qismən təmin edilməsi, ünvan 1 mənzilinə dair X5 adına 28 oktyabr 1990-cı il tarixdə verilmiş 684 saylı orderin etibarsız hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı uşaqları X10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1 mənzilinə olan qeydiyyatlarının etibarsız hesab edilməsi, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı uşaqları X10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1 mənzilindən çıxarılmalar, ilkin iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 İddiaçı qarşı mənzilə yaşayış hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli, 2(105)-2027/2018 saylı qətnaməsi ilə (hakimlər: G.Tağızadə, A.Hüseynov və T.Quliyev) Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(102)-6243/2018 saylı qərarı ilə (hakimlər: Q.Allahverdiyev, İ.Xələfov və Ə.Şadıyev) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsi ilə ( hakimlər: T.Məmmədov, Ş.Abasov və A.Abbasov) Abşeron Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(012)-3597/2018 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Ca vabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qarşılıqlı iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 ünvan 2 saylı mənzilinə yaşayış hüquqları tanınmişdır, ilkin iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, C avabdeh3, Cavabdeh4, Cavabdeh5, X10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1 mənzilinə olan qeydiyyatlarının etibarsız hesab edilməsi, həmin şəxslərin və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh9 mənzildən çıxarılmaları barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X5 adına 28 oktyabr 1990-cı il tarixdə verilmiş 684 saylı orderin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9 və onların azyaşlı uşaqları X10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1 mənzilinə olan qeydiyyatlarının etibarsız hesab edilməklə, onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabde h1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi və onların mübahisəli mənzilə yaşayış hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh9 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh9 1992-ci ildə mərhum əri X16 ilə Rusiya Federasiyasından Sumqayıt şəhərinə gəlib X6 5.000 manata mübahisəli Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi, 24 saylı evdə yerləşən 2 saylı mənzili alması” cümləsində 1992-ci ilin 1990-cı il kimi qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəl illəri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili Hüseynova Nigar Aydın qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh9 və vəkili Əzizov Azər Mirzə oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cav abdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını, cavabdehi, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 28.10.1965-ci il tarixli, 614 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi, 24 saylı evin, sahəsi 24 kv.metr olan 2 otaqlı 2 saylı mənzili 5 nəfər ailə tərkibində (özü, arvadı V.A.Çerniş, qızı V.A.Çerniş, oğlanları V.A.Çerniş və A.A.Çernişin) X18 verilmişdir. İş materiallarında olan 28.10.1990-cı il tarixli, 684 saylı orderin surətindən görünür ki, ünvan 1 5 nəfər tərkibində (özü, arvadı Cavabdeh9 və oğlanları Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2) X8 verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 30 aprel 2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, V.M.Tirova 11 oktyabr 1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 06 dekabr 2013-cü il tarixli, 17/18-2973 say lı arayışın surətindən görünür ki, X19 18.12.1994-cü ildə 3 saylı istintaq təcridxanasından 1 saylı cəzaçəkmə müəssisəsinə qəbul edilmiş və 01.12.1996-cı ildə orada vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 10.07.2003cü il tarixli, 177 saylı sərəncamının surətindən görünür ki, X16 27 mart 1990-cı ildə anadan olmuş X4 qəyyumu təyin edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05 aprel 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 03.11.2017-ci il tarixli, 1853 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır, ailə tərkibi 2014-cü il təvəllüdlü oğlu X22 oğlu və 2011-ci il təvəllüdlü qızı X2 ibarətdir. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 05.01.2018-ci il tarixli, ******* saylı arayışdan görünür ki, ünvan 1 X22 oğlu, X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X21, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 21.11.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş Cavabdeh9 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt bələdiyyəsi 50-53-cü məhəllə üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 31.01.2018-ci il tarixli, 8 saylı ai lə tərkibi haqqında arayışdan görünür ki, x4 ünvan 2 yaşayır, ailə tərkibi arvadı İddiaçı, oğlu X22 oğlundan və qızı X2 ibarətdir. İş materiallarında olan ünvan 1 mənzilində yaşayan X3, ünvan 1 mənzilində yaşayan x4, ünvan 1 mənzilində yaşayan x4 və ünvan 1 evdə yaşayan x6 iştirakı ilə tərtib edilərək Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 01.02.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X17, onun mərhum həyat yoldaşı xx.xx.1957-ci il təvəllüdlü X16, övladları xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1990-cı il təvəllüdlü X11 və onların qəyyumluğa götürdüyü xx.xx.1990-cı il təvəllüdlü X13 ünvan 1 qeydiyyatdadırlar. X13 təxminən 1992-ci ildən 2010-cu ilə qədər ünvan 1 yaşamışdır. X11 və X13 2010-cu ildə ailə həyatı quraraq gəlin köçmüşlər. Yaşadıqları 2 otaqlı evin, demək olar ki, təmiri yox idi. Divar və tavan suvaqları, döşəmənin taxtaları sökülmüş və dağılmış vəziyyətdə, otağa gələn elektrik enerjisinin naqilləri isə yararsız halda idi. 1994-cü ildən başlayaraq mərhum X16 öz vəsaiti hesabına otaqları təmir etmiş, əlavə olaraq 2 otaq da tikmişdir. Bu işlərin aparılmasında ev sahiblərindən başqa heç kim vəsait qoymamış və köməklik göstərməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis idarəsinin 01.03.2018-ci il tarixli, 3824 saylı məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, S.Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 şəxsiyyət vəsiqəsi almaları üçün toplanmış sənədlər arxivdə saxlanılma müddəti bitdiyi üçün yandırma yolu ilə məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 28.02.2018-ci il tarixli, 287 saylı arayışdan görünür ki, 28.10.1965-ci ildə verilmiş 614 saylı orderə əsasən ünvan 3 ünvanı X14 adınadır. Həmin order ləğv olunmamış və qüvvədədir. Hazırda qeyd olunan yaşayış mənzilində mərhum X15 nəvəsi İddiaçı və onun övladları X3, X22 oğlu qeydiyyatdadır. ünvan 3 X1 adına 28 oktyabr 1990-cı ildə verilmiş 684 nömrəli order haqqında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 14.02.2019-cu il tarixli 441 saylı arayışdan görünür ki, ünvan 2 ünvanı X15 adına qeydiyyatdadır. Xidməti kirayə haqqı və kommunal xidmət xərcləri son dəfə 22.12.2017-ci il 841562 nömrəli qəbzlə X15 adına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdehlər mübahisəli mənzildə iddiaçının babası, anası və özü ilə 1990-cı ildən birlikdə yaşamış, iddiaçı həmin mənzildən də ərə getmişdir. Mübahisəli mənzil təmirsiz olmuş, cavabdehlər öz vəsaitləri hesabına mübahisəli mənzili təmir edərək əlavə 2 otaq da tikmişlər. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideyinləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideyinlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər. Cavabdehlərin mübahisəli mənzildən çıxarılması nəticəsinə gələn apelyasiya instansiyası məhkəməsi cavabdehlərin 1990-cı ildən kirayəçi ilə birlikdə yaşayıb onunla birgə ümumi təsərrüfatı idarə etməsini, mübahisəli mənzili təmir etdirərək orada əlavə tikililər aparılmasını nəzərə almamış, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinin hazırki mübahisəyə tətbiq etməmiş, əsassız olaraq cav abdehlərin kirayəçinin ailə üzvləri olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mübahisəli mənzildən istifadə hüququ əldə etdiklərindən onların həmin mənzilə qeydiyyatları etibarsız hesab edilə və bu mənzildən çıxarıla bilməzlər. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasını n və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. İş materiallarından görünür ki, ünvan 2 saylı mənzilinə dair X5 adına order 28.10.1990-cı il tarixdə verilmiş, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassas iya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar