Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5262/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı X.X.X. vəkili Vəkil, Cavabdeh2 və vəkili Məmmədov Arif Həsən oğlunun iştirakları ilə, iddiaçı X.X.X. Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3377/2020 saylı, xx xxxx 2020-ci ii tarixli qətnaməsindən iddiaçı X.X.X. tərəfindən verilmiş kassasıya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.N.Mahmudova) iddiaçı X.X.X. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 295 (iki yüz doxsan beş) manat pulun X.X.X. İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3377/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnamə si ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.A.Şirinov) iddiaçı X.X.X. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İşin halları: İddiaçı X.X.X. iddia (dəqiqləşmə) ərizəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı BOKT “xxxx” MMC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 07/398 saylı kredit müqaviləsinə və eyni tarixli və nömrəli zaminlik müqaviləsinə əsasən əsas kredit borcu üzrə 18.748,69 ABŞ dolları, faiz borcu üzrə 20.486,91 ABŞ dolları, cərimə borcu üzrə 62.247,91 ABŞ dolları borcun, cəmi 101.483,51 ABŞ dollarının ödəniş gününə manatın məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 3 0 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 31 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, SA ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın 58.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması, əmlakın açıq hərrac yolu ilə satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT “xxxx” MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8A ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan ən geci 1 (bir) ay ərzind ə həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra isə kredit məbləğinin tutulmasına dair hissədə iddia ərizəsinə dəyişiklik edərək xx.xx.2017-ci tarixli razılaşmanın (2 saylı Əlavə) qüvvədən düşmüş hesab edilməsi və məhkəmə ekspertizası mərkəzinin xx xxxxxxx 2019cu il tarixli ekspert rəyi əsasında müəyyən edilmiş 47.850,38 ABŞ dolları məbləğində kredit borcundan cavabdehlərin xx.xx.2019-cu il tarixdə BOKT “xxxx” MMC-yə ödədiyi 25.000 ABŞ dolları məbləğində borcu çıxmaqla, qalan 22.850,38 ABŞ dolları məbləğində borcun ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxanda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apeilyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaç ı X.X.X. İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib təkrar araşdırmanın aparılması üçün işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı X.X.X. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətlərini təmin etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəm ə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı X.X.X. İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 və vəkili Məmmədov Arif Həsən oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbay can Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı X.X.X. İddiaçı vəkili Vəkil, Cavabdeh2 və vəkili Məmmədov Arif Həsən oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı X.X.X. İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki iş materiallarından göründüyü kimi, X.X.X. İddia çı ilə (kredit verən) Cavabdeh1 (kredit alan) arasında xx.xx.2015-ci il tarixli, 07/398 saylı kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 31 iyul 2015-ci il tarixli müqaviləyə görə kredit alana illik faiz dərəcəsi 25% olmaqla 36 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 55.000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 07/398 saylı kredit müqaviləsi üzrə öhdəliyin ödənilməsi barədə Razılaşmaya (2 saylı əlavə) əsasən xx.xx.2017-ci il tarixə Cavabdeh1 əsas borc qalığı 19.557 ABŞ dolları, illik faiz dərəcəsi 20 % müəyyən edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin və maliyyə arayışının məlumatlarından göründüyü kimi, Babayev Anar Əhməd oğlu tərəfindən xx.xx.2017-ci il tarixdən sonrakı döv rdə ümumilikdə 26.910 ABŞ dolları məbləğində ödəniş aparmışdır ki, həmin məbləğin 19.557 ABŞ dolları əsas borca, 6.045,58 ABŞ dolları faiz borcuna silinmiş,1.307,42 ABŞ dolları isə artıq ödəniş kimi həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28464 №-li ekspert rəyi üzrə də “Borcalan” Cavabdeh1 tərəfindən BOKT “xxxx” MMC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2019-cu il tarixə banka 1.307,42 ABŞ dolları məbləğində artıq ödənişin aparılması müəyyən edilmişdir (i/v 225). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269.1, 269.4, 269.7, 270.1, 309.1, 319.1-ci 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 4 43.1, 445.1, 448.1, 439-441, 449, 467, 470-477, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərinə münasibətdə yoxlayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdi yi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apelyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və sübutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün, habelə təkrar ekspertiza keçirilməsi üçün əsaslar müəyyən etməyən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası kassatorun təkrar ekspertiza təyin edilməsi barədə vəsatətinin təmin edilməməs i dəilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından göründüyü kimi təkrar ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanun auyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X.X.X. tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3377/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə
Məhkəmə qərarları › İş №2(102)-5262/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5262/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver