Məhkəmə qərarları › İş №2(102)-5249/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5249/2019

31.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5249/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli 2(105)-999/2019 saylı qətnaməsindən İbrahimova (Kərimova) Naciyə Əlisahib qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şuşa rayon məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Həsənov, iş № 2(077)-465/18) İddiaçı Cavabdeh qarşı borcun və maddi ziyanın ödənilməsi tələbinə da ir iddiası qismən təmin edilərək Cavabdeh 3000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.O.Quliyev, G.F.Tağızadə və E.G.Rəhimov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şuşa rayon məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 21 iyul 2015-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə görə İddiaçı tərəfindən Cavabdeh 21 oktyabr 2015-ci il tarixə kimi qaytarmaq şərti ilə 4000 manat məbləğində borc verilmişdir. 2018-ci ilin iyul ayında İddiaçı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan borcunu qaytarmaqdan boyun qaçırmasını əsas göstərməklə sonuncudan 4000 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək 2013-2014-cü illərdə İddiaçı hər dəfə 2000 manat almaqla iki dəfəyə 4000 manat alıb həmin pul vəsaitini qaytarmasını, lakin İddiaçı ondan əlavə olaraq 989 manat məbləğində faiz də tələb edib onu notariatda 4000 manat məbləğində kredit müqaviləsini bağlamağa məcbur etməsini əsas göstərməklə kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxıldıqdan sonra İddiaçı v əfat etmiş və oğlu N onun hüquqi varisi tanınmışdır. Kassasiya şikayətinin dəlilləri: İbrahimova (Kərimova) Naciyə Əlisahib qızı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı m addəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında notariatda təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və Cavabdeh aldığı borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəlik münasibətlərini tə nzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müəyyən olunduğu kimi Cavabdeh borcu müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarmaqla əlaqədar üzərinə götürdüyü öhdəliyin icrasını təmin etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh borcun qaytarılm asını və kredit müqaviləsinin bağlanmasına məcbur edilməsini iddia etsə də məhkəməyə bunu təsdiq edə bilən heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh qarşılıqlı iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilmədiyi üçün onun iddiası əsassız hesab edilərək təmin olunmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən edilmiş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kass asiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar