Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5268/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5268/2022 Açar sözlər: işə bərpа və məcburi iş burахmаyа görə əmək hаqqının ödənilməsi tələbləri Bakı şəhəri, 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4133/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – işçi, yaxud iddiaçı) ilə Cavabdeh2 MMC (bundan sonra – cavabdeh, yaxud işəgötürən) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə verərək növbəti gündən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.
3. Cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmri ilə əmək müqaviləsinə həmin gündən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağına dair xx.xx.2021-ci il tarixdə yazmış olduğu ərizənin etibarsız hesab olunması, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı onunla əsaslandırmışdır ki, guya öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad edilmişdir. Həqiqət isə belə deyildir. Onu işdən çıxmaq üçün ərizə yazmağa məcbur edib və hədə-qorxu gəliblər. O işində baş vermiş hadisə ilə əlaqədar işdən çıxmağa məcbur edilmiş və öz xoşu ilə işdən çıxmasa həbs ediləcəyi ilə hədələnmişdir. Belə ki, o işdə olarkən bir nəfər qadın şöbəyə daxil olmuş, əvvəlcə şöbənin işçisi Sevda adlı qadına yaxınlaşmış, evini s atdığını və pulunu dollara dəyişmək istədiyini bildirmişdir. Sevda isə pulunu dollara dəyişmək istəyən həmin qadını iddiaçıya yönəltmişdir. İddiaçı həmin şəxsin adını yoxlayanda məlum olmuşdur ki, 2021-ci il tarixə onun yerli valyutanı dollara dəyişmək limiti tam dolmuşdur. O bu vəziyyəti poçt şöbəsinin rəisi Adəm adlı şəxsə bildirmiş, sonuncu isə onun milli pulları dollara dəyişməyə razılıq vermişdir. Dollar gələndən sonra zəng edib, pulunu dollara dəyişmək istəyən qadını şöbəyə dəvət etmişlər. Həmin qadın dolların bir hissəsini öz adına, bir hissəsini iş yoldaşı Aynur Hüseynovanın adına və bir hissəsini isə X1 adlı müştərinin adına dəyişmişdir. Müştəri qadının öz adına limit dolduğu (keçdiyi) üçün onun adına satış həyata keçirilməmişdir. Bu hadisə 10 avqust 2021- ci il tarixdə baş vermiş dir. 30 noyabr 2021-ci il tarixdə isə bu məsələni hallandırıb onun işdən çıxmağa vadar etmişlər. Əslində isə, o bu işləri o özbaşına deyil şöbə rəisi Adəmin birbaşa razılığı və göstərişi əsasında etmişdir. Əgər bu iş qanunsuz işdirsə, bu işdə onunla bərabər digərləri də təqsirlidirlər. Bu işin təqsirini onun üstünə atıb, onun tutdurmaqla qorxudaraq işdən çıxmağa məcbur etmək tam qanunsuz və ədalətsiz bir hərəkətdir. O bu barədə rəhbərliyə də öz iradını bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş etmişdir.
6. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, müştərinin valyuta mübadiləsi əməliyyatının şübhəli olduğu və həmin əməliyyatın həqiqətən də qeyrisağlam şəkildə aparılması aşkarlanmışdır. Belə ki, iddiaçı müştərinin iştirakı və xəbəri olmadan valyu ta mübadiləsi etmiş və digər şəxsə həmin valyutanı satmışdır. Eyni zamanda, müştərinin şəxsiyyət vəsiqəsinin surəti daha öncə həyata keçirdiyi digər əməliyyat nəticəsində şöbədə saxlanılmışdır. İddiaçı həmin vəsiqədən istifadə edərək anket hazırlamış və müştərinin əvəzinə özü sənədi imzalamışdır. Qeyd olunanlara əsasən, işdən çıxmağa bağlı ərizənin təhdid və təzyiqlərə məruz qalaraq yazılması tamamilə əsassızdır və böhtandır. Birincisi, işdən çıxarılmaq məsələsi işçinin öz təşəbbüsü ilə ortaya atılmışdır. İkincisi isə bütün bu böhtanlar öz qeyri-qanuni əməllərini gizlətmək məqsədi güdmüşdür. Belə ki, işçinin öz səlahiyyətlərini aşaraq digər şəxslərin yerinə onların xəbəri olmadan pul əməliyyatları həyata keçirməsi və saxta imza atması tamamilə yolverilməz bir haldır. Öz əməllərinin ortay a çıxdığı məlum olan işçi öz təklifi ilə əmək müqaviləsinin xitamı ilə bağlı ərizə yazmış və xx.xx.2021-ci il tarixdə 2997 saylı əmrlə onun müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini göstərən 2 “a” bəndi ilə işdən azad olunmuşdur.Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, iddiaçı öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini ciddi şəkildə, bilərəkdən pozmuş və yerinə yetirməmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-477/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 68,, 69.3-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddia çı apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Şikayətini Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə istinad edərək əsaslandıran apellyator qeyd etmişdir ki, o, şöbə rəisinin ona qarşı hədə-qorxu gəlməsi nəticəsində güclü ruhi həyacan və psixoloji təsir altında işdən çıxma barədə ərizə yazmağa məcbur edilmiş, işdən çıxarılanın səhəri günü rəisə müraciət etmiş və işdən çıxması barədə yazdığı ərizənin ləğv edilməsi və işə bərpa edilməsi barədə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Onun işdən azad edilməsi ilə bağlı verilmiş əmr əsassız və qanunsuzdur. İşçi işdən çıxmağa işə götürən tərəfindən məcbur olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının (hakimlər Qürbət Əsgərov sədrlik edən və məruzəçi, Azad İmanov və Fuad Talışınski) 2(103)-4133/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayətində şöbə rəisinin ona qarşı hədəqorxu gəlməsi nəticəsində güclü ruhi həyacan və psixoloji təsir altında işdən çıxma barədə ərizə yazmağa məcbur edildiyini, onun işdən çıxmağa işə götürən tərəfindən məcbur olunduğunu bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
14. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 11, 68, 69.3-cü, MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
17. Kassator şikayətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.7-ci, MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 11, hissə 1, bənd b. Bu Məcəllə ilə müəyyən edilmi ş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
20. Maddə 68, hissə 2, bənd a). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
21. Maddə 69, hissə 1və
3. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
22. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət v erilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
32. İddiaçı işdən çıxma barədə ərizəni iradəsinə zidd şəkildə verdiyini bildirsə də, apellyasiya məhkəməsi işdəki sübutları araşdıraraq bu qənaətə gəlmişdir ki, iddia olunan hallar sübuta yetirilməmişdir.
33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməs inin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4133/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax