Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-527/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və aylıq əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4578/2024 nömrəli, 22 oktyabr 2024cü il tarixli qətnaməsindən Ca vabdeh MMC-nin kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 11 noyabr 2011-ci il tarixdə Cavabdeh MMC Kommersiya Departamentində Müştəri Xidmətləri Şöbəsinin Məlumat Mərkəzi bölməsində X11 vəzifəsinə işə qəbul olunmuş, 17 sentyabr 2012-ci il tarixdə Pərakəndə Satış və X2 bölməsinin Təlimat yarımbölməsində Təlimatçı vəzifəsinə, 01 fevral 2013-cü il tarixdə Satış Administrasiyası bölməsində Xidmət Mərkəzlərinin keyfiyyətinə nəzarət üzrə koordinator vəzifəsinə, 01 may 2013-cü il tarixdə X7 Əsas Müştəri qrupları ilə iş üzrə Menecer vəzifəsinə, 03 fevral 2014cü il tarixdə X1 vəzifəsinə, 20 iyul 2016-cı il tarixdə Satış və Marketinq Departamentinin x Satış və X5 Kiçik və Orta Müəssi sələrlə iş bölməsində Korporativ Satış üzrə Baş Administrator vəzifəsinə, 17 oktyabr 2017-ci il tarixdə Satış İdarəsinin x satış bölməsinin Kiçik və orta müəssisələrlə iş bölməsinin korporativ satış üzrə baş administrator vəzifəsinə, 07 sentyabr 2018-ci il tarixdə Satış İdarəsinə Korporativ satış üzrə baş mütəxəssis vəzifəsinə, 01 iyul 2020-ci il tarixdə Satış idarəsinə x müştəri qruplarının cəlb olunması üzrə menecer vəzifəsinə, 02 avqust 2021-ci il tarixdə x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir.
2. Cavabdeh MMC-nin 04 dekabr 2023-cü il tarixli B***** nömrəli əmri ilə Cavabdeh MMC-nin x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 fevral 2014-cü il tarixli, 1211/4 nömrəli əmək müqaviləsi 06 dek abr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmiş, Cavabdeh MMC-nin x Satış Departamentinin mütəxəssisi X3 "xxxx" verilmiş, Cavabdeh MMC-nin x Satış Departamentinin mütəxəssisi X4 "xxxx" verilmişdir.
3. Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri X4) ilə korporativ abunəçi “X16” MMC (qanuni təmsilçisi Behbud Suvanverdiyev) arasında 12 may 2020-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.
4. Cavabdeh MMC (x satış üzrə rəhbər X5) ilə korporativ abunəçi "xxxx" MMC (qanuni təmsilçi Muradxan Əliyev) arasında 15 dekabr 2021-ci il tarixdə 648- 2021 nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.
5. Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri X4) ilə korporativ abunəçi "xxxx" MMC (qanuni təmsilçisi Turxan Hüseynov) arasında 14 aprel 2021-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.
6. Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri X4) ilə korporativ abunəçi "xxxx" MMC (direktor Həsəni X7) arasında 19 may 2020-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.
7. Mobil Aparatların/planşetlərin Korporativ müştərilərə Kredit ilə satışına dair sənədin "xxxx" adlanan 5-ci bəndinə görə Şirkətin müəyyənləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.1. müraciət məktubu; 5.2. xidmətin aktivləşməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər; 5.3. korporativ müştərilərə planşetlər/mobil aparatlar hal-hazırda 400 manatdan 1200 manatadək (ƏDV daxil) qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur; 6.4. Korporativ satış şöbəsinin agenti mobil aparatların kreditlə satışı xidmətinin göstərilməsi təsdiqini yalnız Risk və Kredit nəzarəti üzrə qrup tərəfindən elektron poçt vasitəsilə aldıqdan sonra proseduru yerinə yetirə bilər; 6.10. Korporativ müştəri tərəfindən mobil aparatların 12, 18 ay ərzində vaxtında ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyət daşıyır. 8. 25 fevral 2023-cü il tarixli 8İ-1755 nömrəli icra qeydinə görə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X8 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-d ən ********* nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 8184,29 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8209,29 manat pul tutulsun. 9. 02 noyabr 2023-cü il tarixli 8İ-6286 nömrəli icra qeydinə görə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X12 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 11397,93 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 11422,93 manat pul tutulsun. 10. 27 fevral 2023-cü il tarixli 8İ-1681 nömrəli icra qeydinə görə Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X13 “Notariat haqqında” Azə rbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 23602,81 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 23627,81 manat pul tutulsun. 11. 8 oktyabr 2021-ci il tarixli 8İ-4396 nömrəli icra qeydinə görə Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X17 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə “X16” MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 26233,77 manat, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 26253,77 manat pul tutulsun.
12. Bakı Kommersiya Məhkəməs inin e-2-2(113)-2732/2023 saylı 04 sentyabr 2023cü il tarixli qiyabi qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-dən mobil cihazların dəyərinə görə 17.745 manat borcun, mobil cihazın dəyərinin ödənilməməsinə görə 257,25 manat cərimənin, abunə haqqı olan 8.965,98 manat borcun, rabitə xidmətlərinə görə 29.625,54 manat haqqın, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 13. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri X6un adına XXXX Korporativ satış şöbəsinin, Yeni müştərilərin cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı tərəfindən verilmiş 11 may 2023-cü il tarixli izahata əsasən İddiaçı 2010-cu ildən XXXX şirkətində əlaqə mərkəzində operator vəzifəsində iş fəaliyyətinə başlamışdır. 2014-cü ildən XXXX Korporativ satış şöbəsinin, satış meneceri vəzifəsində çalışmağa başlamış, 2020-ci ildən bu günə kimi Müştərilərin cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsində iş fəaliyyətini davam etdirir. Rəhbərlik etdiyi bölmədə müxtəlif dövrlərdə 2-4 nəfər əməkdaş çalışmışdır. Vəzifə öhdəliklərinə əsasən, şirkətlərin cəlb olunması müxtəlif yollarla həyata keçirilir, məsələn: şəxsi tanışlıq, internet portallar üzərindən, Elektron ünvan 1 və Elektron ünvan 2 elektron poçt ünvanları üzərindən daxil olan müraciətlər əsasında, rəhbər şəxslər tərəfindən yönləndirilən şirkətlərin cəlb olunması, eləcə də rəqib şirkətlərdən (əsasən XXXXX-dən) müştərilərin cəlb olunması və mütəmadi olaraq keçirilən sərgil ər zamanı müştərilərin cəlb olunması. Bu proses onun və rəhbərlik etdiyi bölmənin əməkdaşları tərəfindən həyata keçirilir. Eyni zamanda dövlət qurumları tərəfindən keçirilən tender proseslərində də iştirak edirlər. Cəlb olunan şirkətlərlə sorğulanan nömrə sayına görə görüşlər təyin olunur (çoxlu sayda nömrə tələbatı olduğu halda, o şirkətlərə daha çox üstünlük verilir) və danışıq zamanı görüşün yeri təyin olunur. Görüş yeri əsasən cəlb olunan şirkətin təklif etdiyi məkanlarda baş tutur, çox zaman cəlb olunan şirkətlərin ofislərində görüş təyin edilir. Şirkətlər cəlb olunduğu zaman, cəlb olunan şirkət tərəfindən təqdim olunan sənədlər-məlumatlar müqavilədə əks olunur. Təqdim olunan məlumatlar daimi olaraq hər hansı bir vəzifəyə təhkim olunmuş şəxs tərəfindən deyil, vergi sistemində məlumatl arı qeyd edilmiş qanuni təmsilçi, müdir və yaxud istənilən şəxsdən qəbul oluna bilər. Qanuni təmsilçi və müdir barədə məlumatlar vergi sisteminin portalında əks olunur və asanlıqla yoxlamaq mümkündür. Digər şəxslər tərəfindən təqdim olunan sənədlərin və eləcə də məlumatların düzgünlüyünü, eləcə də cəlb olunan şirkət tərəfindən təqdim olunan məlumatların-sənədlərin dürüstlüyünü dəqiqliklə yoxlamaq üçün müvafiq resurslar mövcud deyildir. Qoşulan şirkətin növündən asılı olaraq, fiziki sahibkar və hüquqi şəxs olaraq qeydiyyat olunur. Fiziki şəxs adından bəlli olduğu kimi bir şəxs olaraq fəaliyyət göstərir, bunlar əsasən fəalliyyət sahəsi iaşə obyektləri, kənd təsərrüfatları məhsulları ilə məşğul olan sahibkarlardır. Hüquqi şəxslər isə nizamnamə kapitalına malik, eləcə hüquqi sənədlər toplusu ilə qeydiyyat olunmuş şirkətlər sayılır. Qoşulan şirkətin fəaliyyətini araşdırmaq üçün görüş zamanı qarşı tərəfə şirkətin fəaliyyətinə dair, işçi sayına, iş saatlarına, xidmət sahəsinə, birgə çalışdığı digər şirkətlərin və yaxud şəxslər barədə məlumat sorğulanır. Eləcə də cəlb olunan şirkət və yaxud şəxs barəsində tövsiyyə xarakterli məlumatlar verə biləcək şəxslər və ya şirkətlər barədə də məlumatlar toplanır, cəlb olunan şirkətlər barədə məlumatlar toplanaraq, cəlb edən əməkdaş tərəfindən müqavilə blankında müvafiq qeydlər aparılır və məlumatlar ECM sistemdə yerləşdirilir. 2022-ci il ərzində rüblük ortalama satış hədəfi şirkət sayına görə 45 şirkət, 1450 nömrə, 100000 manat məbləğində ödəniş təşkil edir. Qoşulan şirkətlərə mobil cihazların satışı xüsusi hallarda həyata keçirilir. Satış sahəsi üzrə şəxsi təcrübəsinə əsaslanaraq, rəhbərlik etdiyi bölmənin əməkdaşlarına cəlb olunan şirkətlərə mobil cihazların satışı zamanı tanımadıqları, fəaliyyətində əmin olmadıqları şirkətlərə qəti şəkildə mobil cihazların satışını həyata keçirməməklə bağlı dəfələrlə şifahi göstərişlər vermişdir. Cəlb olunan şirkətə mobil cihazların satılması ilə bağlı məlumatlar ECM sistem üzərindən daxil olur və orada təqdim olunan cihaz və şirkət barədə müvafiq məlumatlar əks olunur. ECM sistem üzərindən Daxil olan məlumatları nəzərdən keçirib, razılıq və yaxud müəyyən qane etməyən səbəblər olduğuna görə imtina edir. Yeni prosedura əsasən, şirkət cəlb olunub, qoşulduqdan sonra 6 ay müddətində qüsursuz iş birliyi olduğu halda, mobil cihazların satışına icazə verilir. Köhnə prosedura əsasən (2018-2022-ci ilin yay aylarına qədər) cəlb olunan şirkətlərə mobil cihazların təqdim olunmasına dair hər hansı bir kriteriya və yaxud qadağa yox idi. 14. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri X6un adına XXXX Korporativ satış şöbəsinin, kiçik və orta biznes və dövlət strukturları ilə iş üzrə mütəxəssisi X5 tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli izahatdan görünür ki, cəlb olunan şirkətlər barədə təqdim olunan məlumatlardan əlavə məlumatlar toplanılmır və X6ov tərəfindən müqavilə blankında müvafiq qeydlər aparıb ECM sistemdə yerləşdirir. ECM üzərindən bütün tədbirlərdən keçəndən sonra tərəflərindən imzalanmış müqavilə kuryer şirkətə imza üçün göndərilir. Aylıq ödənişlərdə gecikmə yoxdursa və PartPay/FullPay ödəniş növü olan şirkətlərə sorğu əsasında mobil və inter net cihazlar verilir. Şirkət qoşulduqdan 3 ay sonra mobil cihaz təqdim edilir. 15. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri X6un adına XXXX Korporativ satış şöbəsinin rəhbəri X15 tərəfindən verilmiş 17 may 2023-cü il tarixli izahatdan görünür ki, cəlb olunan şirkətlər tərəfindən sorğulanan nömrə sayına əsasən, şirkət barədə müxtəlif məlumatlar sorğulanmalıdır. Məsələn, şirkətin fəaliyyət növü, işçi sayı, qoşulan nömrələrə görə ödəniş növü (fullpay, partpay, paybysubs) və şirkətin yerləşdiyi əraziyə (ofisə) baxış keçirildikdən sonra vizual dəyərləndirmə aparılmalıdır. Qoşulan şirkət tərəfindən təqdim olunan sənədlərə əsasən müqavilə tərtib olunur, şirkəti cəlb edən əməkdaş və onun bölmə rəhbəri ilk öncə müqaviləni imzaladıqdan sonra sənədlər ECM sisteminə (qeyd olunan sistem 2021-ci ilin sentyabr ayından istifadəyə verilib) yüklənir, sistem üzərindən əməkdaşın bölmə rəhbəri təsdiqlədikdən sonra ona yönəldilir. O da öz növbəsində müqaviləni nəzərdən keçirib, uyğunsuzluq aşkar olunmadıqda, növbəti yoxlama mərhələsinə - kredit nəzarət bölməsinə yönləndirir. Kredit nəzarət bölməsi tərəfindən prosedur üzrə yoxlanışlar aparıldıqdan sonra, müqavilənin imzalanması üçün ona təhkim olunur. Tərəflərindən qoşulan nömrələr üzrə fullpay və partpay nömrələrə daha çox üstünlük verilir. Belə ki, son statistikaya əsasən (2022-ci il üzrə), qoşulan şirkətlərin 70% üzəri partpay nömrələrin payına düşür. Qoşulan şirkətlərə mobil cihazların satışı köhnə prosedura (2018-2022-ci ilin noyabr aylarını əhatə edir) əsasən, qoşulan şirkətin vergi sistemində qeydiyyatı 6 ayda n çox olmalıdır. Yeni prosedura əsasən (2023-cü ilin yanvar ayından qüvvəyə minib) qoşulan şirkətlərə mobil telefonların satışı, qoşulan şirkətin vergi sistemində qeydiyyatı və XXXX MO ilə əməkdaşlığı 6 aydan yuxarı olmalıdır, şirkətin balansında olan nömrələrin 80%-i "xxxx" ödəniş növü ilə qeydiyyat olunmalıdır. Şirkətin vergi sistemində qeydiyyatı, vergi borcları və digər bu kimi məsələlər kredit nəzarət bölməsi tərəfindən yoxlanılır. Əlavə suallar yarandıqda və yaxud şirkətin fəaliyyətinə dair şübhə doğuran məqamlar olduqda, şirkət ilə əlaqə saxlanılır və yaxud ECM sistem üzərində şirkətin yoxlanılması üçün əlavə olaraq Fraud managment və yaxud Təhlükəsizlik əməkdaşlarına müraciət olunur. Şirkətin fəaliyyətində yaranmış boşluqlar və yaxud maliyyə çatışmazlıqları ilə bağlı məlumatlar i lkin olaraq kredit-nəzarət bölməsi tərəfindən təqdim olunur. Alınan məlumatlar əsasında rəhbərlik etdiyi şöbənin bölmə rəhbərlərinə yaranmış çətinliklə bağlı ilkin məlumat yönləndirilir. Şirkətin faəliyyətində yaranmış ciddi pozuntularla bağlı, birbaşa şirkəti cəlb edən əməkdaşla fərdi söhbət aparıb, şirkətin fəaliyyətini araşdırıb, mövzü ilə bağlı addımların atılması mexanizmi tərtib olunur. Əməkdaşlıq olunan şirkət ilə bağlı yaranmış çətinliyin aradan qaldırılmasında heç bir nailiyyət əldə olunmadığı təqdirdə kredit-nəzarət bölməsi mövcüd vəziyyət ilə bağlı məlumatlandırılır və prosedura əsasən, müvafiq addımlar atılır. Eyni zamanda şəxsi təşəbbüsü əsasında şübhə doğuran qeyri-sağlam şirkətlər barəsində məlumat “Biznesə dəstək” bölməsinə məlumat verilir və şirkətlərə göstərilən xidmətlər in dayandırılması tapşırığı verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-nin (bundan sonra “cavabdeh” və ya “işəgötürən” və ya “MMC”) xx.xx.2023 tarixli, B**** №-li Əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə – MMC-də "xxxx" vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının tutulması, 2023-cü ilin iyul, avqust və sentyabr aylarına aid olan aylıq əmək haqqına əlavə bonusların (gəlir hissəsinə görə) cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə MMC-də işə qəbul edilmişdir. 2014-cü ilədək MMC-də bir neçə vəz ifədə işləmişdir. İddiaçı cavabdeh arasında 03 fevral 2014-cü il tarixli, 1211/4 saylı əmək müqaviləsi bağlanaraq iddiaçı “Korporativ satış şöbəsinin satış meneceri” vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli razılığa əsasən, iddiaçı “Satış idarəsində x müştəriləri qruplarının cəlb olunması üzrə menecer” vəzifəsinə keçirilmişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli razılığa əsasən, iddiaçıya hər ay müvafiq vergilər daxil olmaqla 2294,92 manat əmək haqqı ödənilməlidir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli razılığa əsasən, iddiaçı "xxxx" vəzifəsinə keçirilmişdir.
15. MMC-nin baş icraçı direktoru Klaus Müller tərəfindən verilmiş xx.xx.2023 tarixli, B**** №-li Əmrə əsasən, "xxxx" olan iddiaçı ilə MMC arasında bağlanmış 03 fevral 2014cu il tarixli, 1211/4 №-li əmək müqaviləsi 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. Əmrə əsasən, MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, MMC-nin x Satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur.
16. İddiaçı əmrin surətini və əmək kitabçasını da xx.xx.2023-cü il tarixdə cavabdehdən almışdır. İddiaçı işdən çıxarılarkən onun əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul, avqust və sentyabr aylarına aid olan aylıq əmək haqqına əlavə bonuslar (gəlir üzrə olan hissə) ödənilməmişdir.
17. İddiaçının işdən çıxarılma səbəbi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi qoyulmuşdur. Belə ki, həmin bənddə göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan halların heç biri iddiaçın ın əmək fəaliyyətində olmamışdır. İddiaçı 13 ildən artıq MMC-də qüsursuz olaraq işləmiş və iş fəaliyyətində heç bir qanun pozuntusu olmamışdır. Bundan əlavə MMC tərəfindən iddiaçı dəfələrlə kvartal, illər üzrə ən yaxşı işçi adına layiq görülmüşdür. Xüsusi mükafatlara və sertifikatlara layiq görülmüşdür. MMC-nin daxili qiymətləndirməsinə əsasən bu illər ərzində iddiaçı ilin ən yaxşı işçisi mükafatlarına layiq görülmüşdür. İddiaçının aldığı qədər MMC tarixində mükafatlandırılan olmamışdır. "xxxx" MMC-nin baş satış direktoru X3 və “x və xx məhsulların satış departamenti”-nin direktoru X4 özləri düşmənçilik zəmnində, məqsədli formada təşkil edərək, iddiaçını işdən çıxarılmasına səbəbkar olmuşlar.
18. Cavabdeh iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli əmri belə əsaslandırmışdır ki: Cavabdeh MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, Cavabdeh MMC-nin x satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “X16” MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış və adı çəkilən şirkətə kreditlə 20000 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. Bundan başqa, "xxxx" MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və bu şirkətə kreditə təqribən 7000 manat dəyərində mobil telefonlar verilmişdir. Halbuki, “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Prosedurunun 5.3 və 6.1-ci bəndlərinə əsasən korporativ müştərilərə planşetlər/mobil aparatlar halhazırda 400 manatdan 1200 manatadək qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur. Adları çəkilən müəssisələrin cəlb olunmasının rəsmiləşdirilməsini və onlara mobil telefonların təhvil verilməsini təmin edən x satış şöbəsinin mütəxəssisi X9 verdiyi izahatda “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit və satışı” prosedurundan məlumatı olmadığını və rəhbəri tərəfindən bu barədə məlumatlandırıldığını bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC, "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC), "xxxx" MMC və "xxxx" MM C-nin də cəlb edilmələri zamanı yuxarıda qeyd edilmiş prosedurun tələbləri pozulmuş, bu şirkətlərə müvafiq olaraq təqribən 20000 manat, 9000 manat, 18000 manat və 5500 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. “Mobil aparatların və planşetlərin” korporativ müştərilərə kredit ilə satışı” prosedurundan başqa adları çəkilən müəssisələrin cəlb edilməsi zamanı “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin də tələbləri pozulmuşdur. Belə ki, “X16” MMC-nin təsisçilərinin əcnəbi olmasına, "xxxx" MMC-nin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 6 aydan, "xxxx" MMC-nin cəlb edildiyi vaxt isə təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə sonuncu qeyd edilən Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. - “Müştəri kreditlə rin idarə edilməsi” Siyasətinin 8.2.1-ci bəndinə görə vergi orqanında qeydiyyata alınması tarixi 6 aya qədər olan, təsisçiləri Pakistan, Hindistan, Çin, Banqladeş, İran və BƏƏ vətəndaşları olan müəssisələr yüksək risk kateqoriyalı müəssisələrdir ki, bu müəssisələrə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq, müəssisənin ümumi kredit limiti 3000 manatdan artıq olmamalıdır. Həmin siyasətin 8.2.3- cü bəndinə görə vergi qeydiyyatına alınma tarixi 6-12 ay aralığında olan müəssisələr orta risk kateqoriyalı hesab edilirlər ki, bu müəssisələrin cəlb edilməsi zamanı onların istifadəsinə ayrılmış hər bir nömrənin kredit limiti 100 manatdan, müəssisənin ümumi kredit limiti isə 10000 manatdan artıq olmamalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X16” MMC, "xxxx" MMC yüksək risk, "x xxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarə edilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Araşdırma zamanı izahatı alınmış x satış şöbəsinin mütəxəssisi X10 mobil cihazların korporativ abunəçiyə verilməsinin hansı prosedur və qaydalar ilə tənzimləndiyi barədə məlumatı olmadığını bildirmişdir. x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı isə haqqında bəhs edilən şirkətlərin cəlb edilməsi zamanı müvafiq prosedur və siyasətə riayət edilməməsini həmin müəssisənin mobil nömrələrini rəqib mobil operatora daşımasının qarşısını alınması, onlardan gözlənilən gəlirlərin artıq olması səbəbindən istisnaların edil məsi ilə əlaqələndirmişdir (ancaq iddiaçı izahatlarında belə qeydlər etməmişdir). Araşdırma nəticəsinə əsasən adıçəkilən müəssisələr MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin və onlara kreditlə satılmış mobil telefonların dəyərini ödəməməklə MMC-yə 139216,0 manat ziyan vurulmuşdur.
19. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmr onunla əsaslandırılmışdır ki, iddiaçı bölmə rəhbəri kimi MMC tərəfindən təsdiq edilmiş “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərini, “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit ilə satışı” prosedurunu pozmuş və nəticədə ididaçıya 139216,0 manat ziyan dəymişdir.
20. Qanunun tələbinə görə, həmin Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməs inə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdeh təşkilat əmri əsaslandırsa da, əmri qəbul edərkən, Əmək Məcələlsinin 186.2 və 187.2-ci maddəsinin tələblərini ciddi şəkildə pozmuşdur. İddiaçı tərəfindən qeyd olunan pozuntuların nə vaxt törədilməsi, həmin halların nə vaxt aşkara çıxarılması əmrdə göstərilməmişdir. Bu da onu göstərir ki, qəbul edilmiş əmr qanunun tələblərinə cavab vermir. Digər tərəfdən, əmrdə iddiaçı tər əfindən şirkətə 139216,30 manat məbləğində ziyan vurulması qeyd olunsa da, bu halları təsdiq edən hər hansı mötəbər sübuta (Audit yoxlaması, qətnamə, hökm) istinad olunmamışdır. Yəni cavabdeh şirkətin əmrdə istinad etdiyi maddi ziyan faktı təsdiq olunmamışdır. Aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hans ı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
21. Bundan əlavə, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Cavabdeh əmrdə göstərmişdir ki, “X16” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulmas ı aşkar şəkildə müəyyən edilir. Qeyd olunmalıdır ki, “İnternet Vergi İdarəsi” portalından əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda iddiaçının qəbul etdiyi əmrə əsasən sözügedən şirkətə ayrılmış mobil telefonlar xx.xx.2021-ci ilədək olan müddətə təsadüf edilir. İddiaçı isə tutduğu vəzifəyə xx.xx.2021-ci ildə təyin edilmişdir. 22. “X16” MMC-yə və "xxxx" MMC-yə gəldikdə isə qeyd olunmalıdır ki, həmin şirkətlər də müvafiq olaraq xx.xx.2019-cu ildə və xx.xx.2021-ci ildə təsis edilmişlər. Cavabdehin əmrindən də göründüyü kimi qeyd olunan MMC-lərin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə yuxarıda qeyd olunan Siyasətin müddəaları nəzərə alınmadan xidmə tlər təqdim edilmişdir. Göründüyü kimi əmrdə təsdiq olunur ki, cavabdehin əmrdə istinad etdiyi nöqsan, yaxud kobud pozuntu hesab etdiyi faktlar 2020, 2021 və 2022-ci ildə baş vermişdir. 2020-ci və 2021-ci ildə ildə baş verməsi ehtimal edilən faktlar üzrə qeyd olunmalıdır ki, iddiaçı həmin vaxt bölmə rəhbəri vəzifəsində işləməmişdir. 2022-ci ildə baş verməsi ehtimal olunan fakt isə nəzərə alınsa ki, 1 ildən artıq müddətdir ki, baş vermişdir və həmin faktın üstündə 1 ildən çox müddət keçmişdir, cavabdeh tərəfindən həmin fatklara görə iddiaçı barəsində ən ciddi intizam tənbehi verməsi qanunazidd olmuşdur.
23. Əmrdə həmçinin qeyd olunur ki, cavabdehə bağlanılan müqavilələr əsasında iddiaçı tərəfindən maddi ziyan vurulmuşdur. Cavabdeh MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa istinad edir. İlk növbədə qeyd edilməlidir ki, aparılmış araşdırmada iddiaçının iştirakı təmin edilməmiş, araşdırma aparılmış dövr iddiaçının tutduğu həmin vəzifəyə təyin olunduğu dövrdən 1 ildən çox əvvələ təsadüf edir. Digər tərəfdən aparılmış yoxlamanın nəticələrində cavabdehin marağı olduğu üçün və həmin şirkət cavabdehə xidmət etdiyi üçün, tərtib edilmiş Təftişin nəticələri üzrə arayış mübahisəli əmrin qəbul edilməsi üçün mötəbər deyil. Yəni qeyd olunan əmr şübhə doğurduğu üçün və həmin arayışın mötəbərliyinə şübhələr kifayət qədər əsaslı olduğu üçün, həmin hal da əmrin qəbul edilməsində sübut kimi istifadə edilə bilməzdi. Bu da onu göstərir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr Əmək Məcəlləsi nin müddəlarına zidd olaraq qəbul edilmişdir.
24. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən qəbul edilmiş əmrdə istinad olunan hallarda iddiaçının hər hansı rolu, iştirakı və ya “təqsiri” olmamışdır. Belə ki, Əmrdə göstərilir ki, “X16” MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə X1 tərəfindən bağlanılmışdır (2020 il 12 may tarixli). X1 2020-ci ilin yanvar ayından MMC-də çalışmağa başlamışdır. (Korporativ satış meneceri) Həmin tarixdə iddiaçı Korporativ Satış meneceri idi (Korporativ satış adminstratoru, adi işçi). x Satış departamentinin bölmə rəhbəri X5, departament rəhbəri isə (müqavilələri sonda imzalayıb təsdiqləyən) X4 olmuşdur. İddiaçının vəzifə dəyişikliyi xx.xx.2020 (01 iyul) tarixdə rəsmiləşdirilmişdir. Həmin dövrdən sonra X1 iddiaçının rəhbərliyində çalışmağ a başlamışdır. xx.xx.2023-cü ildə iddiaçıdan ilk dəfə izahat alınmışdır. Daha sonra xx.xx.2023 tarixində ikinci izahat alınmışdır. O zaman iddiaçı dəfələrlə şifahi bildirmişdir ki, “X16 və Prodizayn” MMC onun zamanında aktiv edilməmişdir. O zamanki rəhbərləri X5 (Bölmə rəhbəri), X4 (Departament Direktoru) olmuşdur (müqavilələri imzalayıb təsdiqləyən). Daha sonra ikinci izahatda görən də ki, yenə də “X16 və Prodizayn” MMC ona eyni şəkildə izahata salınıb, bu zaman iddiaçı 21 iyun tarixində izahatdan bir gün sonra rəsmi email yazaraq Daxili təhlükəsizlik əməkdaşlarına (iddiaçıdan izahatı alan) bir daha bildirmişdir ki, məsələnin necə olmasını xüsusi ilə qeyd etsinlər (email əlavə olunur). Ancaq 04 dekabr 2023-cü il tarixli, B**** saylı əmrdə yenə də həmin şirkətlər (Prodizayn MMC və X16) qey d edilib siyahıya salınmışdır.
25. Qeyd olunmalıdır ki, yeni müştərilərin cəlb edilməsi proseduru MMC-nin xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş Daxili Proseduruna uyğun olaraq həyata keçirilir(***). Yeni cəlb edilən müştərilərə kreditlə mobil cihazların satılması isə MMC-nin “Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı üzrə” **** saylı xx.xx.2012 tarixli Daxili Proseduru əsas tutularaq həyata keçirilirdi. 04 dekabr B**** saylı əmrdə ilk səhifədə qeyd edilən Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı **** xx.xx.2012 tarixli proseduruna əsasən göstərilib ki, prosedurun 5.3 və 6.1 bəndlərinə əsasən korporativ müştərilərə kreditlə mobil cihazlar 400 manatdan 1200 manat olan qiymət aralığında satıla bilər. 2012-ci ildə 2015-ci ildə manatı n devalivasiyasindan sonra bütün son model satılan mobil telefonların qiyməti 2500 manatdan yuxarı olmuşdur. Ancaq həmin prosedurun 5.9.4 bəndinə əsasən – Mobil aparatlar planşetlər üçün istifadə olunan qiymət cədvəli dəyişildikdə onun əsasında ilkin və aylıq ödəniş şərtləri dəyişilə bilər. 5.18ci bəndə əsasən vaxtından əvvəl müqaviləyə xitam verilməsi və ya müqavilədə qeyd olunan şərtlərə riayət etmədikdə, korporativ müştəri (şirkətlər) mobil aparatların qalan məbləğini tam ödəməlidir. 5.21-ci bəndə əsasən təqdim edilən mobil aparatlara/planşetlərə görə bütün riskləri Korporativ (Yəni şirkətlər) müştəri özü daşıyır. Mobil aparatlar/planşetlər oğurlandıqda və ya itirildikdə yenisi ilə əvəz olunmur, cari borc olduqda müştəri nömrənin borcunu, itirilmiş və ya oğurlanmış mobil aparatların q alan məbləğini tam ödəyir. Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı **** xx.xx.2012 tarixli proseduruna əsasən – 5.22 bəndinə əsasən Mobil aparatların Planşetlərin qiymətləri təchizat və logistika şöbəsi tərəfindən təqdim olunacaq. 5.23-cü bəndə əsasən bu məlumat əsasında Korporativ müştərilərə təqdim olunan mobil aparatların planşetlərin şərtləri dəyişdirilə bilər. 5.24-cü bəndə əsasən Korporativ Satış şöbəsinin müdirinin köməkçisi hər ay mobil aparatların planşetlərin alış (XXXX şirkətə təqdim olunan qiymət ) və satış (korporativ müştəriyə təqdim olunan qiymət) qeyd olunan aylıq hesabatı maliyyə şöbəsinə təqdim edir. Bundan əlavə email vasitəsilə “x və xx məhsulların satışı departamentinə” departamentə təqdim edir. Hər ay hamıya email göndərir, o emaila əsas ən həmin cihazların kreditli satışı zamanı aylığa düşən məbləğ və ümumi məbləği hesablanır. 5.25-ci bəndə görə bütün mobil aparatlar tələbnamə forması və hesab faktura əsasında korporativ satış şöbəsinin köməkçisi tərəfindən anbardan sifariş olunacaq. Satış zamanı (move order) malın çıxarılışı yaradılır. Hər ay Korporativ satış departamentinin müdirinin köməkçisi tərəfindən anbara inventory hesabat təqdim olunacaq. Həmin prosedurun 5.2 bəndinə əsasən - Xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Bu da onu göstərir ki, mobil cihazlar risk qruplarına Prosedurun şərtlərinə zidd təqdim edilməsi təklif olunsa belə, sonda həmin xidmətin aktivləşdirilməsi daha yuxarı orqan tərəfindən təsdiqlənir. Yəni son qərar iddiaçı tərə findən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir. Bu da onu göstərir ki, qəbul edilən qərarlar nəticəsində cavabdehə ziyan dəymişdir, həmin qərarın qəbul edilməsində bilavasitə məsuliyyəti ididaçı deyil, həmin xidmətlərin aktivləşdirilməsinə qərar vermiş nəzarət qrupları daşıyır. 6.2-ci bəndə əsasən Korporativ Müştəri mobil aparatların, cihazların sərfəli şərtlər ilə kreditlə əldə olunması sorğusunu elektron poçt və ya məktub şəklində Korporativ satış şöbəsinin agentinə təqdim edir. (şirkətin emaili var X1yə təqdim edib) 6.3-cü bəndə əsasən Korporativ satış şöbəsinin agenti sorğunun təsdiqlənməsi üçün Korporativ müştəri haqda (şirkətin rəsmi sənədləri və s) məlumatı Risk və kredit nəzarəti, Sales supporta və müştəri fakturaları qruplarına göndərir. (Bayram və İslam bütün ş irkətlərin aktivasiyası zamanı standart prosedurları edib) 6.4-cü bəndə əsasən Korporativ satış şöbəsinin agenti mobil aparatların kreditlə satışı xidmətinin göstərilməsi təsdiqini yalnız Risk və kredit nəzarəti üzrə qrup tərəfindən elektron poçt vasitəsilə aldıqdan sonra proseduru yerinə yetirə bilər. 6.10-cu bəndə əsasən Korporativ müştəri tərəfindən mobil aparatların 12, 18 ay ərzində vaxtında ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyət daşıyır.
26. Yeni müştərilərin cəlb edilməsi (***) xx.xx.2016 tarixli prosedurda Korporativ müştərilərin aktiv edilməsi prosesinin addımları ardıcıllığı göstərilmişdir. Prosesin addımları: 1.Korporativ satış agenti məlumatı SFA sisteminə əlavə edir.
2. Korporativ satış agenti məlumatı Share point sisteminə yükləyir.
3. Risk nəzarəti üzrə b ölmə və hüquq şöbəsi sənədləri alır (poçt bildirişi). 4.Hüquq şöbəsi sənədləri yoxlayır, sistemdə təsdiq edir, Sənədləri yoxlayır və əgər hər şey düzdürsə 5 ci addıma keçir, Sənədlər düzgün deyilsə, müqavilə şərtlərinin müzakirəsi imkanını itirilmiş kimi bağlayır. Sənədlərdə dəyişikliyin edilməsi tələb olunursa 1-ci addıma keçir. 5.Risk və kredit nəzarət üzrə bölmə məlumatı yoxlayır və sistemdə təsdiq edir, məlumat düzgündürsə 6 addıma keçir, məlumat düzgün deyilsə, müqavilə şərtlərinin müzakirəsi imkanını itirilmiş kimi bağlayır. Risk və kredit nəzarət üzrə bölmə kredit limitini və müştəri səviyyəsini təyin edir. Göründüyü kimi prosedura əsasən iddiaçı heç bir şirkətə kredit telefon verilməsində nə icazə hüququ nə də imza hüququ var. Bütün satışlar standart prosedurlara əsasən (aidiyyat ı bölmələr tərəfindən yoxlanılıb təsdiqlənərək) həyata keçirilmişdir. Beləliklə, 04 dekabr 2023-cü il tarixli B**** saylı əmrdə ilk səhifədə qeyd edilən 5.3 və 6.1 bəndlərinin əsassız olması yuxarıda qeyd edilənlərlə tam təsdiq olunur. Belə ki, 2015-ci ildən iddiaçı işdən çıxarılan günədək bütün kreditlə satılan son model telefonların qiymətləri (devalivasiyadan sonra) 2500 manatdan yuxarı olmuşdur. Bütün departament əməkdaşları cihazların yeni qiymətlərinə əsasən satışları həyata keçirmişlər. 04 dekabr 2023-cü il tarixli B**** saylı əmrdə ikinci səhifədə ilk abzasda qeyd edilən əməkdaş X1 bildirmişdir ki prosedurlardan xəbərdar olmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, X1 2020-ci ilin yanvar ayında Cavabdeh MMC də x Satış departamentində çalışmağa başlamış və 2020-ci ilin iyul ayında iddiaçının rəhbər olduğu Yeni müştərilərin cəlb edilməsi şöbəsinə keçmişdir. O dövrə kimi iddiaçı da X1 kimi adi satış meneceri olmuşdur. Yeni əməkdaş Cavabdeh MMCyə gələrkən HR şöbəsinin aidiyyatı əməkdaşları tərəfindən məlumatlandırılır. Bütün prosedurlar onlara təqdim edilir.
27. X1 işə başlayıb və 7 ay sonra iddiaçının şöbəyə keçdiyi vaxta kimi bölmə rəhbəri X5, departament müdiri isə X4 olmuşdur. O zamana kimi iddiaçının da rəhbəri, bölmə rəhbəri X5 və departament direktoru X4 olmuşdur. Bundan əlavə, 04 dekabr 2023-cü il tarixli B**** saylı əmrdə ikinci səhifədə olan 6 şirkətin adları çəkilir. xx.xx.2020 Prodizayn MMC – Elvin İsayev aktiv etmiş (iddiaçıya qədər) bölmə rəhbəri X5 idi, müqaviləni imzalayan isə – X4 (sonra emaillə verib şirkəti xx.xx.2020 tarixdə iddiaçı rəhbər təsdiqlə ndiyi gün X1) xx.xx.2020 Brobers MMC – X1, bölmə rəhbəri Hüseyn Əliev, imzalayan X4 xx.xx.2021 XX MMC – X1, bölmə rəhbəri İddiaçı – imzalayan X5 olmuşdur. Bu şirkətlər Uber taksi şirkətləridir. Uzun müddət işlədikdən sonra 2022 ilin fevral ayından ödənişləri gecikdirməyə daha sonra da özünü bankrot elan edib ödənişlərini ödəməmişdir (XXXX, XXXXX, Chinar Plaza və s şirkətlərə borcları var). Digər qrup isə xx.xx.2020 X16 – X1 (iddiaçıya qədər) bölmə rəhbəri X5, müqaviləni imzalayıb – X4, xx.xx.2021 Bilgəh mərkəzi – X1, bölmə rəhbəri İddiaçı – imzalayan X4, xx.xx.2022 Total services – X5, bölmə rəhbəri İddiaçı –imzalayan X5. 04 dekabr 2023-cü il tarixli B**** saylı əmrdə qeyd edilən 6 şirkətdən 4 müqaviləni X4 2 müqaviləni isə X5 imzalamışdır. 04 dekabr B**** saylı əmrdə qeyd edilən şirkətlər ə telefonlar verilən zaman bildirilir ki, prosedur pozulmuşdur. Ancaq yuxarıda artıq göstərilmişdir ki, daxili prosedur üzrə yeni şirkətlərə cihazlar hansı formada verilir və kimlər tərəfindən təsdiq olunur və imzalanır. 04 dekabr B**** saylı əmrdə ikinci səhifə son abzasında MMC-nin daxili Proseduru olan Yeni müştərilərin cəlb edilməsi (***) xx.xx.2016 tarixli proseduru əsas tutularaq yeni müştərilər cəlb edilirdi” qeyd edilmişdir. Bu prosedura əsasən Satış meneceri şirkətlə görüşüb hüquqi sənədlərini toplayıb sistemə daxil edir. Daha sonra, həmin prosedurun 2-ci bəndinə uyğun olaraq hüquqşünas əlaqənin və sənədlərin yoxlanmasını 1 iş günü ərzində yerinə yetirir. Direktorun müqaviləni imzalamaq səlahiyyətini, məsul şəxsin adının bütün sənəd paketlərində olmasını, müqavilə tarixinin və nöm rənin bütün sənəd paketlərində olmasını yoxlayır. Məsul şəxsin etibarnaməsini (direktorun), şirkətin yaranma tarixini (əmrdə vurğulanmışdır ki iddiaçı yoxlamalı idi), direktor xarici ölkə vətəndaşıdırsa, onun müvəqqəti qeydiyyata aınması haqqında sənədi yoxlayır. Risk və Kredit nəzarət bölməsinin vəzifələrinə kredit nəzarəti bölməsi müştərinin 1 iş günü ərzində qiymətləndirilməsinin yerinə yetirilməsi (3 bənd), 1 saylı cədvəldə qeyd olunmuş və SFA sistemində hesablanmış aylıq gəlir haqq hesabınin əsasında müştərinin qiymətləndirilməsi, kredit limiti və bütün meyarlar kredit management (FİN–PR –*** – Credit management process) prosesində göstərilmiş şərtlərə uyğun olaraq yerinə yetirilirsə müqavilənin təsdiqlənməsi, kredit limiti və bütün/bəzi meyarlar kredit management prosesində göstərilm iş şərtlərə uyğun olaraq yerinə yetirilmirsə, müqavilənin rədd edilməsi aiddir. Cihazların satıldığı halda, şübhəli və aydın olmayan məqamların olduğu hallarda, Risk və kredit nəzarəti üzrə mütəxəssis korporativ satış əməkdaşı ilə birlikdə üzbəüz görüşüb şəxsən ünsiyyət qurmaq üçün müştərinin ofisinə baş çəkə bilər. Müştərinin qiymətləndirilməsi məqsədlərinə görə Risk və kredit nəzarəti tərəfindən edilmiş zənglər daha yaxşı keyfiyyətin təmin edilməsi üçün edilməlidir. Kredit limiti xəttinin məbləği və müştəri seqmenti kredit management (FİN–PR –*** –Credit management process) prosesində göstərilmiş şərtlərə uyğun müəyyən edilir. Müştərinin müəyyən edilməsi, müqavilənin nəzərdən keçirilməsi sorğusu barədə bildiriş Risk və kredit nəzarəti qrupuna sharepoint (Elektron ünvan 3) ünvanina mail gəlir. Risk və kredit nəzarəti üzrə mütəxəssis sənədləri yükləyir və aşağıdakı yoxlamaları yerinə yetirir. Risk və kredit nəzarəti üzrə qrup internetdə müştəri haqqinda məlumatı axtarır. Risk və kredit nəzarəti üzrə qrup müştərinin biznes naviqasiya portallarında axtarır, Risk və kredit nəzarəti üzrə qrup şirkətin mövcudluğunu aşağıdakı internet səhifələrində yoxlayır (vergilərin saytında). Şirkətin seqmentini düzgün təyin etmək məqsədi ilə məlumat almaq üçün şirkətin əlaqə şəxsinə zəng edir və müştərinin qiymətləndirilməsi blankını doldurur. Şirkətin direktoru tərəfindən XXXX şirkəti ilə (digər şirkətlə) artıq başqa bir müqavilənin imzalanıb imzalanmadığını və təklifin təfsilatını yoxlayır. Aylıq gəlir haqq hesabının və 1 saylı cədvəldə qeyd olunmuş parametrlərin əsasında müştəriyə borc haqqinda xəbərdarlıq tədbirlərinin növünü və kredit limitini təyin edir və müştərinin qiymətləndirilməsi blankını (1 saylı əlavə) yekunlaşdırır. Risk qiymətləndirilməsinin nəticələrinə əsasən sistemdə təsdiqləməklə yeni korporativ müştəri üçün müqaviləni təsdiq edir. Risk və kredit nəzarəti üzrə qrup müştərinin müəyyən olunması qaydalarına uyğun olmadıqda sənədlər düzgün və ya tamolmadıqda müqaviləni rədd edir və rədd səbəbini qeyd şəklində bildirir. Bütün yuxarıda qeyd olunmuş prosedurlardan göründüyü kimi 04 dekabr 2023-cü il tarixli B**** saylı əmrdə qeyd edilənlər iddiaçının vəzifə öhdəliklərinə aid deyildir. Satış komandası korporativ müştəri ilə görüşüb razılaşır, daha sonra onlardan şirkətin bütünn hüquqi sənədləri toplayıb sistemə daxil edir. Daha sonra aidiyyatı şöbələr tərəfindən yoxlanılmalar aparılıb təsdiqləndikdən sonra (yuxarıda qeyd edilən formada) Korporativ müştərinin (qarşı tərəf) direktoru təsdiqləyir (imza və şirkətin möhürünü vurur). Bundan sonra Korporativ satış departamentinin direktoru təsdiqləyir (imza və XXXX MMC möhürünü vurur) və proses tamamlanır. 04 dekabr B**** saylı əmrdə ikinci səhifədə son abzas, üçüncü səhifədə 1,2,3 abzaslarda qeyd edilən nüanslarda yuxarıda qeyd etdiyi proses üzrə həyata keçirilir. Bundan əlavə Cavabdeh MMC-nin 2016 daxili Proseduru olan Yeni müştərilərin cəlb edilməsi (***) xx.xx.2016 tarixli proseduru yeni prosedur çıxana qədər- 2022-ci ilin mayına qədər qüvvədə olmuşdur. Əsas yeni prosedur 2022 ilin may ayında təqsdiqlənmişdir. 04 dekabr 2023-cü il tarixli B**** saylı əmrdə qeyd edilən nüanslar. Ancaq 2022-ci ilin ma rt ayından bu yana heç bir problemli şirkət olmamışdır (son prosedurun şərtlərini pozan). X5 bildirmişdir ki, əmrə əsasən iddiaçının prosedurlardan xəbəri olmamışdır. X22 3 il XXXXdə Satış departamentində (korporativ müştərilərin saxlanılması farmer bölməsində) işlədikdən sonra (hər iki bölmədə prosedurlar eynidir) iddiaçının bölməsinə keçmişdir. Yeni əməkdaş olmamışdır. Bundan əlavə prosedur haqqında yeni işçiyə məlumatı HR əməkdaşları göndərirlər. Satış departamenti 2020-ci ilin iyul ayından buyana iki yerə bölünür:
1. Yeni müştərilərin cəlb edilməsi bölməsi (hunter),
2. Mövcud müştərilərin qorunması bölməsi (fermer). Hər iki bölmədə prosedurlar eynidir. Çünki hər iki bölmə eyni işi görür. Bundan əlavə qeyd olunmalıdır ki, ümumiyyətlə iddiaçının özü də Satış haqqında olan prosedurları on un Security check başladıqdan sonra 11 may tarixindən sonra dəfələrlə prosedurlar şöbəsinə email yazaraq (xatırlatmalar edərək) günlər sonra almışdır. Yəni iddiaçını qeyd olunan prosedurlarla tanış etməsini təsdiq edən cavabdehin əlində hər hansı bir sənəd belə yoxdur. İddiaçı bölmə rəhbəri keçdikdən sonra onu qeyd edilən orosedurlarla tanış edilməsi rəsmi qaydada həyata keçirilməmiş və o, həmin prosedurlar ona təqdim edilməmişdir.Yəni iddiaçının özünə belə prosedurlar barəsində rəhbərlik tərəfindən heç bir məlumat verilməmişdir. İşlədiyi müddətdə ididaçı işini şöbənin iş praktikasına uyğun verilən şifahi göstərişlərə əsasən aparmışdır.
28. İddiaçının vəzifə öhdəliklərinə (Job description) – MMC-nin korporativ seqmentdə üstün mövqeyini təmin etmək üçün şirkətin bazar payinin artırılmasını təmin etmək, yaradıcı düşüncə tərzi, şirkətin uğuruna hədəflənmiş yeni ideyalar, sistemlər və münasibətləri inkişaf etdirmək və yaratmaq qabiliyyəti, yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək və mövcud programları təkminləşdirmək, bazarda XXXX şirkəti barədə xüsusi həllər təklif edən şirkət təsviri yaratmaq, şirkət və şirkətin mövcud və potensial x müştəriləri arasinda vasitəçilik etmək, şirkət standartlarını təsis etməklə və onları həyata keçirməklə keyfiyyətli xidmət göstərmək, sənayedəki trendlər, bazar fəaliyyəti və rəqiblər haqqında daim məlumatlı olmaqla məhsulların təkmilləşdirilməsi və ya yeni məhsulların təqdim olunmasının yollarını müəyyənləşdirmək, əlaqələr qurmaqla və perspektivli münasibətlərin inkişaf etdirilməsi ilə MMC-nin məhsullarını və xidmətlə rini satmaq, həll yolları tövsiyə etmək, əsasən potensial müştəri tərəfindən diktə edilən rəsmi qiymət təklifi prosesinin bir hissəsi olaraq, ətraflı təklif sənədlərini hazırlamaq, rəhbərlik tərəfindən qoyulan bütün hədəflərə çatmaq və yeni şirkətlər cəlb etməklə müştəri kütləsini artırmaq, bazarın araşdırılmasını həyata həyata keçirmək və müştərinin tələblərini analiz etmək bacarığı, məlumatları toplamaqla, təhlil etməklə və ümumiləşdirməklə həftəlik, aylıq işlərlə bağlı hesabat hazırlamaq, satış üzrə ən yaxşı nəticələri idarə etməklə işçilər arasında sağlam iş rəqabəti yaratmaq, şirkəti ticarət sərgilərində, tədbirlərdə və nümayişlərdə təmsil etmək, hədəflərə nail olmaq üçün işçilərin iş prosesini yoxlamaq və təhlil etmək, hədəfə çatmaq məqsədilə güclü komanda qurmaq, müştərilərin busine ss fəaliyyətini və tələblərini aydın şəkildə başa düşmək, bazar, rəqiblər və müştərilər haqqında məlumat toplamaq, daxili nizam intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək, motivasiya etmə bacarığı, işçilər arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan komanda əhval ruhiyyəsini həvəsləndirməyi və yaratmağı bacarmaq, müştərilərə dəstək göstərməklə və məlumatlandırmaqla, onlarla münasibətləri qoruyub saxlamaq, yeni imkanlar axtarmaq və tövsiyyə vermək, gəlirlərin artırılması və xidmətlərin təkminləşdirilməsi ilə bağlı tövsiyələr vermək, məhsul və xidmət haqqında potensial müştərilərə izahat vermək, qoyulmuş hədəflərə çatmaq və ya onları üstələmək məqsədi ilə özünün satış üzrə fəaliyyətini nəzərdən keçirmək, tez yə nəticə yönümlü qərarlar qəbul etmək, problemlərin həll edilməsində ən yaxşı qərarın qəbul edilməsi üçün məlumatı təhlil etmək və nəticələri qiymətləndirmək bacarığı, şirkətin gözlənti səviyyələrini və qayəsini işləyib hazırlamaq və bütün bölmə işçilərinin nəzərinə çatdırmaq (bu şirkətin korporativ qayəsinə və məqsədlərinə müvafiq olmalıdır), öz vəzifəsinə aid rəhbərliyin verdiyi birbaşa tapşırıqları yerinə yetirmək, rəhbərliyin təyin etdiyi və təqdim etdiyi satış planlarını həyata keçirmək aiddir.
29. İddiaçının xx.xx.2020 ildə vəzifə dəyişikliyi (01 iyul) olmuş, x müştəri qruplarının cəlb olunması üzrə menecer, xx.xx.2021 (01 mart) tarixdə müqaviləyə əlavə edilmiş, bəzi bəndlər əlavə edilmişdir. İşəgötürən və işçi bununla aşağıdakı dəyişikliyin edilməsi barədə razılığa gəlmişlər. Biznes maraqlarını nəzərə alaraq 1211\4 N li müqaviləyə aşağıdakı məzmunlu 4.6 ci və 5.4 cü maddələr əlavə edilmiş və 4.3 cü maddə aşağıdakı redaksiyada verilmişdir. 5.4-cü bəndə əsasən işçi təsdiq edir və zamanət verir ki, işəgötürənə məxsus kompyuter sistemi, korporativ elektron poçt və ya proqram təminatından istifadə zamanı xanaların (sütun, sətir, bənd və s) və ya müvafiq əməliyyatların seçilməsi ərizələrin (sorğular) yaradılması və ya göndərilməsi ilə əlaqədar düymələrin sıxılması (bundan sonra təsdiqləmə) işçinin şəxsi imzasının analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir. İşçi təsdiqləmələrlə bağlı işəgötürən və ya üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır. 4.3.4-cü bəndə əsasən işçi əmək və iş şəraitinin təhlükəsizliyinin müəyyən və təmin edilməsi üçün aparılan erqonomik qiymətləndirmələr v ə distant məsafədən iş müraciətləri ilə əlaqədar aparılan risk qiymətləndirmələri zamanı müvafiq yoxlama sorğu sənədinə həqiqətə uyğun olmayan məlumatlar daxil etməməlidir. 4.3.5-ci bəndə əsasən işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün əmək məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən olunmuş əməyin mühafizəsi qaydalarına və normalarına habelə əməyin muhafizəsi məsələləri ilə əlaqədar işəgötürənin müəyyən etdiyi qaydalara əməl etməyə borcludur. Beləliklə, göründüyü kimi iddiaçının işdən çıxarılmağı barədə əmr əsassız olmuşdur.
30. Birinci instansiya məhkəməsində iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri: - iddiaçının hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurulması audit arayışı və digə r sənədlər əsasında sübut edilmişdir. İlk növbədə iddiaçının birinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının təqsirli hərəkəti nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur və bu ziyan iddiaçının hərəkəti ilə səbəbli əlaqədə olmuşdur. Belə ki, MMC ilə aşağıdakı şirkətlər arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlanmış və həmin müqavilə əsasında qeyd edilən şirkətlərə aşağıdakı dəyərdə mobil telefon (kreditlə) və xidmət təqdim edilmişdir: “X16” MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 26.233,77 manat dəyərdə mobil telefon, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 11.397,93 manat dəyərdə mobil telefon, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli ***-**** nömrə li müqavilə əsasında 56593,77 manat dəyərdə mobil telefon və xidmət, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 8.184,29 manat, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 13.214,26 manat dəyərdə mobil telefon və xidmət, "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 39-2022 nömrəli müqavilə əsasında 23.602,81 manat dəyərdə mobil telefon; - qeyd edilən şirkətlərə mobil telefon və mobil rabitə xidməti satışından həmin şirkətlərin MMC-yə 139.226,83 manat borcu yaranmışdır və həmin borc indiyədək ödənilməmişdir. Halbuki, Prosedurun 6.1-ci bəndinə əsasən korporativ müştəriyə verilən mobil aparatların və planşetlərin qiyməti ***-**** manat (ƏDV daxil) olmalıdır. Bu isə ona işarə edir ki, yuxarıda qeyd edilən 6 şirkətlə müqavilələrin bağlanması nəticəsində Prosedurun 6.1-ci bəndinin kobud pozuntusuna yol verilmişdir; - bundan başqa, Siyasətin 8.2.1.1, 8.2.1.3, 8.2.2.2 və 8.2.2.3-cü bəndinə əsasən “X16” MMC-nin təsisçilərinin əcnəbi olmasına və "xxxx" MMC-nin cəlb edildiyi vaxt təsis edilməsindən 6 ay keçməməsinə görə həmin şirkətlərin yüksək riskli müştəri olmasına görə onlara ayrılan ümumi kredit limiti 3000 manatdan artıq olmamasına baxmayaraq, iddiaçı həmin müddəaları pozaraq onlara 3.000 manatdan artıq dəyərdə mobil telefon, habelə Siyasətin 8.2.3.1, 8.2.4.1 və 8.2.4.2-ci bəndlərinə əsasən "xxxx" MMC isə cəlb edildiyi vaxt təsis edilməsindən 12 ay keçməməsinə görə orta riskli müştəri olmasına görə onlara ayrılan ümumi kredit limiti 10.000 manatdan artıq olmamasına baxmayaraq həmin müddəaları pozaraq ona 10.000 manatdan artıq dəyərdə kreditə mobil telefon vermişdir. Siyasətin tələbinə əsasən yeni qeydiyyatdan keçmiş və az tanınan hüquqi şəxslər, habelə vergi uçotu müddəti 6 aya qədər olan hüquqi şəxslər, (8.2.1.1-ci bənd), şirkətin sahibi və ya səlahiyyətli şəxs Pakistan, Hindistan, Çin, Banqladeş, İran, BƏƏ vətəndaşı olduqda həmin müştəri yüksək riskli müştərilər hesab edilir (8.2.1.3-cü bənd). Yüksək riskli müştərilərə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq (8.2.2.2-ci bənd), müəssisənin ümumi kredit limiti isə 3.000 manatdan artıq olmamalıdır (8.2.2.3-cü bənd). Həmçinin Siyasətin tələbinə əsasən vergi qeydiyyatına alınma tarixi 6-12 ay olan müəssisələr orta risk kateqoriyasına aid edilir və yüksək riskli müştərilərə ayrılan hər bir nömrənin kredit limiti 3 0 manatdan artıq, müəssisənin ümumi kredit limiti isə 3.000 manatdan artıq olmamalıdır (8.2.3.1-ci bənd). Orta riskli müştərilərə ayrılan hər bir nömrənin kredit limiti 100 manatdan artıq (8.2.4.1-ci bənd), müəssisənin ümumi kredit limiti isə 10000 manatdan artıq olmamalıdır (8.2.4.2-ci bənd); - kommersiya qurumlarının dövlət reyestrinə əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə, “X16” MMC isə xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş müqavilələrə əsasən "xxxx" MMC ilə xx.xx.2021ci il tarixdə, "xxxx" MMC ilə isə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Göründüyü kimi, cəlb edildiyi vaxt "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2021-ci il tarixdən 6 ay keçmədiyi halda onunla xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2020-ci il tarixdən 12 ay keçmədiyi halda onunla xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Bu halda, həmin müştərilər müvafiq olaraq yüksək və orta riskli müştəri kateqoriyasına aid olmuşdur, yüksək riskli müştərilərə ayrılan ümumi kredit limiti 3.000 manatdan artıq olmadığı halda, həmin məbləğdən artıq məbləğdə mobil telefon, orta riskli müştəriyə isə ayrılan ümumi kredit limiti 10.000 manatdan artıq olmadığı halda, ona həmin məbləğdən artıq məbləğdə kreditə mobil telefon verilmişdir, bununla da Siyasətin tələbləri kobud şəkildə pozulmuşdur; - Prosedur və Siyasətə riayət etmək iddiaçının əmək funksiyasına aid olmuşdur və həmin öhdəliklərin pozuntusu intizam məsuliyyətinə səbəb olur. Həmin Prosedur, həm də Siyasət MMC-nin müəssisədaxili intizam q aydaları hesab edilir və həmin qaydaların pozuntusu intizam məsuliyyətinə səbəb olur. Belə ki, Əmək Məcəlləsinin 182-ci maddəsinin 1-ci hissəsinə əsasən müəssisələrdə əmək müqavilələri və əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən (a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və (b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və (ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aiddir. Prosedur və Siyasətdən ibarət olan müəssisədaxili intizam qaydalarına riayət etmək, yeni müştəriləri cəlb etmək və həmin müştərilər haqqında məlumat ları toplayıb təhlil etmək iddiaçının əmək funksiyasına aid olmuşdur; - iddiaçının xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə çalışdığı x müştəri qruplarının cəlb olunması üzrə menecerin vəzifə təlimatından, eləcə də xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə çalışdığı x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatından görünür ki, yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları toplamaqla, təhlil etməklə və ümumiləşdirməklə həftəlik aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək qeyd edilən vəzifələrin əmək funksiyalarına aid olmuşdur. Hər 2 vəzifə təlimatının məzmunu ilə iddiaçı tanış olaraq imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehi n müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinə uyğun gəlməyən yeni müştərilərin cəlb edilməsi məqsədilə yeni təkliflər təqdim etmiş, onlar haqqında məlumatları toplayıb təhlil etməmiş, nəticədə həmin müştərilərlə müqavilə bağlanmasını təmin etmişdir. Qeyd edilən 6 müştəri ilə müqavilələrin bağlanması nəticəsində isə cavabdeh 139.226,83 manat ziyana məruz qalmışdır. Şübhəsiz ki, həmin müştərilərlə müqavilələr bağlanmasaydı və həmin müqavilə əsasında onlara mal və xidmət təqdim edilməsəydi, həmin şirkətlərin cavabdehə 139.226,83 manat borcu da yaranmayacaqdı. Beləliklə cavabdeh həmin dəyərdə əmlakından (mobil telefon və təqdim edilən mobil rabitə xidmətinə görə gəlir) məhrum olmayacaqdı. Bu isə ona işarə edir ki, 6 şirkətin cavabdehə 139.226,83 manat borcunun yaranma sı (ziyan vurulması) məhz iddiaçı tərəfindən müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinin pozulması nəticəsində yaranmışdır. Belə olan halda isə, iddiaçı intizam və maddi məsuliyyət daşıyır; - Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin hər üçü olduqda tərəflərin (işçi və işəgötürənin) birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; - Əmək Məcəlləsinin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin (d) bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin hüquqlarına aiddir; - cavabdeh tərəfindən aparılan və "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayış (bundan sonra – “Arayış”) ilə rəsmiləşdirilən araşdırmadan aşkar olunur ki, cavabdehə iddiaçı tərəfindən həqiqətən ziyan vurulmuşdur, həmin ziyana iddiaçının qanunazidd əməli səbəb olmuşdur, onun həm in əməli ilə maddi ziyanda ifadə edilən nəticə arasında səbəbli əlaqə vardır. Bu baxımdan cavabdeh iddiaçını intizam məsuliyyətinə cəlb etməkdə haqlı olmuşdur. Odur ki, iddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmaması barədə irəli sürülən dəlil tamamilə əsassız olduğundan iddia tələbi rədd edilməlidir; - iddiaçı tərəfindən cavabdehə ziyan vurulmasa da, hüquq pozuntusuna yol verilməsi onunla əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi üçün əsasdır. Təsvir edilənlərlə yanaşı, iddiaçının ikinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, işçi tərəfindən mülkiyyətçiyə maddi ziyan vurulmadıqda belə, Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi mümkündür. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 72-ci maddəsinin (e) bəndi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntular nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halında əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə imkan verir. Odur ki, hətta iddiaçının cavabdehin mülkiyyətçisinə (təsisçisinə) maddi ziyan vurması təsdiq edilməsəydi belə, iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı Prosedur və Siyasətə, eləcə də vəzifə təlimatına riayət edilməməsindən irəli gələn kobud səhvləri və hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə cid di xələl gətirdiyindən onunla olan əmək müqaviləsini cavabdeh ləğv etməkdə haqlı olacaqdı. Bu baxımdan işçi tərəfindən mülkiyyətçiyə maddi ziyan vurulmadığı halda, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinin yolverilməzliyi barədə iddiaçının dəlili əsassızdır; - iddiaçının müəssisədaxili qaydalardan xəbərsiz olması ağlabatan deyildir. İddiaçının üçüncü dəlili ilə bağlı qeyd edilməlidir ki, Prosedur və Siyasətlə iddiaçının tanış edilməməsi ağlabatan mühakimə ilə, yəni adi müşahidəçinin (kəmağıllıq, digər psixi və yaxud psixoloji, fizioloji problemləri olmayan şəxsin) qiymətləndirilməsi (əksəriyyətin şüurunun dəyərləndirilməsi) ilə uzlaşmır. Çünki 2011-ci ildən etibarən MMC-də çalışan şəxsin həmin Şirkətə aid olan müəssisədaxili qaydalardan xəbərsiz olması inandırıcı olmam aqla real deyildir. Digər tərəfdən isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə saat 12:14 radəsində HuseynA@XXXX.com elektron poçtu vasitəsilə MMC-nin aidiyyəti rəhbər işçilərinə ünvanlanmış “Yeni sirket XX MMC” başlıqlı elektron məktubdan görünür ki, iddiaçı fors-major hal kimi istisnaya yol verilməsini və XX şirkəti ilə əməkdaşlığı davam etdirmək üçün prosedur qaydalardan kənara çıxmaları MMC-nin rəhbər şəxslərindən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı XX şirkətinin cəlb edilməsi ilə bağlı prosedur qaydalardan kənara çıxmaları MMC-nin rəhbər şəxslərindən xx.xx.2021-ci il tarixdə, yəni intizam məsuliyyətinə cəlb edilməsindən təxminən 2 il əvvəl xahiş etmişdir. Onun xahişindən sonra yüksək riskli müştəri hesab edilən XX şirkətinə 3300 ədəd nömrə və 5.202 manat d əyərdə 2 ədəd mobil telefon verilmişdir. Halbuki, XX şirkəti yüksək riskli müştəri hesab edilir. Belə ki, Siyasətin tələbinə əsasən Soho (kiçik və problemli şirkətlər qrupu) 200 ədəd nömrədən artıq nömrə sifariş verdikdə, yüksək riskli müştəri hesab edilir (8.2.1.4-cü bənd) və yüksək riskli müştərilərə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq (8.2.2.2-ci bənd), müəssisənin ümumi kredit limiti isə 3000 manatdan artıq olmamalıdır (8.2.2.3-cü bənd). Yüksək riskli müştəriyə ayrılan ümumi kredit limiti 3000 manatdan artıq olmadığı halda, yüksək riskli müştəri olan "xxxx" MMC-yə 13.214,26 manat dəyərdə əmtəə, o cümlədən 5.202 manat dəyərdə mobil telefon təqdim edilmiş, bununla da Siyasətin tələbləri kobud şəkildə pozulmuşdur; - iddiaçı xx.xx.2021-ci il tarixdə Siyasətin tələbin dən xəbərdar olmasaydı, XX şirkətinin cəlb edilməsi ilə bağlı prosedur qaydalardan kənara çıxmaları ilə bağlı MMC-nin rəhbər şəxslərindən icazə istəməzdi. Həmin icazəni istəməsi ağlabatan mühakimə əsasında o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı şübhəsiz olaraq MMC-nin müəssisədaxili intizam qaydaları, o cümlədən Prosedur və Siyasətdən xəbərdar olmuş və həmin qaydaları pozmaqdan ötrü MMC-nin rəhbər şəxslərindən icazə istəmişdir. Odur ki, Prosedur və qaydalardan xəbərsiz olması barədə iddiaçının dəlili əsassızdır. Müştərilər barəsində lazımi ehtiyatlılıq tədbirləri görmək iddiaçının əmək funksiyalarına aiddir; - iddiaçının dördüncü dəlili ilə bağlı isə yuxarıda qeyd edildiyi kimi bir daha vurğulanmalıdır ki, yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları to plamaqla, təhlil etməklə və ümumiləşdirməklə həftəlik-aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək vəzifələri iddiaçının əmək funksiyalarına aid olmuşdur və həmin əmək funksiyaları ilə o, tanış olaraq imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən əmək funksiyaları müəssisədaxili intizam qaydalarına uyğun şəkildə yeni cəlb edilən müştərilər barəsində lazımi ehtiyatlılıq tədbirləri (due diligence) görülməsini nəzərdə tutur və həmin tədbirlərin görülməsi məhz iddiaçının funksiyalarına aid olmuşdur. İddiaçı isə cavabdehin müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinə uyğun gəlməyən yeni müştərilərin cəlb edilməsi məqsədilə yeni təkliflər təqdim etmiş, onlar haqq ında məlumatları toplayıb təhlil etməmiş, nəticədə həmin müştərilərlə müqavilə bağlanmasını təmin etmişdir. Qeyd edilən 6 müştəri ilə müqavilələrin bağlanması nəticəsində isə cavabdeh 139.226,83 manat ziyana məruz qalmışdır. İddiaçı Prosedur və Siyasətin tələblərinə uyğun qaydada yeni müştərilərin cəlb edilməsi məqsədilə yeni təkliflər təqdim etsəydi və onlar haqqında məlumatları toplayıb təhlil etsəydi, qeyd edilən müştərilərlə müqavilələr də bağlanmaz və onlara mal və xidmət təqdim edilməz, nəticədə də həmin şirkətlərin cavabdehə 139.226,83 manat borcu da yaranmazdı. Bu isə ona işarə edir ki, 6 şirkətin cavabdehə 139.226,83 manat borcunun yaranması (ziyan vurulması) məhz iddiaçı tərəfindən əmək funksiyalarının, o cümlədən müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblər inin pozulması nəticəsində yaranmışdır. Odur ki, iddiaçının dördüncü dəlili də tamamilə əsassızdır; - iddiaçının beşinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən yol verilən pozuntuların törədilməsi və aşkara çıxarılmasının tarixi və vaxtının Ləğvetmə Əmrində göstərilməsinə dair Əmək Məcəlləsinin 84-cü maddəsində (əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu) hər hansı bir tələb nəzərdə tutulmamışdır. Bu baxımdan, Ləğvetmə Əmri tam etibarlıdır. İntizam xətasına görə məsuliyyətə cəlb etmə müddəti keçməmişdir; - iddiaçının altıncı dəlilinə münasibətdə qeyd edilməlidir ki, Ləğvetmə Əmrinin verilməsinə əsaslardan biri Arayış olmuşdur və Arayış MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri, o cümlədən aşkar e dilmiş vəzifə hüquqpozmasını əks etdirir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən 2 il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Odur ki, MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələrini və bu zaman aşkar edilmiş vəzifə hüquqpozmasını əks etdirən Arayışın tərtib edilməsi tarixindən (xx.xx.2023- cü il tarix) 2 il keçmədiyindən Arayışda müəyyən edilən pozuntulara yol vermiş iddiaçıya əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək növündə intizam tənbehini verməkdə cavabdeh haqlı olmuşdur. Bu baxımdan intizam xətasının törədildiyi gündən 1 il keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməməsi barədə iddiaçının dəlili əsassızdır; - cavabdehin iddiaçı ilə heç bir qərəzliyi olmamışdır. İddiaçı cavabdehin onunla qərəzli olmasını və mükafatlandırılmasını qeyd etsə də, nə qərəzliliyə və qərəzlilikdən irəli gələrək iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə dair, nə də ki, mükafatlandırılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, iddiaçı MMC-də işləyən zaman əvvəlki illərdə də pozuntuya yol vermiş və barəsində intizam tənbehi tətbiq edilmişdir. Digər tərəfdə n, qeyd edilməlidir ki, işçinin mükafatlandırılması ona intizam tənbehinin tətbiq edilməsini, xüsusən də ən ağır intizam tənbehi hesab edilən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən ləğv edilməsini istisna edən qayda və ya şərt Əmək Məcəlləsində nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının həmin dəlili də tamamilə əsassızdır; - iddiaçının səkkizinci dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda qeyd edilən elektron məktubda iddiaçı tərəfindən MMC-nin rəhbərliyindən fors-major hal kimi istisnaya yol verilməsini və XX şirkəti ilə əməkdaşlığı davam etdirmək üçün prosedur qaydalardan kənara çıxmaları xahiş etməsi iddiaçının özünün müəssisədaxili qaydadan kənaraçıxmaya yol verdiyini birbaşa təsdiq edir. Odur ki, iddia tələbinin səkkizi nci dəlili də tamamilə əsassızdır; - iddiaçının doqquzuncu dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı həmkarlar ittifaqının üzvü olmasını qeyd etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin MMC-də həmkarlar ittifaqı fəaliyyət göstərmir. Müəssisədə həmkarlar ittifaqı fəaliyyət göstərməlidir ki, işəgötürən tərəfindən də məhz həmin ittifaqdan razılıq alınsın. Bu səbəbdən iddiaçı tərəfindən həmkarlar ittifaqının üzvü olması sübut edilmədiyindən Əmək Məcəlləsinin 80-ci maddəsinə istinad etməsi və həmin maddəyə əsasən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla əmək müqaviləsinin ləğv edilməsi barədə dəlili əsassızdır. 3
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(011)2585/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 04 dekabr 2023-cü il tarixli B***** nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMCnin "xxxx" vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və digər ödənişlərin (mükafat kimi ödəniləcək pul vəsaitləri – bonuslar) ödənilməsi qət edilmişdir. (hakim İlahə Abbasova)
32. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 10 yanvar 2011-ci il tarixdə MMC-də Kommersiya Departamentində Müştəri Xidmətləri Şöbəsinin Məlumat Mərkəzi bölməsində X11 vəzifəsinə işə qəbul olunmuş, 2014-cü ilədək MMC-də bir neçə vəzif ədə işləmiş, 03 fevral 2014-cü il tarixli 1211/4 saylı əmək müqaviləsi bağlanaraq, iddiaçı “Korporativ satış şöbəsinin satış meneceri” vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli razılığa əsasən, iddiaçı “Satış idarəsində x müştəriləri qruplarının cəlb olunması üzrə menecer” vəzifəsinə keçirilmişdir. MMC-nin xx.xx.2023 tarixli, B**** №-li Əmrinə əsasən iddiaçı ilə bağlanmış 03 fevral 2014-cu il tarixli, 1211/4 №-li əmək müqaviləsi 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. Əmrə əsasən MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, M MC-nin x Satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. Araşdırma nəticəsinə əsasən adıçəkilən müəssisələr MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin və onlara kreditlə satılmış mobil telefonların dəyərini ödəməməklə Cavabdeh MMC-yə 139216,0 manat ziyan vurulmuşdur. Əmrdə qeyd edilmişdir ki, iddiaçı bölmə rəhbəri kimi MMC tərəfindən təsdiq edilmiş “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərini, “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit ilə satışı” prosedurunu pozmuş və nəticədə şirkətə 139216,0 manat ziyan dəymişdir. xx.xx.2023- cü ildə iddiaçıdan ilk dəfə izahat alınmışdır. Daha sonra iddiaçıdan xx.xx.2023 tarixində ikinci izahat alınmışdır. Mülki işdə olan izahatların məzmunundan görünür ki, iddiaçıya iş proseduru, şirkətlər barədə sual verilmiş, ona əmək müqaviləsinin ləğv edilməsi barədə məlumat verilməmiş, bununla bağlı izahat alınmamışdır. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas hesab etdiyi pozuntulara görə digər işçilərə - MMC-nin x Satış Departamentinin mütəxəssisi X3 "xxxx", MMC-nin x Satış Departamentinin mütəxəssisi X4 "xxxx" verilmişdir. Mobil Aparatların/planşetlərin Korporativ müştərilərə Kredit ilə satışına dair sənədin şirkət tərəfindən müəyyən edilmiş "xxxx" adlanan 5-ci bəndində qeyd edilmişdir ki, Şirkətin müəyyənləşdirilməsi müraciət məktubu əsasında aparılaraq, xidmətin a ktivləşməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. 6.4-cü bəndə əsasən Korporativ satış şöbəsinin agenti mobil aparatların kreditlə satışı xidmətinin göstərilməsi təsdiqini yalnız Risk və kredit nəzarəti üzrə qrup tərəfindən elektron poçt vasitəsilə aldıqdan sonra proseduru yerinə yetirə bilər. 6.10-cu bəndə əsasən Korporativ müştəri tərəfindən mobil aparatların 12, 18 ay ərzində vaxtında ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyət daşıyır. Cavabdehin maddi zərəri ilə bağlı müvafiq icra sənədləri verilmiş, qətnamələr qəbul edilmişdir.
33. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsini n "xxxx" bəndinə əsasən ləğv edilməsi əsassız olmaqla yanaşı əmək qanunvericiliyə zidd olmuşdur. Belə ki, əmrə əsasən, MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışda əsasən, MMC-nin x Satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələblərinin pozulması göstərilsə də, işdə olan sübutlarla təsdiq edimişdir ki, korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsi yalnız Risk və Kre dit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. Yəni iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçı məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməmiş, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsi Risk və Kredit nəzarəti qrupuna həvalə edilmişdir. Cavabdeh iddiaçı tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir.
34. Birinci instansi ya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 7, 11, 54, 70, 71, 72-ci Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
35. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
36. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan kobud pozuntuların hər hansı birinin ziyanla nəticələnməsini işəgötürən sübut etməyə borclu deyildir və həmin pozuntulardan istənilən birinin işçi tərəfindən törədilməsi kifayətdir ki, işəgötürən əmək müqaviləsini birtərəfli qaydada ləğv etsin. İddiaçının hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurulması Audit Arayışı və digər sənədlər əsasında sübut edilmişdi r. İddiaçı tərəfindən cavabdehə ziyan vurulmasa da, hüquq pozuntusuna yol verilməsi onunla əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə əsasdır. İddiaçının müəssisədaxili qaydalardan xəbərsiz olması ağlabatan deyildir. Müştərilər barəsində lazımi ehtiyatlılıq tədbirləri görmək iddiaçının əmək funksiyalarına aiddir. Ləğvetmə Əmri tam etibarlıdır. İntizam xətasına görə məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Cavabdehin iddiaçı ilə heç bir qərəzliyi olmamışdır. “Yeni sirket XX MMC” başlıqlı elektron məktub iddiaçının müəssisədaxili qaydadan kənaraçıxmaya yol verdiyini təsdiq edir. İddiaçı həmkarlar ittifaqının üzvü olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4578/2024 nömrəli, 22 oktyabr 2024-cü il tari xli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2585/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsinin digər ödənişlər, mükafat kimi ödəniləcək pul vəsaitləri – bonusların ödənilməsi hissəsində dəyişdirilərək, İddiaçı xeyrinə Cavabdeh MMC-dən 2023- cü ilin iyul, avqust və sentyabr aylarına görə aylıq əmək haqqına əlavə bonusların (gəlir hissəsinə görə) tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məhəmməd Rüstəmli).
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 10 yanvar 2011-ci il tarixdə MMC-də Kommersiya Departamentində Müştəri Xidmətləri Şöbəsinin Məlumat Mərkəzi bölməsində X11 vəzifəsinə işə qəbu l olunmuş, 2014-cü ilədək MMC-də bir neçə vəzifədə işləmiş, 03 fevral 2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı “Korporativ satış şöbəsinin satış meneceri” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli razılığa əsasən iddiaçı “Satış idarəsində x müştəriləri qruplarının cəlb olunması üzrə menecer” vəzifəsinə keçirilmiş, 02 avqust 2021-ci il tarixdə x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir.
39. Əmək müqaviləsinə 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Əmr belə əsaslandırılmışdır ki, MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nə ticələri üzrə hazırlanmış arayışa əsasən, MMC-nin x satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “X16” MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış və adı çəkilən şirkətə kreditlə 20000 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. Bundan başqa, "xxxx" MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və bu şirkətə kreditə təqribən 7000 manat dəyərində mobil telefonlar verilmişdir. Halbuki, “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Pros edurunun 5.3 və 6.1-ci bəndlərinə əsasən korporativ müştərilərə planşetlər/mobil aparatlar hal-hazırda 400 manatdan 1200 manatadək qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur. Adları çəkilən müəssisələrin cəlb olunmasının rəsmiləşdirilməsini və onlara mobil telefonların təhvil verilməsini təmin edən x satış şöbəsinin mütəxəssisi X9 verdiyi izahatda “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit və satışı” prosedurundan məlumatı olmadığını və rəhbəri tərəfindən bu barədə məlumatlandırıldığını bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC, "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC), "xxxx" MMC və "xxxx" MMC-nin də cəlb edilmələri zamanı yuxarıda qeyd edilmiş prosedurun tələbləri pozulmuş, bu şirkətlərə müvafiq olaraq təqribən 20000 manat, 9000 manat, 18000 manat və 5500 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. “Mobil aparatların və planşetlərin” korporativ müştərilərə kredit ilə satışı” prosedurundan başqa adları çəkilən müəssisələrin cəlb edilməsi zamanı “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin də tələbləri pozulmuşdur. Belə ki, “X16” MMC-nin təsisçilərinin əcnəbi olmasına, "xxxx" MMC-nin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 6 aydan, "xxxx" MMCnin cəlb edildiyi vaxt isə təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə sonuncu qeyd edilən Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. - “Müştəri kreditlərin idarə edilməsi” Siyasətinin 8.2.1-ci bəndinə görə vergi orqanında qeydiyyata alınması tarixi 6 aya qədər olan, təsisçiləri Pakistan, Hindistan, Çin, Banqladeş, İran və BƏƏ vətəndaşları olan müəssisələr yüksək risk kateqoriyalı müəssisələrdir ki, bu müəssisələrə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq, müəssisənin ümumi kredit limiti 3000 manatdan artıq olmamalıdır. Həmin siyasətin 8.2.3-cü bəndinə görə vergi qeydiyyatına alınma tarixi 6-12 ay aralığında olan müəssisələr orta risk kateqoriyalı hesab edilirlər ki, bu müəssisələrin cəlb edilməsi zamanı onların istifadəsinə ayrılmış hər bir nömrənin kredit limiti 100 manatdan, müəssisənin ümumi kredit limiti isə 10000 manatdan artıq olmamalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X16” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara müna sibətdə “Müştəri kreditlərinin idarə edilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Araşdırma zamanı izahatı alınmış x satış şöbəsinin mütəxəssisi X10 mobil cihazların korporativ abunəçiyə verilməsinin hansı prosedur və qaydalar ilə tənzimləndiyi barədə məlumatı olmadığını bildirmişdir. x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı isə haqqında bəhs edilən şirkətlərin cəlb edilməsi zamanı müvafiq prosedur və siyasətə riayət edilməməsini həmin müəssisənin mobil nömrələrini rəqib mobil operatora daşımasının qarşısını alınması, onlardan gözlənilən gəlirlərin artıq olması səbəbindən istisnaların edilməsi ilə əlaqələndirmişdir (ancaq iddiaçı izahatlarında belə qeydlər etməmişdir). Araşdırma nəticəsinə əsasən adıçəkilən müəssisələr Cavab deh MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin və onlara kreditlə satılmış mobil telefonların dəyərini ödəməməklə Cavabdeh MMC-yə 139216,0 manat ziyan vurulmuşdur. Aşağıda qeyd edilən müəssisələrlə müqavilələr bağlanarkən qüvvədə olan siyasət və prosedur tələblərinin pozulmasına istinad edilmişdir: - “Mobil rabitə xidmətləinin göstərilməsinə dair” 12 may 2020-ci il tarixdə müqavilə bağlanmış “X16” MMC; - Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 19 may 2020-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC ("xxxx" MMC); - “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 03 noyabr 2020-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC; - “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 14 aprel 2021-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC; - “Mobil rabitə xidmətlərinin göstərilməsin ə dair” 15 dekabr 2021-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC; - “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 14 yanvar 2022-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC.
40. Apellyasiya instansiyası məhkəməsi əmrdə qeyd edilən hallarla bağlı göstərmişdir ki, əvvəla, ilk dörd şirkət ilə müvafiq olaraq xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin şirkətlərlə bağlı aşkar edilmiş pozuntulara görə iddiaçıya xx.xx.2023-cü il tarixli əmrlə intizam tənbehi verilmişdir.
41. Əmək qanunvericiliyində isə göstərilmişdir ki, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.
42. Aşkardır ki, iddiaçıya adları çəkilən dörd şirkət - “X16” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə bağlı intizam tənbehi iki il keçdikdən sonra, yəni intizam məsuliyyətinə cəlbetmə müddəti keçdikdən sonra verilmişdir ki, qanunvericiliklə də bu yol verilən hesab edilmir. Odur ki, həmin şirkətlərlə bağlı hər hansı əlavə araşdırma aparılmasına zərurət yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı Satış idarəsinə x müştəri qruplarının cəlb olunması üzrə 01 iyul 2020-ci il tarixdə menecer vəzifəsinə, 02 avqust 2021-ci il tarixdə isə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir, yəni “X16” MMC və "xxxx" MMC ("xxxx" MMC) ilə müqavilələr hələ iddiaçının baş mütəxəssis vəzifəsində işlədiyi dövrdə, "xxxx" MMC və " xxxx" MMC ilə müqavilələr isə onun menecer vəzifəsində işlədiyi dövrdə bağlanmışdır, bu müqavilələr onun hələ bölmə rəhbəri vəzifəsinə keçirilməsindən əvvəlki dövrə təsadüf edir. 44. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri X6un adına XXXX Korporativ satış şöbəsinin, x əsas müştəri qrupları ilə iş və SMİ Satış üzrə mütəxəssis X1 tərəfindən verilmiş izahatdan görünür ki, verilmiş suallara cavabdeh olaraq B.Rzazadə göstərmişdir ki, “X16” MMC Elektron ünvan 1 elektron ünvan üzərindən müraciət etmişdir. Müraciəti o zaman rəhbəri olmuş X5 ona yönəltmişdir.
45. Göründüyü kimi “X16” MMC-nin müracəti rəhbər olmuş X5 tərəfindən X1yə yönəldilmişdir.
46. Digər iki şirkət - "xxxx" MMC və “ "xxxx" MMC ilə müqavilələr isə iddiaçının bölmə rəhbəri olduğu dövrdə bağlanmışdır. Lakin "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri X6un adına XXXX Korporativ satış şöbəsinin, kiçik və orta biznes və dövlət strukturları ilə iş üzrə X6 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, “X2 şirkəti tərəfindən Elektron ünvan 1 elektron ünvanına korporativ xidmətlərin göstərilməsinə dair müraciət daxil olmuşdur. Müraciət bölmə rəhbərimiz İddiaçı tərəfindən mənə yönləndirilmiş və mən də öz növbəmdə şirkət ilə danışıqlara başladım. Şirkətə dair sənədlər elektron poçt ilə mənə göndərilmiş, sənədlərə baxıb, düzgünlüyünü yoxladıqdan sonra şirkətin qoşulmasına dair digər məlumatları da topladım - nömrə sayı, tarifi, ödəniş üsulu və s. Toplanmış məlumatları satışa dəstək qrupuna göndərdim, onlar tərəfindən müqavilənin “draft” nüsxəsi tərtib olunub, ECM sis teminə yükləndi. Müqavilənin imzalanmış nüsxəsi şirkət tərəfindən təqdim olunmuş ünvana kuryer vasitəsi ilə imzalanmağa göndərildi. İmzalandıqdan sonra müqaviənin 1 nüsxəsi bizə geri göndərilir və hazır müqavilə ECM sisteminə yerləşdirilib, şirkət ilə korporativ xidmətlərin göstərilməsinə dair əməkdaşlığa başladıq.”
47. Bu da göstərir ki, “X2 ilə X5 danışıqlara başlamış, Şirkətlə bağlı araşdırma onun tərəfindən aparılmış, toplanmış məlumatlar müvafiq olaraq satışa dəstək qrupuna göndərilmiş və sonrakı hərəkətlər həyata keçirilmişdir. Yəni bu şirkətlə bağlı hər hansı prosedur tələblərinin pozulmasına görə iddiaçı məsuliyyət daşımamışdır. 48. "xxxx" MMC-yə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron formada “email” vasitəsi ilə Aqil Asadov, Mahbuba Gasımli, Natavan Aliyeva, Credit Control, Risk and Credit Control, X1, X1, Elnur İsgandarova göndərilmiş müraciətdə göstərilmişdir ki, “Hörmətli həmkarlar (Credit Control şöbəsi) qeyd etmək istərdim ki, bu şirkət yeni bir proyektdir. Ümumi X7 bəyin bütün şirkətlərini XXXXə keçiririk. Bu ayın sonu əlavə 650 nömrələrini də daşıyırıq XXXX operatoruna. X7 bəyin şirkətlərindən aylıq 80000 AZN gəlir gözlənilir. Onun şirkətlərindən biri olan XX MMC şirkəti də yeni bir layihədir. Bilirik, xəbərimiz var ki, ilkin müqavilə zamanı 200 nömrədən artıq icazə verilmir aktivasiya etməyə. Ancaq sizdən xahişim bu şirkətin aktivasiyasına fors-major halı kimi baxasınız. Şirkət ilkin mərhələdə 300 nömrə aktiv edir, ancaq yanvardan etibarən nömrələrin sayı artacaq. Şirkətdən (X X MMC) illik 100000 AZN gəlir gözləyirik. Xahiş edirəm aktivasiyanı dayandırmayasınız (istisna hal kimi “ok” verəsiniz). X7 bəylə artıq 3 aydır danışıqlar aparırıq. XXXXX operatoruna daşımaq istəyirdilər nömrələri. Uzun danışıqlardan sonra razı sala bildik ki, bizimlə əməkdaşlıq eləsinlər.”
49. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə "xxxx" MMC ilə bağlı iddiaçı rəhbər şəxslərə, həmçinin Risk və Kredit nəzarət qrupuna şirkətlə bağlı müraciət etmişdir. Daxili Prosedurlara görə xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Yəni son qərar iddiaçı tərəfindən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir. Yəni göstərilən şirkət "xxxx" MMC ilə müqavilənin bağlanması nəticəsində cavabdehə ziyan vur ulmuşdursa da belə, MMC ilə müqavilənin bağlanması iddiaçının təkbaşına verdiyi qərar nəticəsində olmamışdır, iddiaçı aidiyyəti şəxslərə MMC ilə müqavilənin bağlanması ilə bağlı müraciət etmiş, daxili prosedurlara müvafiq olaraq mərhələrdən keçmiş və lazimı razılıq olduqdan sonra müqavilə bağlanmışdır. 50. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən tərtib edilmiş arayışa əsasən X1 izahatında göstərmişdir ki, mobil aparatların və planşetlərin Korporativ müştərilərə kredit ilə satışı prosedurundan məlumatı yoxdur və rəhbəri tərəfindən bu barədə məlumatlandırılmamışdır. X14 mobil cihazların korporativ abunəçiyə verilməsinin hansı prosedur və qaydalar ilə tənzimləndiyi barədə məlumatı olmadığını bildirmişdir.
51. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Daxili Prosedur qaydalar ilə işçilərin məlumatlandırılması iddiaçının yox, işəgötürənin vəzifəsi olmuşdur.
52. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. Yəni iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçı məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməmiş, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsi Risk və Kredit nəzarəti qrupuna həvalə edilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, birinci instansiy a məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə MMC-nin 04 dekabr 2023-cü il tarixli B***** nömrəli əmrinin ləğv edilməsi, onun vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqının ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, mükafat kimi ödəniləcək pul vəsaitləri – bonusların da 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək ödənilməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı özü də tələbində 2023-cü ilin iyul, avqust və sentyabr aylarına aid olan aylıq əmək haqqına əlavə bonusların (gəlir hissəsinə görə) ödənilməsini tələb etsə də, məhkəmə bonusların 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək tutulması qənaətinə gəlmişdir. Odur ki, bu hissədə qətnamə dəyişdirilməlidir
54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68 (1), 70 (ç), 71 (2), 80, 187 (3), 300 (1), Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti iddiaya etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış və şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə təcrübəsinin vahidliyi gözlənilməlidir. Cavabdehə ziyan vurulmsaydı belə, iddiaçı müəssisədaxili intizam qaydası olan P rosedur və Siyasətin tələblərinin pozduğuna görə o, intizam məsuliyyətinə cəlb edilə və ƏM-in 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla əmək müqaviləsi ləğv edilə bilər. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(102)-472/2022 nömrəli qərarı ilə vahid məhkəmə təcrübəsi formalaşmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, işçi, ƏM-in 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan birini törətdikdə işəgötürən, əmək müqaviləsini 70-ci maddənin "xxxx" bəndinə əsasən ləğv edə bilər. Bu zaman o, 71-ci maddənin 2-ci hissəsindəki şərtləri sübut etməyə borclu deyil, məhkəmə də həmin xüsusatları araşdırmağa haqlı deyil. Həmin işin hüquqi halları ilə hazırki işin halları eynilik təşkil edir. Bu isə ona dəlalət edir ki, apellyasiya məhkəməsi tərəfindən ƏM-in 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan istənilən birinin işçi tərəfindən törədilməsi müəyyən edildiyi halda, ƏM-in 70-ci maddənin "xxxx" bəndinə əsasən işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvini haqlı hesab etməli idi və ƏM-in 71-ci maddənin 2-ci hissəsindəki şərtlərin sübut edilməsinə zərurət görməməli idi. Həmin hüquqi mövqeyin olmasına baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən ƏM-in 70-ci maddəsinin "xxxx" bəndi və 71-ci maddənin 2-ci hissəsini səhv təfsir edilərək qanunsuz və əsassız qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Kassasiya şikayətinə qarşı iddiaçı (Vəkil1 Oktay oğlu) tərəfindən etiraz daxil olmuşdur.
58. Etirazda qeyd olunmuşdur ki, kassasiya şikayətinin dəlili Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarix li 2(102)-472/2022 nömrəli qərarı ilə formalaşmış vahid məhkəmə təcrübəsinin işə baxılarkən apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlıdır. Cavabdehin bu dəlili ilə bağlı qeyd olunmalıdır ki, həmin dəlillər tamamilə əsassızdır və cavabdeh qeyd olunan məhkəmə qərarının hüquqi mahiyyətini düzgün başa düşməmişdir Belə ki, cavabdeh həmin qərarda olan aşağıdakı söz birləşməsinə istinad edir: - işçi kobud pozuntulardan birini törətdikdə işəgötürən ziyan dəyməsini sübut etməyə borclu deyil və əmək müqaviləsini ləğv edə bilər. Cavabdehin istinad etdiyi Ali Məhkəmənin qeyd olunan qərarında yer alan ifadə — “işçi kobud pozuntulardan birini törətdikdə ziyan dəyməsini sübut etməyə borclu deyil” — göründüyü kimi iki hissədən ibarətdir: Birinci hissə — “işçi kobud pozuntulard an birini törətdikdə”, İkinci hissə — “ziyan dəyməsini sübut etməyə borclu deyil”. Mülki hüquq doktrinasına əsasən, hər hansı ziyan qanunsuz hərəkət (və ya hərəkətsizlik) nəticəsində vurulmalı və həmin qanunsuz hərəkətlə vurulmuş ziyan arasında səbəbli əlaqə mövcud olmalıdır. Sözügedən məhkəmə qərarını təhlil edərkən aydın görünür ki, həmin qərarda formalaşan hüquqi mövqeyə əsasən, işəgötürən işçinin ona ziyan vurduğunu sübut etmək öhdəliyindən azad olunsa da, işçinin kobud pozuntu törətməsini sübut etmək vəzifəsindən azad deyil. Yəni, ziyanın vurulması halı mövcuddursa, lakin işəgötürən həmin ziyanın məhz işçinin kobud pozuntusu nəticəsində baş verməsini təsdiq edən hər hansı sübuta malik deyilsə, bu halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə (mövcud halda Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi) xitam verilməsi qanunsuz hesab olunur və əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilir. İşə baxan birinci və apellyasiya instansiya məhkəmələri müəyyən etmişlər ki, cavabdeh əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, məhkəmə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü bütün dəlillərə hüquqi qiymət vermişdir. Cavabdeh verdiyi kassasiya şikayətində də eyni dəlillərə istinad etmiş və məhkəmənin işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyini iddia etmişdir. Halbuki, qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin əmək müqaviləsinə xitam verərkən əsas götürdüyü bütün hallara və faktlara ayrıca hüquqi qiymət vermiş və gəldiyi nəticəni əsaslandırmışdır. Məhkəmə mübahisəli əmri hüquqi baxımdan qiymətləndirərək dörd şirkətə münasibətdə cavabdehin istinad etdiyi halların araşdırılmasına zərurət olmadığını bildirmiş və gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, həmin şirkətlərə münasibətdə cavabdehin iddiaçı barəsində hər hansı intizam tənbehi tətbiq etmək hüququ olmamışdır (Əmək Məcəlləsində nəzərdə tutulmuş iki illik müddət keçdiyi üçün). Cavabdeh apellyasiya şikayətində Əmək Məcəlləsinin 187-ci maddəsinin 3cü hissəsinin düzgün tətbiq edilmədiyini iddia etmiş və mövqeyini belə əsaslandırmışdır ki, Audit Arayışının tərtib edildiyi tarixdən (xx.xx.2023) iki il keçmədiyindən, Arayışda müəyyən edilən pozuntulara yol vermiş iddiaçının əmək müqaviləsinə Əmə k Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi əsasında xitam verilməsi formasında intizam tənbehinin tətbiqi əsaslı olmuşdur. Cavabdehin bu dəlili əsassızdır. Cavabdehin bu dəlilinə hüquqi qiymət verməzdən əvvəl Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş iki illik müddətin hansı müddət növünə (kəsici müddət, yaxud iddia müddəti) aid olduğunu müəyyən etmək zəruridir. İddia müddəti ilə kəsici müddət arasındakı fərq: - iddia müddəti. Bu, hüquq sahiblərinin müəyyən bir dövr ərzində öz hüquqlarını tələb edə biləcəkləri müddətdir. İddia müddəti keçdikdən sonra belə, tələbin özü tamamilə aradan qalxmır, amma məhkəmə və ya digər səlahiyyətli orqan tərəfindən müdafiə olunmur. Kəsici müddət (preklüziv müddət). Bu müddət keçdikdən sonra hüququn özü aradan qalxır. Kəsici müd dət başa çatdıqdan sonra artıq tələbin irəli sürülməsi və ya hüquqdan istifadə edilməsi mümkün deyil. ƏM-in 187-ci maddəsinin 3-cü hissəsinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən 2 il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Maddənin məzmunundan aydın olur ki, 2 illik müddət bitdikdən sonra işəgötürən hüquqi cəhətdən işçiyə intizam tənbehi verə bilmir. Bu müddət ərzində intizam pozuntusu aşkar edilməli və intizam tənbehi tətbiq edilməlidir. Müddət bitdikdən sonra bu hüquqdan istifadə hüququ qanunla tamamilə məhdudlaşdırılır. ƏM-nin 187.3-cü maddəsinə əsasən, 2 illik müddət intizam xətasının törəd ildiyi gündən hesablanır. Bu, onunla şərh edilir ki, xəta baş verdiyi gün (intizam xətasının törədildiyi tarix) müddətin başlanğıc nöqtəsidir. Bu müddətin başlanğıcı audit yoxlamasının və ya təftişin nəticələrinin açıqlanmasından asılı deyil. Yəni, pozuntu hansı tarixdə baş veribsə, həmin tarixdən etibarən 2 il müddət hesablanır. Belə olan halda ƏM-nin 187.3-cü maddəsində nəzərdə tutulan 2 illik müddət kəsici müddət hesab edilir, çünki bu müddət bitdikdən sonra qanunun tələbinə əsasən artıq işəgötürən tərəfindən işçiyə intizam tənbehi tətbiq edilməsi hüququ tamamilə aradan qalxır. Beləliklə, qeyd olunanlara əsasən cavabdehin 2 illik müddətin Audit Arayışının tərtib edilməsi tarixindən (xx.xx.2023-cü il tarix) sonra başlanılması ilə bağlı dəlilləri əsassızdır və qəbul edilə bilməz. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 "xxxx" bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya m ülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın dax il olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 187 (3). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 300 (1). Əgə r, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 41 8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
61. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası apellyasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir.
63. İşdən görünür ki, iddiaçı 10 yanvar 2011-ci il tarixdə MMC-də işə qəbul olunmuş, müxtəlif vəzifələrdə işləmiş, iddiaçının sonuncu vəzifəsi 02 avqust 2021-ci il tarixdən x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri olmuşdur.
64. İddiaçının əmək müqaviləsinə 04 dekabr 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş, əmrin verilməsinə əsas kimi iddiaçının 6 şirkətlə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlaması, həmin şirkətlərə mobi l xidmətlər və avadanlıqlar satılarkən “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Prosedurunun müvafiq bəndlərinin pozulması, nəticədə MMC-yə zərər dəyməsi göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən MMC-nin qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuş 12 may 2020-ci il tarixdə “X16” MMC; 19 may 2020-ci il tarixdə "xxxx" MMC ("xxxx" MMC); 03 noyabr 2020-ci il tarixdə "xxxx" MMC; 14 aprel 2021-ci il tarixdə "xxxx" MMC; 15 dekabr 2021-ci il tarixdə "xxxx" MMC; və 14 yanvar 2022-ci il tarixdə "xxxx" MMC ilə “Mobil rabitə xidmətləinin göstərilməsinə dair” müqavilələr bağlanmışdır.
65. Apellyasiya instansiyası məhkəməsi ilk dörd şirkət ilə müqavilələrin müvafiq olaraq xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə bağlanmasını, həmin şirkət lərlə bağlı aşkar edilmiş pozuntulara görə iddiaçıya iki il keçdikdən sonra – xx.xx.2023-cü il tarixli əmrlə intizam tənbehi verilməsini (əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi) qanunsuz hesab etmişdir.
66. Nəzərə alınsa ki, Əmək Məcəlləsinin maddə 187-ci maddəsinin 3-cü hissəsinə görə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz, belə olan halda apellyasiya instansiyası məhkəməsinin iddiaçıya adları çəkilən dörd şirkət - “X16” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə bağlı intizam tənbehinin iki il keçdikdə n sonra, yəni intizam məsuliyyətinə cəlbetmə müddəti keçdikdən sonra verilməsini qanunsuz olması barədə gəldiyi nəticə əsaslı olmuşdur.
67. Həmçinin apellyasiya instansiyası məhkəməsi onu da müəyyən edib ki, iddiaçı Satış idarəsinə x müştəri qruplarının cəlb olunması üzrə 01 iyul 2020-ci il tarixdə menecer vəzifəsinə, 02 avqust 2021-ci il tarixdə isə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir ki, bu da “X16” MMC və "xxxx" MMC ("xxxx" MMC) ilə müqavilələr bağlandığı dövrdə iddiaçının hələ baş mütəxəssis vəzifəsində işlədiyi dövrə, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilə isə iddiaçının menecer vəzifəsində işlədiyi dövrə təsadüf etmişdir. Yəni bu müqavilələr iddiaçının hələ bölmə rəhbəri vəzifəsinə keçirilməsindən əvvəlki dövrdə bağlanmışdır.
68. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmə sini bu mövqeyini də əsaslı hesab edir. Belə ki, qeyd edilən şirkətlərlə müqavilə bağlanan zaman iddiaçı x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri olmadığı üçün onun həmin şirkətlərlə bağlanan müqavilə üzrə məsuliyyəti istisna olmuşdur.
69. Bununla belə digər iki şirkət - "xxxx" MMC və "xxxx" MMC ilə bağlanan müqavilələr üzrə iddiaçının məsuliyyətinin istisna edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətli və əsassız olmuşdur.
70. Belə ki, apellyasiya instansiyası məhkəməsi özü də müəyyən edib ki, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilələr iddiaçının bölmə rəhbəri olduğu dövrdə bağlanmışdır.
71. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri X6un adına XXXX Korporativ sat ış şöbəsinin, kiçik və orta biznes və dövlət strukturları ilə iş üzrə X6 tərəfindən verilmiş izahata əsasən hesab etmişdir ki, “X2 ilə X5 danışıqlara başlamış, Şirkətlə bağlı araşdırma onun tərəfindən aparılmış, toplanmış məlumatlar müvafiq olaraq satışa dəstək qrupuna göndərilmiş və sonrakı hərəkətlər həyata keçirilmişdir. Yəni bu şirkətlə bağlı hər hansı prosedur tələblərinin pozulmasına görə iddiaçı məsuliyyət daşımamışdır. 72. "xxxx" MMC-yə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron formada “email” vasitəsi ilə göndərilmiş müraciətdə göstərilmişdir ki, “Hörmətli həmkarlar (Credit Control şöbəsi) qeyd etmək istərdim ki, bu şirkət yeni bir proyektdir. Ümumi X7 bəyin bütün şirkətlərini XXXXə keçiririk. Bu ayın sonu əlavə 650 nömrələrini də daşıyırıq XXXX operatoruna. X7 bəyin şirkətlərindən aylıq 80000 AZN gəlir gözlənilir. Onun şirkətlərindən biri olan XX MMC şirkəti də yeni bir layihədir. Bilirik, xəbərimiz var ki, ilkin müqavilə zamanı 200 nömrədən artıq icazə verilmir aktivasiya etməyə. Ancaq sizdən xahişim bu şirkətin aktivasiyasına fors-major halı kimi baxasınız. Şirkət ilkin mərhələdə 300 nömrə aktiv edir, ancaq yanvardan etibarən nömrələrin sayı artacaq. Şirkətdən (XX MMC) illik 100000 AZN gəlir gözləyirik. Xahiş edirəm aktivasiyanı dayandırmayasınız (istisna hal kimi “ok” verəsiniz). X7 bəylə artıq 3 aydır danışıqlar aparırıq. XXXXX operatoruna daşımaq istəyirdilər nömrələri. Uzun danışıqlardan sonra razı sala bildik ki, bizimlə əməkdaşlıq eləsinlər.”
73. Apellyasiya instansiyası məhkə məsinin mövqeyinə görə "xxxx" MMC ilə bağlı iddiaçı rəhbər şəxslərə, həmçinin Risk və Kredit nəzarət qrupuna şirkətlə bağlı müraciət etmişdir. Daxili Prosedurlara görə xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Başqa sözlə, son qərar iddiaçı tərəfindən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir. Yəni göstərilən şirkət "xxxx" MMC ilə müqavilənin bağlanması nəticəsində cavabdehə ziyan vurulmuşdursa da belə, MMC ilə müqavilənin bağlanması iddiaçının təkbaşına verdiyi qərar nəticəsində olmamışdır, iddiaçı aidiyyəti şəxslərə MMC ilə müqavilənin bağlanması ilə bağlı müraciət etmiş, daxili prosedurlara müvafiq olaraq mərhələrdən keçmiş və lazimı razılıq olduqdan sonra müqavilə bağlanmışdır.
74. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. Yəni iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçı məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməmiş, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsi Risk və Kredit nəzarəti qrupuna həvalə edilmişdir.
75. Cavabdeh iddiaya etirazında iddiaçının çalışdığı x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatına istinadən göstərmişdir ki, yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları toplamaqla, təhlil etməklə və ümumiləşdirm əklə həftəlik aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin əmək funksiyalarına aiddir. Vəzifə təlimatının məzmunu ilə iddiaçı tanış olaraq imzası ilə təsdiq etmişdir. İddiaçı cavabdehin müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinə uyğun gəlməyən yeni müştərilərin cəlb edilməsi məqsədilə yeni təkliflər təqdim etmiş, onlar haqqında məlumatları toplayıb təhlil etməmiş, nəticədə həmin müştərilərlə müqavilə bağlanmasını təmin etmişdir.
76. Göründüyü kimi, cavabdeh iddiaçının çalışdığı x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatına yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları toplayıb təhlil etməklə və ümumiləşdirməklə həftəlik aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək kimi funksiyaların daxil olduğunu göstərmişdir.
77. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin bu dəlilinə münasibətdə hər hansı qiymətləndirmə aparmamış, cavabdehin qeyd etdiyi məsələlərin iddiaçının çalışdığı x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatına aid olub- olmamasına, həmin təlimatda göstərilənlərin iddiaçı tərəfindən əməl edilib-edilməməsinə aydınlıq gətirməmişdir.
78. Bu baxımdan, korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsinin yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra mümkün olması, bununla da iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçının məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməməsi, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsinin Risk və Kredit nəzarəti qrupuna həvalə edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin dəlili ona görə ziddiyyətlidir ki, belə olan halda, iddiaçının x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri kimi vəzifəsinin nədən ibarət olmasının əhəmiyyəti sual doğurur.
79. Həmçinin son qərarın qəbul edilməsinin Risk və Kredit nəzarəti qrupuna həvalə edilməsi iddiaçının x müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri kimi vəzifə təlimatına əməl etməməsinə əsas verə bilməz. Əks halda, iddiaçının b ölmə rəhbərinin vəzifə təlimatına uyğun hərəkət edib-etməməsi müəyyən edilmədən, belə yanaşma cavabdeh təşkilatda, ümumiyyətlə, x müştəri qruplarının cəlb olunması üzrə bölmənin rəhbəri vəzifəsinin zərurətini sual altına qoyur.
80. Nəzərə alınmalıdır ki, işəgötürən kimi cavabdeh iddiaçıya x müştəri qruplarının cəlb olunması üzrə bölmənin rəhbəri vəzifəsini həvalə edib, iddiaçı bölmənin işinə rəhbərlik edir və cavabdeh təşkilatdan da həmin vəzifəyə uyğun əmək haqqı alır. Bölmə rəhbəri kimi vəzifə təlimatına əməl etməsi iddiaçının vəzifəsidir.
81. Həmin təlimata uyğun hərəkət edilmədiyi halda, son qərarın qəbul edilməsinin Risk və Kredit nəzarəti qrupuna aid olması əsası ilə iddiaçının məsuliyyəti bütün hallarda istisna ediləcəksə, belə olan təqdirdə, cavabdehin iddiaçıdan bölmə rəhbəri vəzi fəsində işləməsindən gözləntiləri də nəzərə alınmalıdır.
82. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, xx.xx.2021-ci il tarixdə elektron formada “email” vasitəsi ilə göndərilmiş müraciətdə İddiaçı “XX MMC” şirkətinin yeni bir layihə olmasını, ilkin müqavilə zamanı 200 nömrədən artıq nömrənin aktivasiya edilməsinə icazə verilməməsindən xəbərdar olmasını bildirmiş, ancaq bu şirkətin aktivasiyasına fors-major halı kimi baxılmasını xahiş etmiş, şirkətə ilkin mərhələdə 300 nömrə aktiv edilməsini təklif etmiş, yanvardan etibarən nömrələrin sayının artmasını, "xxxx" MMC-dən illik 100000 AZN gəlir gözlənilməsini bildirmiş, aktivasiyanı dayandırmamağı (istisna hal kimi “ok” verilməsini) xahiş etmişdir.
83. Göründüyü kimi, "xxxx" MMC ilə istisna qaydasında (ilkin şərtlərə u yğun olmamasına baxmayaraq) müqavilə bağlanması təklifi x müştəri qruplarının cəlb olunması üzrə bölmənin rəhbəri kimi iddiaçıdan gəlmişdir. Bu baxımdan, Risk və Kredit nəzarəti qrupunun iddiaçıya sonuncunun məhz bölmə rəhbəri kimi öz vəzifə təlimatına əməl etməsinə güvənməklə etimad göstərməsinin iddiaçının məsuliyyətini istisna edibetməməsinə qiymət verilməmişdir.
84. Müqavilələrin aktiv edilməsi ilə bağlı son qərarın qəbul edilməsinin Risk və Kredit nəzarəti qrupuna həvalə edilməsi və bu səbəbdən "xxxx" MMC ilə müqavilənin bağlanması nəticəsində cavabdehə ziyan vurulmuşdursa da belə iddiaçının məsuliyyətinin istisna edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm də ona görə ziddiyyətlidir ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən 4 şirkət – “X16” MMC, "xxxx" MMC ("xxxx" MMC), "xxxx" MMC və "xxxx" MMC ilə müqavilələrin bağlanmasının iddiaçının baş mütəxəssis və menecer vəzifəsində işlədiyi dövrə təsadüf etməsinə, bununla da onun məsuliyyətinin olmamasına istinad etmiş, digər tərəfdən də, iddiaçının bölmə rəhbəri kimi işlədiyi dövrdə "xxxx" MMC və "xxxx" MMC ilə bağlanan müqavilər üzrə də onun məsuliyyətinin istisna etmişdir. 4 şirkətlə bağlanan müqavilər üzrə iddiaçının məhz bölmə rəhbəri olmadığı üçün məsulyyət daşımaması barədə gəlinən nəticənin məntiqi əksi odur ki, iddiacı həmin şirkətlərlə müqaviləyə bağlanan zaman bölmə rəhbəri olsa idi, məsuliyyət daşıyacaqdı, lakin baş mütəxəssis və menecer olduğu üçün məsuliyyət daşımır. Bu məntiqdən çıxış edilərsə, belə olan halda, digər 2 şirkət – "xxxx" MMC və "xxxx" MMC ilə müqavilər bağl anan zaman iddiaçı bölmə rəhbəri kimi məsuliyyət daşımalı idi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi eyni məsləyə dair iki fərqli mövqe nümayiş etdirmişdir.
85. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, iddiaçının vəzifə təlimatı və bununla bağlı digər məsələlərə, o cümlədən işəgötürənə zərər dəyibdəyməməsinə aydınlıq gətirməklə mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələ n maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
86. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4578/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.