Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5256/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «X2 Mərkəzi» X7rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-85/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnam əsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları «X2 Mərkəzi» X8 baş həkimi X4 (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış Əmək Müqaviləsinin (Kontraktının) surətinə əsasən, İddiaçı 21 iyun 2018-ci il tarixdə «X2 Mərkəzi» X8 Reanimasiya bölməsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə təyin edilmişdir. «X2 Mərkəzi» X8 Reanimasiya və Anesteziologiya bölməsinin müdiri X5 tərəfindən yazılmış məlumatın surətinə əsasən, İddiaçı 26 noyabr 2020-ci il tarixdə səhər saat 07:19 dəqiqədə növbəni heç kəsə təhvil vermədən, bölmə müdirinə və mərkəzin rəhbərliyinə heç bir məlumat vermədən xəstəni nəzarətsiz qoymuş və mərkəzi icazəsiz tərk etmişdir. B u da xəstənin həyatı üçün təhlükə yarada bilərdi. 26 noyabr 2020-ci il tarixli aktın surətinə əsasən, «X2 Mərkəzi» X8 Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı əmək intizamını kobud şəkildə pozması ilə əlaqədar izah verilməsi tələb olunduqda, İddiaçı izahat verməkdən imtina etmişdir. «X2 Mərkəzi» X8 Əmək intizamı Komissiyasının 27 noyabr 2020-ci il tarixli, 33 nömrəli iclas protokolunun surətinə əsasən, Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloqreanimatoloqu İddiaçı əmək intizamı qaydalarına riayət etməməsinə və əmək funksiyasını kobud şəkildə pozmasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi nə görə, eyni zamanda əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəzərə alaraqdan tutduğu vəzifədən azad olunması fikri irəli sürülmüşdür. «X2 Mərkəzi» X8 Əmək intizamı Komissiyasının 27 noyabr 2020-ci il tarixli qərarının surətinə əsasən, «X2 Mərkəzi» X8 Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloqreanimatoloqu İddiaçı əmək intizamını və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad olunması qərara alınmışdır. «X2 Mərkəzi» X8 Həmkarlar İttifaqı Komitəsinin 27 noyabr 2020-ci il tarixli, 32 nömrəli iclas protokolunun surətinə əsasən, «X2 Mərkəzi» X8 Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı işdən azad olunmasına etiraz olunmamışdır. «X2 Mərkəzi» X8 Həmkarlar İttifaqı Komitəsinin sədrinin 28 noyabr 2020-ci il tarixli rəyinin surətinə əsasən, «X2 Mərkəzi» X8 Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad olunmasına etiraz edilməmişdir. «X2 Mərkəzi» X8 Reanimasiya və Anesteziologiya bölməsinin müdiri X5 tərəfindən 04 dekabr 2020-ci il tarixdə yazılmış məlumatın surətinə əsasən, Reanimasiya-anesteziologiya bölməsinin həkim-ordinatoru İddiaçı 04 dekabr 2020-ci il tarixdə naməlum səbəbdən, heç kimə məlumat vermədən işə gəlməmişdir. «X2 Mərkəzi» X8 07 dekabr 2020-ci il tarixli, 358 nömrəli əmrinin surətin ə əsasən, «X2 Mərkəzi» X8 Reanimasiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesabı kəsilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı «X2 Mərkəzi» X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X2 Mərkəzi» X8 07 dekabr 2020-ci il tarixli, 358 nömrəli əmrinin ləğv edilməklə, onun «X2 Mərkəzi» X8 Reanimasiya bölməsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı 07 dekabr 2020-ci ildən tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaç ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2018-ci il tarixli əmək müqaviləsi əsasında «X2 Mərkəzi» X8 Reanimasiya bölməsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başladığını, 25 ildir ki müxtəlif tibb müəssisələrində həkim işlədiyini, əmək fəaliyyəti dövründə hər hansı intizam tənbehi almadığını, «X2 Mərkəzi» X8 baş həkimi X1 07 dekabr 2020-ci il tarixli, 358 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad edildiyini, müvafiq əmrlə razı olmadığını, əmrin faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmadığını, mübahisələnən əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin həmin məcəllədə təsbit edilmiş müvafiq əsaslara və qaydalara riayət edilməsi ilə şərtləndirildiyini, əmr verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqini şərtləndirən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci, 3-cü və 80-ci maddəsinin 1-ci, 2-ci bəndlərinin müddəalarından irəli gələn tələblərə riayət edilmədiyini, işəgötürən tərəfindən Həmkarlar İttifaqı qarşısında hər hansı təqdimatla çıxış edilmədiyini, belə bir təqdimata baxılmadığını, eləcə də, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafe lərinə hər hansı formada zərər vurulmasını təsdiqləyən hər hansı əsaslandırmaya yer verilmədiyini, həmçinin bu kimi halları təsdiqləyən hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmənin 15 yanvar 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X6, X2 X3 Komitəsinin sədri, eyni zamanda kadrlar bölməsinin rəisi kimi fəaliyyət göstərdiyini, 26 noyabr 2020-ci il tarixdə İddiaçı intizam qaydalarını, əmək intizamını kobud surətdə pozaraq, heç bir üzürlü səbəb olmadan, xəbər vermədən 26 noyabr 2020-ci il tarixdə saat 07:19 radələrində cavabdehlik daşıdığı Reanimasiya və anesteziologiya şöbəsini özbaşına tərk etdiyinin məlum olduğunu, ondan bu barədə izahat verməsi tələb olunduqda imtina etdiyini, bu barədə akt tərtib olunduğunu, həmin günü məsələnin müzakirəsi üçün icla sların təyin olunduğunu, İddiaçı onun tərəfindən iclaslarda iştirak etməli olması barədə xəbərdar olunduğunu, əlavə olaraq bölmə müdiri Ənvər həkimə İddiaçı iclasa dəvət etməsini dediyini, lakin iştirakdan imtina etdiyini, iclasların iş vaxtından sonra təxminən saat 17:25-də keçirildiyini, Əmək-İntizam Komissiyasının və Həmkarlar İttifaqı Komitəsinin iclaslarının keçirilərək İddiaçı ağır cərrahi əməliyyat keçirmiş xəstəni nəzarətsiz qoyub getdiyindən əmək intizamını kobud şəkildə pozması qənaətinə gəlindiyini, bu barədə özünün rəy verdiyini, İddiaçı iş yerini özbaşına tərk etməsi barədə mühafizəçinin məlumat verdiyini, həmçinin bölmə müdiri Ənvər həkimin məlumat yazdığını, baş həkimin bununla bağlı Əmək-İntizam Komissiyasına müraciət etdiyini, gecə növbətçiliyinin təşkilinə əsasən növbədə olanlar saat 20:00-dan sabahı gün saat 09:00-dək davam etdiyini, iclasın keçirilməməsi barədə İddiaçı sənəd təqdim etmədiyini bildirmişdir. Məhkəmənin 29 yanvar 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5, X2 Mərkəzində Reanimasiya və anesteziologiya bölməsinin müdiri kimi fəaliyyət göstərdiyini, 26 noyabr 2020-ci il tarixdə İddiaçı intizam qaydalarını, əmək intizamını kobud surətdə pozaraq, heç bir üzürlü səbəb olmadan, xəbər vermədən saat 07:19 radələrində cavabdehlik daşıdığı Reanimasiya və anesteziologiya şöbəsini özbaşına tərk etdiyinin məlum olduğunu, tibb bacısının bu halı ona bildirdikdən sonra özünün yazılı məlumat hazırladığını, 27 noyabr 2020-ci il tarixdə məsələnin müzakirəsi üçün iclasların təyin olunduğunu, İddiaçı onun tərəfindən iclaslar da iştirak etməli olması barədə xəbərdar olunduğunu, lakin iştirakdan imtina etdiyini, iclasların iş vaxtından sonra təxminən saat 17:15-dən sonra keçirildiyini, Əmək-İntizam Komissiyasının və Həmkarlar İttifaqı Komitəsinin iclaslarının keçirilərək İddiaçı ağır cərrahi əməliyyat keçirmiş xəstəni nəzarətsiz qoyub getdiyindən əmək intizamını kobud şəkildə pozması qənaətinə gəlindiyini, Həmkarlar İttifaqı Komitəsinin iclasında özünün çıxış edərək İddiaçı əmək intiazmını kobud pozmasını, xəstənin həyatı təhlükədə qoymasını, dəfələrlə etdiyi səhvlərə güzəşt olunduğunu, İddiaçı kimsəyə demədən iş yerini tərk etdiyini, gecə növbətçiliyinin cədvəl şəklində müəyyən olunaraq bölmənin işçilərinə bildirildiyini, İddiaçı şəxsən təqdim olunduğunu, İddiaçı iş yerini özbaşına tərk etməsi barədə mühavizəçi nin məlumat verdiyini, baş həkimin bununla bağlı Əməkİntizam Komissiyasına müraciət etdiyini, İddiaçı əvvəllərdə intizamsılığa yol verdiyini, bu olanlardan sonra 04 dekabr 2020-ci il tarixdə də işə gəlmədiyini, gecə növbətçiliyinin təşkilinə əsasən növbədə olanlar saat 20:00-dan sabahı gün saat 09:00-dək davam etdiyini bildirdi. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən Q.N.Məmmədov) 29 yanvar 2021-ci il tarixli, 2(078)-164/2021 nömrəli qətnaməsi ilə iddia əsassız hesab edilərək rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən iddiaçı işdən azad olunarkən Həmkarlar İttifaqının razılığı alınmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı z amanı əmək qanunvericiliyinin müddəaları düzgün tətbiq edilmiş, qanunla nəzərdə tutulmuş bütün məcburi tələblərə riayət edilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı işdən azad edilməsi əmək müqaviləsinin ləğv olunması əsaslarına və qaydalarına uyğun aparılmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.2, 70 (ç bəndi), 71.2, 76.1-ci maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(078)-164/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi nin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin 4.16-cı bəndində işçinin-İddiaçı gündə 08 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyəcəyi, 4.17-ci bəndində isə iş vaxtı saatının 09:00 da başladığı, saat 17:12 dəqiqədə qurtaracağı göstərilir. Həmçinin bildirir ki, “X2 Mərkəzi” X13 Cərrahiyyə şöbəsinin Reanimasiya və intensiv terapiya bölməsinin həkimlərinin 2020-ci ilin noyabr ayı üçün növbətçilik qrafiki tərtib edilmişdir. Həmin növbətçilik qrafiki baş həkim N.Vəkil1 tərəfindən 01-noyabr 2020-ci il tarixdə imzalanaraq möhürlə təsdiqlənmişdir. Həmin növbətçilik qrafikinə əsasən İddiaçı 25 noyabr 2020-ci il tarixdə 08-saat növbətçilik üzrə əmək vəzifəsi öhdəliyi olmuşdur. Şahid qism ində ifadə vermiş Həmkarlar İttifaqının sədri həmçinin kadr işləri üzrə təlimatçı Aynur Əhmədova həmin səkkiz saatlıq növbəni İddiaçı 25 noyabr 2020-ci il tarixdə əmək müqaviləsi üzrə əmək vəzifələrini bitirdikdən sonra qəbul etmişdir. Qeyd olunduğu kimi 25 noyabr 2020-ci il tarixi üçün üzərinə götürdüyü növbətçilik üzrə əmək-vəzifə öhdəliyinə 25 noyabr 2020-ci il tarixdə saat 18:00 da başlamış və 08 saatlıq əmək-vəzifə öhdəliyi 26 noyabr 02:00-da bitmişdir. Göründüyü kimi onun 26 noyabr 2020-ci il tarixdə səhər saat 07:19 dəqiqədə həmçinin həmin saat vaxtından əvvəl və yaxud sonra işəgötürən qarşısında əmək müqaviləsi eləcə də növbətçilik qrafiki üzrə hər hansı əmək-vəzifə öhdəliyi olmamışdır. "X2 Mərkəzi” X13 Əmək-intizamı Komissiyasının iclas protokolunun eləcə də "X2 Mərkəzi” X13 Həmka rlar İttifaqının iclas protokolunun məzmunundan görünür ki, hər iki iclasda iştirak edən üzvlər İddiaçı 26.11.2020-ci il tarixdə saat 07:19 dəqiqədə əmək müqaviləsi və ya gecə növbətçiliyi qrafiki üzrə işəgötürən qarşısında əmək vəzifəsi öhdəliyinin olub-olmaması məsələsini müzakirə etməmiş, aydınlaşdırmamışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhliman Xıdırov - sədrlik edən və məruzəçi, Fərman Abbasov və Mehman Allahverdiyev) 17 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Naxçıvan şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(078)-164/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə iddiaçı - “X2 Mərkəzi” X8 Reanimasiya və anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı 26 noyabr 2020-ci il tarixində növbə vaxtı tamam olmadan heç kəsə məlumat vermədən iş yerini tərk edərkən reanimasiya bölməsində əməliyyat olunmuş xəstə olmuşdur. Bu isə ona dəlalət edir ki, iş üzrə iddiaçının əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) tam yerinə yetirmədiyinə görə “X2 Mərkəzi” X13 əmək və icra intizamının normal ahəngi pozulmuşdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edən apellyasiya şikayəti göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərt i ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. İş materiallarına əlavə edilmiş “X2 Mərkəzi” X8 baş həkimi N.Vəkil1 tərəfindən imzalanmış 07 yanvar 2020-ci il, 03 aprel 2020-ci il və 25 avqust 2020-ci il tarixli əmrlərin surətindən aydın olur ki, “X2 Mərkəzi” X8 reanimasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə Reanimasiya və intensiv terapiya bölməsinin həkimlərinə gecə növbətçiliyi işi 2020-ci il yanvar ayından etibarən təşkil edilmiş, 2020-ci ilin aprel ayından etibarən dayandırılmış, 2020-ci ilin sen tyabr ayından etibarən bərpa edilmişdir. Növbədə həkimlər məsul şəxs sayılmış, növbənin başlama və bitmə saatları 20:00-dan ertəsi gün 09:00-a təyin olunmuşdur. İddiaçı 26 noyabr 2020-ci il tarixdə səhər saat 07:19 dəqiqədə növbəni tərk edərək əmək intizamını pozmuşdur. İş üzrə iddiaçının birinci instansiya məhkəməsində verdiyi və onun iş üzrə apellyasiya şikayətinə baxılarkən məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunur ki, iş üzrə iddiaçı 25 noyabr 2020-ci il tarixindən 26 noyabr 2020-ci il tarixinə keçən gecə növbədə olduğunu bilmiş, həmin gecə növbətçiliyə başlayaraq bir müddət növbəni davam etdirmişdir. İddiaçı 26 noyabr 2020ci il tarixdə səhər saat 07:19 dəqiqədə- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş 12 saaatlıq növbə müdd əti tamam olmadan növbəni tərk edərək əmək intizamını pozmuşdur. Artıq müəssisədə keçirilən müvafiq iclaslarda konkret olaraq İddiaçı 26 noyabr 2020-ci il tarixdə saat 07:19 dəqiqədə əmək müqaviləsi və ya 2020-ci ilin noyabr ayı üçün təsdiq olunmuş növbətçilik qrafiki üzrə işəgötürən qarşısında əmək-vəzifə öhdəliyinin olub-olmaması barədə araşdırma aparılıb-aparılmamasının iş üzrə əhəmiyyəti yoxdur. Kollegiya iddiaçının apelyasiya şikayətində qeyd olunan Həmkarlar İttifaqının onun barəsində iclas keçirməsindən 15 yanvar 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən həmkarlar ittifaqının sədri həmçinin kadrlar bölməsinin mütəxəssisi X6 tərəfindən Həmkarlar İttifaqının rəyi məhkəməyə təqdim olunan zaman xəbəri-məlumatı olması, Həmkarlar İtiifaqının onun barəsində hər hansı məsələyə baxacağı barədə ona heç bir məlumat verməməsi və ya izahat tələb etməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər də əsassızdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin 15 yanvar 2021-ci il tarixli məhkəmə iclas protokolundan məlum olur ki, iş üzrə İddiaçı izahatında 27 noyabr 2020-ci il tarixində işdə olarkən Aynur Əhmədova tərəfindən ona iş yerinin özbaşına tərk etməyi ilə əlaqədar iclas keçiriləcəyi bildirilmiş, lakin Aynur Əhmədovaya iclasda iştirak etməyəcəyini bidirmişdir. İş üzrə İddiaçı izahatında həmçinin 26 noyabr 2020-ci il tarixdə evdə olarkən baş həkimin müavininin ona mobil telefonla təxminən saat 11:00 radələrində zəng vuraraq, işdən getdiyinə görə gəlib izahat yazmalı olduğunu bildirdiyini, ona istirahət gününün olduğu nu bildirdikdə baş həkimin izahat verməli olduğunu tələb etdiyini, onun gəlməli olduğunu bildirdikdə istirahət hüququ olduğundan baş həkimin müavininə gəlməyəcəyini bildirdiyini göstərmişdir. Eyni zamanda iş materiallarında iş üzrə iddiaçının izahat verməkdən imtina etməsi barədə 26 noyabr 2020-ci il tarixdə tərtib olunmuş akt da mövcuddur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “X2 Mərkəzi” X8 Reanimasiya və anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu olmuş İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud olmuşdur və birinci instansiya məhkəməsi də qanuni və əsaslı olaraq iddianı rədd etmiş, maddi hüquq normalarını n tələblərinə əməl etmişdir. İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsinin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərilməklə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq əmr verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç„ bəndinin tətbiqini şərtləndirən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci, 3-cü və 80-ci maddəsinin 1-ci, 2-ci bəndlərinin müddəalarından irəli gələn tələblərə riayət edilməmişdir. Belə ki, i şəgötürən tərəfindən həmkarlar ittifaqı qarşısında hər hansı təqdimatla çıxış edilməmiş və belə bir təqdimata baxılmamışdır eləcə də iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada zərər vurulmasını təsdiqləyən hər hansı əsaslandırmaya yer verilməmiş həmçinin bu kimi halları təsdiqləyən hər hansı sənəd əlavə olunmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3- cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2 bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqavilə sinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 80.1 bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydal ar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, b u Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmad ığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, işəgöt ürən tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən “X2 Mərkəzi” X8 Həmkarlar İttifaqı Komitəsinin rəyini nəzərə alaraq, qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan za man Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-85/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.