Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-526/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, aidiyyət qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması barədə ilk, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-46/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, №1170882 saylı çıxarışın surətinə əsasən, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, № ******* saylı çıxarışın surətinə əsasən, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 88,5 kv metr, yardımçı sahəsi 75,8 kv metr, ümumi sahəsi 164,3 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.
3. Bərdə rayon XDC İcraiyyə Komitəsinin 10 iyul 1987-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarışa əsasən Bərdə şəhəri, Çay Sahili küçəsi 10 nömrəli evdə yaşayan X2 razılığı ilə onun istifadəsində olan 600 kv metr həyətyanı torpaq sahəsindən 300 kv metr kəsilərək 3 nəfər ailə üzvi olan İddiaçı istifadəsinə verilmiş və ona həmin torpaq sahəsində 2 otaqlı, kürsülü bir tipli layihə əsasında yaşayış sahəsi 32 kv metr olan yeni yaşayış evinin tikintisinə icazə verilmiş, rayonlararası inventarizasiya bürosuna tapşırılmışdır ki, Şahlar Hüseynovun adına verilmiş "Torpaq qeydi" sənədi ləğv edilərək hər birinin adına ayrılıqda 300 kv metr üçün yeni "Torpaq qeydiyyatı şəhadətnaməsi" veril məsini təmin etsin İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən DƏDRX-nin RX ******* saylı çıxarışı ilə ona verilmiş 0,03 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qəbul olunmasını xahiş etmişdir.
5. Sonradan İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək 3 sotdan deyil, 1,6 sot sahədən cavabdehin çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ona qarşı qaldırdığı ilkin iddia tələbinin rədd edilməsinə və ünvan 3 ünvanda yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi üzərində m ülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2017ci il tarixli RX ******* saylı çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda 0,03 ha həyətyanı torpaq sahəsi almış, həmin torpağın içərisində tikili də tikmişdir. Torpağa dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin RX ******* saylı çıxarışı da verilmişdir. Ancaq cavabdeh qardaşı Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi zəbt edilmişdir. Cavabdehlə qardaş olduğu üçün bu günə kimi susmuşdur. Fikirləşmişdir ki, doğma qardaşdırlar, aralarında mübahisə olmasın. Nə vaxtsa özü onu başa düşüb onun mülkiyyətində olan torpaq sahəsindən çıxar. Ancaq qardaşı torpaq sahə sini özünə geri qaytarmaq fikrində deyil. Dəfələrlə torpağından çıxmasını xahiş etsə də cavabdeh torpağından çıxmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi onların ata yurdu olmuşdur. Qardaşı həmin torpaq sahəsində 1986-cı il tarixdə ev tikmişdir. O yaşadığı ev isə 1960-cı il tarixdə mərhum atası tərəfindən tikilmişdir. Hələ ataları sağ ikən 1998-ci ildə qardaşı Telmanın yaşadığı ev ilə onların evlərinin arasından barı çəkmişdir. Atası 2006-cı il tarixdə vəfat etmişdir. O, Rusiya Federasiyasında olarkən qardaşı onun xəbəri olmadan 27 dekabr 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayonu ərazi idarəsin də sözügedən evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin ona məxsus olmasına dair RX ******* saylı çıxarışla mülkiyyət hüququnu qeydə aldırmışdır. Həmin çıxarışda ünvan 1 ünvanda 109 kv metrdən ibarət olan ev 0,03 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması qeyd edilmişdir. Onun Azərbaycanda olmamasından istifadə edən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,03 hektarını qannusuz olaraq özününküləşdirmişdir. 0,03 ha torpaq sahəsi İddiaçı istəyi ilə ona veriləcəyi təqdirdə onun evinə giriş-çıxış qapısı bağlanacaq. O, heç bir torpaq sahəsini zəbt etməmişdir. Hazırkı iş üzrə keçirilmiş mütəxəssis rəyindən də görünür ki, İddiaçı faktiki olaraq istifadəsində 220 kv metr torpaq sahəsi vardır. Hesab edir ki, ünvan 1 ünvanda 109 kv metr-dən ibarət olan evin yerlə şdiyi 0,022 ha torpaq sahəsi əvəzinə 0,03 ha torpaq sahəsinin verilməsi göstərilmiş xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışın etibarsız hesab edilməsinə zərurət yaranmışdır. Qeyd etdiyi kimi uzun müddət Rusiya Federasiyasında olduğundan xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışın İddiaçı tərəfindən alınmasından məlumatı olmamışdır. Sözügedən çıxarışın mövcudluğundan yalnız hazırkı mübahisə zamanı məhkəmədə xəbər tutmuşdur. İddiaçı tələb etdiyi 0,016 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları DƏDRX-də xx.xx.2011-ci il tarixdə qeydə alındığından onun ilkin iddia tələbi rədd edilməli və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarış etibarsız hesab olunmalıdır.
9. Bərdə Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 5.06.2018-ci il tarixli, 2(021)-311 1/2018 saylı qərardadı ilə mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.
10. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 avqust 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 300 kv metr-dən həyətyanı torpaq sahəsindən faktiki olaraq istifadəsində qalan 220 kv metrdir. Sözügedən 0,03 ha sahənin 80 kv metr hissəsi və onun həyətində normadan artıq olan 45 kv metr bələdiyyə mülkiyyətinə məxsus, cəmi 135 kv metr torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-3111/2018 saylı qətnaməsi ilə (hakim M.Allahverdiyev) İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılmasına dair ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin 80 kv metr hissəsindən çıxarılması, ilk iddia tələbinin qalan hissədə və Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən ilk iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin 80 kv metr hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmişdir. İlk iddiaçı iddia ərizəsində cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinin 1,6 ha hissəsini zəbt etdiyini qeyd etsə də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 avqust 2018-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, ilk cavabdeh ilk iddiaçının mülkiyyətində olan 0,003 ha torpaq sahəsinin 80 kv metr hissəsini zəbt etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
13. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı qeyd olunan çıxarışın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
14. İş materiallarında olan Bərdə rayon XDC İcraiyyə komitəsinin 10 iyul 1987-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarışa əsasən Bərdə şəhəri, Çay Sahili küçəsi 10 nömrə li evdə yaşayan X2 razılığı ilə onun istifadəsində olan 600 kv metr həyətyanı torpaq sahəsindən 300 kv metr kəsilərək 3 nəfər ailə üzvi olan İddiaçı istifadəsinə verilmiş və ona həmin torpaq sahəsində 2 otaqlı, kürsülü bir tipli layihə əsasında yaşayış sahəsi 32 kv m olan yeni yaşayış evi tikintisinə icazə verilmiş, rayonlararası inventarizasiya bürosunun mühəndisi Ə.Məhərrəmova tapşırılmışdır ki, Şahlar Hüseynovun adına verilmiş "Torpaq qeydi" sənədini ləğv edərək hər birinin adına ayrılıqda 300 kv metr üçün yeni "torpaq qeydiyyatı şəhadətnaməsi" verilməsini təmin etsin. Göründüyü kimi 300 kv metr torpaq sahəsi İddiaçı qanuni əsaslarla verilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələri, “İnsan Hüquqları haqqında” Ümumi Bəyannaməni n 17-ci maddəsi, “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 152.1-ci maddəsi, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İlk iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Qarşılıqlı iddiaçı və cavabdeh apelyasiya şikayətində ilk iddiaya etirazında və qarşılıqlı iddia ərizəsində göstərdiyi halları bir daha şərh etməklə göstərmişdir ki, qətnamə əhəmiyyətli olan bütün halların aydınlaşdırılmaması ilə çıxarılmış, ilk idida təmin olunduğu halda onun evinin giriş-çıxış hissəsi bağlanmasını nəzərə almamışdır. İddiaçının adına 0,03 ha sahəyə çıxarışın mövcudluğundan isə hazırkı mübahisə zamanı məlumatı olmuşdur. İş üzrə alınmış mütəxəssis rəyi isə ziddiyyətli olmuşdur. Belə olan halda məhkəmə ekspert rəyi almalı idi. Həmçinin məhkəmə DƏDRX-nin Bərdə Ərazi İdarəsini işə cəlb etməməklə də səhvə yol vermişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(104)-112/2021 saylı qərardadı ilə, məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. 19. 10/550 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi üçün tərtib edilmiş Texniki Pasportda qeyd edilmiş koordinatlar onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. Həmçinin Cavabdeh İddiaçı RX ******* saylı çıxarışla mülkiyyətinə verilmiş 0,03 ha (Texniki Pasportda 0,0364 ha) həyətyanı torpaq sahəsinin 0,0117 ha hissəsini istifadə edir.
20. Apellyasiya məhkəməsinin 2(104)-46/2022 nömrəli mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Məmmədov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev, Salman Hüseynov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsaslı deyildir.
22. Məhkəmə ko llegiyası həmçinin qeyd etmişdir ki, 10/550 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən də müəyyən olunur ki, İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi üçün tərtib edilmiş Texniki Pasportda qeyd edilmiş koordinatlar onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. Həmçinin Cavabdeh İddiaçı RX ******* saylı çıxarışla mülkiyyətinə verilmiş 0,03 ha (Texniki Pasportda 0,0364 ha) həyətyanı torpaq sahəsinin 0,0117 ha hissəsini istifadə edir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələri, “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, 111.1 və 111.2-ci maddələrinə, Mülki Məcəllənin 1 52.1, 152.2, 152.3, 152.4 və 152.5-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı kassasiya şikayəti verərək (vəkil X1) qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, Bərdə rayon XDC İcraiyyə Komitəsinin 10 iyul 1987-ci il tarixli 13 nömrəli iclas protokolundan çıx arışda göstərilən, 0,03 ha torpaq sahəsinin iddiaçıya verilməsi barədə ərizə tərəflərin atası Şahlar Həsənov tərəfindən yazılmamış və onun imzası ilə təsdiqini tapmamışdır. Belə bir ərizə ümumiyyətlə mövcud deyildir, saxtalaşdırılmış sənəddir. X6 oxuma-yazması olmayan şəxs idi. İddiaçı ata mülkündən müstəqil pay ayrılması arzusu ilə mərhum atalarının oxuma-yazmasının olmamasından istifadə edərək torpağın yarısının ona verilməsinə dair guya mərhum atası tərəfindən yazılmış ərizə ilə Bərdə rayon XDC İcraiyyə Komitəsinə müraciət edib. Həmin ərizə etibarsızdır. Beləliklə, sözügedən protokol, eynilə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarış etibarsız iclas protokoluna istinadən tərtib edildiyindən o da etibarsızdır. Bu hallar n ə birinci, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Seriya RX ******* saylı çıxarış verilərkən onu verən orqan diqqət etməmişdir ki, ilkin iddiaçının hasarı daxilindəki sahə yalnız 220 kv metrdir. Yerdə qalan mübahisəli 80 kv metr sahə isə hasarın xaricində qalır və ilkin iddiaçıya qəti şəkildə aidiyyəti yoxdur. Çünki bu hasar ilkin iddiaçının özü tərəfindən 3 ildən çoxdur ki, çəkilib. Mübahisəli ərazi mübahisə tərəfləri də daxil olmaqla 4 qonşunun müştərək istifadə etdiyi, onların darvazasının açıldığı ümumi yoldur. Bu fakt iş materiallarında olan fotoşəkillərdən də bəlli olur. (Həmin fotoşəkillər kassasiya şikayətinə də əlavə olunmuşdur). İlk iddia üzrə cavabdehin və digər qonşuların öz mülkiyyətində olan fərdi yaşayış evlərinə giriş-çıxış üçün tək yol qeyd edilən Çıxarış ilə ilkin iddiaçının mülkiyyətinə verilən torpaq sahəsindən keçir. Yəni, ilk iddia üzrə cavabdeh öz fərdi yaşayış evindən istifadə etmək üçün mübahisəli torpaq sahəsindən keçməyə məcburdur. Bərdə rayon XDC İcraiyyə komitəsinin 10 iyul 1987-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarışda sadəcə olaraq qeyd edilib ki, 300 kv metr torpaq sahəsi ilk iddia üzrə iddiaçıya verilir. Hesab edilsə ki, həqiqətən də tərəflərin atası guya müvafiq ərizəyə qol çəkib və ilk iddia üzrə iddiaçıya verilən sahə doğrudan da 300 kv metrdir. Lakin yenə də bu sahənin sərhədləri bilinmir. Belə olan halda, 35 ildir hasarından kənarda qalan mübahisəli 80 kv metr torpaq sahəsinin məhz ilk iddia üzrə cavabdeh və digər qonşuların darvazalarının açıldığı müştərək ərazi olması barədə DƏDRX düzgün ol mayan sənədlər tərtib etmişdir.
26. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən müvafiq ekspert və mütəxəssis rəylərinə istinad etmişdir. Qeyd edilməlidir ki, həmin rəylərdə Seriya RX ******* saylı çıxarış üzrə təqdim edilən koordinatlar öz əksini tapır. Lakin ilk iddia üzrə cavabdeh birinci instansiya məhkəməsindəki icraatdan bəri həmin çıxarışın etibarsız olmasını irəli sürür, bu barədə dəlillər göstərir, amma məhkəmələr əsassız olaraq həmin dəlilləri nəzərə almır, təkcə iddiaçının deyil, cavabdehin də torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdaviəsinə dövlət tərəfindən təminat verilməsini diqqətdən qaçırır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə
29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1).
34. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1).
35. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1).
36. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. (maddə 31.1)
37. İşə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnam əsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. (maddə 418.4 və 418.4.9) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin rədd olunması hissədə ləğv edilməklə həmin hissədə iş üzrə icraata xitam verilməli, cavabdehin kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. İşdən görünür ki, İddiaçı adına ünvan 3 ünvanda yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Seriya RX ******* nömrəli 27 dekabr 2017-ci il tarixli Çıxarış Bərdə rayon XDC İcraiyyə Komitəsinin 10 iyul 1987-ci il tarixli 13 nömrəli protokol qərarı əsasında verilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı adına DƏDRX tərəfindən verilmiş həmin çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
40. Qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsi və qətnaməni dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi həmin tələb üzrə işə ümumi məhkəmələrdə baxılmalı olub-olmaması məsələsini müzakirə etməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qarşılıqlı iddianın rədd olunması hissə üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir.
42. Belə ki, ”İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
43. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müva fiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır.
44. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi h üququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
45. İddiaçı Sabir oğlunun adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında Seriya RX ******* nömrəli 27 dekabr 2017-ci il tarixli Çıxarış keçmiş Bərdə rayon XDC İcraiyyə Komitəsinin 10 iyul 1987-ci il tarixli 13 nömrəli protokol qərarı əsasında verilmişdir. Bu zaman həm XDS İcraiyyə Komitəsi, həm də DƏDRX hakimiyyət daşıyıcıları olmuş, qanunla həvalə edilmiş inzibati funksiyanı yerinə yetirmiş və digər tərəfə münasi bətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmişdir.
46. Göründüyü kimi qarşılıqlı iddia ilə bağlı tələb inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsini həmin hissədə iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməmiş, iddia tələbinin həmin hissəsinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmış, apellyasiya instansiyası məhkəməsi də bu prosessual pozuntuya diqqət etməyərək birinci instansiya məhkəməsinin gəldiyi səhvi təkrarlamışdır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci madd ələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2013-cü il tarixli qərarında gös tərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur.
49. Məhkəmə kollegiyası ilk iddia tələbinin təmin olunması hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən ilk iddiaçının mülkiyyətində olan ünva n 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müdafiəsinə təminat verilmiş mülkiyyət hüququnun pozulmasıdır, həmin hüququn tlxunulmazlığına dövlət tərəfindən təminat verilir.
50. İlk iddianın təmin olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həçmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Cavabdehin kassasiya şikayəti nin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
52. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-46/2022 nömrəli, 18 avqust 2022 -ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissədə, yəni İddiaçı adına verilmiş 27 dekabr 2017-ci il tarixli RX ******* saylı çıxarışın etibarsız hesab olunması barədə Cavabdeh qarşılıqlı iddiasının rədd olunması hissədə ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.