Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5244/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X9, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 və a qızın aqarşı iddia tələbinə dair, Cavabdeh1 və Cavabdeh2 X9, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:Yaşayış sahəsindən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçılar X9, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə barədə ilk iddia tələbinə, Cavabdeh1 və Cav abdeh2 X9, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3386/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Nəzərəliyeva (Allahverdiyeva) Təranə Allahverdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdəAli Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş üzrə tərəflər iki qardaş və onların ailə üzvləridir. ünvan 1 ünvan – Razin qəsəbəsi, Neftçilər küçəsi), ev 9A, mənzil 36 ünvandakı mənzil xx.xx.1989-cu il tarixli dəyişmə orderi əsasında X7 verilmişdir. X3 ilə bərabər arvadı Hüseynova S.M, qızları Qurbanova C.V., Qurbanova X.V. və oğlu Cavabdeh1 qeyd olunmuşdur.
2. İddiaçılar İddiaçı1, onun arvadı İddiaçı2, onların oğlu İddiaçı3 həmin mənzildə qeydiyyatdadırlar.
3. X10 xx.xx.2001-ci, onun arvadı X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişlər.
4. İddiaçılar Cavabdeh1 və X2 ər-arvaddılar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar X9, İddiaçı2 və İddiaçı3 Ələskər oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 9A-da yerləşən 36 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Ələskər Qurbanovun mərhum atası X10 məlum hadisələrlə əlaqədar 1989-cu ildə Ermənistan SSR Qafan rayonundakı evlərini ün van 2 ünvanındakı mənzillə dəyişmiş, ailəliklə köçüb həmin mənzildə yaşamış, oraya qanuni qaydada pasport qeydiyyatına alınmışlar. İddiaçı X9 ailə qurduqdan sonra həyat yoldaşı İddiaçı2 həmin ünvana gəlin köçmüş və onlarla birlikdə yaşayıb ümumi təsərrüfat aparmış, pasport qeydiyyatına alınaraq mərhum atasının ailə üzvlərindən biri olmuşdur. X1 xx.xx.2020-ci il tarixdə, atası X11 isə xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Ələskər Qurbanov 2-ci qrup gözdən əlil olmaqla insult keçirmiş və yataq xəstəsidir. 2021-ci ilin iyun ayında arvadı səhhəti ilə əlaqədar olaraq onu Xaçmaz rayonuna qohumlarının yanına aparmışdır. 01 sentyabr 2021-ci il tarixdə Bakıya daimi yaşadıqları həmin mənzilə qayıtdıqda qardaşı Cavabdeh1 və arvadı Cavabdeh2 onları yaşadıqları evə buraxmamışlar.
7. Cavabdeh1 və Cav abdeh2 cavabdehlər X9, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 9A-da yerləşən 36 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, X9, İddiaçı2 və İddiaçı3 Ələskər oğlu 2014-cü ildən sözügedən mənzildə yaşamır və oradan istifadə etmirlər. Onlar mənzildən köçüb getmiş və Xaçmaz rayonu Qaracəlli kəndində daimi yaşayırlar. İddiaçı2 adına Xaçmaz rayonu Qaracəlli kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən evləri vardır. Onlar yaşayış yerləri ilə təmin olunmuşlar, daimi yaşayış yerləri vardır, bundan başqa onla rın Bakı şəhərində ayrıca evləri də vardır. Cavabdehlər uzun illər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi 9A saylı evin 36 saylı mənzilində yaşamadıqlarından mənzildən istifadə hüquqlarını itirmişlər.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8234/2021 nömrəli iş üzrə 27 dekabr 2021-ci il tarixli saylı qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, X9, İddiaçı2 və İddiaçı3 Ələskər oğlunun ünvan 3 ünvanındakı mənzildən istifadə hüquqları itirilmiş hesab edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə, “Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Qanunun 1 və 5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, və 77.1-ci maddələrinə istinadla əsasl andırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə şıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3386/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ilk iddia təmin edilmiş, X9, İddiaçı2 və İddiaçı3 Ələskər oğlunun ünvan 2 ünvanındakı mənzilə köçürülmələri, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil dövlət mənzil fondunda qalmaqla özəlləşdirilməmiş və hər hansı şəxsin mülkiyyətinə keçməmişdir. İddiaçılar 01 sentyabr 2000-ci il tarixədək olan dövrdə mübahisəli mənzilə köçüb yaşamağa başladıqlarından mübahisə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə həll edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin icarədarı Ələskər Qurbanovun atası X10 olmuş, Vəli Qurbanov öz oğlu Ələskərin və onun arvadı İddiaçı2 mənzilə köçüb yaşamasına razılıq vermiş, Ələskər Qurbanovun və İddiaçı2 1994-cü il təvəllüdlü övladları İddiaçı3 da doğulduğu vaxtdan həmin mənzildə yaşayıb pasport qeydiyyatına düşmüşdür. Mənzilə dair orderdə icarədarın ailə üzvləri sırasında rus dilində yazılmış “KurbanovA.V.” adlı şəxsin Ələskər Qurbanov, yoxsa Cavabdeh1 olması məhkəmə araşdırması zamanı mübahisə doğursa da, əvvəlki Mənzil Məcəlləsində mənzildən istifadə hüququnun yaranması nə orderdə adın qeyd olunması, nə də pasport qeydiyyatı ilə deyil, icarədarın razılığı ilə həmin mənzilə köçüb yaşamaqla şərtləşdirilirdi. Buna görə də orderdə adının qeyd olunub-olunmamasından asılı olmayaraq iddiaçıların mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır.
15. Bu hüququn itirilməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cavabdehlər iddiaçıların mübahisəli mənzildən daimi köçüb getmələrini sübuta yetirə bilməmişlər. Cavabdehlərin Xaçmaz rayonunun Qaracəlli kəndində torpaq sahəsinin və orada tikilmiş evlərinin olması əvvəllər yaşadıqları və pasport qeyd iyyatında qaldıqları mübahisəli mənzildən köçüb daimi olaraq başqa yerə getmələri barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. İddiaçı3 Ələskər oğlunun işləmək məqsədilə Qazaxıstana getməsi də onu yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Şahid qismində dindirilmişcavabdehlərin qonşusu X6 ifadəsi də Ələskər Qurbanovun daimi olaraq başqa yerə köçməsi barədə nəticəyə gəlməyə əsas vermir.
16. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehlər Cavabdeh1 və Nəzəralıyeva (Allahverdiyeva) Təranə Allahverdi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında sübuta yetirilmişdir ki, iddiaçılar uzun illərdir ki, mübahisəli mənzildə yaşamırlar, oradan istifadə etmirlər, hal-hazıradə onlar mənzildən köçüb getmişlər və Xaçmaz rayonu, Qaracəlli kəndində daimi yaşayırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı1 nümayəndəsi və vək ili kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oltyabr 2009-cu il tarixədək qüvvədə olmuş)
22. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilir lər.
23. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsin in şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı 24. “...2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şami l edilməlidir. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
38. Cavadehlər kassasiya şikayətində iddiaçıların daimi olaraq başqa yerə yaşamaq üçün getmələrini göstərmiş, lakin apellyasiya instansiyası məhkəməs i həmin hala hüquqi qiymət verərək bu halın iş materiallarına əsasən təsdiq edilmədiyini müəyyən etmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3386/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.