Məhkəmə qərarları › İş №2(102)-5248/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5248/2021

04.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5248/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 İddiaçı2 qarşı və İddiaçı2 Cavabdeh3, İddiaçı1, Cavabdeh2 ("xxxx" QSC 3cü şəxs qismində cəlb olunmaqla) qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququ əldə edilənə qədər mənzilə başqa əmlak hüquqlarının mövcud olmasının mülkiyyətçiyə məlum olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı1, İddiaçı2 vəkili Vəkil, tərcüməçi X6 iştirakı ilə, Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-107/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20.12.2016-cı ildə İddiaçı1 İddiaçı2 qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xxx saylı mənzildə yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İsmayılov X2, İddiaçı1, Cavabdeh2 ("xxxx" QSC 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqla rının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı2 iddia ərizəsinə dəqiqləşmə verərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı1 ünvan 2 ünvanında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

4. İşin mübahisə edilməyən hallarından görünür ki, xxx saylı mənzili ilkin olaraq 20.05.1994-cü il tarixdə İddiaçı1 atası X4 adına qeydiyyatdan keçmiş, sonuncu vəfat etdikdən sonra onun arvadı Cavabdeh2 17 mart 2004-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadtnamə əsasında mənzilə dair mülkiyyət hüququ barədə çıxarış əldə etmişdir. 5. 2013-cü ildə Cavabdeh2 məhkəməyə müraciət edərək İddiaçı1 xxx mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilməsinin onun həmin mənzi ldən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 mart 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilərək, cavabdeh İddiaçı1 xxx mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilməsinin onun həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir.

7. Bundan sonra Cavabdeh2 mülkiyyətində olan xxx mənzili 02 may 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə İddiaçı2 satmış. Mənzil satılarkən orada qeydiyyatda olan Cavabdeh2 ailə üzvü Cavabdeh3 notarial razılığı alınmışdır.

8. Alqı-satqı müqaviləsi əsasında İddiaçı2 mənzilə mülkiyyət hüququ 30.05.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona çıxaış ve rilmişdir. 9. 2015-ci ildə İddiaçı1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 mart 2013-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 mart 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı xxx mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə müəyyən odunmuş hal ondan ibarət olmuşdur ki, cavabdeh İddiaçı1 xxx mənzilindən istifadə hüququ vardır.

11. İş materiallarına əlavə olunmuş 137 saylı MKİS tərəfindən verilmiş arayışında göstərilir ki, İddiaçı1 xxx saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır.

12. İddiaçı1 bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən onun xxx saylı mənzilə istifadə hüququ bərpa edilmişdir. Hal-hazırda həmin mənzildə pasport qeydiyyatındadır. Lakin buna baxmayaraq, mənzilin mülkiyyətçisi - İddiaçı2 onu yaşayış sahəsinə buraxmır. Bu səbəbdən o, ayrı-ayrı şəxslərin evində və yaxud küçələrdə yaşamaq məcburiyyətində qalmışdır. Hazırda qaldığı ünvan yataqxanadır. İmkanı olmadığı üçün heç bir yerdə işləmədiyi üçün qaldığı yerdən çıxarmaq istəyirlər.

13. İddiaçı2 bildirir ki, xxx saylı mənzil 03 may 2013-cü il tarixli ipoteka və alqı-satqı müqaviləsi əsasında X1 alınmışdır. Həmin mənzil iddiaçı tərəfindən alınan zaman cavabdehlərdən yalnız Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qeydiyyatda olmuş və notariat kontorunda onların razılığı alınmışdır. İddiaçı1 isə ümumiyy ətlə həmin mənzildə qeydiyyatda olmamışdır. 03 may 2013-cü il tarixli ipoteka və alqı-satqı müqaviləsinin 2.2.2ci maddəsinə əsasən satıcı Alıcı-İpoteka qoyana üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi öz öhdəsinə götürmüşdür.

14. Cavabdeh3, Cavabdeh2 və "xxxx" QSC heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

15. Bakı şəhər Suraxanı Rayon Məhkəməsi 30 mart 2017-ci il tarixli, 2(010)767/2017 saylı qiyabi qətnaməsinə əsasən, İddiaçı1 xxx saylı mənzilə köçürülməsi qət edilmişdir.

16. Bundan sonra cavabdeh İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli qiy abi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qərardadına əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsi 30 mart 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (A.İbrahimov) 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 xxx saylı mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

19. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xxx saylı mənzili iddiaçının anası Cavabdeh2 mülkiyyətində olmuşdur. 02 may 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsiilə Cavabdeh2 bu mənzili İddia çı2 satmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 mart 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə müəyyən odunmuş hal ondan ibarət olmuşdur ki, cavabdeh İddiaçı1 xxx mənzilindən istifadə hüququ vardır.

20. Göründüyü kimi İddiaçı1 mübahisəli mənzilə istifadə hüququnun mövcudluğu qüvvədə olan məhkəmə qərarı ilə (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli saylı qətnaməsi ilə) müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı1 həmin mənzilə istifadə hüququnu əldə edərkən mənzilin mülkiyy ətçisi Cavabdeh2 olmuş, 02.05.2013-cü il tarixində isə mənzilin mülkiyyətçisi dəyişmişdir. İddiaçı1 mənzilin alqı-satqısında iştirak etməmiş, mənzildən istifadə hüququnun itirilməsinə dair notarial qaydada razılıq verməmişdir. Qüvvədə olan 27.04.2015-ci il tarixli məhkəmə qətnaməsi ilə İddiaçı1 mübahisəli mənzilə istifadə hüququ vardır.

21. Beləliklə məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnməmişdir. Belə olduğu halda İddiaçı1 istifadə hüququnun mövcud olduğu mənzilə köçürülməlidir.

22. İddia tələbinin yaşayış qaydasının müəyyən edilməsi hissəsində məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, yaşayış qaydasının müəyyən edilməsi mənzilin mülkiyyətçinin müstəs na hüququ olduğundan, iddia tələbi bu hissədə təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 24.2, 27, 228.4,, Mülki Prossesual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

24. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim S.Miriyeva) 29 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh3, İddiaçı1, Cavabdeh2nın ünvan 1 ünvanından istifadə hüququna xitam verilmişdir.

25. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı2 ilə mənzilin keçmiş mülkiyyətçisi X3 arsında 02 may 2013-cü ildə ipoteka və alqı satqı müqaviləsi bağlanmışdır. Alqı satqı müqaviləsindən də aydın olur ki, satıcı başqa şəxslərin hüquqları ilə yük lü olmayan əmlak satmışdır.

26. Bundan başqa iş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki.tərəflər arasında həmin müqavilə bağlanarkən əmlak başqa şəxlərin hüquqları ilə yüklü olmamışdır. Əmlakla bağlı üçüncü şəxslərin iddiaları iddiaçıya bəlli olmamışdır. Yəni alıcı əmlakın yüklü olmasını bilmirdi və bilə də bilməzdi.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.3, 158.3, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı2, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim S.Miriyeva) 29 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 apelyasiya şikayəti vermişl ər.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə, 07 avqust 2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ş.Məmmədova) İddiaçı2 cavabdehlər Cavabdeh3, İddiaçı1, Cavabdeh2 ("xxxx" QSC 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair mülki işlə bir icraatda birləşdirilmiş, hər iki mülki işə 2(103)-303/2020 saylı nömrə verilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, E.Kazımov və A.Tanrıverdiyev) İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(010)-37/2019 saylı qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(010)- 2644/2019 saylı qətnaməsi qismən İddiaçı1 aid hissədə ləğv edilmiş, İddiaçı2 cavabdeh İddiaçı1 qarşı verdiyi “ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi rədd edilmişdir.

31. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 mübahisəli mənzili 2013-cü ildə İddiaçı2 satmazdən əvvəl onun ailə üzvü İddiaçı1 mübahisəli mənzildən istifadə hüququ olmaqla həmin mənzildə pasport qeydiyyatında olmuşdur. Mənzil satılarkən orada qeydiyy atda olan ailə üzvü Cavabdeh3 notarial razılığı alınmış, lakin qeydiyyatda olan digər ailə üzvü İddiaçı1 istifadə hüququnun itirilməsi ilə bağlı alqı-satqıdan bir müddət əvvəl məhkəməyə müraciət olunmuşdur. İddiaçı1 onun anası Cavabdeh2 mülkiyyətində olmuş mübahisəli mənzilə istifadə hüququnun mövcudluğu qanuni qüvvədə olan məhkəmə qərarı ilə (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qətnaməsi ilə) müəyyən edilmişdir. Cavabdeh2 mübahisəli mənzili 2013-cü ildə İddiaçı2 satarkən onun ailə üzvü (qızı) İddiaçı1 mənzildən istifadə hüququnun itirilməsinə dair notarial qaydada razılıq verməmiş və bununla bağlı hər hansı bir formada öhdəlik götürməmişdir. İddiaçı1 mənzildən istifadə hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğun dan, onun həmin mənzilə köçüb orada yaşamaq hüququ da vardır. Birinci instansiya məhkəməsi 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 mübahisəli mənzilə köçürməklə qanuni və düzgün nəticəyə gəlmişdir.

32. Kollegiya yuxarıda qeyd edilən nəticəyə gəldiyindən İddiaçı1 və qeyrilərinin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsini İddiaçı1 aid hissədə əsassız hesab etmişdir, həmin nəticəni işin həqiqi hallarına uyğun hesab etmir. Odur ki, birinci instansiya məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi İddiaçı1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə aid hissədə ləğv edilməli, ona qarşı İddiaçı2 iddiası rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, mə hkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə İddiaçı1 iddiasının rədd edilməsi, ikinci iş üzrə İddiaçı2 iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 mübahisə predmeti olan mənzili alarkən İddiaçı1 həmin mənzildə qeydiyytada olmamış, İddiaçı2 vicdanlı alıcı kimi mənzili almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

37. İddiaçı2 vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə İddiaçı1 iddiasının rədd edilməsi, ikinci iş üzrə İddiaçı2 iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışı nın hədləri

39. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində İddiaçı2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

43. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)

44. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (maddə 152.5)

45. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. (maddə 158.3) Mülki Prosessual Məcəllə

46. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

48. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

49. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

50. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

51. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən e dildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

52. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4)

53. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin möv qeyi

54. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı1 İddiaçı2 qarşı mənzildə yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməməli, İddiaçı2 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin edilməli, İddiaçı1 mənzildən istifadə hüququna xitam verilməlidir.

55. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (51-52)

56. İşin mübahisə edilməyən hallarından görünür ki, xxx saylı mənzili ilkin olaraq 20.05.1994-cü il tarixdən İddiaçı1 atası X 4 mülkiyyətində olmuş, sonuncu vəfat etdikdən sonra onun arvadı Cavabdeh2 17 mart 2004-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadtnamə əsasında mənzilə dair mülkiyyət hüququ barədə çıxarış əldə etmişdir.

57. Bundan sonra Cavabdeh2 İddiaçı1 mübahisə predmeti olan mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir.

58. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 mart 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı1 xxx mənzilindən istifadə hüququ itirilmiş hesab edilmiş, istifadə hüququnun itirilməsinin onun həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir.

59. İddiaçı1 mübahisə predmeti olan mənzildən qeydiyyatdan çıxarıldıqdan sonra Cavabdeh2 həmin mənzili 02 may 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə İddiaçı2 satmışdır. Alqı-satqı müqaviləsindən görünür ki, satıcı başqa şəxslərin hüquqları ilə yüklü olmayan əmlak satmışdır.

60. Bundan başqa mənzil satılarkən orada qeydiyyatda olan ailə üzvü Cavabdeh3 notarial razılığı alınmışdır.

61. Göründüyü kimi İddiaçı2 mübahisə predmeti olan mənzili alarkən İddiaçı1 həmin mənzildə qeydiyyatda olmadığından mənzil sonuncunun hüquqları ilə yüklü olmamış, mənzillə bağlı İddiaçı1 iddiaları İddiaçı2 bəlli olmamışdır. Yəni İddiaçı2 mübahisə predmeti olan mənzilin İddiaçı1 istifadə hüququ ilə yüklü olmasını bilmirdi və bilə də bilməzdi.

62. Göründüyü kimi İddiaçı2 mübahisə predmeti olan mənzili əldə edərkən mənzilin mülkiyyətçisinə və həmin mənzildə istifadə hüququ olan şəxslərə münasibətdə vicdanlı alıcı olmuşdur.

63. Belə olan hal da yeni mülkiyyətçi İddiaçı2 mənzili əldə etdikdən sonra İddiaçı1 sonradan bərpa edilmiş istifadə hüququna görə məsuliyyət daşımadığından sonuncunun xxx saylı mənzildə yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürülməsi tələbi təmin edilə bilməz.

64. Nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin Kopıtok Rusiya Federasiyasına qarşı işində də öz əksini tapmışdır.

65. Belə ki, həmin işlə müəyyən edilir ki, Kopıtok Rusiya Federasiyasının Lipetsk şəhərində yerləşən mənzili alqı-satqı müqaviləsi ilə əldə edərkən əvvəlki mülkiyyətçi mənzilə istifadə hüququ olan övladlarının olmasını notariusdan və Kopıtokdan gizlətmiş və alqı-satqı müqaviləsi bağlanarkən həmin şəxslərin razılığı alınmamışdır.

66. Mənzilə dair mülkiyyət hüququ əldə etdikdən sonra Kopıtok qeyd edilən şəxslərin mənzilə hüquqlarının olması barədə məlumat almış və qeyd edilən hala görə həmin şəxslərə qarşı mənzildən istifadə hüququnun itirilməsinə dair iddia vermişdir.

67. Kopıtokun iddiası Rusiya Federasiyasının milli məhkəmələri tərəfindən təmin edilməmişdir.

68. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin işdə ifadə etdiyi hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ əldə edənə qədər mənzilə başqa əmlak hüquqlarının mövcud olmasını müəyyən etmək mümükün olmadıqda, sonradan həmin əmlaka üçüncü şəxslərin hüquqlarının mövcud olduğu məlum olarsa, həmin şəxslərin iddialarına görə əldə edənin məsuliyəti müəyyən edilə bilməz.

69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən yalnız İddiaçı1 hazırkı iş üzrə iddianı verməklə mübahisəli mənzilə iddi alı olduğundan, o cümlədən İddiaçı1 xxx saylı mənzilə köçürülməsi tələbi təmin edildiyindən İddiaçı2 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin edilməli, İddiaçı1 xxx saylı mənzildən istifadə hüququna xitam verilməli, İddiaçı1 mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilməlidir.

70. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işin bütün hallarını araşdırsa da həmin hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

71. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəy yən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər

72. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-107/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 İddiaçı2 qarşı xxx saylı mənzildə yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin.

73. İddiaçı2 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin.

74. İddiaçı1 xxx saylı mənzildən istifadə hüququna xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar