Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-524/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh, üçüncü şəxs Bərdə Regional "Asan Xidmət" mərkəzinin Notariat ofisinə qarşı ilk, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması, ödənilmiş pul və zərər tələbi, tələbin hüquqi əsası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpağın geri qaytarılması” barədə ilk, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı “torpağın satışı və münbitləşməsi üçün xərclədiyi vəsaitin, mənəvi zərərin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-463/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-109 kod 61023058 saylı Dövlət Aktına əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə Bərdə rayon Q ullar kənd sakini İddiaçı1 qızının, X2, İddiaçı2, İddiaçı3 Etibar qızının və X1 mülkiyyətinə 1.44 ha torpaq sahəsi verilmişdir.
2. X4 xx.xx.2006-cı ildə ölmüşdür.
3. İddiaçı1 AN-İ № ******* saylı, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, ünvan 1ndə yerləşən ümumi sahəsi 1.4436 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özünə məxsus olan 0.57744 ha hissəsini Cavabdeh 2500 manata satmışdır.
4. İddiaçı2, İddiaçı3 Etibar qızı və İddiaçı4 da AN-İ № ******* saylı, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 1ndə yerləşən ümumi sahəsi 1.4436 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissələrini – İddiaçı2 1/5 hissə, 0.28872 ha, İddiaçı3 Etibar qızı 1/5 hissə, 0.28872 ha və İddiaçı4 1/5 hissə, 0.28872 ha – Cavabdeh 3500 manata satmışlar.
5. Mübahisə həmin alqı-satqı müqavilələrinin etibarsız olması ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 (bundan sonra – “iddiaçılar”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək, cavabdehlə Bərdə regional ASAN Xidmət mərkəzində notariat kontorunda 19 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-115 nömrə ilə qeyd edilən AN-İ ******* nömrəli, reyestrdə 4Ə-114 nömrə ilə qeyd edilən AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq sahəsinin geri qaytarılması və naturada onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi onun la əsaslandırılmışdır ki, Bərdə rayon X3 xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçılara ailə olaraq 1.44 hektar pay torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında JN 109, KOD 61023058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Mülkiyyətçilərdən X4 ölmüşdür.
8. Torpaq sahəsini iddiaçılar özləri əkib becərmişlər. Daha sonra iddiaçılar cavabdehlə torpaq sahəsinin alqı-satqısı barədə sövdələşərək həmin torpaq sahəsini cavabdehə cəmi 7000 manata satmağa razılaşmışlar. Cavabdeh alqı-satqını rəsmiləşdirdikdən sonra pulu verəcəyini söz vermişdir. İddiaçılar xx.xx.2021-ci ildə Bərdə Regional “ASAN Xidmət” mərkəzində cavabdehlə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilələr bağlanarkən cavabdeh satıcı kimi iddiaçılara ödənilməsi üçün notariusun bankda olan de pozit hesabına pul qoymamışdır. Cavabdeh iddiaçıları aldadaraq pulu axşam evlərinə gətirib verəcəyinə söz vermiş, lakin cavabdeh pulu gətirməmişdir.
9. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 146.1, 146.2, 324.1, 337.1, 339.2, 339.3 və 567-ci maddələrinə istinad etmişlər.
10. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək, ilk iddia tələbinin rədd edilməsi, iddiaçılardan 8700 manat məbləğində torpağın satışı ilə bağlı ödəmiş olduğu məbləğin, 3000 manat torpağın münbitləşdirilməsi üçün xərclədiyi vəsaitin və 10000 manat mənəvi zərərin tutulması, hər iki tələbin eyni vaxtda icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onula əsaslandırlıb ki, ünvan 1ndə yerləşən 1.4436 ha torpaq sahəsini iddiaçılar cavabdehə cəmi 6000 manata rəsmən sa tıblar.
12. Həmçinin İddiaçı1 digər mülkiyyətçilərin də razılığı ilə qeyd olunan torpaq sahəsini xx.xx.2012-ci il tarixdə də cavabdehə 2700 manata satmışdır. Həmin vaxt bələdiyyə sədrinin imzası ilə öz aralarında müqavilə bağlanmışdır. Cavabdeh alqı-satqı müqaviləsini sənədləşdirməyi dəfələrlə tələb etsə də, iddiaçılar gələcəkdə müqavilə bağlayacaqlarını vəd edərək, cavabdehi aldatmışlar. Daha sonra, İddiaçı1 2020-ci ildə torpağı ucuz satdığını bildirərək, cavabdehdən sənədləşmənin aparılacağı üçün əlavə 6000 manat da pul almışdır. Beləliklə, 1.4 ha torpaq sahəsi cavabdehə iki dəfə satılıb: birinci dəfə 2700 manata, ikinci dəfə isə 6000 manata.
13. Cavabdeh həm də torpağa aqrotexniki qulluq etmiş 50 maşın peyin tökmüşdür. Hər maşına 50 manat pul vermişdir. Bu da 2500 manat pul edir. Fəhlə qüvvəsindən də istifadə etdiyi üçün torpağın münbitləşməsinə cəmi 3000 manat pul xərcləmişdir. Bundan əlavə, iddiaçılar cavabdehə mənəvi zərər də vurmuşlar ki, mənəvi zərərin də əvəzini cavabdeh 10000 manat qiymətləndirir.
14. İddiaçı1 birinci instansiya məhkəməsinə ərizə verərək göstərib ki, cavabdeh tərəfindən pay torpağının əkib-becərilməsi üçün cavabdehdən 2500 manat pul alıb, 200 manat dəyərində də cavabdeh ona otaq qapısı düzəldib.
15. Bərdə Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(021)-900/2021 nömrəli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilib. (hakim Qamət Əbilov)
16. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, tərəflərin izahatına əsasən müəyyən edib ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə Bərdə rayonunun Qullar kəndində 1.44 ha torpaq sahəsi iddiaçıların və X2 mülkiyyətinə verilib. Həmin torpağın 0,57744 ha hissəsini 19 yanvar 2021-ci il tarixdə İddiaçı1 2500 manata və hər birinin 0,28872 ha hissələrini Mədinə, Elnurə və İddiaçı4lar eyni tarixdə 3500 manata cavabdehə satmışlar. Həmçinin Bərdə rayon Qacar Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 11 iyul 2012-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 özünə və uşaqlarına məxsus 1,45 ha torpaq sahəsinin 45 sot hissəsini 2700 manata cavabdehə satıb.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubliasında notariat hərkətlərinin aparılması qaydaları haqqında Təlimat”a əsasən həyata keçirlimişdir. Həmin Təlimatın 160-1-ci bə ndinə görə daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Buna görə də satılar əmlakın qiymətini 5500 manatdan az satdığına görə notarisunu depozit hesabına alıcı (cavabdeh) tərəfindən pul qoyulmamışdır.
18. Birinci instansiya məhkəməsi vurğulayıb ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəziflər yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Tərəflər öz iradə ifadlərini realizə edərək mövcud alqı-satqı müqavilələrini baölayıblar.
19. Birinci instan siya məhkəməsinin mövqeyinə görə müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlnmasını zəruri şərtidir. Eyni zmanada hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüququ münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd başa düşülür. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmsi zəruridir.
20. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə göstərib ki, iddiaçılar əqdin etibarsızlığını cavabdehin vəd etdiyi pulu onlara verməməsi və aladadılmaları ilə əsaslandırıblar, aldatmanın sübutu kimi də məhkəməyə cavabdehin səs yazısı olan diski təqdim ediblər. Lakin həmin diskə baxış keçirilərkən tərəflər arasında pul danışığının olması müəyyən edilməyib. Buna görə də əqdin etibarsızlığını iddiaçılar sübut edə bilməmişlər. Belə olan halda ilk iddia tələbləri rədd olunmalıdır.
21. Həmçinin, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, ilk iddia tələbi rədd olunduğundan qarşılıqlı iddia tələbi isə təmin olunacağı təqdirdə cavabdehin (qarşılıqlı iddiaçının) əsassız varlanmasına gətirib çıxara bilər. Belə ki, həm cavabdehin xeyrinə pulun tutulması, həm də t orpaq sahəsinin cavabdehdə qalması yolverilməz haldır.
22. Birinci instansiya məhkəməsi bildirmişdir ki, 3000 manat torpağın münbitləşdirilməsi üçün xərclədiyi vəsaitin tutulması ilə bağlı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) hər hansı bir sübut təqdim etməyindən həmin tələb də təmin oluna bilməz.
23. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) mənəvi zərər çəkməsi ilə bağlı hər hansı subut təqdim etməmiş, həmin tələbi formal olaraq irəli sürmüşdür. Odur ki, mənəvi zərər tələbi də təmin oluna bilməz.
24. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, ilk və qarşılıqlı iddia tələbləri rədd olunduğundan həmin tələblərin eyni vaxtda icra edilməsi barədə qarşılıqlı iddia tələbi də təmin oluna bilməz.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 144.1, 152.1, 178.1, 324.1, 324.4, 337.1, 389.1 390.1, 405.1, 567, 1091.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
27. Apellyasiya şikayətinin dəilləri: - cavabdeh torpaq sahəsini 7000 manata almağa razılaşıb, ancaq həmin məbləği müqavilə rəsmiləşəndən sonra verəcəyini vəd edib. Cavabdeh həmkəndliləri olduğu üçün iddiaçılar bu şərtə inanıb razılıq veriblər. Notariat kontorunda cavabdeh özü notariusla danışıb, hüquqi savadla rı omadığı üçün iddiaçılar kənarda dayanıblar, yalnız imza etmək üçün onları çağırıblar. Cavabdehlər oxumadan müqaviləni imzlayıblar. Cavabdeh 7000 manat pulu axşam evə gətirəcəyinə söz versə də, pulu gətirməyib; - notarius cavabdehlə əlaqə yaradıb, depozit hesabına pul yerləşdirilməməsi üçün 2 ayrı müqavilə tərtib etmiş, bununla da cavabdehə torpaq sahəsinin alqı-satqısını notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməməsinə nail olmuşdur; - bundan əlavə, həmin 1,44 ha torpaq sahəsi ümumi mülkiyyətdə olduğu halda, müqavilədə paylı mülkiyyət kimi göstərilmiş və iddiaçıların hər birinin ayrı torpaq sahələri kimi qeyd edilmişdir; - digər şübhə doğuran fakt odur ki, AN-İ ******* nömrəli müqavilədə torpaq sahəsinin ölçüləri eyni olsa da, Cavabdeh iddiaçılar Mədinə və İdd iaçı3lardan torpaq sahəsini 1250 manata, İddiaçı4 isə 1000 manata almışdır. Pulların qeyri-bərabər bölünməsi cavabdehin iddiaçıları aldatmasını bir daha təsdiq edir; - müqavilə bağlanarkən iddiaçılardan yalnız İddiaçı1 və İddiaçı4 iştirak ediblər. Digər iki iddiaçı iştirak etməyib; - cavabdeh iddiaçıları aldatmasaydı, onlar həmin müqaviləni bağlamayacaqdılar; - notariat kontorunda cavabdehlə hər hansı müqavilə razılaşdırılması, 2 ayrı müqavilə bağlanması, yaxud pul məbləğlərinin satıcılar arasında bölünmüş kimi göstərilməsi barədə heç bir razılaşma olmayıb, notarius bu barədə iddiaçılara heç nə izah etməyib; - məhkəmə sübutlara düzgün qiymət verməyib.
28. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(104)-463/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayət i təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Azər Bayramov, Əlizamin Abdullayev)
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, ilk və qarşılıqlı iddia tələblərini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılıb: - məhkəmə t orpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətində olmasını nəzərə almayıb. Ümumi mülkiyyətdə olan torpaq sahəsinin notarius tərəfindən əsassız olaraq paylı göstərilməsi araşdırılmayib, bunun bankın depozit hesabına pulun qoyulmasından yayınma məqsədi olduğu nəzərə alınmayıb. - bundan başqa, onlar arzuldığı əqdi deyil, yanılma nəticəsində arzulamadıqları əqdi bağlamışlar. Məhkəmə isə müqaviləni yanılma nəticəsində bağladıqlarını araşdırmayaraq müvafiq maddi hüquq normasını pozmuşdur; - həmçinin apellyasiya instansiya məhkəməsi onun izahatını dinləyib digər sübutlarla bərabər yoxlamamış və qiymətləndirməmiş, göstərdiyi şahidləri məhkəmə dindirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə cavabdeh yazılı etiraz verib. Etirazın dəlilləri ondan ibarətdir ki, tərəflər öz iradə ifadələrini realizə edərək alqı-satqı müqaviləsi bağlayıblar, həmin müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyil. Hər iki instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol verməyiblər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edər ək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxı şının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində İddiaçı1 apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirsə də, tələb bölünən olduğu və digər iddiaçılar kassasiya şikayəti vermədikləri üçün məhkəmə kollegiyası qətnaməni yalnız İddiaçı1 ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə adi hissədə yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İş üzrə apellyasiya instans iyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
38. İddia tələbi əqdin (alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi əqd üzrə ödənilməli olan pulun ona verilməməsinə istinad etmişdir. Mülki Məcllənin 337.1ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
39. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, əmlakın dəyərinin İddiaçı1 ödənilməməsi barədə sübutlar işə əlavə edilməyib. Aldatmanın sübutu kimi məhkəməyə təqdim edilən cavabdehin səs yazısında isə tərəflər arasında pul danışığının olması müəyyən edilməyib. Bununla da aldadılmasının əsası kimi istinad etdiyi halı iddiaçı sübut edə bilməyib.
40. Göründüyü kimi, işin müəyyən edilmiş halına uyğun olaraq məhkəmələ r, o cümlədən apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını düzgün tətbiq etmişdir.
41. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normlarının dispoztiv şərtlərinə görə C.Əlyevanın iddiasının təmin edilməsini istisna etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hissədə sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
43. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.
44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, torpaq sahəsinin iddiaçının ümumi və ya paylı mülkiyyətində olubolmamasının araşdırılmaması hazırki işin hallarına görə əqdin etibarsızlığı ilə bağlı mübahisənin bu və ya digər formada həll edilməsi baxımından heç bir hüquqi əhəmiyyət daşımır.
45. İddiaçının arzuladığı əqdi deyil, yanılma nəticəsində arzulamadığı əqdi bağlaması barədə dəlil də qəbul edilə bilməz. Çünki bu dəlil yalnız o halda irəli sürülə bilərdi ki, iddiaçı alqı-satqı əqdini vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamış olmasına və əslində hansı əqdi bağlamaq istəməsinə istinad etmiş olardı. İşdən isə görünür ki, iddiaçı işə mahiyyəti üzrə baxan məhkəmələrə belə bir dəlil irəli sürməyib. Belə olan halda, işə mahiyyəti üzrə baxan məhkəmələrə bildirlməyən, üstəlik, işin yeni faktiki hallarının müəyyən edilməsinə yönələn dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz.
46. İddiaçının göstərdiyi şahidləri məhkəmənin dindirməməsi barədə kassasiya şikay ətinin dəlili isə iş materialları ilə təkzib edilir. Çünki iddiaçının şahid dindirilməsi ilə bağlı vəsatət verməsi işdən görünmür. Buna görə də olmayan vəsatətin təmin edilməməsi barədə dəlil əsaslı sayıla bilməz.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı1 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-463/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan