Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5255/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 şirkəti üçüncü şəxs kimi cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və əmək haqqının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2570/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abernet arasında qarşılıqlı razılıq ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək T726 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, sonuncunun 002-HCC/CC2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri ilə sözügdən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi və əmək müqaviləsinin 1 nömrəli əlavəsi rəhbər tutularaq xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 şirkəti üçüncü şəxs k imi cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abernetin 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh1 MMC-də materiallar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abernet ilə onun arasında qarşılıqlı razılıq ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2021ci il tarixinədək T726 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abemetin 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə A zərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. İşdən azad edilməsinə dair 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, iddiaçı ilk növbədə qeyd edir ki, əmr onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə onun arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən işçi, materiallar üzrə mütəxəssis vəzifəsində əsas briqadaların üzrlü və üzrsüz səbəbdən işə çıxmayan işçisinin və ya boş olan analoji vəzifənin əmək funksiyasının icrasını işəgötürənin mülahizəsi ilə müəyyənləşdirilən neftqaz əməliyyatları ilə bağlı Xəzər dənizində yerləşən aidiyyəti buruqlara g öndərilməklə yerinə yetirməlidir. Onun əmək funksiyasının Cavabdeh2 şirkəti tərəfindən əməliyyatlar aparılan buruqlarda icrası ilə bağlı Cavabdeh1 MMC Cavabdeh2 şirkətinə müraciət etdikdə, onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında məlumat alınmışdır. Əmrdə qeyd olunur ki, o, işə qəbul edilərkən bu haqda şirkəti məlumatlandırmamışdır. Belə ki, “Yeni İşçi forması”nı doldurarkan buruqda işləmək üçün tələb olunan buraxılış (Vantage card) hissəsində buraxılış kartı haqqında məlumat verməmişdir. Cavabdeh1 MMC ilə onun arasında bağlanılmış əmək müqaviləsində tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etmişlər. Nəticədə bu hallardan birini - “İşçi sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda” göstərməklə əmək müqaviləsinə xitam verilməsi qənaətinə gəlmişlər və Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndini və əmək müqaviləsinin 1 nömrəli əlavəsini rəhbər tutaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin bildirmək istəyir ki, T726 nömrəli əmək müqaviləsində belə bir şərt göstərilməmişdir. Belə şərt şirkətin əməkdaşları ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, görüş zamanı ona göstərdikləri müqavilənin əlavəsində yazıldığı ona məlum olmuşdur. Qeyd olunan əlavə əmək müqaviləsi bağlanan zaman o na təqdim olunmamış və onun tərəfindən həmin əlavə imzalanmamışdır. Beləliklə 1 nömrəli əlavədə qeyd olunan şərtlər barədə məlumatı olmadığından bu şərtin onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Onun həm əmək müqaviləsinin əlavələrindən, həm də Cavabdeh2 əməliyyat şirkəti tərəfindən Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasından da məlumatı olmamışdır. Ona belə qadağa barədə heç vaxt heç kim bildirməmiş və o, hər hansı şəkildə təhlükəli hesab etməyə əsas verən davranışa heç vaxt, o cümlədən 12 il bundan əvvəl BP-də çalışdığı dövrdə yol verməmiş (BP ilə müqaviləyə onun müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir), psixi cəhətdən də sağlamdır, heç bir qüsuru yoxdur. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Belə ki, müqavilənin əlavəsində göstərilən şərtin mənasından belə başa düşülür ki, artıq müqavilə əsasında işləyənlərə və buruqlarda təhlükəli davranışa yol vermiş şəxslərə tətbiq oluna bilər. Cavabdeh əmək müqaviləsinin xitam verilməsinə dair 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrində Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndini və əmək müqaviləsinin 1 nömrəli əlavəsinə istinad etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə ki, aralarında bağlanan əmək müqaviləsinin 1 nömrəli əlavənin onun tərəfindən imzalanmasına dair sübut təqdim edə bilməmişlər. Həmçinin Cavabdeh1 MMC tərəfindən Cavabde h2 şirkətinə edilmiş müraciətin nömrəsi və tarixi barədə, eləcə də Cavabdeh2 şirkətinin onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında cavab məktubunun nömrəsi və tarixi barədə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə hallara əsaslansa da, həmin əlavə hallar barədə qarşılıqlı razılığın olmasını sübut etməmişdir. Əmək müqaviləsinin 8.1-ci maddəsində də göstərildiyi kimi, bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Lakin əmək müqaviləsinin xitam verilməsinə dair 002-HCC/CC2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrin qəbul edilməsi əsas birtərəfli (onun tərəfindən imzalanmayan) əlavə olmuşdur. Ona cavabdehlə aralarında bağlanan müqavilənin ləğv edilməsi barədə həmin gün məlumat verilmişdir. Belə ki, qabaqcadan qeyd olunanlarla bağlı xəbərdar olsa idi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasına dair məlumatı dəqiqləşdirilməsi və üzərinə qoyulmuş həmin qanunsuz qadağanın ləğv edilməsi üçün Cavabdeh2 əməliyyat şirkətinə müvafiq müraciətlər edərdi. Onun Cavabdeh2 əməliyyat şirkəti tərəfindən üzərinə qoyulmuş qanunsuz qadağa barəsində məlumatı olsa idi, qadağanın olub-olmamasını rəsmi qaydada müəyyən etmək üçün və belə qanunsuz qadağanın olduğu təqdirdə vaxtında ləğv edilməsi ü çün müvafiq müraciətlər etmək hüququndan da məhrum olmuşdur. Əlavə olaraq bildirir ki, Cavabdeh1 MMC-də işə qəbul olunan gündən, işdən azad olunan günə kimi, o, Xəzər dənizində buruqlarda olmamışdır. Onunla bir il müddətində əmək müqaviləsi bağlanmış və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Hesab edir, qeyd olunan əmr ləğv edilməli, o, əvvəlki vəzifəsinə işə bərpa edilməli və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir.
4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında T726 nömrəli 08 dekabr 2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək Müqaviləsi tərtibat quruluşu baxımından üç hissədən - əmək müqaviləsinin əsas hissəsi, əmək müqaviləsinə 1 saylı əlavə və əmək müqaviləsinə 2 saylı əlavədən ibarət olmuşdur. Əmək müqaviləsinin əsas hissəsində - əmək müqaviləsinin ümumi şərtləri əks edilmişdir. Əmək müqaviləsinin əsas hissəsinin 1.2-ci maddəsində açıq aşkar şəkildə qeyd edilir ki, 1 saylı və 2 saylı Əlavələr “bu Əmək Müqaviləsinin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir”. Bu o deməkdir ki, əgər şəxs əmək müqaviləsinin şərtlərini qəbul edirsə, belə olan halda həmin şəxs əmək müqaviləsini bütövlükdə, o cümlədən ona olan 1 və 2 saylı Əlavələrdə göstərilən şərtləri də qəbul edir. Əmək müqaviləsinin əsas hissəsinin 9.2-ci maddəsində qeyd edilir ki, “Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar bu Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir. Əmək müqaviləsinə 1 saylı Əlavədə - işçinin vəzifəsi, iş yeri, əmək haqqının məbləği, iş və istirahət vaxtları, əmək məzuniyyətinin müddəti və əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar əks edilmişdir. Əmək müqaviləsinə 2 saylı Əlavədə - işçinin vəzifə təlimatı göstərilmişdir. Həmçinin onu da qeyd edir ki, 1 saylı və 2 saylı Əlavələrə əmək müqaviləsinin əsas hissəsinin digər maddələrində də (misal üçün, əmək müqaviləsinin 2.2, 4.1 və 4.9 maddələri) istinad edilir. Ölkədə mövcud olan karantin rejiminin tələblərini nəzərə alaraq cavabdehin müəssisəsində inzibati vəzifələrdə çalışan işçilər məhdud sayda və vaxtaşırı olaraq ofisə gəlirlər. Bu səbəbdən bir çox sənədləşmə işləri, o cümlədən kadr məsələləri üzrə sənədləşmə elektron informasiya texnologiyalarını geniş tətbiq etməklə mümkün qədər ofisə gəlmədən aparılır. Bu səbəbdən əmək müqaviləsinin Azərbaycan və İngilis dillərində olan tam mətni ilk növbədə işçinin tanış olması üçün onun elektron poçt ünvanına elektron qaydada göndərilir. Həmin elektron məktubda işçidən əmək müqaviləsinin mətni ilə tanış olması istənilir və əmək müqaviləsinin şərtlərini qəbul edib-edilməməsi işçidən soruşulur. Eyni zamanda, elektron məktubda işçiyə bildirilir ki, əmək müqaviləsinin fiziki olaraq imzalanması (yəni, əmək müqaviləsinin elektron şəkildə bağlanmaya əlavə olaraq) kadrlar işinə məsul olan şəxsin ofisə çıxmasının mümkün olmasından sonra baş tutacaqdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin məsul əməkdaşı Aynur Əyyubova 09 dekabr 2020-ci il tarixdə elektron qay dada əmək müqaviləsini tam mətnini (1 saylı və 2 saylı əlavələr ilə birlikdə) iddiaçıya elektron qaydada göndərmişdir. Belə ki, iddiaçıya göndərilmiş 09 dekabr 2020-ci il tarixli elektron məktubda Aynur Əyyubova qeyd edir ki, “Hörmətli Anar, xahiş edirəm ki, qoşma kimi əlavə etdiyi iki dildə olan Əmək Müqaviləsi, Əlavə və Vəzifə Təlimatı ilə tanış olasınız. xahiş edirəm ki, bütün sənədlərin şərt və müddəaları ilə razı olduğunuzu bu məktuba cavab verməklə təsdiq edəsiniz. Bizim ofisə qayıtmağımızı mümkün olduqdan sonra biz Sizdən onları fiziki olaraq imzalamağı xahiş edəcəyik. Hörmətlə, Aynur”. İddiaçı Aynur Əyyubovanın 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunda qeyd edir ki: “Hörmətli Aynur, mən təqdim edilmiş müqav ilədə və vəzifə təlimatında göstərilmiş şərt və müddəalar ilə razıyam. Özünüzə baxın və özünüzü qoruyun. Hörmətlə Anar”. Göründüyü kimi, cavabdeh iddiaçıya elektron qaydada əmək müqaviləsinin mətnini göndərərək ona əmək müqaviləsi bağlamaq təklifini (oferta) etmişdir. İddiaçı da həmin təklifi (ofertanı) qəbul etməsi barədə öz razılığını bildirmişdir. Belə olan təqdirdə, tərəflər arasında əmək müqaviləsi (onun ayrılmaz tərkib hissəsi olan əlavələr ilə birlikdə) Azərbaycan Respublikası qanunvericiliyinə görə bağlanmış hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 406.3-cı maddəsində göstərilir ki, “Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.” Əgər şəxs digər şəxsə elektron qaydada müqavilə bağlamaq təklifini göndəribsə və şəxs həmin təklifi elektron qaydada qəbul edibsə, belə olan halda tərəflər arasında müqavilə bağlanmış hesab edilir. Hazırkı işdə də cavabdeh iddiaçıya elektron rabitəsi vasitəsi ilə (yəni elektron poçt) əmək müqaviləsi bağlamaq barədə təklif göndərmiş və cavabdeh elektron rabitəsi vasitəsi ilə (yəni elektron poçt) əmək müqaviləsi bağlamaq təklifini qəbul etmişdir. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi, əmək müqaviləsində göstərilmiş şərtlər əsasında, bağlanmış hesab edilməlidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.2-ci maddəsində qeyd edilir ki, “Əmək müqaviləs inə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar bu Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir.” 1 saylı Əlavənin “Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar” adlanan sonuncu bölməsinin 5-ci yarımbəndində qeyd edilir ki, “İşçi sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər Dənizində yerləşən buruqlarda işə buraxılmadıq da” halı əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Qeyd edilməlidir ki, bu cür halın əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan hal kimi göstərilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “d” bəndinə əsasən yol verilir. Belə k i, həmin normaya görə “Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:... d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Tərəflər də Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “d” bəndini rəhbər tutaraq əmək müqaviləsinə 1 saylı Əlavədə qeyd edilmiş halı - əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan hal kimi qeyd etmişlər. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə maddəsinə görə əmək müqaviləsinə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Beləliklə, tərəflər 1 saylı Əlavədə qeyd edilən halın əmək müqaviləsinə xitam verilməsi üçün əsas verən hal kimi göstərmişlər. 15 yanvar 2021-ci il tarixdə Ca vabdeh2 şirkətindən məlumat alır ki, 05 may 2009-cu il tarixdə Cavabdeh2 şirkəti tərəfindən təhlükəsizlik amillərinə görə iddiaçının dəniz buruğuna buraxılış icazəsinə blok (qadağa) qoyulmuş və bu qadağa bugünədək qüvvədədir. Belə ki, BP şirkətinin məsul əməkdaşı olan Anar Turabov cavabdehin əməkdaşı olan Zakirbəy Əfəndiyeva göndərdiyi 15 yanvar 2021-ci il tarixli elektron məktubunda qeyd edir ki (məktub əlavə edilir): “İddiaçı son dəfə dənizə 10 ildən çox müddət əvvəl, daha dəqiq desək xx.xx.2009-cu il tarixində (dənizdə Günəşlidən geri gəldi) səyahət edib. Bundan əlavə, onun buraxılış icazəsi xx.xx.2009-cu il tarixindən etibarən təhlükəsizlik məsələsi ilə əlaqədar blok edilib və indiyə qədər blokdan çıxarılmayıb” Belə olan halda cavabdeh elə məhz həmin gün dəniz buruğuna buraxılış icazəs inə qoyulmuş qeyd edilən qadağanın götürülməsinin mümkünlüyü barədə BP şirkətinə müraciət edir. Belə ki, cavabdehin məsul əməkdaşı Fariz Səlimov özünün 15 yanvar 2021-ci il tarixli elektron məktubunda BP şirkətinin məsul əməkdaşından qeyd edilən qadağanın götürülməsi imkanı ilə maraqlanır. Bundan əlavə, cavabdehin qeyd edilən qadağanın götürülməsinin mümkünlüyü ilə bağlı BP şirkətinə etdiyi müraciəti BP şirkətinin məsul əməkdaşı Sadıqov Rasimin iddiaçı ilə əlaqədar BP şirkətinin digər əməkdaşına yazdığı 18 yanvar 2021-ci il tarixli elektron məktubu ilə də təsdiqlənir. Belə ki, həmin məktubda Sadıqov Rasim yazır ki, “... Onlar (cavabdeh) bilmək istəyir ki, İddiaçı buraxılış icazəsi blokdan çıxarıla bilərmi....” (hər iki elektron məktub əlavə edilir). Lakin iddiaçının dəniz buruğuna buraxılı şına BP şirkəti tərəfindən qoyulmuş qadağa öz qüvvəsində qalır. Belə olan təqdirdə, cavabdeh əmək müqaviləsinin 1 saylı Əlavəsinin müvafiq bəndini rəhbər tutaraq iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən xitam verir. Bu məqsədlə cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 002-HCC/CC-2021 nömrəli 26 yanvar 2021-ci il tarixi əmr tərtib edərək, iddiaçının əmək müqaviləsinə 27 yanvar 2021-ci il tarixdə xitam verir. Bundan əlavə, cavabdeh iddiaçının əmək müqaviləsinin xitam verilməsi barədə bildirişi elektron qaydada qeydiyyata alır. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ona yalnız əmək müqaviləsinin əsas hissəsi təqdim edilib və əmək müqaviləsinə 1 saylı əlavə isə ona təqdim edilməmişdir və bu səbəbdən iddiaçı 1 s aylı əlavədə göstərilmiş şərtlər barədə məlumatı olmamışdır. İddiaçının gətirdiyi bu dəlil aşağıdakı səbəblərə görə həqiqətə uyğun deyildir. Birincisi, artıq yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında olan elektron yazışmadan məlum olur ki, əmək müqaviləsi (bütün əlavələr ilə birlikdə) iddiaçıya təqdim edilmişdir və iddiaçı da əmək müqaviləsinin (əlavələr ilə birlikdə) şərt və müddəaları ilə razı olduğunu cavabdehə bildirmişdir. İkincisi, əgər iddiaçı 1 saylı Əlavə barədə məlumatının olmadığını və ya 1 saylı Əlavə ilə razı olmadığını iddia edirsə, onda iddiaçı hansı şərtlər əsasında, yəni hansı əmək haqqı, hansı vəzifə, hansı iş vaxtı əsasında cavabdehin müəssisəsində işləməyə razı olmuşdur? Axı, əmək şəraitinin ən mühüm şərtləri olan - əmək haqqı, əmək vəzifəsi və iş vaxt ı elə məhz 1 saylı Əlavədə əks edilibdir. 1 saylı Əlavədən başqa əmək müqaviləsinin heç bir digər yerində bu müddəalar öz əksini tapmayıbdır. Üçüncüsü, əmək müqaviləsinin əsas hissəsinin 1.2-ci maddəsində birbaşa olaraq göstərilir ki, 1 və 2 saylı Əlavələr əmək müqaviləsinin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir. Həmçinin, əmək müqaviləsinin əsas hissəsinin 9.2-ci maddəsində 1 saylı Əlavəyə istinad edilir və qeyd edilir ki, “Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar bu Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir”. Buna görə də əgər iddiaçı əmək müqaviləsinin əsas hissəsini qəbul edirsə, demək ki, əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəni də qəbul edir. Beləliklə, əmək müqaviləsini n tam mətni (1 və 2 saylı Əlavələr ilə birlikdə) cavabdeh tərəfindən iddiaçıya təqdim edilmişdir və iddiaçı qeyd edilən sənədləri almış, həmin sənədlərlə tanış olmuşdur və həmin sənədlərin şərt və müddəaları ilə razı olduğunu bildirmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(009)861/2021 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia təmin olunmamışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abernet arasında qarşılıqlı razılıq ilə 08 dekabr 2020-ci il tarixindən 08 dekabr 2021-ci il tarixinədək T726 nömrəli, 08 dekabr 2020ci il tarixli əmək müqaviləsi bağlanmış, sonuncunun 002-HCC/CC- 2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri ilə sözü gedən əmək müqaviləsinə A zərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d” bəndi və əmək müqaviləsinin 1 nömrəli əlavəsi rəhbər tutularaq 27 yanvar 2020-ci il tarixindən xitam verilmişdir. İddiaçı barəsində olan 26 yanvar 2021-ci il tarixli əmrin qanunsuz və əsassız olmasının əsasları kimi əmrdə istinad edilmiş əmək müqaviləsinin 1 nömrəli əlavəsinin T726 nömrəli əmək müqaviləsində şərt kimi göstərilməməsinə, əmək müqaviləsinə xitam verildikdən sonra, görüş zamanı ona göstərdikləri müqavilənin əlavəsində yazıldığının ona məlum olmasına, əmək müqaviləsi bağlanan zaman həmin əlavənin ona təqdim olunmamasına və onun tərəfindən imzalanmamasına, 1 nömrəli əlavədə qeyd olunan şərtlər barədə məlumatı olmadığından bu şərtin onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməməsinə, həm əmək müqaviləsinin əlavələrindən, həm də "BP” əməliyyat şirkəti tərəfindən Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasından da məlumatı olmamasına istinad edərək, onunla bir il müddətində bağlanmış əmək müqaviləsinin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsinin qanunsuz olmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək iddiaçı ilə aralarında əmək müqaviləsinin (onun ayrılmaz tərkib hissəsi olan 1 və 2 saylı əlavələr ilə birlikdə) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmasını, 1 və 2 saylı Əlavələrin əmək müqaviləsinin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələri olmasını, iddiaçının 1 saylı Əlavədə göstərilmiş şərtlər barədə məlumatı olmasını, əmək müqaviləsinin 1 saylı Əlavəsinin müv afiq bəndinə də əsasən onun əmək müqaviləsinə xitam verilməsi barədə 002-HCC/CC-2021 nömrəli 26 yanvar 2021-ci il tarixi əmrin qanuni əsaslarla qəbul edilməsini göstərmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin təşəbbüsu işəgötürən tərəfindən olmuşdur ki, iddiaçı da bu təşəbbüsün qanuniliyini mübahisələndirir.
7. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikd ə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
8. İşin araşdırılmış hallarından məlum olur ki, "Turan Drilling and Engineering Company” MMC "BP” Eksploreyşn Limited şirkətinin (bundan sonra BP) podratçı təşkilatı olmaqla aralarında BP-nin nümayəndəsinin podratçının işçi heyətindən istənilən şəxsi iş sahəsindən uzaqlaşdırmaq barədə sonuncuya şifahi (ardından mümkün qədər tez bir zamanda yazılı göstəriş də verilməlidir) və ya yazılı göstəriş verə bilməsinə dair müəyyən halların razılaşdırılmasına və s. hallara dair ********** nömrəli, 15 mart 2019-cu il tarixli Baş Xidmət Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinə əs asən iddiaçı həmin tarixdən 1 il müddətinə (sınaq müddəti də daxil olmaqla) cavabdeh” MMC-yə materiallar üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən işçinin peşəsi və ya vəzifəsi, iş yeri, sınaq müddəti, əmək haqqı, iş və istirahət vaxtı, əmək məzuniyyəti, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar 1 №-li Əlavədə, işçinin əmək funksiyası isə 2 №-li Əlavədə göstərilmişdir. 1 №-li və 2 №-li Əlavələr bu Əmək Müqaviləsinin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir. İddiaçının tələbinin əsaslandığı hallardan biri cavabdehlə aralarında bağlanan əmək müqaviləsinin 1 nömrəli əlavəsinin onun tərəfindən imzalanmaması, onun məzmunundan xəbərsiz olması, bunlara dair sübutun olmamasıdı r.
9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 68, 75 və 76-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2, 405, 406, 407, 408 və 409-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması qeyd edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlə r – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) 2(103)-2570/2022 nömrəli iş üzrə 1 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsindən və ona 1 və 2 saylı Əlavələrdən göründüyü kimi, Əmək müqaviləsi tərtibat quruluşu baxımından üç hissədən - əmək müqaviləsinin əsas hissəsi, əmək müqaviləsinə 1 saylı Əlavə və əmək müqaviləsinə 2 saylı Əlavədən Eyni zamanda, Əmək müqaviləsinin əsas hissəsinin 1.2-ci maddəs ində konkret olaraq göstərilmişdir ki, 1 saylı və 2 saylı Əlavələr “bu Əmək Müqaviləsinin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir”. Xüsusilə qeyd edilməlidir ki, əsas əmək müqaviləsində birbaşa qeyd olunmuşdur ki, işçinin peşəsi və ya vəzifəsi, iş yeri, sınaq müddəti, əmək haqqı, iş və istirahət vaxtı, əmək məzuniyyəti, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar 1 №-li Əlavədə, işçinin əmək funksiyası 2 №-li Əlavədə göstərilmişdir. 1 №-li Əlavədə “əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar” qeyd edilmişdir ki, onlardan da biri – “işçinin sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmaması”dır. İşdən görünür ki, 15 yanvar 2021-ci il tarixdə cavabdeh (işəgötürən) Cavabdeh2 şirkətindən məlumat alınmışdır ki, 05 may 2009-cu il tarixdə Cavabdeh2 şirkəti tərəfindən təhlükəsizlik amillərinə görə iddiaçının dəniz buruğuna buraxılış icazəsinə blok (qadağa) qoyulmuşdur və qadağa bu günədək qüvvədədir (bu barədə Cavabdeh2 şirkəti ilə cavabdeh arasında elektron məktub yazışması olmuşdur). Eyni zamanda üçüncü şəxsi qismində cəlb olunmuş Cavabdeh2 şirkətinin nümayəndəsi də bu halı təsdiq edərək, həqiqətən iddiaçı barəsində 2009-cu ildə müvafiq qadağanın həyata keçirilməsini və qadağanın hazırki vaxtadək də qüvvədə olmasını bildirmişdir. Beləliklə, işdə olan sübutlardan, eləcə də izahatlardan görünür ki, tərəflərin əmək müqaviləsinə xitam verilməsi üçün razılaşdıqları hal (işçinin sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmaması) mövcuddur. Belə olan halda isə cavabdeh həmin əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququna malik olmuşdur. Həmçinin qeyd edilməlidir ki, müvafiq qadağanın qanuniliyi hazırki icraat çərçivəsində araşdırılmır, həlledici məqam qadağanın mövcud olub-olmamasıdır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə də razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əlavədən məlumatlı olmaması barədə bildirdikləri istər işin halları, istərsə də işdə olan sübutlarla təsdiq ol unmur. Yəni, iddiaçının (işçinin) əmək müqaviləsinə əsasən hansı vəzifəyə təyin olunmasını, iş yerini, əmək haqqını, əmək məzuniyyətini, vəzifə təlimatlarını və s. bu kimi məlumatları bilmədən əmək müqaviləsini bağlaması sadə məntiqə sığmamaqla, anlaşılan deyildir.
15. Bununla yanaşı, işdə olan Cavabdeh1 MMC-nin Dəniz Layihələri üçün İR Prosesləri üzrə adminstratoru Aynur Əyyubova tərəfindən İddiaçı elektron qaydada göndərilən yazışmadan görünür ki, Aynur Əyyubova 09 dekabr 2020-ci il tarixdə elektron qaydada əmək müqaviləsinin tam mətnini (1 saylı və 2 saylı Əlavələr ilə birlikdə) İddiaçı elektron qaydada göndərmiş və həmin məktubda "Hörmətli Anar, xahiş edirəm ki, qoşma kimi əlavə etdiyi iki dildə olan Əmək Müqaviləsi, Əlavə və Vəzifə Təlimatı ilə tanış olasınız. Xahiş edirəm ki, bütün s ənədlərin şərt və müddəaları ilə razı olduğunuzu bu məktuba cavab verməklə təsdiq edəsiniz. Bizim ofisə qayıtmağımız mümkün olduqdan sonra biz Sizdən onları fiziki olaraq imzalamağı xahiş edəcəyik. Hörmətlə, Aynur” qeyd edilmiş, İddiaçı 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunda - “Hörmətli Aynur, mən təqdim edilmiş müqavilədə və vəzifə təlimatında göstərilmiş şərt və müddəalar ilə razıyam. Özünüzə baxın və özünüzü qoruyun. Hörmətlə Anar’ qeyd etmişdir.
16. İddiaçı tərəf qeyd edilən e-mail yazışmasının mövcudluğunu inkar etməmişdir. Bununla yanaşı, iddiaçı eyni formada göndərilmiş əsas əmək müqaviləsini qəbul etməsini, lakin nəyə görə müvafiq əlavəni qəbul etməməsini əsaslandıra bilməmişdir. Həmçinin qeyd edilməlidi r ki, həmin vaxtı ölkədə mövcud olmuş olan sərt karantin (Covid-19 Pandemiyası) şəraiti də nəzərə alınmaqla əmək müqaviləsinin şərtlərinin elektron qaydada razılaşdırılması qanunvericiliyin tələblərinə zidd deyildir
17. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsini də imzalamamış, həmin müqaviləni və onun hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələrindən biri olan və yenə də imzalamadığı, «Vəzifə təlimatları» adlanan 2 №li Əlavənin qanuniliyini, başqa sözlə onların məzmunları ilə tanış olmamasını mübahisələndirməmişdir. Məhkəmə işin bu halları baxımından iddiaçının əmək müqaviləsinin və 2 №-li Əlavənin məzmunu ilə tam tanış olmasını mübahisəsiz hallar kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, iddiaçın ın barəsində olan əmrin qanusuzluğunun əsası əsasən 1 №li Əlavədən xəbərsiz olması ilə əlaqədardır. Məhkəmə sözügedən dəlilə qiymət verməkdə davam edərək qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.2-ci bəndinə əsasən həmin müqaviləyə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar bu əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilmişdir. Sözügedən Əlavənin «əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar» adlanan bəndində qeyd edilən hallardan biri kimi işçinin sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmaması göstərilmişdir. Əmə k müqaviləsinə 1 saylı Əlavədən daha sonra görünür ki, bu əlavə ilə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallardan əlavə, işçinin vəzifəsi, iş yeri, əmək haqqının məbləği, iş və istirahət vaxtları, əmək məzuniyyətinin müddəti müəyyənləşdirilmişdir. 1 saylı Əlavədə həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.2, 4.1, 4.9 və 9.2-ci, 2 saylı Əlavədə isə 3.1, 3.2, 3.3-cü maddələrinə istinad edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının cavabdeh MMC-yə işə qəbul edilməsi vaxtı respublikada mövcud olan karantin rejiminin tətbiqi dövrunə düşdüyü üçün sözügedən rejiminin tələbləri nəzərə alınmaqla cavabdehin müəssisəsində inzibati vəzifələrdə çalışan işçilər məhdud sayda və vaxtaşırı olaraq ofisə gəlmələri səbəbindən bir çox sənədləşmə iş ləri, o cümlədən kadr məsələləri üzrə sənədləşmə elektron informasiya texnologiyalarını geniş tətbiq etməklə mümkün qədər ofisə gəlmədən aparılmışdır. Bu hal cavabdeh MMC-nin əməkdaşı tərəfindən iddiaçıya əmək müqaviləsinin Azərbaycan və İngilis dillərində olan tam mətninin işçinin tanış olması üçün onun elektron poçt ünvanına elektron qaydada göndərilməsində özünü göstərir və iş materiallarında olan cavabdehin məsul əməkdaşı Aynur Əyyubovanın 09 dekabr 2020-ci il tarixdə elektron qaydada əmək müqaviləsinin tam mətnini (1 saylı və 2 saylı əlavələr ilə birlikdə) iddiaçıya elektron qaydada göndərməsi və iddiaçının da öz növbəsində Aynur Əyyubovanın 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunun məzmunları ilə öz təsdiqini tapır. Məhkəmə cavabdeh tərəfin iddiaçıya elektron qaydada əmək müqaviləsinin mətnini göndərərək ona əmək müqaviləsi bağlamaq təklifini (oferta) etməsi və sonuncunun da həmin təklifi (ofertanı) qəbul etməsi barədə öz razılığını bildirməsinə dair iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla razılaşır və hesab edir ki, Mülki Məcəllənin müqavilənin bağlanmasını tənzimləyən müvafiq normalarının əmək münasibətlərinə də şamil edilməsi qanunvericilikdə öz əksini tapmışdır. İddiaçı elektron qaydada bağlanmış əmək müqaviləsi əsasında cavabdehlə əmək münasibətlərində olduğu halda, həqiqətən də həmin müqavilədə dəfələrlə istinad edilmiş 1 №li Əlavədən xəbərsiz olması və onun məzmunu ilə tanış olmadığı halda bununla əlaqədar işəgötürənə istənilən formada (yazılı ərizə, elektron qaydada ərizə və s.) müraciət etməməsinin səbəblərini izah edə bilməmişdir. Halbuki, məhkəmə hesab edir ki, iddiaçının 1 №li Əlavədən xəbəri və məlumatı olmaması qeyrimümkün idi və məhkəmə iddiaçının tələbinin əsaslandığı bu hala tənqidi yanaşaraq bununla bağlı verdiyi izahatlarını inandırıcı saymır. Çünki, iddiaçıya münasibətdə əmək şəraitinin ən mühüm şərtləri olan - əmək haqqı, əmək vəzifəsi, iş və istirahət vaxtı və əmək məzuniyyəti məhz 1 saylı Əlavədə əks edilmiş, həmin Əlavədən başqa əmək müqaviləsinin heç bir digər hissələrində bu müddəalar öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35 və 71-ci maddələri, Əmək Məcəlləsinin 75-ci maddəsi, Mü lki Prosessual Məcəllənin 77 və 106-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə iş üçün əhəmiyyət kəsb edən, BP şirkətinin İddiaçı barəsində olan dənizə qadağa “stop” mövcudluğuna dair sübut əldə etməmiş, həmin qadağanın İddiaçı işdən cıxarılarkən “Turan Drilinqə rəsmən təqdim olunub-olunmadığını və nümayəndənin heç bir əsası olmayan ifadəsini əsas götürmüş. BP şirkətinin nümayəndəsi məhkəmə icrasında məhkəməyə həqiqəti əks etdirməyən məlumat verərək İddiaçı barəsində guya vaxtı ilə cinayət işi olduğunu bildirmişdir. Əmək müqaviləsinin xit amına səbəb olan hal, əmək müqaviləsinə əlavədə əksini tapmış, bu əlavədən İddiaçı xəbərsiz olmuş, əlavəni imzalamamışdır. Cavabdeh əmək müqaviləsinin xitam verilməsinə dair 002-HCC/CC-2021 nömrəli, 26 yanvar2021-ci il tarixli əmirdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndini və əmək müqaviləsinin 1 nömrəli əlavəsinə istinad etsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə ki, arada bağlanan əmək müqaviləsinin 1 nömrəli əlavəsinin İddiaçı tərəfindən imza etdiyinə dair sübut təqdim edə bilməmişdirlər. Həmçinin Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 şirkətinə edilmiş müraciətin nömrəsi və tarixi barədə, eləcədə Cavabdeh2 şirkətinin onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında cavab məktubunun nömrəsi və tarixi barədə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh Əmək Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə hallara əsaslansa da, həmin əlavə hallar barədə qarşılıqlı razılığın olmasını sübut etməmişdir. Əmək müqaviləsinin 8.1-ci maddəsində də göstərildiyi kimi, bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. 2-HCC/CC-2021 nömrəli, 26 yanvar2021-ci il tarixli əmrin qəbul edilməsi əsas birtərəfli (İddiaçı tərəfindən imzalanmayan) əlavə olmuşdur. İddiaçı cavabdehlə aralarında bağlanan müqavilənin ləğv edilməsi barədə həmin gün məlumat verilmişdir.
21. Kassasiya şikayəti Əmək Məcəlləsinin 68, 75, 44-cü m addələri, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh "Turan Drilling and Engineering Company” MMC kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2570/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
23. Maddə 68, 1-ci bənd Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə 68, 2-ci bənd Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şə rtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
25. Maddə 75, 1-ci bənd Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
26. Maddə 75, 2-ci bənd Əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar nəzərdə tutula bilər. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya in stansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təm in olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2570/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.