Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5269/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)1226/2020 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev, iş № 2(001)-864/2019) Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova, iş № 2(103)-6667/2019) ərizəçinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və S.F.Hacıyev, iş № 2(102)6731/2019) ərizəçinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi i lə (hakimlər: Ş.A.Məhərrəmova, M.A.Məmmədov və R.M.Həsənov) ərizəçinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin oktyabr ayında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1993-cü il tarixdə M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik Xəstəxanasında doğulmasını, anasının X5, atasının Şahid olmasını, lakin həmin dövrdə anasının pasportunu itirməsi və milli münasibətlər zəminində davam edən münaqişədən qorxması ilə əlaqədar anasının özünü başqa ad və soyadla təqdim etdiyindən ona doğum şəhadətnaməsini ala bilməməsini, sonradan xəstəxanaya müraciət etsə də, xəstəxana tərəfindən ona müvafiq sənədin verilməsindən imtina olunmasını və bu səbəbdən də onu n doğum faktının indiyə kimi qeydiyyata alınmamasını və bununla əlaqədar doğum faktını və şəxsiyyətini təsdiq edən heç bir sənədin olmamasını, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülməsini, doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən şəxsiyyət vəsiqəsini ala bilməməsini, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də bundan imtina olunmasını əsas göstərməklə doğum faktının müəyyən olunması və ona doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Ərizəçi qətnamədən verdiyi kassasiya şikayətini hüquqi faktın müəyyən olunmasına dair ərizəsini n dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında ərizəçi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndər ilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi Ərizəçi ərizəsinin rədd olunmasını əsaslı sayarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarında Ərizəçi xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmasının sübuta yetirilməməsinin qeyd edilməsinə, Ərizəçi xx xxxxxx 1993-cü il tarixdə M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik Xəstəxanasında doğulması barədə işdə heç bir sübutun olmamasına, 3-cü şəxs qismində işə cəlb edilmiş Şahid Ərizəçi atası olmasının müəyyən edilməsinin qeyri-mümkün olmasına əsaslanmışdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, hazırkı iş üzrə ərizəçinin anası X5 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik Xəstəxanasının üzərinə xx xxxxxx 1993-cü il tarixdə qızının həmin xəstəxanada doğulması barədə 103 saylı tibbi şəhadətnamənin verilməsi vəzifəsinin qoyulmasını xahiş etmiş, lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il t arixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin xx xxx 2018-ci il tarixli qərarında Ərizəçi xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmasının sübuta yetirilməməsinin qeyd edilməsinə istinad edərək həmin halı ərizənin rədd edilmə əsaslarından biri kimi qəbul etmişdir. Lakin iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin xx xxx 2018-ci il tarixli qərarında belə bir faktın müəyyən olunması qərardan görünmür. Yəni, həmin qərarda Ərizəçi xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmasını inkar edən sübuta istinad olunmamışdır. İşdən görünür ki, Ərizəçi xx xxxxxx 1993-cü ildə M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik Xəstəxanasında doğulmasın ı anası X3 başqa eyni zamanda şahid X6 da təsdiq etmişdir. Doğum faktı Şahid tərəfindən də əslində qismən etiraf olunur. Doğuş zamanı anasının milliyyətini gizlətmək məqsədi ilə özünü X1 təqdim etməsi və bu səbəbdən doğum haqqında şəhadətnaməni ala bilməməsi barədə Ərizəçi göstərdikləri başqa sübutlarla təkzib olunmur. İşdən görünür ki, həqiqətən də xx xxxxxx 1993-cü il tarixdə X1 xəstəxanada qeydə alınmış qadın qız uşağı dünyaya gətirmiş, lakin həmin şəxs tərəfindən xəstəxanaya doğum faktını təsdiq edən 103 saylı tibbi şəhadətnamənin alınması barədə müraciət olunmamışdır. Həmin şəhadətnamənin alınması üçün xəstəxanaya ərizəçinin anası tərəfindən müraciət olunmuş, lakin ona şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğu m faktının qeydə alınmasına dair hüquqi faktın müəyyən olunması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, ərizəçinin anası X4 xəstəxanada özünü başqa şəxs kimi təqdim etməsi səbəbindən o, xəstəxanadan 103 saylı tibbi şəhadətnaməni almaq imkanını itirmiş və bundan sonra Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək başqa qaydada ala bilməməsinə görə onun doğum faktının məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi ərizənin əsassız olması barədə nəticəyə gələrkən nəzərə almamışdır ki, hazırkı mübahisənin həlli ndə nəzərə alınmalı olan ən önəmli sübut ərizəçinin özünün mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Ərizəçinin doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilməməsi onun konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarını pozduğundan və ərizəçinin hazırkı hüquqi vəziyyəti Konstitusiyanın 12-ci maddəsində müəyyən olunmuş dövlətin ali məqsədinə uyğun olmadığından o, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şi kayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5269/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5269/2020
30.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver