Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5265/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)1932/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş № 2(008)-2881/2019) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış sahəsində yerləşən evinə dai r xx xxxxxx 2017-ci il tarixli akta əsasən hesablanmış 85464 m3, yəni 17.092,30 manat məbləğində borcun onun adından Cavabdeh tərəfindən silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov, iş № 2(103)9685/2019) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.F.Hacıyev, Q.A.Əsgərov və E.R.Vəliyeva, iş № 2(102)7039/2019) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv e dilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış və həmin qaydaların pozulması haqqında akt tərtib edilmişdir. Göstərilən akt əsasında cavabdeh tərəfindən iddiaçıya 85464 m3 sərfiyyata görə 17.092,30 manat məbləğində borc hesablanmışdır. 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək qaz sayğacının evindən kənarda yerləşməsini və onun tərəfindən sayğaca müdaxilə olunmamasını, sayğacda müəyyən olunan qüsurlara görə məsuliyyət daşımamasını, həyətində olan istixanaya görə ayrıca sayğac quraşdırılmasını, istixananın qızdırılması üçün həm təbii qazdan həm də dizel yanacağından istifadə etməsini və s. əsas göstərməklə ona əsassız hesablanmış 17.092,30 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin işdə olan sübutlara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edi lməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Az ərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarına əlavə edilmiş X1 məlumatına görə İddiaçı vergi uçotuna alınmış vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırkı iş üzrə İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, Cavabdeh isə hüquqi şəxs olduqları üçün, kollegiya hesab edir ki, belə vəziyyətdə apelyasiya instansiy ası məhkəməsinin mübahisənin kommersiya məhkəməsinə aid olub-olmaması məsələsinə qiymət verdikdən sonra onun ümumi məhkəmədə baxılması imkanını müzakirə etməli idi. Lakin işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi işin həmin halını araşdırmadan nəticəyə gəlməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tar ixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5265/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5265/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver