Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5270/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 05.10.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3746/2021 nömrəli, 02.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin müqavilə bağlamışdır. Həmin ünvan üzrə təbii qazdan qanunsuz istifadə olunması ilə bağlı bir neçə dəfə akt tərtib edilmiş və cərimə hesablanmışdır. Ona görə iddiaçı təşkilat hazırkı tələbi irəli sürərək hesablanmış cəriməni tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “Azəriqaz” İB-yə vurulmuş 3842,28 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3872,28 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB ilə abonent Cavabdeh arasında 16.01.2019-cu il tarixli AKX-0058907/01-2019 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********30000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 12533535 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və "xxxx"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fa ktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. 4. 17.04.2017-ci il tarixli, ******* saylı akta əsasən 129,60 manat, 5. 07.11.2017-ci il tarixli, ******* saylı akta əsasən 1091,60 manat, 6. 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 853,20 manat, 7. 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 8. 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 9. 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 885,60 manat, 10. 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 11. 30.0 3.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat,
12. Cəmi 3834,80 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərdən əlavə cavabdehin borc məbləğindən əlavə 2017-ci ilin yanvar ayına kimi iddiaçıya 7,48 manat məbləğində qalıq borcu da mövcud olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 3842.28 manat təşkil etməkdədir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2020 saylı 10.11.2020-ci il tarixli qətnaməsi (hakim. T.Əsədova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 540 manat məbləğində zərər, 4,20 manat dövlət rüsumu məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzr ə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx"nın 1.2, 3.1; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi»nin 2.4-cü bəndinə istinad etmişdir.
15. İddiaçı «Azəriqaz» İB qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3746/2021 nömrəli 02.06.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Z.Şi rinov (sərlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski ) Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
18. İddiaçı «Azəriqaz» İB qətnamə ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı «Azəriqaz» İB kasasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissəsində ləğv olunmasını və həmin hissədə işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştira kı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
28. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri po zmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx"
29. Maddə. 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
30. Maddə. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
31. Maddə. 6.5 və 6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsi ni dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Kollegiya aşağıdakı əsaslara görə mübahisə ilə bağlı Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşır.
39. Cavabdehə bir neçə akt əsasında borc hesablanmışdır. Məhkəmələr tələbi qismən əsaslı hesab etmişlər. İddiaçı iddianın tam əsaslı olması ilə bağlı qətnaməni mübahisələndirdiyi üçün qətnamə həmin dəlillə bağlı yoxlanılır.
40. Apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq MPM-nin 77.2 maddəsinə istinad etmişdir. Hazırki mübahisə üzrə aktların doğruluğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunan normaya görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi ba rədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
41. Məhkəmə kollegiyası mübahisə ilə bağlı qənaətə gələrkən sübutların mümkünlüyü və qəbuledilənliyi mövqeyindən çıxış edərək bir fərdi yaşayış evinə görə külli miqdarda borcun hesablanmasını ağlabatan hesab etməmiş və haqlı olaraq iddiaçının əsaslnamasına şübhə ilə yanaşmışdır.
42. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz” İB-nin kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3746/2021 nömrəli, 02.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.