Məhkəmə qərarları › İş №2(102)-5267/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5267/2019

29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5267/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızından və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Aminə Cəfərlinin, Cavabdeh vəkili Vəkil Humsi oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)-3461/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(004)8217/2018 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh 5300 ABŞ dolları (ödəniş günü rəsmi məz ənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)-3461/2019 saylı qətnaməsi ilə (hakimlər: T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(004)-8217/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)-3461/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5300 ABŞ dolları əsas borc və real zərər olaraq 5250 ABŞ dolları olmaqla cəmi 10550 ABŞ dollarının tutulub özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.04.2017-ci il tarixdə “xxxx" MMC-nin inşa etdiyı ünvan 1 ümumı sahəsi 132 kv.m, yaşayış sahəsi 75.4 kv.m olan 4 otaqlı 38 saylı mənzilin dəyərini Cavabdeh nümayəndəsi X3 tam ödəyərək almışdır. Sonradan bir neçə cinayətdə ittiham olunan və həbsdə yatan cavabdeh işlərini yoluna qoyaraq həbsdən azad olunmuşdur. Pulunu tam ödəyərək aldığı mənzili təhvil vermədiyi üçün onunla görüşmüş və son dərəcə təhlükəli insan olduğu ona məlum olmuşdur. 18.10.2017-ci il tarixdə cavabdeh ona övladlarını öldürəcəyi ilə hədə qorxu gəlmiş, ödədiyi pulun bir hissəsini qaytardıqdan sonra ar alarında öhdəlik müqaviləsi bağlayaraq mənzili Məmmədova qaytarmışdır. Böyük çətinliklə də olsa, 19.12.2017-ci il tarixdə köhnə “Lexus” markalı maşın gətirərək ona təhvil vermiş və əlavə olaraq həmin tarixdə 19 saylı notariat kontorunda 2 aylığa kredit müqaviləsi bağlamışdırlar. Cavabdeh borclu qaldığı 5300 ABŞ dollarını ona qaytarmamışdır. Buna görə də, hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onu aldatması, pulunu qaytarmaması, hədə-qorxu gəlməsi nəticəsində külli miqdarda real zərər görmüşdür və həmin zərəri 5250 ABŞ dolları məbləğində qiymətləndirir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavab deh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)-3461/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Vəkil Humsi oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respubl ikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan də bağlanmış öhdəlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, tərəflər "xxxx" MMC ilə bağlanmış 18.04.2017-ci il tarixli müqavıləyə əsasən iddiaçının adına olan ünvan 1 ümumı sahəsi 132 kv.m, yaşayış sahəsi 75.4 kv.m olan 4 otaqlı 38 saylı mənzilin cavabdehə 65450 manata ekvivalent olan 38500 ABŞ dollarına satılması barədə razılığa gəlmişdirlər. Gostərilən mənzilin dəyərindən 34000 manatın ekvıvalenti 20000 ABŞ dolları cavabdeh tərəfindən nağd şəkildə ödənilmiş, qalan 18500 ABŞ dollarının 18.11.2017-ci il tarixə kimi ödənilməsinə dair cavabdeh üzərinə öhdəlik götürmüşdür. Müqavilə Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiqlənmiş və reyestrdə 3M-653 nömrə ilə qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh arasında 19.12.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 19.02.2018-ci il tarixədək qaytarılmaq şərti ilə 9000 manata ekvivalent olan 5300 ABŞ dolları məbləğində borc vermişdir. Müqavilə Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiqlənmiş və reyestrdə 3M-766 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmi yyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müllk i Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh tərəfindən 18.10.2017-ci il tarixli öhdəlik müqaviləsinə əsasən18.11.2017-ci il tarixədək qaytarılmalı olan 18500 ABŞ dolları məbləğindən İddiaçı 5300 ABŞ dollarının məbləğində pul qaytarılmamışdır, həmin pul məbləğinin qaytarılmasının təminatı qismində tərəflər arasında kredit müqaviləsi bağlanmış, bundan sonra da, cavabdeh tərəfindən həmin müqavilədə göstərilən tarixədək borc qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ v ardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşısında 18.10.2017-ci il tarixli öhdəlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə apel lyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)-3461/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar