Məhkəmə qərarları › İş №2(102)-5251/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5251/2019

20.08.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5251/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Ərizəçi vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(105)-1364/2019 saylı qətnaməsindən Ərizəçi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: xxx rayon məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(034)-453/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Həsənov) Ərizəçi maraqlı şəxs Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xxx rayon Şöbəsinə qarşı “əmək stajı faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, ərizəçinin 1970-cı ildən 1979-cu il tarixədək xxx rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979cu ildən 29 oktyabr 1993-cü il tarixədək xxx rayonu, 33 saylı X1 iş icraçısı işləməsi faktının müəyyən edilməsi və bu müddətin sosial staja hesablanması qət olunub. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(105)-1364/2019 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, F.Ə.Məmmədov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilərək, iş üzrə xxx rayon məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətn aməsi ləğv edilərək, ərizə rədd olunub. Ərizəçi qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəmədə maraqlı şəxsə qarşı iddia qaldıraraq, 1970-cı ildən 1979-cu il tarixədək xxx rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu ildən 29 oktyabr 1993cü il tarixədək xxx rayonu, 33 saylı X1 iş icraçısı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Ərizəçi və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xxx rayon Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün he sab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizəni rədd edərkən, birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərini düzgün təfsir etməməsinə, ərizəçinin iddia e tdiyi faktları təsdiq edən sənədləri əldə edə bilməməsini əsaslandıra bilməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.11, 308-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, ərizəçi iddia edir ki, o, 1970-cı ildən 1979-cu il tarixədək xxx rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu ildən 29 oktyabr 1993-cü il tarixədək xxx rayonu, 33 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə iş icraçısı işləyib. xxx rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olunduğuna görə, həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Ona görə də həmin faktın məhkəmə qaydasında müəyyən edilməsini xahiş edir. Maraqlı tərəf isə ərizəçinin arqumentləri ilə razılaşmır və ərizəçiyə ünvanladığı 22 may 2018-ci il tarixli məktubunda qeyd edib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortalanmış əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənəd üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığ orta olunanların, o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla tələb olunan sosial sığorta stajının olması barədə qətnamə təqdim edildiyi təqdirdə əmək pensiyası hüququna yenidən baxıla bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilib göstərilib. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və ona xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və ona xitam verilməsini əlaqələndirir və məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bər pası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə, həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməli, ya da ki, məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəç inin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmamasını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq ərizəçinin xxx rayonundan məcburi köçkün düşməsinə, xxx rayonu erməni hərbi birləşmələri tərəfindən i şğal olunduğu üçün ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə əhəmiyyət vermədən və bu barədə işə əlavə edilmiş sənədlərə, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qərib Cəlilov, Mirvari Vəliyevanın ifadələrinə, ərizəçinin özünün izahatına Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, yalnız maraqlı tərəfin əsaslandırılmayan apellyasiya şikayətinə əsaslanaraq ərizəni rədd edib. Halbuki, sadalanan prosessual normaların mənasına görə, ərizəçi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, məhkəmə hüquqi əhəmiyyəti olan faktı müəyyən edə bilər. Eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortalanmış əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənəd üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların, o cümlədən qaçqın və məcburi köçkünlərin sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İşə əlavə edilmiş sənədlərdən, o cümlədən şahid ifadələrindən, ərizəçinin özünün izahatından görünür ki, 29 oktyabr 1993-cü il tarixdə xxx rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilib, xxx rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri, o cümlədən ərizəçinin işləmiş olduğu xxx rayon 33 saylı X2 sənədləri işğal zonasında qalıb. Ərizəçi 1970-ci ildən 1979-cu il tarixədək olan müddətdə xxx rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu ildən 1993-cü ilədək olan müddətdə isə xxx rayonu, 33 saylı X3 iş icraçısı işləyib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, şahidlərin ifadələrini, o cümlədən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.1ci maddəsinə əsasən, məhkəmənin qətniməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedik də, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsini n işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması barədə göstərdiyi dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasınd a baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işə əlavə edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayətitəmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(105)-1364/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar