Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-526/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC və Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin kassasiya baxışından çıxarılması (digər tərəfin kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması ilə bağlı işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Ra fiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC və Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(103)-4944/2024 saylı qətnaməsindən İddiaçı verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETD İ:
1. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 35/03 nömrəli “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ondan doğuran hüquqi nəticələrin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsində yerləşən 22 saylı evin, 1 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi və restitusiya qaydasında qeyd olunan mənzilə dair xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hü quqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)2762/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qətnamədən həmçinin maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4944/2024 nörməli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edə n və məruzəçi), Z.A.Şirinov və S.R.Səlimova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
7. Kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(102)-526/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.
8. Bundan sonra, sözügedən qətnamədən Maraqlı şəxs və onun vəkili X1 “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə kassasiya şikayəti ilə kassasiya instansiyası məhkəməsinə müraciət etmişlər.
9. MPM-ə uyğun olaraq, kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.(406.1.) Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilə rsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. (406.2). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.(417.1.7)
10. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılaraq mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
11. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının işin icraata qəbul edilməsi barədə 2(102)-526/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.