Məhkəmə qərarları › İş №2(102)-5238/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5238/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5238/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) 11.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2389/2021 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, ev 11, 45 saylı mənzil xx.xx.2015-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmiş, 3 saylı “ASAN” xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1892 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.

2. İddiaçı (bundan sonra-iddiaçı) xx.xx.2008-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən maneəsiz istifadə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanda olan mənzilin 14.4 kv.m.-dən ibarət olan bir otaq və mətbəxin vərəsəsidir. Həmçinin, həmin ünvanda pasport qeydiyyatındadır. xx.xx.1957-ci ildə həmin ünvanda anadan olmuşdur. Ondan başqa bu ünvanda atası X13, anası X8 və 2 qardaşı - Cavabdeh və X9 yaşamışlar və burada qeydiyyatda olmuşlar. 1988-ci ildə atası X5 razılığı ilə ailəsi ilə birlikdə ev növbəsinə dayanmışdır. Oğlu Rahim körpə vaxtlarından həmin evdə nənəsi ilə birlikdə yaşamış və oradan hərbi xidmətə getmişdir. Daha sonra 1989-cu ildə qardaşı Cavabdeh ailə qurmuş, 2 otaqlı mənzilin 1 otağı onlara, digər otağı isə Əfqana verilmiş və əlavə olaraq onun üçün 3 otaq da tikilmişdir. Həmçinin, həyətin ona məxsus olan girişi ayrılmışdır. Bundan sonra anası ilə qalmağa başlamışdır. Anası, oğlu Rahim, Rahimin ailəsi və o, 1 otaq-1 mətbəxdən ibarət mənzildə yaşayırdılar. Anasının vəfat etdiyi gün qardaşı Əfqan evdəki yer azlığını və adamın çoxluğunu bəhanə edərək, otaqları ortadan ayıran qapını onların xəbəri olmadan açmışdır. Anasının yas mərasiminə görə bu məsələni açmamışlar. Amma evləri ayıran qapını bağlamadılar. Anasının il mərasimi zamanı tərəflər arasında konflikt, sözsöhbət olmuşdur (evlə bağlı deyildi). 2011-ci ildə anasının ilindən bir ay sonra 33 yaşlı oğlu uzun sürən xəstəlikdən rəhmətə getdi. Oğlunun dəfn mərasiminə baş qarışıq olduğundan evlə maraqlana bilməmişdir. Daha sonra öz səhhətində böyük problemlər yaşamışdır. Bütün bunlardan istifadə edərək qardaşı Cavabdeh atasının ona pay verdiyi evi də zəbt etdi. Belə ki, öz oğlunu evləndirərək ona və ailəsinə məxsus olan evə gəlin gətirdilər. O, M ənzil Kommunal İsitsmar sahəsinə başqa bir məsələ ilə bağlı arayış üçün getmiş, orada evlərin plana düşdüyünü eşitmişdir. Evə gələrək qardaşı ilə bu barədə danışarkən o, yenə də etiraz etmədən evin “ona aid olan hissəsi sənindi” dedi və yoldaşı da onun bu fikrini təsdiqləyərək, hər şeyin yaxşı olacağını dedi. Həmin ərəfədə artıq şirkət tərəfindən vətəndaşlara sahib olacaqları yeni evləri ilə maraqlanmaları üçün məktublar gəlmişdi. Digər qardaşı Əbilov Rövşənin qızı şirkətin nümayəndəsindən ona məxsus olan məktubu istəyərkən belə bir məktubun mövcud olmadığı bildirildi. Daha sonra Asan xidmətə gedərək “Forma-2” almış, şəxsiyyət vəsiqəsini götürərək, tikintini aparan "xxxx"yə getmişdir. MTK-nın direktoru siyahıya baxaraq onun adının olmadığını bildirmiş və demişdir ki, 95 kv.m. ərazi qardaşı Əfqanın adınadır. Bundan sonra qardaşı Cavabdeh ona pay verməyəcəyini, 2 oğlunun gələcəyini düşünərək onların orada yaşayacağını bildirdi. Yoldaşı ilə bir neçə müddətdir ki, ünvan 2 ünvanında yerləşən, 40 kv.m.lik evdə qızı X3 evində yaşayır. O və yoldaşından başqa, qızı öz ailə üzvləri- yoldaşı və 3 qızı ilə burada yaşayır. Belə şəraitdə yaşamaq çox çətindi. O, öz haqqı olanı, yəni daimi yaşadığı mənzilə, atanın və ananın ona ayırdığı hissəyə köçürülməsini istəyir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4425/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilməmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı X4 xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, ev 11, 45 saylı mənzili a lması nəticəsində mübahisəli mənzildən köçməklə həmin mənzilə olan istifadə hüququnu itirmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 60, 87-ca maddələrini, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nətic ədə qətnamə Mülki Məcəllənin müvafiq normalarının, tələblərinin pozulması ilə qəbul edilmişdir.

10. Apellyasiya icraatı zamanı yerində müayinə (baxış) zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsində iddiaçının əvvəllər yaşamasını iddia etdiyi sahədə faktiki olaraq cavabdehin oğlu X12 ailəsi ilə yaşayı, iddiaçının həmin sahədə hər hansı əşyası müəyyən olunmamışdır.

11. Yerində müayinə zamanı X12 şahid qismində ifadə verərək göstərmişdir ki, iddiaçı onun bibisi, cavabdeh isə atasıdır. Kiçik yaşlarından etibarən iddiaçını orada yaşayan görməmiş, iddiaçı ailə həyatı quraraq oradan köçmüşdür. İddiaçının özünün ailəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, ev 11, mənzil 45-də yaşadığını, o, hələ uşaq olanda iddiaçının yaşadığı həmin ünvana qonaq kimi gedib-gəldiyini, i ddiaçının uşaqları, yəni onun bibisi uşaqları da həmin ərazidə (Nərimanov rayonunda) məktəbə getdiklərini bildirmişdir.

12. Bununla yanaşı, yerində müayinə zamanı şahid qismində ifadə vermiş qonşular (X6, X2) bildirmişlər ki, cavabdehi və onun ailə üzvlərini tanıdıqlarınır, yaxın qonşu olduqlarını, iddiaçını tanımıdadıqlarını, onun mübahisə predmeti olan ünvanda yaşadığını görmədiklərini bildirmişlər.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2389/22 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmış, o, yaşayış sahəsinə istifadə hüququnu itirmişdir. İddiaçının bildirdiyi hallar, yəni son bir-neçə ilədək mübahisəli yaşayış sahəsində yaşaması, sonradan yaşadığı sahəsinin cavabdeh tərəfindən zəbt olunması və s. məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İddiaçının özü də bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 60, 87-ca maddələrini, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsini, 1-ci maddəsinin 2-ci hissəsini, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-c ü bəndini, Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq işin hallarına istinad edilməklə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli mənzil ünvan 4 ünvandakı mənzil şəxsi mülkiyyət deyildir, Cavabdeh həmin mənzildə mülkiyyətçi deyildir, həm iddiaçı həm cavabdeh bacı-qardaşdır və hər ikisi mübahisəli mənzildə doğulmuş, böyümüş və ailə qurmuşlar. Hazırda onların hər ikisinin eyni istifadə hüquqları ilə yaşadıqları m ənzilə buraxmır. Bu səbəbdən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilən istifadə hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi 19. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Ar Mənzil Məcəlləsi Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzrvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsin ə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

20. Maddə

60. İcarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qa nuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutu lmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məh kəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2389/2021 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar