Məhkəmə qərarları › İş №2(102)-5243/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5243/2021

25.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5243/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin əsasları, işəgötürənin əmrinin əsaslandırılması, ədalətli araşdırma hüququ, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2021-ci il i tarixli, 2(103)3016/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 22 yanvar 2019-cu il tarixli müddətsiz əmək müqaviləsi əsasında müqavilə Cavabdeh MMC-də uçuş dəstəsinin təlimatçısı - naviqator vəzifəsində işləmişdir. Cavabdeh MMC-nin Uçuşların Təhlükəsizliyi üzrə Direktorun müşaviri S.Yermak tərəfindən tərtib olunmuş 09 sentyabr 2020-ci il tarixli raportda qeyd edilmişdir ki, 22 iyul 2020-ci il tarixində şirkətin Prezidenti tərəfindən şirkətin təlimatçı-naviqatoru İddiaçı 05 sentyabr 2019-cu il tarixli Məlumat vərəqəsi əsasında araşdırma aparılmasını tapşırılmışdır. Məlumat vərəqəsi üzrə aparılan xidməti araşdırmada aşağıdakılar müəyyən edilmişdir: X1 edilməsi üzrə Təlimata əsasən “Mütləq məlumat blankı” UT üzrə sənədlərin aparılmasına, o cümlədən informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın auditinin nəticələri üzrə tədbirlərin görülməsinə görə məsuliyyət daşıyan UTİ-nin rəhbərinə vaxtında təqdim edilməmişdir. Bununla da “Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 4-cü Bölməsinin h) bəndi (“Bütün aviasiya heyəti”), 7-ci Bölməsinin 3-cü bəndi (“UTİS-in məqsəd və vəzifələri”) pozulmuşdur. UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar “Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatı nın 16-cı Bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməlidir: təlimatçı-naviqator İddiaçı “Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 14-cü Bölməsinin c) və d) bəndləri (“UT üzrə informasiyanın mühafizəsi”), 15-ci Bölməsi (“Məlumatların məxfilik prosedurları”) ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozmuşdur. Bununla da İddiaçı məlumatların məxfilik prosedurlarını və məlumatların məxfilik sistemini pozmuşdur. Cavabdeh MMC-nin Həmkarlar ittifaqı təşkilatına ünvanlanmış 23 sentyabr 2020-ci il tarixli, 908/1-ÇS/SWA/HR nömrəli təqdimatla İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə ə sasən ləğv edilməsi üçün qərar verilməsi xahiş olunmuş və MMC-nin həmkarlar ittifaqı komitəsinin 23 sentyabr 2020-ci il tarixli 01/HİK/ nömrəli məktubu ilə Hİ-nın üzvü olan İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin qərar qəbul edilməsini mümkün hesab edilmişdir. Cavabdeh MMC-nin 24 sentyabr 2020-ci il tarixli, 72-A nömrəli əmri ilə MMC-nin uçuş dəstəsinin İL-76 HG üzrə təlimatçısı İddiaçı əmək müqaviləsi 24 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 01 noyabr 2011-ci ildə Cavabdeh MMC-də 331ş nömrəli keçirilmiş olduğu “U çuş dəstəsinə İL-76 tipli HG-in təlimatçısı-naviqatoru” vəzifəsinə bərpa olunmağı, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-nin direktoru X5 tərəfindən imzalanmış 24 sentyabr 2020-ci il tarixli 72-A saylı əmr əsaslandırılmamış, tutarlı səbəb olmadan guya iddiaçının əmək müqaviləsinin öhdəliklərini və şərtlərini (Əmək müqaviləsinin 10-cu bəndinin “e” bəndi), əmək intizamı və aviaşirkətin daxili intizam qaydalarını kobud şəkildə pozulduğundan 24 sentyabr 2020-ci il tarixdən Əmək Məcəlləsinin "xxxx" bəndinə əsasən “əmək vəzifələrini kobud şəkildə pozduğuna görə” işdən azad edilmişdir. İddiaçı şirkət də 14 il qüsursuz işləmiş, bir dəfə olsun belə əmək fəaliyyəti dövründə əmək şərtlərini pozmamış və verilən tapşırıqları icra etmişdir. Rəhbərliyə onun haqqında yanlış məlumatın çatdırılması nəticəsində Əmək Məcəlləsinin "xxxx" bəndi ilə işdən çıxarılmağı barədə əmr verilmişdir. Barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(003)3369/2020 nömrəli qətnaməsi ilə (hakim Z.M.Tağıyev) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 4-cü bölməsinin (h) bəndi (“Bütün aviasiya heyəti”), 7-ci bölməsinin 3-cü bəndi (“UTİS-in məqsəd və vəzifələri”) pozulması, UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqd a uçuşların təhlükəsizliyi ilə bağlı faktlar “Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 16-cı bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməməsi, “Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 14-cü bölməsinin c) və d) bəndləri (“UT üzrə informasiyanın mühafizəsi”), 15-ci bölməsi (“Məlumatların məxfilik prosedurları”) ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozulması (məxfilik prosedurlarını və məlumatların məxfilik sistemi) halları aşkar olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçı ilə əmək müqaviləsi pozularkən Əmək Məcəlləsinin normaları və tələbləri gözlənilmiş, iddiaçı qanunsuz və əsassız ola raq işdən azad edilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edildiyindən, məcburi işburaxma müddəti ilə əlaqədar maddi ziyanın və işdən çıxarılması ilə əlaqədar mənəvi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbləri əsassızdır və rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(003)-3369/2020 nömrəli qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2021-ci il i tarixli, 2(103)-3016/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliy i və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(003)3369/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində istinad etdiyi dəlilləri sübut edə bilmədiyindən, həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2021-ci il i tarixli, 2(103)-3016/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş materialları baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisələndirilən əmrdə iddiaçının hansı əmək vəzifəsini, hansı şəraitdə və necə pozması qeyd olunmamış, həmkarlar ittifaqı təşkilatının qərarı qəbul edilərkən iddiaçının iştirakı təmin edilməmiş və izahatı alınmamış, həmkarlar ittifaqının qərarı əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə dair prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri Kassasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Resp ublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən lə ğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək səlahiyyətindədir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbeh i verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəm iyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, on da baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdı rılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin mübahisələndirilən 24 sentyabr 2020-ci il tarixli əmri aşağıdakı qaydada əsaslandırılmışdır (əmrdə yazıldığı kimi): “Cavabdeh MMC-nin Uçuşların təhlükəsizliyi üzrə direktorun müşaviri X3 09 sentyabr 2020-ci il tarixli raportuna əsasən uçuşların təhlükəsizliyi ilə bağlı konkret faktların araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh MMC və Uçuş dəstəsinin İL76 HG üzrə təlimatçı naviqatoru İddiaçı arasında bağlanan 22.01.2019 tarixli 104-19 No-li əmək müqaviləsinin öhdəlikləri və şərtləri (Əmək Məcəlləsinin 10-cu bəndinin “e” bəndi), əmək intizamı və aviaşirkətin daxili intizam qaydaları İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur.” Məhkəmə kollegiyası i zah edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə hüquq verən 2 əlaqəli, lakin müstəqil əsasları nəzərdə tutmuşdur: 1. işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və

2. Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Yuxarıda qeyd olunduğu mübahisələndirilən əmrdə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə istinad olunmuş, Məcəllənin 72-ci maddəsinin konkret əsaslarına istinad edilməmişdir. Əmrdə iddiaçının əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri və şərtləri, əmək intizamını və aviaşirkətin daxili intizam qaydalarını kobud şəkildə pozması qeyd olunmuşdur. Lakin əmrdə ƏM-nin 71-ci maddəsinin 2 və 3-cü bəndlərinin tələbləri pozulmaqla, iddiaçının qeyd olunan pozuntularının konkret nədə ifadə olunması, nə vaxt və hansı şəraitdə törədilməsi, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulubpozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulması göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şirkətin əmrdə istinad etdiyi MMC-nin təhlükəsizliyi üzrə direktorunun müşaviri X3 09 sentyabr 2020-ci il tarixli raportunda da iddiaçı tərəfindən X1 edilməsi üzrə Təlimatın bir neçə bəndlərinin pozulması nəticəsində məlumatların məxfilik prosedurlarının və məlumatların məxfilik sisteminin pozulması qeyd olunsa da, yuxarıda qeyd olunan məsələlər açıqlanmamışdır. İddiaçı iddia ərizəsind ə və apellyasiya şikayətində qeyd olunan halları məhkəmələrin nəzərinə çatdırsa da, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlamış və bir cümlə ilə apellyasiya şikayətini əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə heç bir hüquqi qiymət verilməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, cavabdeh MMC 23 sentyabr 2020-ci il tarixdə təqdimatla Cavabdeh MMC-nin həmkarlar ittifaqı təşkilatının sədrinə təqdimat ünvanlayaraq direktorun müşaviri X3 09 sentyabr 2020-ci il tarixli raportu və İddiaçı 23 sentyabr 2020-ci il tarixli izahatları əlav ə edilməklə, iddiaçı ilə əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsi planlaşdırıldığı qeyd olunmuş və bununla bağlı qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri Fərrux Sultanovun eyni tarixli məktubu ilə MMC-yə göndərilmiş qərarla işəgötürənin və ona əlavə olunan əsaslandırıcı sənədlərin əmək qanunvericiliyin tələblərinə uyğun hesab olunmaqla, əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmkarlar ittifaqı təşkilatının həmin qərarı Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq əsaslandırılmamasına, o cümlədən işəgötürənin müraciət edildiyi gündə komitə üzvlərinin toplanaraq təqdimat üzrə obyektiv qərarın qəbul edilməsinin mümkün lüyü araşdırılmamış, bununla bağlı həmkarlar ittifaqının iclas protokolunun məhkəməyə təqdim edilməsi təklif olunmamışdır. Bundan əlavə iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş mümkün pozuntunun nə vaxt törədilməsi və nədən ibarət olması konkret olaraq əmrdə göstərilməsə də, həmin əmrin qəbul edilməsi üçün əsas olmuş raportda iddiaçının tərtib etdiyi 05 sentyabr 2019-cu il tarixli məlumat vərəqəsinə istinad olunmuşdur. Yəni belə nəticəyə gəlmək olar ki, iddiaçının törətdiyi mümkün pozuntu azı 05 sentyabr 2019-cu il tarixdə, ya da ki, ondan əvvəlki tarixlərdə baş vermiş, bununla bağlı şirkətin prezidenti tərəfindən 22 iyul 2020-ci il tarixdə araşdırmanın aparılması tapşırılmış, 09 sentyabr 2020-ci il tarixdə araşdırmanın nəticəsində raport və nəhayət 24 sen tyabr 2020-ci il tarixdə işəgötürənin mübahisələndirilən əmri qəbul edilmişdir. Lakin məhkəmələr tərəfindən iddiaçı barəsində həmin əmr qəbul edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsi ilə müəyyən olunmuş müddətlərə riayət olunub-olunmaması məsələsi araşdırmamış və bu hallara hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıl arın konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunveri cilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM -nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2021-ci il i tarixli, 2(103)-3016/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar