Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5253/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Rafiq oğlunun cavabdeh İcbari Sığorta Bürosuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3216/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətində olan, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 165B saylı fərdi yaşayış evi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək icbari sığorta edilmişdir. İddiaçının mülkiyyətində olan evin divarlarında çatlar yaranmışdır. İddiaçının sifarişi əsasında müstəqil sığorta eksperti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydə iddiaçının evində sanitar qovşaq otağının alt hissəsindən keçən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş boru xəttinin zədələnməsi səbəbindən sızan suların torpaq qatını yuması, nəticədə tikintinin alt hissəsində boşalmalar əmələ gəlməsi, bu səbəbdən tikilinin divarlarında ça tlar yaranması müəyyən edilmişdir. Rəylə həmçinin divarların, tavan hissəsinin yenidən suvanaraq təmir olunması, kanalizasiya xəttinin dəyişdirilməsi, fasad hissədən kəmər atılması üçün çəkilməli xərclər 7.447 manat məbləğdə müəyyən edilmişdir.
2. İddiaçı sığortaçıya 25 sentyabr 2020-ci il tarixli məktubla müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək sığorta ödənilməsindən imtina etmiş və bildirmişdir ki, hadisənin araşdırılması məqsədi ilə müvafiq qurumlara sorğular göndərilmiş və əmlaka dəymiş zərərin səbəblərini və dəyərini müəyyənləşdirmək üçün ekspert dəvət edilmişdir. Sorğulara cavab olaraq Corat Bələdiyyəsinin təqdim etdiyi rə yə əsasən evin daxilində yerləşən hamamın döşəməsinin altından keçən su xəttinin gizli olaraq uzun müddət ərzində axıtmasından özülə uzun müddət su dolmuş və nəticədə özülaltı torpağın çökməsindən evin bütün 4 yaşayış otaqlarının fasadı, mətbəx və hamamının divarları çat verərək aralanmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Maliyyə Palatasının reyestrinə daxil olmuş X1 rəyinə əsasən zərərin uzun müddət sanitar qovşağında su sızması nəticəsində və mətbəxin konstruksiyasının (divarların) standartlara uyğun tikilməməsi nəticəsində baş verməsi müəyyən olunmuşdir. Həmin ekspertin təqdim etdiyi 806 saylı rəyə əsasən əmlaka dəyən zərər 4500 manat məbləğində müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 36.3.5-ci maddəsinə əsasən, suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur.
3. ASC "Standart İnsurance” Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv edilmiş və şirkətin müflis elan edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəmsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ASC "Standart İnsurance” Sığorta Şirkəti müflis elan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İcbari Sığorta Bürosuna (bundan sonra cavabdehə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyə tə düşmüş əmlakının bərpası üçün təmir işlərinin dəyəri olan, müstəqil sığorta şirkətinin əməkdaşlarının da təyin etdiyi cəmi 7447 manat pulun, eyni zamanda dövlət rüsumu və müstəqil sığorta şirkəti ilə müqavilə anlaşmasının haqqı 120 manat və buna uzun müddətdə ödənişi etməkdən yayındığı üçün 0.1 faizinin də tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə evini kanalizasiya borusunun deşilməsi nəticəsində su basmış və nəticədə evin aboyları o cümlədən divarlarda çatlar əmələ gəlmişdir. Əmlakı sığortalı olduğundan vurulan ziyanı təsbit etmək ücün sığorta şirkətinin mütəxəssisi və Sumqayıt Şəhər İcra Nümayəndəliyinin nümayəndəsi evə baxış keçirərək sığorta şirkətinə öz rəylərini yazılı surətdə bildirmişlər. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi bərpa təmir işləri aparılması tələb olunur. Lakin sığorta şirkətinin mütəxəssisi əmlaka baxış keçirərək, iddiaçıya dəymiş ziyanın 3500 manat təşkil etdiyini bildirmiş və ödənilməsi üçün xx.xx.2020-ci ildə iddiaçıya baş ofisə yaxınlaşmasını bildirmişlər. İddiaçı buna etiraz edərək, sığorta şirkətinin də bilgisi nəticəsində müstəqil sığorta mütəxəssisi ilə müqavilə bağlayaraq əmlakını qiymətləndirmiş və mütəxəssis vurulmuş ziyanı 7.447 manat müəyyən etmişdir.
6. Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, sığorta müqaviləsinin tərəfi "xxxx" Sığorta Şirkətidir və İcbari Sığorta Bürosunun müvafiq müqavilə üzrə hər hansı bir cavabdehliyi yoxdur. İcbari Sığorta Bürosu sadəcə sığorta şirkəti ləğv olunarsa, o zaman məhkəm ə qərarı əsasında kreditorların reyestri təsdiq olunduqdan sonra “İcbari sığorta haqqında” qanunun 32.1.1-ci maddəsinin tələblərinə əsasən reyestrdə olan kreditorlara kompensasiya ödənişlərini həyata keçirir. Hal-hazırda iddiaçı sığorta şirkətinə kreditorların reyestrində qeydiyyata alınması barədə müraciət etməli idi. Əgər rədd cavabı verilərdisə, müvafiq qərarı məhkəmədə mübahisələndirməli idi. Hazırkı vəziyyətdə İcbari Sığorta Bürosunun hər hansı bir öhdəliyi yoxdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2577/2021 nömrəli iş üzrə 2 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İcbari Sığorta Bürosu İddiaçı sığorta ödənişinin hesabl anaraq ödənilməsi ilə bağlı öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Belə ki, ASC "xxxx" Sığorta Şirkəti ləğv edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)6321/2020 saylı qərardadından da görünür ki, müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. 9. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanununun 45.3-cü maddəsinə əsasən kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir.
10. İcbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə məsul olan "xxxx" Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv edilmiş və şirkətin müflis elan edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ASC "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir.
11. Həmçinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadında İddiaçı sığorta şirkətlərinin ləğvi ilə əlaqədar müflis elan olunmuş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılmalı olduğu izah olunmuşdur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlə rin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
13. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir.
14. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.
15. Birinci instansiya məhkəməsi qətnaməsini Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 18.2, 45.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 48, 50.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7110/21 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, İcbari Sığorta Bürosundan 7.447 manat sığorta ödənişi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu, qiymətləndirilmə xərci 120 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edimişdir.
18. Apel lyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə bağlı mövqeyini cavabdeh İcbari Sığorta Bürosunun həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımaması və hazırkı iş üzrə əsl cavabdeh olmaması ilə əsaslandırsa da, bu mövqe “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci, 32.1-ci və 32.1.1-ci maddələrinə zidd olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsində nəzərdə tutulduğu kimi, sığortaçı (ASC "xxxx" Sığorta Şirkəti) müvafiq icbari sığorta müqavilələri üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilməmişdir, odur ki, həmin Qanunun 32.1-ci maddəsinə əsasən iddi açıya 7.447 manat sığorta ödənişi İcbari Sığorta Bürosu tərəfindən verilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci, 32.1-ci və 32.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəllər cavabdeh Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinə qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi vermiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadı ilə həmin iddia ərizəsinin icraata qəb ul edilməsindən imtina olunmuşdur. Məhkəmə həmin qərardadında bildirmişdir ki, sığorta şirkətlərinin ləğvi ilə əlaqədar yaranmış praktika və qanunun analogiyasına əsasən müəyyən olunur ki, müflis elan olunmuş banklara münasibətdə olduğu kimi müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır.
22. İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ “sığorta ödənişini” tələb etməsinə baxmayaraq, İcbari Sığorta Bürosu həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Belə ki, ASC "xxxx" Sığorta Şirkəti ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)6321/2020 saylı qərardadından da görünür ki, müflis elan edilmiş sığort a şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır.
23. İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət etməli idi. Lakin heç bir hüquqi əsası olmadan tələblərini cavabdehə qarşı irəli sürmüşdür.
21. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarş ı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-171/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instnasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya məhkəməsinə göndərilmişdir.
23. Məhkəmənin m övqeyi ondan ibarət olmuşdur ki, iddiaçının özünün sifarişi əsasında müstəqil sığorta eksperti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyində də göstərilir ki, iddiaçının evində sanitar qovşaq otağının alt hissəsindən keçən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş boru xəttinin zədələnməsi səbəbindən sızan suların torpaq qatını yuması, nəticədə tikintinin alt hissəsində boşalmalar əmələ gəlməsi, bu səbəbdən tikilinin divarlarında çatlar yaranması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu halına qiymət verməmiş, iddia olunan hadisənin sığorta hadisəsi hesab olunub olunmadığını araşdırmamış, gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə uyğun əsaslandırmamışdır.
24. Bundan başqa, "xxxx" Sığorta Şirkətinin müflis elan ol unması barədə məhkəmənin qərarı olmasından bəhs etməsinə baxmayaraq, həmin qərarı işə əlavə etməmiş, qərar əsasında kimin ləğvedici (inzibatçı) təyin edildiyini müəyyən etməmiş, işin hallarına əsasən ləğvedicinin (inzibatçının) işə cəlb edilməsi məsələsini müzakirə etməmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 59, 60, 61, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8, 9, 13, 15, 18, 32, 36, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 115, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 2, 43, 45-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2022-ci il tarixli, 2(103)-3216/2021 nömrəli qətnaməsi ilə (hakim İkram Şi rinovun sədrliyi və məruzəsi ilə, hakimlər Vüsalə Baxışova və Anar Tanrıverdiyev ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçıya ASC "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş 6.5.2021-ci il tarixli sığorta ödənişindən imtinanı mübahisələndirmək hüququ izah edilmişdir.
25. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərini hazırkı iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərlə birlikdə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlmişdir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, rayon məhkəməsi iş üzrə maddi və prosessu al qanunvericiliyin tətbiqində səhvə yol verməmiş, düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsinə, bu mümkün olmadıqda isə işi yenidən baxılmaq üçün təkrar baxışına göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi xx.xx.2020-ci il tarixində baş versə də sığortaçı qanunverciliyin tələbini kobud şəkildə pozaraq 7 iş günü ərzində ekspertiza aparmamışdır. İddiaçının xx.xx.2020-ci ildə ona ünvanladığı müraciəti 7ay 10 gün sonra xx.xx.2021-ci il tarixli 204 nömrəli məktubla cavablandırarkən xx.xx.2020-ci il tarixli 806 və 104-2 nömrəli rəylərə istinad edərək sığorta hadisəsinin mövcud olmaması səbəbindən sığorta ödənişi ödəməkdən imtina etmişdir. Qeyd olunan müddəadan da göründüyü kimi sığortaçı 7 iş günü ərzində qiymətləndirmə təyin etmədiyindən sığortaçının deyil sığortalının qiymətləndirmə rəyini nəzərə alaraq sığorta hadisəsinin baş verib-verməməsini, o cümlədən dəymiş zərərin məbləğini müəyyənləşdirməli idi. Qeyd olunan bunu deməyə əsas verir ki, sığorta hadisəsinin baş verməsi sual doğurmamalıdır. Ümumilikdə isə sığortaçı tərəfindən “İcbari sığortalar haqqında” AR Qanunun prosessual normalarına tamamilə riayət edilməmişdir. Apellyasiya instansiya məhkəməsi işə qərəzli yanaşaraq bu məsələni araşdırmamış və hesab etmişdir ki, sığortaçının imtinası üzrə İcbari Sığorta Bürosu tərəf olmamalıdır.
28. Ali Məhkəmənin ilkin kassas iya icraatı üzrə qərarında (bax. 62-cı bənd) sığortaçının müflis elan olunması barədə məhkəmənin qərarının işə əlavə edilməsinin, o cümlədən qərar əsasında kimin ləğvedici (inzibatçı) təyin edildiyinin müəyyən edilməsinin, işin hallarına əsasən ləğvedicinin (inzibatçının) işə cəlb edilməsi məsələsini müzakirə edilməsinin vacibliyini vurğulamışdır. Lakin ikinci apellyasiya icraatında qeyd olunan məsələlər araşdırılmadığından ləğv prosesində olan sığorta şirkətinin ləğv prosesinin tamamlanıb-tamamlanmadığı, ləğv prosesinin yekunlaşmadığı təqdirdə təyin olunmuş inzibatçının sığorta şirkətinin imtinasının mübahisələndirilməsində cavabdeh qismində çıxış etmək üçün subyektiv hüququnun olub-olmaması məsələləri araşdırılmamışdır. Praktika bunu göstərir ki, ləğv prosesində olan sığortaçılara münasi bətdə adətən bütün icbari sığorta növləri üzrə sığorta portfeli İcbari Sığorta Bürosuna ötürülür və sığortaçının imtinasının mübahisələndirilməsinə dair iddialarda da İcbari Sığorta Bürosu cavabdeh kimi işə cəlb olunur.
29. İddiaçı tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli 01-26-2-2022-3720 nömrəli məktubu apellyasiya məhkəməsinə təqdim edilsə də, məhkəmə həmin sübuta hüquqi qiymət verməməklə yanaşı iş materiallarına daxil etməmişdir.
30. Apellyasiya instansiya məhkəməsi ikinci apellyasiya icraatı üzrə mötəbər olmayan sübuta istinad etmiş və qətnamənin “Sübutların tətqiqi” hissəsində qanunvericiliyin tələblərinə, həmçinin Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 99 nömrəli məktubunun (əlavə olunur) məhkəməyə təqdim olunmasına baxmayaraq, iddiaçının evini su yox, kanalizasiya borusunun deşilməsi bağlı su basması nəticəsində sığorta hadisəsi baş verməsi faktını araşdırmamış və səlahiyyətləri daxilində sığorta hadisəsinin mövcudluğunu müyyənləşdirmək əvəzinə mötəbər olmayan sübutlara istinad etmişdir. B)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Qanun
32. Maddə 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanundavə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundanəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir.
33. Maddə 3 6.3.5. Suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması sığorta hadisəsi hesab olunmur. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən d əlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının t ətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
49. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
50. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələ rinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
51. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərkən həmçinin onu da nəzərə alır ki, “İcbarı sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3.5.-ci maddəsinə əsasən baş vermiş hadisə sığorta hadisəsi hesab olunmur və bu hal iddianın rədd edilməsi üçün əsasdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3216/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a