Məhkəmə qərarları › İş №2(102)-5254/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5254/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5254/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)329/2020 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-41/2019) İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin iddia tələbi təmin olunaraq Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli lizinq müq aviləsinə uyğun olaraq lizinq obyekti olan “X3 Prado” markalı avtomobilin İddiaçı istifadəsinə verilməsi, müqaviləyə görə əsassız olaraq hesablanmış pul məbləğinin silinməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə olunması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh MMC-nin İddiaçı qarşı 9400 manat məbləğində vaxtı keçmiş əsas borcun, 2850 manat məbləğində vaxtı keçmiş faiz borcunun və 18.630 manat məbləğində cərimənin, cəmi 30.880 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək xx xxx 2014-cü il tarixli lizinq müqaviləsi üzrə cəmi 5990,60 manatın İddiaçı alınaraq Cavabdeh MMC-yə verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ( hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) Cavabdeh MMCnin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh MMC-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər arasında xx xxx 2014-cü il tarixdə lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC “X3 Prado” markalı avtomobili öz mülkiyyətinə alaraq onu X1 müvəqqəti istifadəsinə vermişdir. “Lizinq alan” isə bunun müqabilində pul vəsaitinin illik 22 faiz olmaqla 36 ay müddətinə “Lizinq verən”ə ödəməyi öhdəsinə götürmüşdür. 2017-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilin alınması üçün ona verilmiş 18.486 manatı 2014-cü ilin iyun ayından başlayaraq ödəniş c ədvəlinə uyğun ödəməsini, lakin son vaxtlar maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar ödənişlərdə gecikmələr yaranmasını, bundan sonra lizinq şirkəti tərəfindən xəbərdarlıq məktubunun göndərilərək ondan 16.650 manat məbləğində əsas və faiz borclarına görə pul tələb edilməsini, halbuki həmin avtomobilə görə şirkətə 22.150 manat ödəməsini, avtomobilin dəyərinin üçdə bir hissəsini ödəməsinə baxmayaraq ondan əlavə tələb olunan 16.650 manatı ödəmədiyi üçün avtomobilin ondan alınaraq başqasının istifadəsinə verilməsini və s. əsas göstərməklə avtomobilin onun istifadəsinə qaytarılması və əsassız olaraq ona borc kimi hesablanmış pul məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh MMC qarşılıqlı iddia verərək “Lizinq alan” İddiaçı lizinq ödənişi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən şirkətə 9400 manat məbləğində vaxtı keçmiş əsas borcun, 2850 manat məbləğində vaxtı keçmiş faiz borcunun və 18.630 manat məbləğində cərimə borcunun, cəmi 30.880 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun İddiaçı alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı iddia tələbi üzrə Cavabdeh MMC kassasiya şikayəti verərək məhkəmənin borcun məbləğini müəyyən edən ekspertin düzgün olmayan rəyi əsasında qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya kolle giyasının iclasında MMC-nin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı xx xxx 2014- cü il tarixli lizinq müqaviləsinə əsasən əldə etdiyi avtomobilin müqabilində lizinq şirkətinə 3 il müddətinə illik istifadə dərəcəsi 22 faiz olmaqla 18.486 manat məbləğində pulu ödəmək barədə üzərinə öhdəlik götürmüş və lizinq şirkəti İddiaçı tərəfindən öhdəliyin lazımınca icra olunmaması səbəbindən avtomobili ondan almışdır. Şirkətə görə İddiaçı şirkətə ödənilməmiş 30.880 manat məbləğində borcu yaranmışdır. Şirkətin iddiası ilə əlaqədar “lizinq alan” İddiaçı borcunun məbləğinin müəyyən olunması üçün bir neçə dəfə məhkəmə ekspertizası təyin olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən verilmiş xx xxx 2018-ci il tarixli ekspertiza rəyi ilə İddiaçı şirkətə olan borcunun tam ödənilməsi müəyyən olunmuşdur. İş üzrə aparılmış xx xxxxxx 2018-ci il tarixli təkrar ekspertiza nəticəsin də isə İddiaçı şirkətə 5.990.60 manat məbləğində borcunun olması müəyyən olunmuşdur. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən lizinq şirkətinin vəsatətinə əsasən yenidən məhkəmə ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə lizinq müqaviləsinin müddətinin bitdiyi xx xxx 2017-ci il tarixə olan borcun 5.990.60 manat təşkil etməsi müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747, 748-1.12, 748-2.5-ci maddələrinə əsaslanaraq borcun məbləği və avtomobilin iddiaçının istifadəsinə qaytarılması ilə əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı saymışdır. Kollegiya göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razıl aşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar