Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5239/2020 09.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbi və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa; əmək mübahisələrində iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1197/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzr ə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın xx xxxx 2015-ci il tarixli 06 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmişdir. 2. xx.xx.2015-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsi xx xxxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək bağlanmışdır. 3.Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın xx xxxx 2017-ci il tarixli 36 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Qə bələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri N.Apayev adına 4 saylı tam orta məktəbin direktorunun onun işdən azad edilməyi barədə verilmiş xx xxxx 2017-ci il tarixli 36 nömrəli əmrin ləğv edilməsi və həmin məktəbdə işlədiyi ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə ali təhsil almışdır. xx xxxx 2015-ci il tarixdə, 06 nömrəli əmrlə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə i btidai sinif müəllimi vəzifəsinə işə qəbul olmuşdur. xx xxxx 2017-ci il tarixdə 36 nömrəli əmrlə müddətli işlədiyi üçün işdən azad edilmişdir. Amma faktiki olaraq o, 2017- 2018-ci il tədris ilində də fənni üzrə müəllimlik etmiş, əmək haqqı almışdır. 2018-2019-cu il tədris ilində isə səhhəti ilə əlaqədar, yəni övladı xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmasına görə pedoqoji fəaliyyətini davam etdirə bilməmişdir. Hal- hazırda pedoqoji fəaliyyətini davam etdirmək istəsə də, ona müvafiq əmr olduğu üçün mümkünsüz olduğu bildirilmişdir. Hesab edir ki, həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötürənin onunla bağladığı müddətli əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən ki fayət qədər əsaslar vardır. İşəgötürən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi müvəqqəti bağlanmış müqavilə göstərilmişdir. Həmin müqavilənin nömrəsi, tarixi barəd ə heç bir məlumat verilməmişdir. Həmçinin, xx xxxx 2017-ci il tarixli, 36 nömrəli əmrin surəti ona xx xxxxxx 2019-cu il tarixdə müraciətindən sonra verilmişdir. 6.Qəbələ Rayon Məhkəməsinin (hаkim Elman İsayev) xx xxxxxx 2020-ci il tarixli 2(025)263/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı “işə bərpa” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 7.Məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə tətqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. 8.İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat 9.İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçi hakim V.İ.Məlikov, hakimlər R.R.Rəfiyev və M.A.Əsədli) xx xxxx 2020-ci il tarixli 2(107)-1197/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apely asiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 10.Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfindən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb tərəfindən imzalanmış xx xxxx 2017-ci il tarixli əmrin surətini xx xxxxxx 2019-cu il tarixdə alması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. 11.İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-1197/2020 saylı qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkə məsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin qətnamələrindən də göründüyü kimi, cavabdehlər iddia müddətinin tətbiqinə dair ərizəni məhkəməyə təqdim etmədiyi halda məhkəmələr əsassız olaraq iş üzrə iddia müddətini tətbiq etmiş, cavabdehlərin lehinə və ya xeyrinə əsassız və qanunsuz qətnamələr qəbul etmiş, iddianı rədd etmişlər. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edirlər ki, əmrin surəti vaxtında verilmədiyi üçün əmrdən xəbəri olmamışdır. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublika sının Mülki Məcəlləsi: 15.Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 16.Maddə 372.2 Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 17.Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 18.Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının ƏməkMəcəlləsi: 19.Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 20.Maddə 296.3 Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 21.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 23.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 24.Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 25.Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 26.Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri 27.Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qi ymət vermir (§23). 28.Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§24). 29.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§23). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 30.İş üzrə İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiklərindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiyaməhkəməsinin hazırki iş üzrəqəbuletdiyiqətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə riayət etməmişdir (§17). Belə ki, istinad edilən maddi hüquq normasından göründüyü kimi, iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi üçün iddia müddətinin tətbiqinə dair cavabd eh tərəfin ərizəsinin olması mütləq şərtdir. Hazırki halda isə cavabdehlərin heç birinin belə bir ərizəsinin olmasına baxmayaraq, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. 32.Apelyasiya instansiyası məhkəməsi İddiaçı cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru tərəfindən onun əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2017-ci il tarixli 36 saylı əmrin surətini xx xxxxxx 2019-cu il tarixdə alması ilə bağlı dəlili ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı artıq əmək fəaliyyətini davam etdirməsini 2 ildən artıq müddətdə əmək haqqı almadığı təqdirdə əmək hüquqlarının pozulub-pozulmamasını bilməli idi. 33.Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilik iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur (§17). Lakin iş materiallarında cavabdehlərin hər hansı biri tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyi müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla əsassız qətnamə qəbul etmişdir. 34.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində, həmçinin qeyd edilmişdir ki, əmək müqaviləsinin bağlanması və xitam verilməsi barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazasında və məktəbin əmrlər barədə lövhəsində müvafiq surətdə öz əksini tapır, iddiaçı həmin mə lumatı almaq imkanlarından məhrum olmamışdır. 35.Məhkəmə kollegiyası həmin məsələ ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (§20). 36.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı ilə cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya verilməsi gününün müəyyən edilməsi ilə b ağlı hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, birinci instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi əsası ilə iddianın təmin edilməməsi barədə qətnaməsini dəyişdirmədən saxlamışdır. 37.Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verilməklə qəbul edildiyindən ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, əmək müqaviləsinə müddətin keçmsi əsası ilə xitamının qanuniliyinə qiymət verməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. 38.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1197/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.