Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5266/2022 01.11.2022 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edənvəməruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideyinlərindən miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-753/2021 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında 31 oktyabr 2014cü il tarixli 2V-1/336 və 2V-1/337 reyestr nömrəli şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideynlərindən miras qalan 27 dek abr 2004cü il tarixdə tərtib edilmiş JN-407A KOD 40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir..
2. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-119/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: R.Ş.Şirinov) iddia tələbi rədd olunmuşdur. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra-apellyasiya instansiyası) 2(107)-1186/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Q.Abbasov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
5. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-1357/2022 nömrəli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəf iyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
7. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra-apellyasiya instansiyası) 2(107)-753/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və G.İ.Cavadov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın qismən təmin edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh kassasiya şikayəti verər ək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Bu ndan sonra iş üzrə İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-753/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Bununla əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi X1 Məhkəməyə məktubla müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407 və 408-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. MPM-nin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərard adını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
12. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5266/2022 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir.
13. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2022-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şik ayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.