Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5236/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-575/2020 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Nümayəndə kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-3223/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı Yevlax rayon Qaraoğlan kəndində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. (hakim Vəzirxan Məlikov) Şəki Apelyasiya Məhkəməsinin 2(107)-38/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli, İnşallah Quliyev) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)7567/19 saylı, xx xxx xxx 2019cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-38/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-575/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi) Mirbahəddin Hüseynov, Rövşən Rəfiyev) Cavabdeh və onun vəkili Nümayəndə kassasiya şikayəti verərək, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. İşə kassasiya qaydasında baxılarkən, Cavabdeh vəkili Nümayəndə məhkəmə kollegiyasına teleqram vuraraq, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsini bildirmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 cavabdehin ölümü ilə əlaqədar iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini göstərdi. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəkilinin vəsatətini nəzərə alıb, iddiaçının vəsatətlə bağlı fikrini dinləyib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən Şəki Apelyasiya Məhkəməsinin 2(107)-575/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, vəkil Nümayəndə məhkəmə kollegiyasına teleqram vuraraq, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsini bildirmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasına faksla göndərilmiş “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il ildə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Cavabdeh qarşı iddia tələbi onun evdən çıxarılması barədədir. Göründüyü kimi, Cavabdeh qarşı iddia yalnız onun şəxsiyyəti ilə bağlıdır və buna görə də bu tələb üzrə hüquq münasibəti hüquq varisliyinə yol verilmir. Belə olan halda da qanunun tələbinə görə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 417. 1.5-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən Şəki Apelyasiya Məhkəməsinin 2(107)-575/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Mülki Prosessual Məcəllənin 416 və 417-ci maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apelyasiya Məhkəməsinin 2(107)-575/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5236/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5236/2020
23.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver