Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5250/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər:mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi, mənzilə çəkilmiş xərclərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14068/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 12 avqust 2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kvadrat metr sahəsi olan 84 (əvvəlki nömrəsi) 78 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) pay kimi İddiaçı verilməsini, payçı İddiaçı isə qeyd olunan mənzilin hər kvadrat metr üçün 280 ABŞ dolları olmaqla, cəmi 50000 ABŞ dolları məbləğində ödəniş etməyi öhdələrinə götürmüşlər. 12.08.2015-ci il tarixli arayışa əsasən mənzilinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Qeyd olunan mənzildə hal-hazırda Maraqlı şəxs, Cava bdeh3, Cavabdeh1, Cavabdeh2 və X3 qeydiyyatsız olaraq yaşayırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2062/2016 saylı 23.05.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Maraqlı şəxs qarşı mənzildən çıxarma və kirayə haqqının tutulması tələbinə dair ilk iddiası təmin edilməmiş, Maraqlı şəxs İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası isə təmin edilərək, mübahisəli mənzilə dair "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 12.08.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-6986/2016 saylı 23.05.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)2062/2016 saylı 23.05.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia qismən tə min edilmiş, ilk iddia üzrə cavabdeh Maraqlı şəxs və mənzildə olan ev əşyalarının mübahisəli mənzildən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı mübahisəli mənzilə dair İddiaçı adına bağlanmış 12.08.2015-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4067/2017 saylı 29.06.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6986/2016 saylı 23.05.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdi ki, mübahisəli mənzilə dair Maraqlı şəxs hər hansı hüququ qalmadığı halda onun hazırda mənzildə yaşamaqda davam etməsi İddi açı həmin mənzilə dair əldə etdiyi sahiblik və istifadə hüquqlarının məhdudlaşdırlması ilə nəticələnir ki, bu da qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı mənzildən cavabdeh Maraqlı şəxs, onun ailə üzvlərinin, digər şəxslərin və ev əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, tələbində cavabdehin ailə üzvləri və digər şəxslərin kimliyi bilinmədiyindən iddia bu hissədə təmin edilməmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən olunmuşdur ki, mübahisəli mənzildə Cavabdeh1 (azyaşlı olan qızı X3 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlu və Cavabdeh3 heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdeh1 2013-cü il tarixdən Maraqlı şəxs ilə nikahları rəsmiləşdirilməmiş, faktiki nikah münasibətlərindən bir övladları vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan mübahisəli mənzildən çıxarılmaları və ona məxsus olan mənzilin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili aldıqdan sonra tanışı ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs kirayə şərtləri ilə 4 ay müddətinə müvəqqəti vermişdir. Maraqlı şəxs isə mənzilinə öz ailəsi ilə birlikdə, yəni hazırda cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və azyaşlı olan X4 ilə birlikdə yaşamağa başlamışdır. Bir müddət keçdikdən sonra cavab dehlər kirayə haqqını ödəməkdən yayındılar, bu səbəbdən də onlara dəfələrlə mənzili iddiaçıya təhvil verib çıxmalarını bildirdi. Lakin cavabdehlər təkidlə çıxmayacaqlarını bildirdilər və iddiaçı məcbur olub cavabdehlərin və Maraqlı şəxs mənzildən çıxarılması tələbi ilə Nərimanov Rayon Məhkəməsinə iddianı təmin etməsə də, Apellyasiya Məhkəməsinə şikayət etdi və nəticədə Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(103)-6986/2016 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək Maraqlı şəxs əşyaları ilə birlikdə çıxarılması qət edilmiş və hazırda da icra edilmişdir. Lakin həmin qətnamədə iddia tələbi səhvən düzgün qoyulmadığından və tələbdə olan ailə üzvləri və digər şəxslərin kimliyi bilinmədiyindən təmin edilməmişdir ki, bu səbəbdən də hazırda mənzilində yaşayan cavabdehl ərin çıxarılmasında çətinlik çəkir. Çünki icra sənədində onların adı olmadığından cavabdehlər mənzilindən çıxmır və yaşamağa başqa evi yoxdur deyərək iddiaçını incidirlər. Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisəli mənzilə çəkdiyi zərərin əvəzi olaraq 100000 manatın, mənəvi zərərin əvəzi olaraq 40000 manatın, qarşılıqlı iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının bank müdiri kimi tanımış, onların aralarında əvvəlllər yaxşı münasibətlər olmuşdur. Elə bunun nəticəsi olaraq da işlərində problemlər yaranan zaman iddiaçıdan borc pul istəmiş, o, da X34yə iki dəfə, hər dəfəsində 50000 ABŞ dolları məbləğində borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən X34 həmin pulu müəyyən vaxt ərzində iddiaçıya qaytarmalı idi, lakin problemlər olduğu üçün o, həmin puldan təxminən 19000-20000 ABŞ dolları məbləğini ödəmiş, yerdə qalan pulu isə danışdıqları müddətə geri qaytara bilməmişlər. Bundan sonra iddiaçı ilə aralarında razılığa gəlmişlər ki, həyat yoldaşı X35 özünə məxsus olan mənzili banka girov qoyaraq kredit götürsün və iddiaçıya olan borc ödənilsin. Mənzil yeni tikili olduğundan və bina istismara verilmədiyindən onlar mənzili banka girov qoya bilmədilər. Bu zaman iddiaçı onlara köməklik edəcəyini, bankdan X35ın adına 100000 ABŞ dolları məbləğində kredit götürcəyini bildirmiş və onların də həmin pulun təminatı kimi X35a məxsus olan mənzi li iddiaçının adına rəsmiləşdirməyi təklif etmişdir. X35la X34 isə həmin kredit müqaviləsinin təminatı kimi X35a məxsus olan mənzil barəsində notariusda girov müqaviləsini bağlamağı təklif etmişlər. İddiaçı X35ın adına bankdan 100000 ABŞ dolları məbləğində kredit götürdüyü gün X35 ona məxsus olan mənzili "xxxx" MTK-da iddiaçının adına rəsmiləşdirmişdir. Bu zaman aralarında razılaşma olmuşdur ki, onlar 3 ay müddətinə həmin kredit müqaviləsi üzrə ödənişləri tam ödəyəcəklər, İddiaçı da bunun əvəzində mənzili yenidən X35ın adına rəsmiləşdirəcəkdir. Onların təkidlərinə baxmayaraq, iddiaçı onlarla notariusda borc müqaviləsi, həmin borc müqaviləsinin təminatı kimi mənzilə dair girov müqaviləsi imzalamamışdır. ABŞ dollarının ikinci devalivasiyası baş verdikdən sonra onlar ümumiyyətlə borcu ödəyə b ilməmişlər. Bu zaman iddiaçı onlara mənzili satmağı təklif etmiş və hətta mənzilə alıcı da gətirmişdir. Lakin, onlar mənzili sata bilməmişlər. Mənzilin dəyəri həyat yoldaşı Maraqlı şəxs tərəfindən ödənilsə də, həmin mənzilin təmirini tam olaraq Cavabdeh1 etdirmişdir. Mənzilin təmirinə tərəfindən xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla 100000 manat məbləğində xərc çəkilmişdir. Hazırda X34 ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşayır. Mübahisəli mənzilinin sahəsi 178,4 kvadrat metrdir. Hazırda bahalı mənzillərdə təmir xərcləri tikinti materialları daxil olmaqla ortalama olaraq 1 kvadrat metr üçün 500-600 manat arasında dəyişir. Bu təmir qiymətinə elektrik, santexnika, tavan, daxili qapılar və pəncərəaltılar, daxili abadlıq (malyar), döşəmə, kafel və metlax iş ləri daxildir. X34nin mənzilinin isə bahalı mənzil hesab olduğundan göstərilən xərcin çəkilməsi realdır. Göstərdiyi qədər xərcin çəkilməsi ekspert rəyi ilə də öz təsdiqini tapa bilər. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(103)-6986/2016 nömrəli qətnaməsi ilə də müəyyən edilmişdir ki, mübahisəli mənzilinin sahəsi 178,4 kvadrat metr mənzil iddiaçının adına ona görə rəsmiləşdirilmişdir ki, Maraqlı şəxs götürdüyü kredit üzrə ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. Yəni reallıqda, Maraqlı şəxs mənzili iddiaçıya satmamışdır. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq ilkin cavabdehləri qeyd olunan mənzildən çıxarmaq istəsə də, Cavabdeh1 tərəfindən mənzilə çəkilmiş xərcləri ödəmək istəmir. Hesab edir ki, Cavabdeh1 tərəfindən mübahisəli mənzilə çəkilmiş 100000 manat i ddiaçıdan onun xeyrinə tutulmamlıdır. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1 mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 40000 manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, dəfələrlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində X34 günlərlə, saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib-gəlmiş, cavabdehlə danışıqlar aparmış, hər dəfə cavabdeh tərəfindən imtina cavabı almışdır. Cavabdeh qeyd etdiyi əməlləri ilə onu daim əsəb və stressdə saxlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.01.2019-cu il tarixli 24364 nömrəli məlumat məktubu ilə bildiril mişdir ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə tədqiq olunan mənzilə baxış keçirilməsi təşkil olunmaqla, mənzilə dair texniki pasportun və ya plan-sxemin, eləcə də təmir işlərinə dair smeta sənədlərinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan bu barədə vəsatət göndərilsə də, mənzilə baxış keçirilməsinə baxmayaraq vəsatətdə qeyd olunan sənədlər Mərkəzə təqdim olunmamış və buna görə də tədqiqatın aparılması mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 2(005)190/2019 saylı 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər mübahisəli mənzildə heç bir hüquqi əsasları olmadan yaşadıqları üçün onların həmin yaşayış sahəsin dən çıxarılmasına dair iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin yuxarıda qeyd olunan Maraqlı şəxs əşyaları ilə həmin mənzildən çıxarılmasına dair qanuni qüvvəsini almış apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mövcudluğunu və sözügedən qərarın artıq icra olunmasını da nəzərə almışdır. Hazırki ilk iddia üzrə iddiaçının mübahisəli mənzil üzərində tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi və bu hüquqdan istifadə imkanının məhdudlaşdırılması cavabdehlərin həmin mənzildə hüquqi əsasları olmadan yaşamaqda davam etməsi ilə bağlıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa mənaelər əşyanı götürmədən və ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Ona görə də, məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsaslıdır, təmin olunmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə gəldiyi nəticəni onunla əsaslandrmışdır ki, cavabdehlərin mənzilə 100000 manat məbləğində xərc çəkilməsinə dair dəlilləri əsassızdır. Belə ki, qarşılıqlı iddia tələbində göstərildiyi kimi, Cavabdeh1 2013-cü il tarixdən X5 ilə nikahsız olaraq mübahisəli mənzildə yaşayır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Maraqlı şəxs həmin mənzilə köçərkən mənzili o, MTK-nin razılığı ilə təmir etdirmişdir. Bu hal qeyd olunan qətnamədən göründüyü kimi, şahid qismində ifadə vermiş MTK-da komendant işləmiş şəxsin - X1 ifadəsində də əks edilmişdir. Bun a görə də məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin Cavabdeh1 Cərbrayıl qızı tərəfindən təmir etdirilməsi işin araşdırılmış halları ilə öz təsdiqini tapmır. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İlham Kərimli, İsmayıl Xəlilov) 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinc i instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavadeh Cavabdeh1 mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi barədə tələbinə münasibətdə sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, başqa sözlə, mənzilin təmiri xərcinin məhz onun tərəfindən çəkilməsi barədə hər hansı mötəbər sübutü nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının “mənəvi ziyan”la bağlı tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələb əsas iddia tələbinə əlavə tələb olduğundan və əsas iddia tələbinin təmin olunmaması səbəbindən həmin əlavə tələbin də təmin olunması qeyri-mümkündür. Qeyd edilənərə əsasən apellyasiya i nstansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir. Hər iki apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qətnamənin əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət qalmamışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının “iş üzrə tikinti-texniki ekspertizasının keçirilməsi” və “iş üzrə icraatın dayandırılması” barədə vəsatətlərinə münasibətdə qeyd etmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən təyin edilmiş tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.01.20 19-cu il tarixli 24364 nömrəli məlumat məktubu ilə bildirilmişdir ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə tədqiq olunan mənzilə baxış keçirilməsi təşkil olunmaqla, mənzilə dair texniki pasportun və ya plansxemin, eləcə də təmir işlərinə dair smeta sənədlərinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan bu barədə vəsatət göndərilsə də, mənzilə baxış keçirilməsinə baxmayaraq vəsatətdə qeyd olunan sənədlər Mərkəzə təqdim olunmamış və buna görə də tədqiqatın aparılması mümkün olmamışdır. Bununla bağlı apellyasiya baxışı zamanı qeyd olunan hallar aradan qalxmadığı üçün iş üzrə tikinti-texniki ekspertizasının keçirilməsi barədə verilmiş vəsatət təmin olunmamışdır. Digər - “iş üzrə icraatın dayandırılması” barədə vəsatətin təmin olunmamasına səbəb isə hazırki iş üzrə icraatın dayandırılması üçün əsas gətirilmiş mülki işin bu işə aidiyyatının olmadığı, yəni həmin – “müqavilənin və maliyyə arayışının ləğvi” ilə bağlı iddianın müqavilə tərəfi olmayan şəxs tərəfindən verildiyi üçün onun təmin olunması ehtimalının olmaması və buna görə də hazırki işin qeyd olunan digər mülki işdən hər hansı asılılığının müəyyən olunmadığı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yasının (hakimlər: Gündüz Quliyev - sədrlik edən və məruzəçi, İlqar Xələfov, Zaur Əliyev) 2(102)-4787/2020 nömrəli iş üzrə 21.10.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 aid hissədə qətnamə ləğv edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və bu hal tərəflərin bundan əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş yekun məhkəmə aktı ilə təsdiq edilir. Bununla bərabər, Cavabdeh1 həmin mənzilə dair hər hansı hüququ müəyyən edilməmişdir ki, bu da onun mübahisəli mənzildən istifadə və sahibliyinin qanunsuz olmasına dəlalət edir. Göründüyü kimi, Cavabdeh1 mübahisəli yaşayış sahəsi ndə heç bir hüquqi əsas olmadan yaşamaqla iddiaçının mənzil üzərində qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırır. Qarşılıqlı iddia üzrə iddiaçının mənzilə 100000 manat məbləğində xərc çəkilməsinə dair dəlilləri əsassızdır. Qarşılıqlı iddiaçı 2013-cü il tarixdən Maraqlı şəxslə mübahisəli mənzildə yaşayır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, Maraqlı şəxs həmin mənzilə köçərkən mənzili o, MTK-nin razılığı ilə təmir etdirmişdir. Bu halda, mübahisəli mənzilin qarşılıqlı iddiaçı tərəfindən təmir etdirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bununla bərabər, yuxarıda qeyd edildiyi kimi, ilk iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdehlərdən yalnız Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayəti vemişlər. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ” 20 may 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə, yəni apelyasiya şikayəti verməmiş Cavabdeh2 aid hissədə də yoxlamaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərini pozmuşdur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab etmişdir ki, kassasiya şikayə ti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh2 aid hissədə qeyd edilən prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. İşə kassasiya qaydasında baxıldıqdan sonra iş üzrə digər Cavabdeh3 (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həmin mənzilin Cavabdeh1 tərəfindən təmir edilməsini araşdırmamış, öz qətnaməsində mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə dair 12 avqust 2015-ci il tarixli müqavilədə mənzilin təmirsiz olmasına heç bir hüquqi qiymət verməmiş, 178,4 kvadrat metr ümumi sahəsi olan təmirli mənzilin 50000 ABŞ dollarına satılmasının əsassız olmasına dair qarşılıqlı iddia tələbinin dəlillərini araşdırmamışdır. Bundan başqa məhkəmə tərəfindən qeyd olunan mənzilin nə vaxt təmir edilməsi araşdırılmamışdır. Əgər təmirin vaxtı müəyyən edilsə idi, mənzilin məhz Cavabdeh1 tərəfindən təmir edilməsi öz təsdiqini tapacaq idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qayd ada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh3 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa mənaelər əşyanı götürmədən və ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikd ə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iş üzrə digər cavabdehlərin apellyasiya və kassasiya şikayətində də irəli sürülmüş və məhkəmələr həmin dəlillərə hüquqi qiymət vermişdir. Məhkəmə kolleg iyası həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsi mülki kollegiyasının 2(103)-14068/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5250/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5250/2021
25.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver