Məhkəmə qərarları › İş №2(102)-5240/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5240/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5240/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi X1 Səmədov İkram Şirinov) İddiaçı apellyasiya şikayəti ________ edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4948/2021-002 saylı 04.06.2021-ci il tarixli qətnaməsinin ______________ qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti vermişdirlər. Aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti i craata qəbul edilməməlidir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti İddiaçı tərəfindən imzalansa da onların vəkil orderi şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı, 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Odur ki, hesab edirəm ki, İddiaçı kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayə t mümkünlüyün yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi: Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar