Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-527/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı, birləşdirilmiş iddia iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)120/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 26 yanvar 2017-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin surətindən aydın olur ki, "xxxx" MMC sonradan “CƏMİYYƏT” adlanacaq, nizamnamə əsasında hərəkət edən onun satış direktoru X4 şəxsində, digər tərəfdən gələcəkdə “Payçı” adlanacaq Naxçıvan MR.ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı arasında qeyd olunan müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanda inşa etdiyi 11 mərtəbəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin ümumi sahəsi 104.42 kv.m, 3 otaqlı mənzili “PAYÇİ”-ya verməyi öz öhdəsinə götürür, “PAYÇİ” mənzilin pay haqqını müəyyənləşdirilən aylar üzrə ödəməyi və son n əticədə yuxarıda göstərilən mənzili qəbul etməyi öz üzərinə götürmüşdür.
3. İddiaçı ilə X11 ilə xx.xx.2017-ci il tarixində faktiki nikah münasibətlərinə daxil olmuş, xx.xx.2017-ci il tarixində isə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçmişlər. Tərəflərin nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. 4. 06 mart 2017-ci il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinin surətindən aydın olur ki, həmin tarixdə Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı "xxxx" MMC arasında 0603/01/İPK nömrəli müqavilə bağlanmış və ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 dekabr 2014-ci il tarixində verilmiş, q eydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlak haqqında aşağıdakı məlumatlar mövcuddur: daşınmaz əmlakın növü: mənzil; ümumi sahə (kvadratmetrlə): 86.54 kv.m; yaşayış sahəsi (kvadratmetrlə): 52.16 kv.m; otaqların sayı: 3 (üç); yerləşdiyi binanın mərtəbəliliyi: 11 (on bir). Müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Daşınmaz əmlakın satış qiyməti 68400 (altmış səkkiz min dörd yüz) manatdır, mənzilin dəyərinin 11400 (on bir min dörd yüz) manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 57000 (əlli yeddi min) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka sax layan tərəfindən 06 mart 2017 ci il tarixli 0603/01/İPK saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
5. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci ildə tərtib olunmuş 17964 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi bina 13(D Bloku), 9-cu mərtəbə, 6-cı mənzil İddiaçı adına qeydiyyata alınmışdır.
6. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(110)-413/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur və boşanmadan sonra xx.xx.2017-ci il tarixdə doğulmuş X17 və xx.xx.2020-ci il tarixdə doğulmuş X12 anası Cavabdeh yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir.
7. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 04/696 nömrəli məktubunda qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 17 mart 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunun 06 mart 2017-ci il tarixli 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” əsasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 86,54 m2 olan mənzil qeydiyyata alınmışdır. Mənzil "xxxx" ASC-nin 06 mart 2017-ci il tarixli 02/118 nömrəli məktubuna əsasən 17 mart 2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, t am mülkiyyət hüququ ilə ona məxsus ünvan 6-da yerləşən mənzildən Cavabdeh məcburi qaydada çıxarılması, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia belə əsaslandırılmışdır ki, İddiaçı ilə X11 ilə xx.xx.2017-ci il tarixində toy etməklə faktiki nikah münasibətlərinə daxil olmuş, xx.xx.2017-ci il tarixində isə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçmişlər. Onların birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı iki övladı olmuşdur. Uzun müddətdir ki, onlar arasında ailə münasibətlərinə faktiki olaraq son qoyulmuş, nikahları Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə pozu lmuş, uşaqların saxlanılması üçün aliment müəyyən olunmuşdur. Cavabdeh “Gənclər Şəhərciyi” yaşayış kompleksi, D bloku 9-cu mərtəbədə yerləşən və tam mülkiyyət hüququ üzrə hazırki iş üzrə İddiaçı məxsus mənzilin qapısını sındırmış və mülkiyyətçinin razılığı olmadan həmin mənzilə daxil olaraq orada məskunlaşmış və hal-hazırkı günədək də orada yaşamaqda davam etməkdədir. İddiaçı ailəsinin bərpası üçün əlindən gələni etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Belə ki, 23 dekabr 2020-ci ildə övladının problemi ilə əlaqədar olaraq Bakı şəhərinə 3 aylıq gedib qayıtdıqdan sonra hazırki iş üzrə cavabdeh “Gənclər Şəhərciyi” yaşayış kompleksində yerləşən mənzilə yox, öz atasıgilin evinə getmiş və övladlarını da özü ilə aparmışdır. Sonradan hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə evinə qayıtması üçün təkidlə müraciətlər edilsə də, bunun bir nəticəsi olmamışdır. İddiaçının bildirdiyinə görə Cavabdeh dəfələrlə ailə daxilində problemlər yaratmış, özbaşına evdən çıxıb getmiş, həmçinin onun anası da bu ailəyə kənardan müdaxilələr etmişdir. İddiaçı neçə vaxtdır ki, övladlarını da görə bilmir. Nəinki iddiaçı, onun valideynləri də öz nəvələrini görməkdən məhrum olmuşdurlar. Təmsil etdiyi şəxs həmin mənzili birgə nikah dövründə əldə etməmişdir. Belə ki, tərəflər rəsmi nikaha 06 mart 2017-ci il tarixində girmişlər. İddiaçı isə həmin mənzili 26 yanvar 2017-ci ildə əldə etmişdir. Belə ki, iddiaçı "xxxx" MMC ilə mənzil tikinti müqaviləsi bağlamış və həmin mənzili əldə etmişdir. İddiaçı mənzili əldə etmək üçün lazım olan sənədləri müvafiq MMC-yə təqdim etmiş və həmin sənədlər içərisində “subay lıq haqqında arayış” da təqdim olunmuşdur. Yəni iddiaçı nikahdan bir neçə ay öncə həmin mənzili əldə etmək üçün iradə ifadəsi göstərmiş, ilkin ödəniş həyata keçirmişdir. Daha sonra isə 06 mart 2017-ci il tarixində ilkin müqavilənin davamı kimi isə İpoteka-Alqı-satqı və Kredit müqaviləsi bağlamışdır. Yəni daşınmaz əmlak ipoteka müqaviləsi ilə əldə edilmiş və hal-hazırda da əmlakın yüklülüyü davam etməkdədir. İlkin müqaviləsi olmasa idi ilkin müqavilənin davamı kimi kredit və İpoteka-Alqı-satqı müqaviləsi bağlana bilməzdi. Nəticə etibarı ilə həmin mənzil iddiaçının özü tərəfindən əldə edilmiş və bu əmlak birgə nikah dövründə qazanılan əmlak deyildir. Lakin cavabdeh hal-hazırda həmin mənzildə məskunlaşaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmış, həmin mənzilə qanunsuz sahiblik etmək də davam edir.
10. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək ünvan 6-da yerləşən daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia belə əsaslandırılmışdır ki, bu tələb üzrə iddiaçı olan Cavabdeh ailəsinin maddi imkanı yaxşı olduğuna görə övladını evlə təmin etmək istəmişdir. İddiaçı təhlükəsizlik orqanında xidmət edən zaman iddiaçı ilə tanış olmuş, o, həkimdir. Onlar tanış olduqdan sonra evlənmək istəmiş, hər iki ailə bu evliliyə razılıq vermişdir. Həmin vaxt Emin Naxçıvan şəhərində kirayə yaşamış və əmək haqqı 600 manat olmuşdur. İddiaçı isə həkim olduğu üçün qazancı yaxşı olurdu. Bundan əlavə anası hazırlıq müəllimi idi və pulunu övladı üçün yığırdı. Atası isə fərdi işlə məşğu l idi və maddi imkanı yaxşı idi. Tərəflər arasında nişan olduqdan sonra hər iki ailə belə razılığa gəlmişdir ki, qızı üçün evi onlar alsınlar və evi tam şəkildə almaq üçün maddi imkanları olmuşdur. Övladı və nişanlısı “Cahan Gənclər şəhərciyi”ndən ev bəyənmişdir. Həmin evlə təmirsiz olur və onlar əllərində bütöv şəkildə pul ev almağa getmişdir. Orada həmin işlərə baxan Hüseyn adlı şəxslə Eminin atası Nüsrət həkimin münasibəti yaxşı olduğuna görə danışmış və sonra onlara həkim bildirmişdir ki, evin tam pulunu ödəməsinlər. İlkin ödəniş ödəsinlər, evi ipoteka ilə götürsünlər, çünki evin içi təmirsizdir və onun maddi imkanı yoxdur ki, evi təmir etdirsin. Evi onlar təmir etdirsinlər. Onlar qohum olduqları üçün heç bir narazılıq etməmişdir və evin dəyərinin 90000 (doxsan min) manat olduğu onla ra bildirilmiş, həmin pulun 33000 (otuz üç min) manatını ilkin ödəniş kimi verilməli olduğunu demişdirlər. Onlar da arvadı ilə Cahanın evlərin satıldığı ofisinə getmiş, pulu orada Nüsrət həkimə vermişdilər. Satış işinə baxan Hüseyn adlı şəxs müqaviləyə Eminin imza etməli olduğunu dediyi üçün onlar gözləməyib getmişdir. Nikaha düzdükləri gün günün ikinci yarısında evin alqı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. Ev birgə nikahda alınıb. İlkin ödəniş də bu iş üzrə iddiaçının puludur. Sadəcə olaraq onları aldadıb aldıqları ilkin ödəniş pulunun yarısının ödənildiyini çox sonralar öyrənmişlər. Ev onun qızınCavabdeh və iki xəstə övladının haqqıdır. Evdə onun ½ hissədə pay hüququnun müəyyən edilməsi məqsədə müvafiqdir.
12. Naxçıvan Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair e-2(078)-128/2023 nömrəli mülki işə iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair 2(110)-112/2023 nömrəli mülki iş birləşdirilərək eyni icraat daxilində baxılmasına qərar verilmişdir.
13. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 ikinci tələbin mahiyyəti üzrə izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs həmin mənzili birgə nikah dövründə əldə etməmişdir. Belə ki, tərəflər rəsmi nikaha 06 mart 2017-ci il tarixində girmişlər. İddiaçı isə həmin mənzili 26 yanvar 2017-ci ildə əldə etmişdir. Belə ki, iddiaçı "xxxx" MMC ilə mənzil tikinti müqaviləsi bağlamış və həmin mənzili əldə etmişdir. İddiaçı mənzili əldə etmək üçün lazım olan sənədləri müvafiq MMC-yə təqdim etmiş və həmin sənədlər içərisində “subaylıq haqqında arayış” da təqdim olunmuşdur. Yəni iddiaçı nikahdan bir neçə ay öncə həmin mənzili əldə etmək üçün iradə ifadəsi göstərmiş, ilkin ödəniş həyata keçirmişdir. Daha sonra isə 06 mart 2017-ci il tarixində ilkin müqavilənin davamı kimi isə İpoteka-Alqı-satqı və Kredit müqaviləsi bağlamışdır. Yəni daşınmaz əmlak ipoteka müqaviləsi ilə əldə edilmiş və halhazırda da əmlakın yüklülüyü davam etməkdədir. İlkin müqaviləsi olmasa idi ilkin müqavilənin davamı kimi kredit və İpoteka-Alqı-satqı müqaviləsi bağlana bilməzdi. Nəticə etibarı ilə həmin mənzil iddiaçının özü tərəfindən əldə edilmiş və bu əmlak birg ə nikah dövründə qazanılan əmlak deyildir. Qeyd etdiklərini
14. Cavabdeh izahatında bildirmişdir ki, o, ilkin tələbi qətiyyən qəbul etmir. Həmin ev nikaha daxil olduqları gün alqı-satqı müqaviləsi ilə alınıb. İlk başdan ipoteka üçün ilkin ödəniş edilib və Emin həmin ödənişə imza edib. Lakin elə ilkin ödənişlə bağlı 33000 (otuz üç min) manat pulu da məhz onun valideynləri verib. Sonradan öyrənmişlər ki, Emin və qayınatası ilkin ödəniş olan 33000 (otuz üç min) manat əvəzinə 17000 (on yeddi min) manata qədər pul ödəyiblər. Ancaq pulu onun valideynləri verib. Evin alqı-satqısı məhz nikaha daxil olduqları gün baş tutub. Özünün həmin evdə ½ payı mövcuddur.
15. Cavabdeh nümayəndəsi Nümayəndə1 ilk tələbin mahiyyəti üzrə izahat verərək bildirmişdir ki, tərəflər 2017-ci ildə rəsmi nikahdan keçməklə evləniblər. Birgə nikahdan iki uşaqları doğulub. Son zamanlar yola getmədiklərindən aralarında mübahisələr olurdu. Bu səbəbdən Emin məhkəmədə nikahın pozulması tələbi ilə iddia qaldırdı və Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozuldu. Tərəflər birlikdə yaşadığı dövrdə 06 mart 2017-ci il tarixdə ipoteka ilə fərdi yaşayış evi almışdılar. Həmin yaşayış evi keçmiş həyat yoldaşı Eminin adına qeydə alınmışdır. Həmin yaşayış onların birgə nikah dövründə alqı-satqı müqaviləsi ilə Eminin adına alındığından onların ortaq əmlakları sayılır. Ona görə də həmin fərdi yaşayış ½ payının müəyyən olunmasını istəyir. İlkin tələbi qətiyyən qəbul etmirlər. Həmin ev tərəflər nikaha daxil olduğu gün alqı-satqı müqaviləsi ilə alınıb. İlk başdan ipoteka üçün ilkin ödəniş edilib və Emin həmi n ödənişə imza edib. Lakin elə ilkin ödənişlə bağlı 33000 (otuz üç min) manat pulu da məhz onlar verib. Sonradan öyrənmişlər ki, Emin və atası Nüsrət həkim ilkin ödəniş olan 33.000 (otuz üç min) manat əvəzinə 17.000 (on yeddi min) manata qədər pul ödəyiblər. Ancaq pulu da onlar verib. Evin alqı-satqısı məhz nikaha daxil olduqları gün baş tutub. Qızının həmin evdə ½ payı mövcuddur.
16. Məhkəmə baxışı iclasında şahid X13 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qızıdır. Aminə onun yeganə övladıdır. Aminə ilə Emin hazırda rəsmi olaraq boşanıblar. Hazırda Aminə ixtisası üzrə 2 aylıq kursdadır. Aminə ilə Emin 2016-cı ildə tanış olublar. xx.xx.2017-ci ildə Aminə ilə Emin rəsmi olaraq nikaha daxil olublar. Toy mərasimi rəsmi nikah mərasimindən qabaq olub. Hələ nişanlı vaxtı Eminin atası və ana sı onlara gələrək Eminin hazırda şəhərdə kirayə yaşadığını və özünü dövlət orqanında işlədiyini bildirdi. Aminə də təzə olaraq həkim radioloq işləyirdi. Ailəliklə qərarlaşdırdılar ki, Aminə və Eminə ev alsınlar. Bunu o və əri Ramiz müəllim edib. Çünki Aminə yeganə övladları olduğu üçün evi onlar almaq istəmişdir. Heç Eminin atasının maddi imkanı yox idi. Aminə ilə Emin “Cahan” Gənclər Şəhərciyindən ev bəyəndilər. Evin qiyməti 91000 manat təşkil edirdi. Razılaşıb Nüsrət müəllim, o və Ramiz müəllim evi danışmağa getmişdir. Evin satış müdiri Hüseyn müəllim adlı şəxs idi. O onları qarşıladı və evin satış işlərinə başlayacağını bildirdi. Həmin vaxt Nüsrət müəllim dedi ki, Hüseyn müəllim onun tanışıdır. Onsuzda Emin dövlət orqanında işlədiyi üçün ona illik 4% ipoteka krediti verilir. Onlar hesab ladılar ki, evin ilkin ödənişi 33000 (otuz üç min) manat təşkil edir. 33000 (otuz üç min) manatı götürüb Hüseyn müəllimlə razılığa getmişlər. Aminənin razılı ilə və onların istəyi ilə evi Eminin adına sənədləşdirəcəkdilər. Lakin həmin vaxt Emin işdə idi və 2 saat sonra gələcəyini bildirdi. O tələbələri hazırlaşdırdığı üçün və dərs hazırlıq saatı başladığı üçün Ramiz müəllimin də işi olduğu üçün 33000 (otuz üç min) manatı Nüsrət həkimə verib oradan uzaqlaşmışlar. Nüsrət müəllim oturub Emini orada gözlədi. Sonra da dedilər ki, bəs Emin bütün sənədlərə imza etdi və 33000 (otuz üç min) manatı ilkin olaraq ödəmişlər. Evin bütün təmir xərclərini özləri edib. Evin bütün cehiz əşyalarını o və Aminə alıb. Nə Emin nə də onun ailəsi 1 qəpik belə olsun ev üçün heç nə etməyiblər. Heç Aminə 2 il normal olaraq həmin evdə oturmayıb. Uşaqlarının hər ikisi xəstə olduğu üçün ancaq Bakıda və Türkiyə Respublikasında müalicələrdə olub. Sonra da Eminlə aralarında soyuqluq yarandı və Emin konkret olaraq Aminə ilə boşanmaq istədiyini bildirdi. Evin qapısının açarlarını dəyişdi və Aminəni və uşaqları evə qoymadı. Sonradan bilmişlər ki, Emin və atası evin ilkin ödəniş qiymətindən olan 33000 manat pulun 15000 (on beş min) manatını ödəyiblər. Yerdə qalan onların 15000 9on beş min) manatı isə mənimsəyiblər. Adət-ənənə baxımından fikirləşmişlər ki, Emin evin kişisidir. Ev kişinin adına olar. Emin onlara oğul kimi idi. O qədər ona inancları vardı ki, evin Eminin adına sənədləşdiriləməsini istəmişlər. O neçə illər bundan qabaq da ev ala bilərdi. Ancaq Aminə zövqlü qız olduğu üçün demişdir ki, qoy gələcək ə ri ilə özləri müasir ev tapıb alsınılar. O qazandığı pulumu dollar məzənnəsinə çevirib qızının xoş günü ücün saxlamışdı. O 33000 (otuz üç min) manat pulu Nüsrət müəllimə verən orada özü, Ramiz müəllim və Nüsrət həkim vardı. Başqa heç kim olmayıbdır.
17. Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(078)-128/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Səfərəliyeva) İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının q ismən təmin edilməsi qət olunmuş, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən mənzildə əmlakın ipteka ilə yüklü olması nəzərə alınmaqla İddiaçı 67.44%, Cavabdeh 32.56% pay hüququ müəyyən olunmuş, iddia tələbi qalan hissədə rədd olunmuşdur.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hər iki iddianın bir-birinə bağlılığı və bir tələbin təmin edilməsinin digər tələbin rədd edilməsi əsası ilə mübahisəyə yanaşaraq hər iki tələbə vahid qiymət verilməsini məqsədəuyğun hesab edir. Hazırki işdə hər iki tələb üzrə aydınlaşdırılmalı yeganə hal ünvan 2 ünvanda inşa etdiyi 11 mərtəbəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilib-edilməməsidir. Bu halın aydınlaşdırılması hə r iki iddianın hüquqi taleyini müəyyən edən başlıca şərtdir.
19. Belə ki, Şərur şəhər Mənzil-İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixli 1617 nömrəli arayışından belə müəyyən olunur ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından belə müəyyən olunur ki, Cavabdeh ünvan 7 ünvanında qeydiyyatdadır. 26 yanvar 2017-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin surətindən aydın olur ki, "xxxx" MMC sonradan “CƏMİYYƏT” adlanacaq, nizamnamə əsasında hərəkət edən onun satış direktoru X4 şəxsində, digər tərəfdən gələcəkdə “Payçı” adlanacaq Naxçıvan MR.ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı arasında qeyd olunan müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanda inşa etdiyi 11 mərtə bəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin ümumi sahəsi 104.42 kv.m, 3 otaqlı mənzili “PAYÇİ”-ya verməyi öz öhdəsinə götürür, “PAYÇİ” mənzilin pay haqqını müəyyənləşdirilən aylar üzrə ödəməyi və son nəticədə yuxarıda göstərilən mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndində görə ilk pay haqqı mənzilin ümumi dəyərinin 17.44% həcmində müqavilə bağlanan zaman ödənilir. Qalan ödəmələr payçı tərəfindən ipoteka krediti ilə aparılacaq. xx.xx.2017-ci il tarixli 41 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydə qiymətləndirmədə yalnız satışların müqayisəsi metodu istifadə edilməklə ünvan 8 ünvanında yerləşən mənzilin 28 fevral 2017-ci il tarixinə bazar dəyəri 72000.00 (yetmiş iki min) manat məbləğində müəyyən edilmişdir. Alınmış bu məbləğə 5% likvidlik tətbiq olunmaqla onun yekun bazar dəyəri 68400.00 (altmış səkkiz min dörd yüz) manat müəyyən olunmuşdur. 06 mart 2017ci il tarixli 0603/01/İPK nömrəli Kredit müqaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədr müavini X20 şəxsində, bir tərəfdən, və irəlidə Borcalan adlandırılacaq və bu müqavilə üzrə məsuliyyət daşıyan Azərbaycan Respublikasının vətəndaşı: Naxçıvan MR, Şərur şəh, K-N.Seyidov, ev-4, m14-də qeydiyyata alınmış İddiaçı (seriya AZEN2 ********) olan Şərur RPŞ tərəfindən 29 avqust 2011- ci ildə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən digər tərəfdən müqavilə bağlamışlar və müqavilənin şərtinə əsasən Kreditor müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 57000 (əlli yeddi min) manat məbləğində illik 4% (dörd) faiz dərəcəsi ilə 360 (üç yüz altmış) ay müddətinə ipoteka krediti verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirir. Kredit Borcalana ünvan 9 ünvanında yerləşən və mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 dekabr 2014-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir. 20. 06 mart 2017-ci il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinin surətindən aydın olur ki, həmin tarixdə Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıc ı "xxxx" MMC arasında 0603/01/İPK nömrəli müqavilə bağlanmış və ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 dekabr 2014-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlak haqqında aşağıdakı məlumatlar mövcuddur: daşınmaz əmlakın növü: mənzil; ümumi sahə (kvadratmetrlə): 86.54 kv.m; yaşayış sahəsi (kvadratmetrlə): 52.16 kv.m; otaqların sayı: 3 (üç); yerləşdiyi binanın mərtəbəliliyi: 11 (on bir). Müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Daşınmaz əmlakın satış qiyməti 68400 (altmış səkkiz min dörd yüz) manatdır, mənzilin dəyərinin 11400 (on bir min dörd yüz) manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 57000 (əlli yeddi min) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən 06 mart 2017 ci il tarixli 0603/01/İPK saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
21. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 04/696 nömrəli məktubunda qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 17 mart 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunun 06 mart 2017-ci il tarixli 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” əsasında ünvan 5 ünvanında yerləşən, üm umi sahəsi 86,54 m2 olan mənzil qeydiyyata alınmışdır. Mənzil "xxxx" ASC-nin 06 mart 2017-ci il tarixli 02/118 nömrəli məktubuna əsasən 17 mart 2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci ildə tərtib olunmuş 17964 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi bina 13(D Bloku), 9-cu mərtəbə, 6-cı mənzil İddiaçı adına qeydiyyata alınmışdır.
22. Məhkəmənin mövqeyinə görə işin yuxarıda şərh olunmuş hallarından, işdə olan sənədlərdən, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, şahid ifadəsindən aydın olmuşdur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmazdan əvvəl nişanlı olduqları zaman mübahisə predmeti olan ünvan 10 ünvanında yerləşən mənzilin tik intisi haqqında 26 yanvar 2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, ilk pay haqqı mənzilin dəyərinin 17.44% həcmində müqavilə bağlanan zamanda ödənilir, qalan ödəmələr payçı tərəfindən ipoteka krediti ilə aparılacaqdır. Nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər 06 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olublar. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən mənzilin tikintisi müqaviləsi imzalanarkən ilk pay haqqı olaraq mənzilin dəyərinin 17.44% həcmində ödədiyi məbləğ nikah münasibətlərindən əvvəl ödənildiyindən İddiaçı öz şəxsi mülkiyyəti hesab edilməlidir. Nə qədər ki, Cavabdeh, onun nümayəndəsi Nümayəndə1 Hüseyn oğlu, vəkili Vəkil2, anası-şahid qismində ifadə verən X3 Emin Nüsrət oğlu tərəfindən ödənildiyi qeyd edilən həmin məbləğin onlar tərəfindən verildiyini, övladları üçün cehiz kimi nəzərdə tutularaq verildiyini, hətta daha artıq məbləğin 33000 (otuz üç min) manat pulun İddiaçı atasına verildiyini, onları aldadaraq az məbləğin ilkin ödəniş olaraq ödənildiyini bildirsələr də istinad etdikləri bu halın təsdiqi üçün mötəbər sübut təqdim etməmişdir. X2 Aminə Ramiz qızının anasıdır və qohumluq münasibətlərinin təsiri altında bu cür ifadə verilməsi istisna edilmir. Cavabdeh qeyd edilən pulun məhz onun valideynləri tərəfindən verilməsini təsdiq edən təkzibolunmaz mötəbər sübutlarını təqdim edə bilməmişdir. Belə olan halda nikaha daxil olana qədər X14 tərəfindən ilk pay haqqı olaraq ödənilmiş mənzilin ümumi dəyərinin 17.44% məbləği onun öz mülkiyyəti hesab edi lməlidir. İş materiallarından aydın olur ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olduqdan sonra mübahisəli mənzilin alqısatqısı və ipotekası haqqında notarial qaydada müqavilə imzalanmışdır. Həmin müqavilədən aydın olur ki, mübahisəli mənzilin alqısatqısında satıcı "xxxx" MMC, alıcı İddiaçıdur. Kreditor-ipoteka saxlayan "xxxx" ASC-dir. Müqavilə şərtlərindən həmçinin aydın olur ki, mübahisəli mənzil "xxxx" ASC tərəfindən alıcı İddiaçı 30 il müddətinə 4 faiz dərəcəsi ilə 57000 (əlli yeddi min) manat kredit verilməsi, aylıq ödənişlərin 272.13 manat olması, kreditin təminatı olaraq mübahisə predmeti olan əmlakın ipteka ilə yüklü edilməsi şərti ilə əldə edilmişdir. Aktdan aydın olur ki, mənzil alıcıya 28 mart 2017-ci il tarixdə təhvil verilmiş, 17 mart 2017-ci il tarixdə isə daşınmaz əml akın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır. Qeyd edilənlər məhkəmə tərəfindən belə bir qənaətə gəlməyə əsas verir ki, ilk pay haqqı İddiaçı şəxsi əmlakı-öz mülkiyyəti hesab edilsə də, alqı-satqı müqaviləsi nikah münasibətlərinə daxil olduqdan sonra imzalandığından və əmlak nikaha daxil odluqdan sonra İddiaçı adına qeydiyyata alındığından mübahisəli əmlakın birgə nikah dövründə əldə edilən əmlak hesab edilməsi üçün kifayət qədər əsas vardır. Bu əsaslar ondan ibarətdir ki, əmlak tərəflərin birgə qazancı hesabına deyil, gələcəkdə qazanacaqları vəsait hesabına əldə edilmiş əmlakdır. Belə ki, alqı-satqı və ipoteka müqaviləsinin şərtlərindən də aydın olur ki, alıcıya bank tərəfindən mənzilin alınması üçün 57000 (əlli yeddi min) manat kredit verilmiş, həmin kredit hesabına mənzil alınm ış və kreditin təminatı kimi mənzil ipoteka ilə yüklü edilmişdir. Kreditin hər ay 272.13 manat ödənişlər edilməklə 30 il müddətinə ödənilməli olması məhz ailənin ümumi vəsaiti hesabına həyata keçiriləcəkdir. Belə olan halda həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır və Cavabdeh sözügedən əmlakda payı mövcuddur və müəyyən edilməlidir. Həmçinin Cavabdeh sözügedən əmlakda pay hüququ eyni zamanda həmin əmlakın ipoteka ilə yüklü edilməsi nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə payın müəyyən edilməsinə münasibətdə qeyd edir ki, ailə qanunvericiliyi payın bərabər və qeyribərabər bölgüsünü tanıyır və bunun üçün şərtləri müəyyən etmişdir. İşin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi hazırki mübahisə predmeti olan əmlakda payın qeyri-bərabər bölünməsi qanuni və əsaslı dır. Belə ki, mənzilin ilkin pay haqqının nikahdan əvvəl ödənilməsi nəzərə alınmalı, həmin ödənilən məbləğin İddiaçı mülkiyyəti olması nəzərə alınmalı, qalan hissədə Cavabdeh və İddiaçı pay hüququ müəyyən edilməlidir. Bu payın həcmi isə mübahisəli mənzildə İddiaçı 50%+17.44%=67.44%, Cavabdeh 50%17.44%=32.56% olaraq müəyyən edilməlidir. Buna görə də məhkəmə ikinci iddia tələbinin qismən təmin edilməsi, ilk iddia tələbinin rədd edilməsi nəticəsinə gəlir. İkinci iddia tələbi ona görə qismən təmin edilir ki, mübahisəli əmlakda tərəflərin payı bərabər deyil, qeyribərabər müəyyən edilir. İlk iddia tələbi ona görə rədd edilir ki, Cavabdeh mübahisəli əmlakda qeyri-bərabər payı olsa belə pay hüququna malikdir və bir mülkiyyətçinin digər mülkiyyətçinin mənzildən məcburi qaydada çıxarılması qanunla y ol verilən deyildir. Belə ki, Cavabdeh mübahisəli mənzildə yaşaması qanunsuz olmamış və onun mənzildən istifadəsi qanunsuz sahiblik və istifadə kimi qiymətləndirilə bilməz. Qeyd edilən hallar ilk iddianın əsassız, ikinci iddianın qismən əsaslı olması kimi qiymətləndirilmişdir.
23. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Kontitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6-cı, 146.2ci, 157.2-ci, 178.1-ci, 223.3-cü, 225.1-ci, 225.3-cü Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci, 31.1-ci, 31.2-ci, 32-ci,34-cü, 37.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci, 2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Məhkəmənin qətnaməsin dən narazı qalan İddiaçı 27 iyul 2023-cu il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv olunmaqla iddia tələbinin təmin edilməsi və ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh iddiasının rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
25. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh X11 ilə xx.xx.2017-ci il tarixində Naxçıvan Şəhər Nikah Evində (əvvəlki adı ilə) rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. xx.xx.2017-ci il tarixində el adətənənəsinə uyğun olaraq toy etməklə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından iki övladı olmuşdur: xx.xx.2017-ci il təvəllüdlü X17 və xx.xx.2020- ci il təvəllüdlü X12. Onlar artıq rəsmi qaydada boşanmış və faktiki olaraq ayrı yaşayırlar. Şərur Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onların nikahı rəsmi qaydada pozulmuşdur. Eyni zamanda Şərur Rayon Məhkəməsinin 2(110)-413/2022 saylı qətnaməsi ilə alimentin tutulması qərar alınmış və ünvan 11 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il tarixdə doğulmuş X17 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün hər ay iki uşağa görə iddiaçının qazancın (başqa o gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq cavabdeh ünvan 12 ünvanında yaşayan Cavabdeh xeyrinə ödənilməsi və uşaqların ananın yanında saxlanılması müəyyən olunmuşdur. Təxminən 3 ay əvvəl, yəni bu ilin iyul ayında hazırki iş üzrə cavabdeh "Gənclər Şəhərciyi" yaş ayış kompleksi, D bloku, 9-cu mərtəbədə yerləşən və tam mülkiyyət hüququ üzrə hazırki iş üzrə İddiaçı məxsus mənzilin qapısını sındırmış və mülkiyyətçinin razılığı olmadan həmin mənzilə daxil olaraq orada məskunlaşmış və halhazırki günədək də orada yaşamaqda davam etməkdədir. Bundan əlavə qeyd edir ki, o ailəsinin bərpası üçün əlindən gələni etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Belə ki, 2020-ci ilin 23 dekabr tarixində övladının problemi ilə əlaqədar olaraq Bakı şəhərinə 3 aylıq gedib qayıtdıqdan sonra hazırki iş üzrə cavabdeh-iddiaçı "Gənclər Şəhərciyi" yaşayış kompleksində yerləşən mənzilə yox, öz atasıgilin evinə getmiş və övladlarını da özü ilə aparmışdır. Sonradan onun tərəfindən cavabdeh-iddiaçıya evinə qayıtması üçün təkidlə müraciətlər edilsə də, bunun bir nəticəsi olmamış dır. Bundan əlavə hazırki iş üzrə cavabdeh-iddiaçı dəfələrlə ailədaxilində problemlər yaratmış, özbaşına evdən çıxıb getmiş, həmçinin onun anası da bu ailəyə kənardan müdaxilələr etmişdir. O, bir neçə vaxtdır ki, övladlarını da görə bilmir. Nəinki o, onun valideynləri də öz nəvələrini görməkdən məhrum olmuşdurlar. Nəzərə çatdırmaq istəyir ki, o həmin mənzili birgə nikah dövründə əldə etməmişdir. Belə ki, onlar rəsmi nikaha 06 mart 2017-ci il tarixində daxil olmuşlar. O isə həmin mənzili 26 yanvar 2017-ci ildə əldə etmişdir. Belə ki, o, "xxxx" MMC ilə mənzil tikinti müqaviləsi bağlamış və həmin mənzili əldə etmişdir. O, mənzili əldə etmək üçün lazım olan sənədləri müvafiq MMC-yə təqdim etmiş və həmin sənədlər içərisində "subaylıq haqqında arayış" da təqdim olunmuşdur. Yəni o, nikahdan bir n eçə ay öncə həmin mənzili əldə etmək üçün iradə ifadəsi göstərmiş, ilkin ödəniş həyata keçirmişdir. Yəni o, rəsmi nikaha daxil olmamışdan və hətta faktiki nikah münasibətlərində olmamışdan bir neçə vaxt əvvəl həmin mənzili əldə etmək istəmiş, bunun üçün aşkar niyyətini nümayiş etdirmiş (müvafiq MMC-yə müraciət etməklə), nəticədə isə həmin MMC ilə mənzilin alınmasına dair müqavilə bağlamış və iradə ifadəsi göstərmişdir. Daha sonra isə 06 mart 2017-ci il tarixində ilkin müqavilənin davamı kimi isə İpoteka-Alqı-satqı və Kredit müqaviləsi bağlanılmışdır. Yəni daşınmaz əmlak ipoteka müqaviləsi ilə əldə edilmiş və hal-hazırda da əmlakın yüklülüyü davam etməkdədir. İlkin müqaviləsi olmasa idi ilkin müqavilənin davamı kimi kredit və İpoteka-Alqı-satqı müqaviləsi bağlana bilməzdi. Nəticə etibarı il ə həmin mənzil onun özü tərəfindən əldə edilmiş və bu əmlak birgə nikah dövründə qazanılan əmlak deyildir. Lakin cavabdeh-iddiaçı hal-hazırda həmin mənzildə məskunlaşaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, həmin mənzilə qanunsuz sahiblik etməkdə davam edir. O, isə həmin mənzilin qanunsuz sahiblikdən azad olunmasını və mənzilin ona qaytarılmasını istəyir. Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsinə müvafiq iddia tələbi ilə bağlı müraciət etmiş (vəkil və nümayəndəmvasitəsilə iddia qaldırmış), lakin Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə (halhazırda apellyasiya qaydasında mübahisələdirilən) onun iddiası rədd olunmuşdur. Eyni zamanda o, Naxçıvan Şəhər Məhkəməsində müvafiq iddianı qaldırdıqdan bir müddət sonra Cavabdeh isə ilk olaraq Şərur Rayon Məhkəməsində mənə qarşı ünvan 13 ünvanında yerləşən daşınmaz əmlakda paylarda mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia qaldırmışdır. Belə olan halda ona Şərur Rayon Məhkəməsindən məhkəmənin ilk hazırlıq iclası ilə bağlı məhkəmə bildirişi rəsmi qaydada gəldikdən sonra ərizə ilə həmin məhkəməyə müraciət edərək mülki işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini (ilk olaraq mən iddia qaldırdığım üçün) xahiş etmişdir. Bundan əlavə onu qeyd etmək istəyir ki, cavabdeh-iddiaçı dəfələrlə məhkəmə proseslərinə gəlməmiş, əsaslar olmadan məhkəmə prosesləri təxirə salınmış, hakimə etiraz verilmiş, sonradan məhkəmədə vəkil və nümayəndə ilə təmsil olunmuş, işlə tanışlıq üçün məhkəmə prosesi təxirə salınmış və nəticədə 2023-cü ilin yanvar ayında Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olan sözügedən mülki iş 6 ay müddətin də yekunlaşmışdır. Bunları qeyd etməkdə məqsədi odur ki, yuxarıda (işin faktiki halları hissəsində) qeyd etdiyi kimi ipoteka müqaviləsi onunla bağlanılmış və o, həmin ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın ödənişini həyata keçirir. Lakin ona mülkiyyət hüququ ilə məxsus olan mənzildə yaşaya bilmir. Məhz buna görə də neçə aylardır ki, kirayədə qalır. Hesab edir ki, bu tamamilə ədalətsizlikdir. Bundan əlavə AR Mülki Məcəlləsinə görə alqı-satqı müqaviləsinə görə (daşınmaz əmlakların alqısatqısı) daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məlum olduğu kimi müvafiq MMC satıcı qismində qeyd edilən müqavilə ilə daşınmaz əmlakı (mənzili) mənim mülkiyyətimə vermə yi öhdəsinə götürmüş və bu öhdəliyi qeyd edilən müqavilənin davamı kimi alqı-satqı və ipoteka müqaviləsi ilə rəsmiləşdirmişdir. Yəni ikinci müqavilə ilə birinci müqavilə üzrə öhdəliyini məhz ona qarşı yerinə yetirmişdir. Yəni bu öhdəlikdə hazırki iş üzrə cavabdeh-iddiaçıya aid heç bir hüquqi bağlılıq yoxdur və ola da bilməzdi. İşə baxan birinci instansiya məhkəməsi məhz işə çox səthi yanaşmış, aydınlaşdırlmalı olan yeganə hal kimi mübahisə predmeti olan mənzilin birgə nikah dövründə əldə olunub-olunmaması məsələsi ilə məhdudlaşdırmışdır. Yəni əmlaka ödənilən, verilmiş ipoteka kreditinə münasibətdə qeyd edilən əmlakda pay müəyyən etmişdir. Halbuki əmlakın nə vaxt əldə olunması, mənim tərəfimdən ilkin müqavilənin imzalanması, iradə ifadəsinin və niyyətin nümayiş etirilməsi, mənzilin ilkin müqaviləsi bağlanılan zaman rəsmi nikahın olmaması, buna dair sübutların təqdim olunması kimi hallara ümumiyyətlə fikir verməmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normasına istinad edərək payların bərabər bölünə bilməməsini qeyd etmişdir. Ümumiyyətlə bu maddi hüquq normasına istinad olunmasını mən hüquqi baxımdan düzgün hesab etmirəm. Yuxarıda qeyd etdiyi kimi qeyd edilən əmlak onların birgə nikah dövründə deyil, nikahdan əvvəl onun əldə etdiyi daşınmaz əmlakdır, ilkin müqavilə tərəfi olan "xxxx" MMC də onunla məhz "subay" olan vaxtı müqavilə imzalamış, o həmin şirkətə tələb olunan sənədlərdən "subaylıq haqqında" arayış təqdim etmiş və ilkin müqaviləni məhz nikahda olmayan vaxtı imzalamış, qeyd edilən daşınmaz əmlakı almışdır. Yəni ilkin müqavilə tərəfi olaraq o həmin müqaviləni əmlakı ə ldə edən tərəf qismində təsdiqləmişdir. Hansı ki, məhz həmin müqavilənin davamı olaraq da alqı-satqı və ipoteka müqaviləsi bağlanılmışdır. Həmçinin o da qeyd edilməlidir ki, alqı-satqı və ipoteka müqaviləsinin imzalanması (təsdiqlənməsi) tarixi ilə onların rəsmi nikah tarixiləri də eyni tarixə, eyni günə təsadüf edir. Bu da bir daha onu sübut edir ki, məhz bu əmlak onların birgə nikah dövründə qazanılmış əmlak deyildir. Yəni mövcud ipoteka krediti üzrə də müqavilə tərəfi məhz o, olmuş, banka təqdim edilən sənədlərdə də məhz onun müraciəti olmuşdur. Həmin sənədlər içərisində də rəsmi nikahla bağlı heç bir sənəd olmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə nikah vaxtı əldə edilən ipoteka krediti üçün nikahda olan şəxslərdən digərinin (ər və ya arvadın) yazılı razılığı tələb olunur. Bel ə razılıq ola da bilməzdi. Məhz bu qeyd edilən müqavilə məhz ilkin müqavilənin davamı kimi məhz onunla bağlanılmışdır. Buradan da tam sübuta yetirilir ki, bu əmlak birgə nikah dövründə qazanılan əmlak deyildir. Qeyd edir ki, müvafiq qətnamənin 10-cu səhifəsinin ilk abzasında "gələcəkdə qazanacaqları vəsait" anlayışından istifadə edilir ki, o bununla qəti şəkildə razı deyil. Məhkəmə bütün bu halları araşdırmamışdır. Eyni zamanda qətnamədə qeyd edilsə də, nikah tarixi ilə ipoteka müqaviləsinin eyni gündə bağlanılması halını məhkəmə kifayət qədər araşdırmamış, qeyd edilən sənədlərin olub-olmaması hallarına qiymət verməmişdir. Həmçinin onun iddia tələbi ilə bağlı məhkəmə ümumiyyətlə araşdırma aparmamış, yalnız əmlakın əldə edilmə tarixi ilə hüquqi mübahisəni həll etməyə çalışmış, həmçinin təqd im etdiyi dəlillərə, sənədlərə düzgün hüquqi qiymət verməmişdir.
26. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə1 26 iyul 2023-cu il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməklə ikinci iddia üzrə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(078)-128/2023 nömrəli qətnaməsi ilə razılaşmır, ona görə ki, məhkəmə hazırki işdə hər iki tələb üzrə aydınlaşdırılmalı yeganə halın ünvan 2 ünvanda inşa etdiyi 11 mərtəbəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin İddiaçı ilə Cavabdeh birgə nikah dövründ ə əldə edilibedilməməsi olduğunu göstərmişdir. Lakin bununla bağlı düzgün araşdırma aparılmadan nəticəyə gəlmişdir. Belə ki, 06 mart 2017-ci il tarixli alqı-satqı və İpoteka Müqaviləsindən aydın olur ki, həmin tarixdə Kreditoripoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı "xxxx" MMC arasında 0603/01/İPK nömrəli müqavilə bağlanmış və ünvan 14 ünvanında yerləşən və mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən 17 mart 2014-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlak Alıcıİpoteka qoyan İddiaçı adına verilmişdir. Məhkəmə qətnaməsində göstərir ki, daşınmaz əmlakın satış qiyməti 68400 (altmış səkkiz min dörd yüz) manatdır, mənz ilin dəyərinin 11400 (on bir min dörd yüz) manat məbləğində olan hissəsi alıcıipoteka qoyanın özü tərəfindən, 57000 (əlli yeddi min) manat məbləğində olan hissəsi isə Kreditorİpoteka saxlayan tərəfindən 06 mart 2017-ci il tarixli, 0603/01/İPK saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. xx.xx.2017-ci il tarixli, 2066 nömrəli qəbzdən aydın görsənir ki, 11400 manat ödəniş artıq tərəflər nikaha girdikdən sonra ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-cİ il tarixli 04/696 nömrəli məktubunda daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 17 mart 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunun 06 mart 2017-ci i tarixli 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” əsasında ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 86,54 m2 olan mənzil qeydiyyata alınmışdır. Mənzil "xxxx" ASC-in 06 mart 2017-ci il tarixli, 02/118 nömrəli məktubuna əsasən 17 mart 2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 17964 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi bina 13 (D Bloku), 9-cu mərtəbə, 6-cı mənzil İddiaçı adına xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. Ümumilikdə əmlakın birgə nikah dövründə əldə olunması bütün sübutlarla öz təsdiqini tapmaqdadır. Həmçinin iş üzrə məhkəmə araşdırması zamanı şahid ifadəsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə izahatlara, şahid ifadəsinə düzgün hüquqi qiymət verməsi üçün qarşı tərəfin şəxsən iştirak ını təmin edərək, onun dinlənilməsini təmin etməli idi. Lakin bunun üçün heç bir addım atılmamışdır. Ümumilikdə 2-ci qrup övladlarının olmasını və azyaşlı uşaqların anasının himayəsində yaşamasını, uşaqların və ananın qalacaq yerinin olmamasına nəzər salmadan ədalətsiz bir qərar qəbul edilmişdir. Qeyd olunan halları nəzərə almadan iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edirlər. Hesab edirlər ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-ci il tarixli, 2(078)-128/2023 nömrəli qətnaməsini ləğv edərək, ilk iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçının tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)120/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), V.Kuimova və V.Quliyev) ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, İlk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(078)-128/2023 nömrəli qətnaməsinin qət etdi hissəsinin 4-cü abzasında olan “mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən mənzildə əmlakın ipoteka ilə yüklü olması nəzərə alınmaqla İddiaçı 67.44%, Cavabdeh 32.56% pa y hüququ müəyyən edilsin” hissəsi dəyişdirilərək həmin abzas aşağıdakı redaksiyada verilmişdir: Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 13 (D Bloku), 9-cu mərtəbə, mənzil 6-da yerləşən, ümumi sahəsi 86,54 m2 olan xüsusi mülkiyyət hüququ üzrə 17 mart 2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3743 nömrəli vərəqində qeydiyyata alınmış mənzilin 58.33 faizi hissəsi üzərində İddiaçı və 41.67 faizi hissəsi üzərində Cavabdeh mülkiyyət hüququ üzrə payı müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Kollegiya öz mö vqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamaqla tərəflərin mübahisələndirdiyi qeyd olunan, İddiaçı satılmış mənzilin qiymətinin 68400 manat olması və ilkin olaraq 11400 manat məbləğində ödəniş edilməsi, həmçinin ilk pay haqqı olaraq mənzilin dəyərinin 17.44 faiz ödənilməsi əsasına görə həmin əmlakdakı paylarının faiz nisbətinin müəyyən edilməsi ilə əlaqədar səhv nəticəyə gəlmişdir. Belə ki, işin kollegiyada araşdırılmış halları, Mənzil tikintisi haqqında müqavilənin məzmunu, cari hesab kartındakı məlumatlar və şahid qismində dindirilmiş "xxxx" MMC-in Mənzil Tikinti İdarəsinin rəisi Şahid ifadəsi ilə müəyyən edilmişdir ki, dəyəri 101771.00 manat olan kampaniya endirimi 11776.00 manat nəzərə alınmaqla Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi bina 13 (D Bloku), 9-cu mərtəbədə yerləşən, 3 otaqlı 6 nömrəli mənzilin 26 yanvar 2017-ci ildə bağlanılmış Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən "xxxx" MMC-in İddiaçı 89985 manata satmağa razılaşdıqları, müqavilə bağlanan zaman İddiaçı 15000 manat məbləğində ilkin ödəniş etdiyi, mənzilin qalan məbləğini ipoteka krediti vasitəsilə ödəməyə razılaşdıqları, ipoteka fondu tərəfindən Naxçıvan şəhərində mənzilin hər kvadratmetrinə görə 800 manatdan artıq məbləğ nəzərdə tutulmadığından satılmış həmin mənzilin qiymətləndirilməli olması tələb edildiyindən mənzilə qiymətləndirici tərəfindən 68400 manat müəyyən edilmiş, bundan sonra həmin məbləğə münasibətdə ipoteka fondu tərəfindən 57000 manat kredit vəsaiti ayrılmışdır.
30. Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunda 06 mart 2017- ci il tarixli, 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” rəsmiləşdirilərkən isə İddiaçı 26 yanvar 2017-ci ildə "xxxx" MMC-in Mənzil Tikinti İdarəsinə mənzilin ilkin ödənişi kimi ödədiyi 15000 manatdan 11400 manat məbləğində pul satıcı tərəfindən İddiaçı adına həmin tarixdə notariat kontorunun depozit hesabına keçirilmiş, qalan ilkin ödənişə daxil olan 3600 manatın isə satıcı "xxxx" MMC-in hesabında qalmışdır. Yəni işin mübahisə edilməyən hallarından da göründüyü kimi, qeyd olunan mənzil real olaraq Mənzil Tikintisi Haqqında Müqavilədə göstərildiyi kimi 89985 manata İddiaçı satılmış və mənzilin ilkin ödəniş dəyəri olan 15000 manat (16.66%) müqavilə rəsmiləşdirilən 26 yanvar 2017-ci il tarixində mənzilin pay haqqı olaraq İddiaçı tərəfindən, 57000 manat isə xx.xx.2017- ci ildə "xxxx" A SC tərəfindən ipoteka krediti ilə satıcı "xxxx" MMC-in hesabına ödənilməklə, İddiaçı 15000 manat ilkin ödənişin qəbul edilməsinə dair kassa nömrəsi 00000783 olan xx.xx.2017-ci il tarixli kassa mədaxil qəbzi verilmiş, qalan 17985 manat isə şahidin ifadəsində göstərdiyi və cari hesab kartda qeyd olunduğu kimi xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək hissə-hissə ödənilmişdir.
31. İşin yuxarıda şərh olunmuş hallarına əsasən kollegiya belə nəticəyə gəlmişdir ki, tərəflərin mübahisələndirdiyi qeyd olunan ünvanda yerləşən ümumi dəyəri 89985 manat olan mənzilin Cəmiyyətin və payçının razılıqlarına əsasən dəyərinin 16.66% həcmində ilkin ödəniş olaraq 15000 manatı müqavilə rəsmiləşdirilən 26 yanvar 2017-ci il tarixində yəni nikah dövründən qabaq mənzilin pay haqqı olaraq İddiaçı tərəfindən onun vəsa iti ilə ödənilmiş, mənzilin dəyərinin digər hissəsi 57000 manat xx.xx.2017-ci ildə ipoteka krediti ilə, qalan 17985 manat isə xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək olan müddətlərdə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıcavabdeh İddiaçı vəsaiti hesabına nikah dövründən əvvəl ödənilmiş ilkin ödəniş məbləği nəzərə alınmaqla mənzilin ümumi dəyərindən çıxılmalı (89985-15000=74985) və beləliklə İddiaçı həmin mənzilə münasibətdə payı 74985: 2 + 15000=58,33% (52492.5 manat), cavabdeh - iddiaçı Cavabdeh həmin mənzilə münasibətdə isə payı 74985: 2 = 41.67% (37492.5 manat) həcmində müəyyən edilməlidir.
32. İşin kollegiyada araşdırılmış hallarından da göründüyü kimi qeyd olunan ünvanda yerləşən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan Ca vabdeh mənzildən çıxarılması, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılmasını tələb etdiyi mənzil üzərində 41.67 faiz nisbətində mülkiyyət hüququ üzrə payı var. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı həmin tələbə münasibətdə iddiasını rədd etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
33. Cavabdeh mənzil üzərində ½ hissədə mülkiyyət hüququ üzrə payının müəyyən edilməsini tələb etdiyi ünvan 6 ünvanında yerləşən mənzilin 16.66% nikaha daxil olanadək iddiaçı-cavabdeh İddiaçı məxsus olan əmlak olduğundan onun ayrıca mülkiyyətindədir. Ona görə də Cavabdeh həmin əmlak üzərində payı ½ hissədə müəyyən oluna bilməz.
34. Kollegiya mövqeyini Kontitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152.1-ci, 223.2-ci, 225.1-ci, Ailə Məcəlləsinin 1.4-cü, 9.4-cü, 29.1-ci, 32.1-ci,32.2.2-ci, 33.1-ci, 34.1ci, 36.1-ci, 36.3-cü, 36.5-ci, 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)- 120/2023 saylı qətnaməsinin tamamilə ləğv olunması, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı X8 qarşı “mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaq la qanuni sahibinə qaytarılması tələbinə dair iddiasının təmin olunması, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh ə Ramiz qızının ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakda 2/1 payın müəyyən olunması” tələbinə dair iddiasının rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Şikayət onunla əsaslandırılmışdır ki, iddia qaldıran zaman həmin əmlakın birgə nikah dövründə əldə edilmədiyini, bu əmlakın mənim nikahdan əvvəl aldığını qeyd etmiş, buna dair yazılı sübutları birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi işi tam obyektiv araşdırmamış və nəticə etibarı ilə firkimcə hər iki halda düzgün olmayan qətnamələr çıxmışdır.
37. Belə ki, müb ahisə predmeti olan əmlak İddiaçı subay olan vaxtı, yəni nikahdan əvvəl alınmış, eyni zamanda əmlakın alqı-satqı müqaviləsi müvafiq MMC ilə bağlanılan zaman tərəfimdən tədqim olunan sənədlər içərisində "subaylıq arayışı”da təqdim olunmuşdur. Yəni mən nikahdan iradə ifadəsi nümayiş etdirmiş, bu əmlakı nikahdan əvvəl almış, həmçinin müvafiq MMC ilə əmlakın alınmasına dair ilkin müqavilə də məhz nikahdan əvvəl bağlanılmışdır. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya məhkəməsi sadəcə əmlakın ipoteka ilə alınma tarixi ilə nikah tarixini əsas götürərək bu əmlakda cavabdeh-iddiaçının da müəyyən faiz nisbətilə payı olduğu qənaətinə gəlmişdir.
38. Bu əmlak nikahdan əvvəl (müvafiq MMC ilə bağlanılmış ilkin müqavilə ilə) alınmış əmlakdır. Yəni məhkəmə öz mülahizəsi əsasında f aiz nisbətlərinə uyğun əmlakda fikrimcə pay müəyyən edə bilməzdi. Çünki ilk öncə bu birgə nikah dövründə qazanılan əmlak deyildir, ikincisi bizim aramızda buna dair (bu əmlaka dair) nikah kontarktı (müqaviləsi) yoxdur və eyni zamanda aramızda belə bir razılaşma (şifahi və ya yazılı) yoxdur. Həmçinin onu da nəzərə almaq lazımdır ki, bizim nikah tariximizlə, alğı-satqı və ipoetak müqaviləsinin tarixi də təsadüfən üst-üstə düşmüşdür. Yəni buna da səbəd ipoteka ayıran müvafiq bankın sənədləşməsində müəyyən gecikmələrin olması idi. Həmçinin onu da nəzərə almaq lazımdır ki, ipoteka ümqavlləs bağlanılan zaman əgər ki, bu ipoteka nikah dövründə ayrılrıdısa o zaman qarşı tərəfin də (ər və ya arvadın) mütləq şəkildə yazılı razılığı alınmalı idi. Hsab edirəm ki, konkret olaraq bu normadan tələbləri p ozulmuş və işin hüquqi və faktiki halları kifayət qədər araşdırılmamışdır.
39. İşə baxan istər birinci instansiya məhkəməsinin, istərsə də, apellyasiya instansiya məhkəməsinin bu maddi hüquq normasının (normalarının) tələblərini pozduğunu və ümumiyyətlə iddia ərizəsində, apellyasiya şikayətində qeyd edilsə də, belə bu normalara əhəmiyyət vermədiyi müəyyən olunmuşdur. Məlum olduğu kimi (mülki işin materillarında buna dair yazılı sənədlər (sübutlar) vardır) mən bu əmalakı nikha girməmişdən bir neçə ay öncə əldə etmişəm. Buna dair müvafiq MMC ilə aramızda “Mənzil-Tikinti” müqaviləsi bağlamış və mən “payçı” satusu əldə etmişəm. Yəni bu müqavilə sonradan bağlanılacaq olan alğı-satq və ipoteka müqaviləsi üçün “ilkin müqavilə” satusu daşıyır. Yəni İlkin müqavilə olmasa idi, təbii ki, sonradan dig ər müqavilələr də bağlanıla bilməzdi, lilkin müqavilənin anlayışından (hipoteza) da məlum olur ki, ilkin müqavilədə tərəflər məhz sonradan bağlayacaqları müqavilənin predmeti, şərtləri barədə ilkin razılığa gəlirlər. Məhz mən də müvafiq MMC ilə hazırda mübahisə predmeti olan əmlakın alınması və onun şərtlərinə dair ilkin razılığa gəlmiş, bunun üçün nikhadan əvvəl qeyd edilən müqaviləni bağlamış və təsdiqləmişəm. Sonradan isə ilkin müqavilənin davamı olaraq da məhz qeyd edilən alğı-satqı və ipoteka müqaviləsi bağlanılmışdır. Yəni mən iradə ifadəsi və niyyət nümayiş etdirmiş və qeyd edilən müqaviləni bağlayaraq da məhz əmlak əldə etmişəm. Əslində mən əmlakı məhz həmin müqavilə tarixindən (imzalarla təsdiqləndikdən sonra) əldə etmişəm. Sadəcə müvafiq müqavilələr (ilkin müqavilənin davamı ki mi olan müqavilələr) bağlanılan zaman məhz həmin tarixdə mən rəsmi nikaha girmişəm. Tarixin üst-üstə düşməsi əmlakın birgə nikahda əldə edilən əmlak sayılmasına əsas verə bilməz.
40. Bu halları məhkəmələr araşdırmamış, hüquqi aspektdən hesab edilir ki, mülki işə düzgün hüquqi qiymət verilməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsinin bu proessual hüquq normasını da pozduğu qeyd edilir. Məhkəmə bu əmlakı birgə nikah dövründə qazanılmış əmlak hesab etmirdisə, buna görə özü xüsusi bilik tələb edən sahə üzrə faizlər müəyyən edə bilməzdi. Yəni bunun üçün xüsusi bilik tələb edilirdisə, mütləq şəkildə öz təşəbbüsü ilə ekspertiza təyin etməli və faiz nisbətinə uyğun olan qiymətlər həmin ekspret rəyi əsasında müəyyən olunmalı idi. İşə baxan hakim xüsusi bilik tələb edilən sahə üzrə özü hes ablama apararaq qiymətlər (faiz nisbətləri) müəyyən edə bilməzdi. Mübahisəli əmlak birgə nikah dövründə qazanılmış əmlak deyildir. Bu əmlak iddiaçı-cavabdehin birgə nikah dövründən əvvəl əldə etdiyi əmlak olmuşdur.
41. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, 402-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 97-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
42. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-120/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilərək, mənzilin 1/2 hissəsinə Cavabdeh payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh həkim, keçmiş əri İddiaçı isə dövlət orqanında rəsmi olaraq işləyir. Bildirilir ki, hələ nişanlı olduqları dövrdə İddiaçı şəxsi evi olmaması səbəbindən toy etdikdən sonra toya yığılan puldan ilkin ödəniş edərək ipoteka ilə mənzil almaq və hər ikisi işlədiyi üçün aylıq ödənişləri də birlikdə etmək barədə qarşılıqlı razılığa gəliblər. Ona görə də nişanlı olduqları dövr ərzində ipoteka krediti yolu ilə almağa ev axtarıb tapmış və raztlaşmışlar ki, evin hər ikisinin də birgə mülkiyyətində olması üçün ilkin ödənişini toydan sonra edərək mənzili alsınlar. Bu səbəbdən evin alqısatqısı nigah günü, yəni nigahdan sonra xx.xx.2017-ci il tarixdə edilmişdir. İpotekanın İddiaçı adına rəsmiləşdirilməsinin səbəbi isə İddiaçı rəsmi dövlət qurumunda işləməsi və ona güzəştli 4%-lik ipoteka kreditinin düşməsi olmuşdur. İşin hallarından da görünür ki, ərlə arvad xx.xx.2017-ci il tarixdə el adəti ilə toy edərək faktiki nigah münasibətlərinə daxil olmuş, xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhər nigah evində rəsmi nigaha girmiş və bu barədə nigahın bağlanması haqında akt qeydləri kitabında 53 say ilə qeyd edilmişdir. Həmin tarixdə, yəni xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq 68400 manata Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 13, D bloku, 9-cu mərtəbə, 6 saylı mənzili ipoteka yolu ilə almışlar. X16 Respublikası Daşınmaz Əmlak Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhəri 28 fevral 2017-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, ipoteka predmeti mənzilin xx.xx.2017-ci il tarixə bazar dəyəri 72000 manat müəyyən edilmiş, alınmış bu məbləğə 5% likvidik tətbiq olunmaqla mənzilin yekun bazar dəyə ri 68400 manat dəyərində müəyyən olunmuşdur. Məhkəmə isə mənzili tikən şirkət "xxxx" MMC ilə cavabdeh İddiaçı ilə aralarında olan "Mənzil tikintisi haqqında" müqaviləni əsas tutaraq ipoteka predmeti olan mənzilin qiymətindən və alqı-satqı müqaviləsindən kənar 15000 manat pul ödədiyini əsas gətirərək bunu tam olaraq bərabər paylı birgə mülkiyyət saymamışdır. Cavabdeh bildirir ki, mənzilin qiyməti 89985 manat olub və o, mənzil üçün 15000 manat ödəniş edib, Cahan inşaat" MMC-nin nümayəndəsi məhkəmədə bildirir ki, sözü gedən mənzilə görə Eminin atası mənzil üçün ilkin olaraq 15000 manat depozit ödəmiş, pıılıı beh kimi saxlamışlar və sonradan həmin pulun 11400 manatını ilkin ödəniş kimi İddiaçı adma onun iştirakı ilə banka ödəmişdir. Lakin heç bir bank köçürməsi və ya notarisun depozit hesabı na küçiirülməsi barədə rəsmi sənəd yoxdur. İddiaçı "xxxx" MMC-nin hesabına 15000 manat köçürməsi barədə təqdim etdiyi qəbz həqiqəti əks etdirmir, Emin yaxud alası "xxxx" MMCnin hesabına 15000 manat pulu rəsmi olaraq köçürsəydi bunu "xxxx" MMC-nin rəsmi bank hesabına köçürməli və təqdim edilən qəbzdə VÖEN, ödənişin təyinatı, kassa möhrü və.s rekvizitlər əksini tapmalı idi. Cavabdehin təqdim etdiyi qəbz isə sadəcə 15000 manat ödəndi yazılan kağız parçasıdır. "xxxx" MMC-nin mənzil tikintisi haqqında müqavilədə şirkətin ********** VÖEN kodu olduğu görünür, bele olan halda 15000 manat evin dəyərindən ödənilsəydi qəbzdə ən azından şirkətin VÖEN kodu həmçinin, digər məlumatlar göstərilər, ödənilən məbləğ vergiyə cəlb olunar və mənzilin ümumi dəyərindən çıxılardı. Lakin sözü gedən halların heç bir i olmamışdır. Ödənildiyi qeyd edilən "sözdə ilkin ödəniş" 15000 manat isə, evin alqı-satqısına və dəyərinə görə deyil, şirkət rəhbərliyinin şəxsi mənfəəti üçün ödənilib. Hər hansı şəxslər arasında "hörmət" və.s kimi pulların ödənilməsini məhkəmənin tərəflər arasında payları müəyyən edərkən nəzərə alması qanun normasının pozulmasıdır. Bundan başqa eyni bir mənzilə görə bir dəfə ilkin ödəniş edilir, həmin ilkin ödəniş 11400 manat olmuş və toydan yığılan pullar hesabına xx.xx.2017ci il tarixdə rəsmi olaraq ödənilmişdir. Alqı-satqı müqaviləsindən kənar "xxxx" MMC-ə ilkin ödəniş kimi ödənildiyi deyilən 15000 manatın mənzilin alqı-satqısına heç bir aidiyyatı olmamalı və Cavabdeh düşəcək Vı hissə payına heç bir təsir göstərməməli idi. xx.xx.2017ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mənzil in qiyməti 68400 manat olmuş, 11400 manat ilkin ödəniş olaraq nağd, 57000 manatı isə bank tərəfindən ipoteka krediti olaraq ödənilməklə əmlak birgə nigah dövründə alınmışdır. Ona görə də Amina Hüseynovanın sözü gedən mənzilə Vı hissəyə payı müəyyən olunmalı idi. Lakin Cavabdeh bir çox başqa səbəblərdən ona qarşı haqsızlıq edildiyini vurğularnışdır. Amina Hüseynova real vəziyyəti görən biri olaraq qeyd edir ki, cavabdeh tərəfin məhkəməyə, habelə digər şəxslərə bir çox formada təsiri onun hüquqlarının, həmçinin qanun normalarının pozulmasına və barəsində adalətsiz qətnamə çıxarılmasına səbəb olmuşdur. Sözü gedən mənzilin birgə nigah dövründə əldə edildiyini nəzərə alaraq mənzilin 58,33 faiz hissəsinin İddiaçı, 41,67 faiz hissəsinin Cavabdeh (fizinin payı müəyyən edilməsi hissəsindən narazıdı r. Qətnamə həmin hissədə dəyişdirilərək Cavabdeh V? hissəyə payı təmin edilməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün təthiq etməmişdir. Məhkəmə mənzilin 41,67 faiz hissəsinə iddiaçının payını müəyyən etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh və Həsənov Enıiıı xx.xx.2017-ci il tarixdə el adəti ilə toy edərək faktiki ni gah münasibətlərinə daxil olmuş, xx.xx.2017 ci il tarixdə Naxçıvan şəhər nigah evində rəsmi ıtigaha girmiş, toy şənliklərində yığılan pul vəsaiti hesabına 11400 manat ilkin ödəniş edərək və 57000 manatı isə kreditor ipoteka saxlayan bank tərəfindən ödənilməklə mübahisə predmeti olan mənzili xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ipoteka ilə əldə etmişlər. Qeyd olunan mənzilin qiymətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əm lak Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhəri 28 fevral 2017-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, ipoteka predmeti 68400 manat dəyərində qiymətləndirilmişdir. Bundan başqa xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka, həmçinin kredit müqavilələrindən məlum olur ki, qeyd olunan mənzilin qiyməti 68400 manat olmuş və birgə nigah dövründə alınmışdır. Həmçinin mənzil "xxxx" ASC-də ipoteka qoyulan əmlakın yanğın və digər əlavə risklərdən sığortalanması haqqında 000752/2017 İp saylı, xx.xx.2017-ci il tarixli sığorta müqaviləsində əmlakın real dəyəri 68400 manat, sığorta məbləği 57000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ümumi uşaqlardan X6 autizim xəstəsi, ikinci qrup əliliyinin olmasını, ikinci uşağın qan azl ığı xəstəliyindən əziyyət çəkməsini, uşaqların anasının himayəsində yaşamasını, uşaqlara ana tərəfindən qulluq və qayğı göstərilməsini, uşaqların və ananın başqa qalacaq yerinin olmamasını nəzərə almamışdır. Məlikəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və arvadın diqqətəlayiq mənafeyini, yəni autizmli və 2-ci qrup əlil və xəstə uşaqlara baxmasını nəzərə almadan, qanunun normasını düzgün tətbiq etmədən ədalətsiz qərar qəbul etmişdir.
44. Mübahisəli mənzilə münasibətdə "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 02/118 saylı məktubuna əsasən, xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi və xx.xx.2017 qeydiyyat tarixi göstərilməklə çıxarış verilmişdir. Bu da öz növbəsində əmlakın birgə nigah dövründə əldə olunmasını sübut edir, lakin məhkəmə bunu nəzərə almamışdır. Ümumi ə şya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Lakin məhkəmə birgə nigah dövründə alınmış əmlakı heç bir qanuni əsas olmadan qeyri-qarabər paylara bölmüşdür.
45. Kassator qeyd edir ki, hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Onun təqdim etdiyi həqiqiliyi şübhə doğurmayan sübutları nəzərə almadan, qarşı tərəfin əsası olmayan şifahi mülahizələrini və heç bir yerdə rəsmi qeydiyyatı olmayan, həqiqəti əks etdirməyən sübutları əsasında qətnamə qəbul etmişdir. məhkəmə qətnaməni iş üzrə müəyyən edilən hallara və təqdim edilən sübutlara görə deyil, qarşı tərəfin arzuları və onların istəyinə uyğun əsaslandırmışdır.
46. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü, 225-ci, Ailə Məcəlləsinin 32-ci, 34-cü, 37-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Cavabdeh İddiaçı kassasiya şikayətinə etiraz göndərərək, sonuncunun “mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair kassasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
48. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
49. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Ailə Məcəlləsi
50. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
51. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.)
52. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
53. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiy yətindədir. Mülki Prosessual Məcəllə
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Kassasiy a şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisə predmeti olan daşınmaz əşyanın dəyərinin bir hissəsi İddiaçı tərəfindən nikahdan əvvəl ödənils ə də, qalan hissəsi nikah dövründə ödənilmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi mübahisəli əşya üzrəindəki tərəflərin paylarını ər-arvadın nikahı dövründə ödənilmiş məbləğlər üzrə hesablayaraq müəyyən etmişdir (§ 30-31).
62. Həmin hüquqi nəticəyə uyğun olaraq Cavabdeh əmlaka ½ payının tanınması, İddiaçı isə mənzildən çıxarılma və s. tələbləri haqlı sayılmamışdır (§ 32-33).
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsasla ndırma ilə razılaşır.
64. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçü n əsas təşkil etmir.
66. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)120/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.