Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5255/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şamaxı şəhər Bələdiyyəsinə qarşı “tikilinin boşaldılaraq, təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tikilinin zəbt edilməsi, özbaşına tikinti, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil, Cavabdeh və vəkili Əliyeva Sevda Rufulla qızının iş tirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(105)371/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində tikintialtı sahəsi 100 kv.m ölçüdə 2 hissədən ibarət olmaqla vahid tikinti mövcuddur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17 fevral 2021-ci il tarixli rəyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 08 yanvar 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisələndirilən iki otaqdan ibarət tövlənin İddiaçı və Cava bdeh məxsus olan həyətyanı torpaq sahələrindən kənarda inşa edildiyi və onlara məxsus həyətyanı torpaq sahələrində yerləşmədiyi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Məmmədov Fikrət Seyidəzim oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan tövlənin cavabdeh tərəfindən qanunsuz olaraq istifadəsində saxladığı bir otağının iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşıdır və onlar qonşuluqda yaşayırlar. Atalarının sağlığında iddiaçı həyətinin aşağı hissəsində iki otaqdan i barət bir tövlə tikmiş, heyvan saxlamaq üçün istifadə etmişdir. Bir neçə il əvvəl qardaşı damın bir hissəsini heyvan saxlamaq üçün ona verilməsini xahiş etmişdir. Qardaşı olduğu üçün iddiaçı cavabdehlə razılaşmış, tövlənin bir hissəsini müvəqqəti olaraq cavabdehin istifadəsinə vermişdir. Sonradan qardaşı tövlənin həmin hissəsinin qaytarmaqdan imtina etmişdir. Şamaxı Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(074)-560/2020 nömrəli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia təmin edilmiş, İddiaçı məxsus Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159,6 kv.m yaşayış, 10,6 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evində yerləşən 10 m. uzunluğunda tövlənin cavabdeh tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi qət edilm işdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən tövlə tikilisi iddiaçıya məxsusdur. İddiaçı həmin tikilinin bir otağını konkret müddət müəyyənləşdirilmədən və notariat qaydasında təsdiqlənməli olan yazılı müqavilə bağlamadan, şifahi müqavilə əsasında cavabdehin əvəzsiz istifadəsinə vermişdir. Sonradan iddiaçı həmin sahəni geri qaytarmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 337.1, 337.4, 337.5 və 394-cü maddələrinə istinad edərək, iddianı əsaslı hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(074)-560/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(105)-371/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(074)560/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh və üçüncü şəxs Şamaxı şəhər Bələdiyyəsinə qarşı “tikilinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1 və 178.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, mübahisə ol unan tikili iddiaçının mülkiyyətində deyil, ona məxsus olan torpaqda inşa edilməmişdir. Odur ki, iddiaçı belə bir tələb irəli sürməklə haqlı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(105)-371/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tövlənin onun mülkiyyətində olmasını iddia etməmişdir. O, həmin tikilini inşa etdiyini v ə 30 ildən çoxdur ki, sahibliyində olmasını göstərmişdir. Məhkəmə işin hallarını obyektiv araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və vəkili Əliyeva Sevda Rufulla qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyind ən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən haki m bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, iş də iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 41 7.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi akt larla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riay ət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin fakt iki hallarına hüquqi qiymət vermiş və iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının MM-in 178.6-cı maddəsinə istinadı əsassızdır. Belə ki, qanunun həmin norması daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka mülkiyyətçi kimi sahiblik etmiş şəxsin onun qeydə alınmasını tələb etmək hüququnu təsbit etmişdir. Lakin hazırki iddia mübahisələndirlən tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə deyil, cavabdehin sahibliyindən alınaraq iddiaçının sahibliyinə verilməsi ilə bağlıdır. Mübahisələndirilən tövlənin iddiaçı tərəfindən inşa olunmasına dair kassasiya şikayətinin dəlili isə işin faktiki halları ilə bağlıdır. Konstitusiy a Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(105)-371/2021 nömrəli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5255/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5255/2021
25.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver