Məhkəmə qərarları › İş №2(102)-525/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-525/2024

14.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-525/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-525/2024 (Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, əmək haqqı və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5175/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2024-cü il tarixdə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Nəsimi rayon Sukanal İdarəsinin abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işçinin təşəbbüsü ilə Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 31-K nömrəli əmrinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "işə bərpa, əmək haqqı və pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək 04 noyabr 2022-ci il tarixindən etibarən Nəsimi rayonu Sukanal İdarəsində nəzarətçi işinə bərpa edilməsini, 04 noyabr 2022-ci il tarixindən etibarən işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının ödənilməsini, Nəsimi rayon Sukanal İdarəsinin rəisi E. Həsənzadə tərəfindən ona vurulmuş zərərin təzminatı olaraq 200.000 (iki min) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsimi rayonu Sukanal İdarəsində əmək müqaviləsinə əsasən nəzarətçi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə işdən sonra saat 19:30 radələrində idarənin rəisi Elşən Həsənzadə tərəfindən təhdit edilərək öz iradəsi əleyhinə, guya öz xahişi ilə işdən azad olunması haqqında ərizə yazmağa məcbur edilərək işdən çıxarılmışdır. Lakin ertəsi gün işdən çıxmaq istəmədiyini, 1 ay müddətində işdən çıxmaq haqqında məcbur edilərək verdiyi ərizəsini geri götürmək, onu etibarsız hesab etmək haqqında işəgötürənə yeni ərizə verə bilmək haqqında hüququnun olmasını nəzərə alaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə idarəyə ərizəsinin etibarsız hesab edilməsi haqqında ərizələr göndərmişdir. Həmin ərizələrə hüquqən əsaslandırılmış cavabı 22 gün sonra xx.xx.2022-ci il tarixli məktubla verilmişdir. Nəsimi rayonu Sukanal İdarəsi cavab vermədiyinə görə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müraciət ünvanlamış və həmin müraciətə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli məktubla işlə təmin edilməsindən imtina edilmişdir. Halbuki o, yenidən işə qəbul üçün deyil, qanunsuz olar aq işdən azad edilməsi və işə bərpa edilməsi haqqında müraciət etmişdir.

4. Birinci instansiya məhkəməsindəki icraatda cavabdeh isə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, iddia müddətinin tətbiq edilməsini və eləcə də, tələbin mahiyyətinin əsassız olmasını, ərizə imzalanarkən iddiaçının təzyiqə məruz qalınmasına dair sübut olmamasını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2266/2023 saylı iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd edilmişdir.

6. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni iş materialları ilə toplanmış sübutlara əsasən qiymət verərək hesab etmişdir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən aidiyyət i orqanlara ünvanlanmış müraciətlərə əsasən ona verilən cavab məktubunun məzmunundan müəyyən edilir ki, o, işdən azad edilməsi səbəblərinin araşdırılmasını xahiş etmişdir. Dolayısı ilə, iddiaçıya xx.xx.2022-ci il tarixdən və hansı əsasla işdən azad edilməsi səbəbləri aşkar olmuşdur. Hətta Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/1/01-1/1/15111 nömrəli məktubundan müəyyən edilir ki, ərizədə qeyd edilənlərlə bağlı araşdırma aparılmış, lakin öz təsdiqini tapmamış, əlavə işçi qüvvəsinə ehtiyac olmadığından İddiaçı işlə təmin edilməsinin cəmiyyətin imkanı xaricində olması bildirilmişdir. Ona görə də, məhkəmə iddiaçının həmin idarələrdən cavab məktubu gözləməsi ilə bağlı iddiası əsassızdır. Çünki xx.xx.2022-ci il tarixdə onun konkret olaraq məlumatı olmuşdur ki, yenidə n işə bərpası mümkün deyildir. Dolayısı ilə onun həmin vaxtadək hüquqlarının pozulması barədə aşkar şəkildə məlumatı olmuşdur.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən artıq işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil digər orqanlara müraciət etmişdir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı işdən azad olmaya dair ərizəsini öz iradəsi əleyhinə imzalamasını iddia etməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhk əmə araşdırması ilə iddiaçının xidmət etdiyi idarədə onun işdən azad olmasına dair ərizəsini hədə-qorxu və təzyiq altında imzalaması faktı öz təsdiqini tapmamışdır.

9. Məhkəmə iddiaçının işdən azad edilməyə dair ərizəsinin qeyri-iş saatında alınaraq əmrlə rəsmiləşdirilməsi, ertəsi gün yəni xx.xx.2022-il tarixdə işdən azad olmaya dair ərizəsinin etibarsız hesab edilməsi haqqında teleqram verməsi, təkrar məzmunlu xx.xx.2022-ci il tarixdə sürətli poçtla ərizə verməsi ilə bağlı xüsusata münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının xx.xx.2022-ci il tarixli işdən azad olmaya dair ərizəsindən müəyyən edilir ki, o, həmin tarixdən əmək münasibətlərinin dayandırılmasını göstərmişdir. Belə olan halda, cavabdehin onu həmin tarixdən işdən azad etməsi qanunvericiliyin tələbi baxımınd an pozuntu halı deyildir. Eləcə də əmək müqaviləsindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarix yay vaxtı iş rejiminə daxil olmaqla, ərizənin qeydiyyatda alındığı vaxt, yəni 18:22 iş saatlarına təsadüf edir. Odur ki, AR "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 31-K nömrəli əmrinin qanunsuz olmasına dair əsaslar məhkəmə tərəfindən aşkar edilmədi.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 68-ci maddəsinin 2-ci hissəsinə, 69-cu maddələrinə, Mülki Məcəllənin 375-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən qəbul edilməyən yeganə dəlil bu olmuşdur ki, onun imza etdiyi ərizədə 03 oktyabr tarixi qoyulmuşdur. Onun buna qarşı dəlili bu olmuşdur ki, işdən çıxmaq üçün ərizədə tarixi yazılırsa, Əmək Məcəlləsinin 69.3-cü maddəsi əsas götürülür və ərizədə işdən çıxmanın həmin gün olması səbəbi göstərilməlidir. Cavabdeh məhkəmə iclasının son günündə 0 1 iyul 2023-cu il tarixində “iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə qətnamənin əvvəl hissəsində bunu qeyd etmişdir, lakin sonradan Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına istinad edərak bu ƏM-nin 296-cı maddəsinin 1-ci hissəsində işçinin əmək müqaviləsi ilə bağlı məhkəməyə qədər orqanlara müraciat etməsi üçün 3 aylıq həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər iddia müddəti Əmək müqavilələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlayır. Belə ki, Əmək Müfəttişli yinin rəsmi cavabını 30 dekabr 2022-ci il tarixində almış və orada məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Məhkəmə özü-özünü təkzib etməsi faktdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayev və G.T.Axundova) 2(103)-5175/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2266/2023 saylı iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərəkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi İddiaçı işəgötürənin Əmək Məcəlləsini n 69cu maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddətini gözləməməsi barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının göstərilən hala istinad etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən aydın olur ki, işçi tərəfindən ərizəsində işdən çıxmaq istədiyi günü göstərmədikdə xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə məhdudiyyət qoyulmuşdur. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqliklə göstərmiş, cavabdeh tərə f isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ona təzyiq olunması məsələsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə bu fakt iş materiallarında olan kifayət qədər sübutlarla təkzib olunur.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür və bununla bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Belə ki, iddiaçı tərəfindən aidiyyəti orqanlara ünvanlanmış müraciətlərə əsasən ona verilən cavab məktubunun məzmunundan müəyyən edilir ki, o, işdən azad edilməsi səbəblərinin araşdırılmasını xahiş etmişdir və iddiaçıya xx.xx.2022-ci il tarixdən və hansı əsasla işdə n azad edilməsi səbəbləri aşkar olmuşdur. Hətta Cavabdeh ASC-nin İddiaçın ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/1/01-1/1/15111 nömrəli məktubundan müəyyən edilir ki, ərizədə qeyd edilənlərlə bağlı araşdırma aparılmış lakin öz təsdiqini tapmamış, əlavə işçi qüvvəsinə ehtiyac olmadığından İddiaçı işlə təmin edilməsinin cəmiyyətin imkanı xaricində olması bildirilmişdir. Çünki xx.xx.2022-ci il tarixdə onun konkret olaraq məlumatı olmuşdur ki, yenidən işə bərpası mümkün deyildir. Həmçinin işin halları ilə müəyyən olunur ki, iddiaçıya cavabdeh və yuxarıda qeyd olunan qurumlar tərəfindən ünvanlanmış cavab məktublarından da görünür ki, 2022-ci ilin oktyabr ayı ərzində işin məhkəmədən kənar həlli ilə bağlı seçim imkanının olmaması ona bəlli olmuşdur. Həmçinin cavab məktublarında iddiaçıya əmək k itabçasını götürməsi təklif edilmişdir. Son haqq hesab isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı isə bu faktı məhkəmədə mübahisələndirməmişdir. İddiaçı mediasiya təşkilatına gec müraciət etməsinin səbəbini onun digər dövlət orqanlarına müraciət etməsi ilə əsaslandırsa da, məhkəmə qeyd etmişdir ki, iddiaçının digər dövlət orqanlarına müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə, 296.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilərək 04 oktyabr 2023-cü il tarixdən etibarən Nəsimi rayon Sukanal idarəsində tutduğu vəzifəyə işə bərpa edilməsi və həmin tarixdən işə bərpa olduğu günə qədər orta əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfin təqdim etdiyi “iddia müddətinin buraxılması haqqında” vəsatəti yanlış olaraq qətnamənin qəbul edilməsi üçün əsas saymışdır. Halbuki, iddia müddətinin ötürülməməsini sübut edən Sabunçu, Nəsimi, Yasamal rayonu məhkəmələrinin qərarları, onların iddiaçı tərəfindən alınma tarixlərini göstərən konvertlər (Sabunçu məhkəməsinin qərardadından başqa) işdə mövcuddur. Sədrlik edən hakim F.Babayev iddiaçı tərəfin israrına rəğmən bu sübutedici sənədləri qəbul etməyərək, işi cavabdehin xeyrinə yönləndirməyə çalışmışdır (səbəbi sonra məlum oldu ki, CavabdehSC-nin hüquq şöbə müdiri Faik Kazımov dostluq və qohumluq əlaqələrindən istifadə edərək məhkəməyə müdaxilə olmuşdur). İşə baxılarkən çəkişmə prinsipinə əməl olunmamış, iş tam, hə rtərəfli, obyektiv araşdırılmamışdır. Apellyasiya məhkəməsinin hakimi pozulmuş hüquqlarının deyilməsinə və izahına imkan vermədən iddiaçının sözünü kəsmiş və əsas dəlil olan Sabunçu Rayon Məhkəməsinin qərarına baxmaqdan çəkinmişdir. Məhkəmələr qanunsuz hərəkətlərinə görə əsas Nəsimi rayon Sukanal İdarəsinin rəisini məhkəməyə dəvət edib, izahatını almaqdansa, həmin vaxt məzuniyyətdə olan idarənin hüquqşünasının sözdə dediyinə əsaslanaraq qərar vermişdir. Hətta o da məhkəməyə etiraz təqdim etməmişdi. İşdə iştirak edən cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlər, məhkəmə hakimindən istəmələrinə baxmayaraq onlar iddiaçı tərəfə təqdim edilməmiş, məhkəmə mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şəxsi, heç olmasa nəzarətçilərin şöbə müdirini şahid kimi dindirmə yə dəvət etməmişdir. Apellyasiya məhkəməsinə vəsatət təqdim edərək sübuta ehtiyacı olmayan dəlil və sübutlar təqdim etsə də, məhkəmə sədri onu nə rədd, nə də qəbul etmək haqqında qərar vermədi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

23. Maddə 69(1-ci hissə). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

24. Maddə 69 (3-cü hissə) İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

25. Maddə 69(4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.

26. Maddə 69( 5-ci hissə). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

27. Maddə 69( 7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

28. Maddə 296(1-ci hissə) Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

29. Maddə 296(2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

30. Maddə 296(3-cü hi ssə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilm iş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

44. Kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərdiyindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 1, 2, 4, 5-ci bəndlərinin tələbləri işəgötürən tərəfindən pozulmamışdır.

45. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçın işdən çıxma ərizəsini öz iradəsi ilə yazmam ası, buna cavabdehin təzyiqi olması və iddiaçının məcburən həmin ərizəni yazması yalnız iddiaçının izahatında göstərilmişdir. İddiaçının bu izahatı işdə olan hansı sübutlarla təsdiq edilmir.

46. Halbuki məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

47. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

48. Buna görə də, iş üzrə Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin tələbləri məhkəmələr tərəf indən pozulmamışdır.

49. Kassasiya şikayətinin müddətin buraxılmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin oxşar dəlilinə apellyasiya məhkəməsi tərəfindən ətraflı qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşaraq hesab edir ki, iddiaçı qanunla müəyyən olunan iddia müddətini açıq-aşkar ötürdükdən sonra məhkəmədə iddia qaldırmış və müddətin üzürlü səbəbdən buraxılmasını sübut edə bilməmişdir.

50. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5175/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar