Məhkəmə qərarları › İş №2(102)-5259/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5259/2019

30.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5259/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, X3 və Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X5 və Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə” dair iddia ərizəsi ilə; iddiaçı X5 cavabdeh İddiaçı qarşı “cehiz əşyaların məcburi qaydada mənzildən çıxarılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Sumqayıt şəhər məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İsmayılov, iş 2(060)-22/2018) İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı fərdi yaşayış evinə köçürülmə barədə iddia tələbi təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan bağları, «Yeni yaşayış» massivi, 8-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddiaçı X3 cavabdeh İddiaçı qarşı cehiz əmlaklarının məcburi qaydada evdən çıxarılması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), E.Əhmədov və S.Qafari, iş № 2(105)-2283/2018) cavabdehlər X3 və Cavabdeh apelyasiya şikayətləri təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(060)-22/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilib, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı Sumqayıt şəhəri, Ceyranbatan bağları, ünvan 1 ünvanında fərdi yaşayış evinə köçürülmə barədə iddiası təmin olunmayaraq, X3 İddiaçı qarşı cehiz əmlakın həmin evdən çıxarılması barədə iddiası təmin edilmiş və İddiaçı 157 adda cehiz əmlakları (tomat ba nkası-8 ədəd, məhrabalar-4 ədəd +1, qırmızı ipək-1 ədəd, kişi köynəyi - 1 ədəd, sarı şifon parça- 1 ədəd, baş yaylığı2 ədəd, çay dəsmalı 2 - ədəd, diplom - 1 ədəd, attestat - 1 ədəd, döşəkcə üzü - 2 ədəd, əl məhrabası 1 ədəd, işlənmiş mələfə-4, köhnə çexol-2 ədəd, çexol mələfə dəsti-1 ədəd, yastıq üzü-1 ədəd, yastıq üstünə atma tül-3 ədəd, örtük işlənmiş-1 ədəd, taxt çexolu işlənmiş-2 ədəd, 2 metrlik məhraba-1 ədəd, toy güzgüsü-1 ədəd, taxt örtüyü işlənmiş - 1 ədəd, çay dəsmalları - 4 ədəd, boz rəngdə kofta - 1 ədəd, tomat bankası - 1 qutu, 50 kiloluq kisədə şirə bankaları, yolka - 1 ədəd, kofta köhnə 1 ədəd, köhnə divan-kreslo üzlüyü - 1 ədəd,qara yubka -1 ədəd, dəmir paltar vannası - 1 ədəd, taxt yataq- 1 ədəd, divar dəsti-1 ədəd, jurnal stolu 1 ədəd, telefon altlığı- 1 ədəd, palma gülü - 1 ədəd, paltartikən maşın - 1 ədəd, oturacaq 6 ədəd, stol 1 ədəd, ütü masası-1 ədəd, işlənmiş maqnitofon - 1 ədəd, çörək qazanı - 1 ədəd, alüminium qazan 1 ədəd balaca və 1 ədəd böyük, diskli maqnitofon - 1 ədəd, təzə süfrə- 1 ədəd, un tökmək üçün qab 1 ədəd, xəmir yoğurmaq üçün alüminium qazan -1 ədəd, xəmir yoğurmaq üçün plastmas qab - 1 ədəd, ayıcıq kukla- 1 ədəd, qaz vuran 1 ədəd, yumurta qabı- 2 ədəd, çay servizi 1 dəst, sadə büllur güldan - 1 ədəd, böyük güldan - 1 ədəd, ət baltası-1 ədəd, kartofəzən-1 ədəd, qəndqıran - 1 ədəd, ləpə qabı- 2 ədəd, qəhvə servizi, nəlbəki ilə fincan-6 ədəd, yun ədyal-3 ədəd, taxt döşəyi- 1 ədəd, xalça - 2 ədəd, əl ilə işləyən ətçəkən maşın-1 ədəd, oyuncaq maral - 1 ədəd, yastıq- 5 ədəd, döşəkcə - 5 ədəd, uzunsov yastıq- 2 ədəd, ürək şəkilli yastıq-1 ə dəd, mütəkkə-1 ədəd, uşaq yorğanı - 1 ədəd, böyük yorğan -4 ədəd, təkadamlıq döşək-1 ədəd, çay dəsmalı-1 ədəd, qulplu duvaq - 1 ədəd (xəmir yayan), su qrafini-2 ədəd, balaca kasa -6 ədəd, kasa qaşığı- 6 ədəd, video maqnitofon-1 ədəd, qrapfin dəsti-1 ədəd, divar saatı-1 ədəd, balaca qrafinkalar-2 ədəd, sadə büllur stəkan-2 ədəd, sadə güldan-3 ədəd, sadə salat qabı-6 ədəd, meyvə vazı-2 ədəd, meyvə qabı-4 ədəd, qənd qabı-3 ədəd, sadə şirə stəkanı 3 ədəd, mürəkkəb rəngli qənd qabı-2 ədəd, sadə qənd qabı 2 ədəd, şəkər tozu qabı-2 ədəd, kül qabı-4 ədəd, duz qabı-6 ədəd+4, mürəkkəb rəngli güldan-1 ədəd, büllur parç-2 ədəd, sadə stəkan-21 ədəd, nazik sünbüllü stəkan -5 ədəd, armudu stəkan 4 ədəd, üstü palma şəkilli şirə stəkanı-6 ədəd, sinka rəngli şirə stəkanı - 6 ədəd, sadə şirə stəkanı-6 ədəd+3, üzü rəngli şirə stəkanı-4 ədəd, araq stəkanı-5 ədəd, bakal- 2 dəst, banka bağlayan-1 ədəd, balaca termos -1 ədəd, çəngəl-40 ədəd, kapron çörək qabı-5 ədəd, qoz çəkən-1 ədəd, sadə boşqab-6 ədəd, böyük kasa-6 ədəd, samovar çayniki-1 ədəd, böyük aş boşqabı -12 ədəd+12, balaca göy boşqab-6 ədəd, balaca kasa -6 ədəd, böyük kasa-6 ədəd, ortalıq boşqabı-7 ədəd, bulud rəngli boşqab-6 ədəd, meyvə qabı-2 ədəd, kül qabı-21 ədəd+2, tort boşqabı-1 dəst, salat boşqabı-2 ədəd, çörək qabı-2 ədəd, çay qaşığı-20 ədəd, yemək qaşığı-30 ədəd, çörək bıçağı-2 ədəd, bulud qaşığı-2 ədəd, nəlbəki-8 ədəd, güldan-9 ədəd, sadə büllur qab-2 ədəd, sadə büllur qənd qabı-2 ədəd, kasa-6 ədəd, mürəbbə qabı-12 ədəd, balaca güldan-2 ədəd, oxlov-1 ədəd, köhnə vaz-2 ədəd, çörək qazanı-1 ədəd, böyük qazan-1 ədəd, orta qazan-1 ədəd, böyük tava-3 ədəd, qulplu qazan-1 ədəd, iki qulplu qazan-2 ədəd, çömçə qab-3 ədəd, qənd doğrayan-1 ədəd, çömçə-1 ədəd, kasa-2 ədəd, alüminium qazan -4 ədəd, balaca çuğun ləyən -1 ədəd, aşsüzən-1ədəd, ot dəhrəsi-1 ədəd, düşbərə kəsən-1 ədəd, xırda alüminium ləyən1 ədəd, böyük ləyən-1 ədəd, 3 kiloluq balonda kampot-4 ədəd, araq stəkanı-6 ədəd, 4 ayaqlı yayma yayan-1 ədəd) X4 məxsus Sumqayıt şəhəri, ünvan 1 ünvanında fərdi evindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və M.Əhmədova, iş № 2(102)-8752/2018) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli qətnam əsiləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və Z.Məmmədov, iş № 2(105)-1601/2019) iddiaçı - cavabdeh X3 və cavabdeh Cavabdeh ayrı ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: X5 və Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi a pelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər 2001-ci ildə ailə qurduqdan sonra cavabdeh Şəmilov Murov Əli oğlunun işi ilə əlaqədar olaraq ilk öncə Xızı rayonunda, sonra isə Goranboy rayonunda yaşamış, bununla yanaşı birgə yaşadıqları dövrdə mübahisəli yaşayış evini tikdirmişlər və həmin ev mülkiyyət kimi qeydiyyata alınmamışdır. Həmçinin, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdehlər Cavabdeh və X5 mübahisəli evin X5 məxsus olduğunu bildirərək İddiaçı mübahisəli evə köçməsinə imk an verməmişlər. Hazırda iddiaçı hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 178.1, 180, 179.3, 11.2-ci, Torpaq Məcəlləsinin 68ci, Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.4, 69.1-ci maddələrini tətbiq etmişdir. X5 və Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas he sab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə göt ürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin l əğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar