Məhkəmə qərarları › İş №2(102)-5270/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5270/2022

06.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5270/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:evin boşaldılması və təhvil verilməsi barədə 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(103)4289/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, mübahisə predmeti olan Bak ı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən ev özbaşına tikilidir. Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə həmin ünvanda yerləşən 400 kv metr torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilib və sonuncu həmin torpaq sahəsinə görə 22 aprel 2005-ci il tarixli kassa mədaxil orderinə əsasən Bilgəh bələdiyyəsinin hesabına 5.440.000 manat (AZM) pul ödəyib. İddiaçı həmin torpaq sahəsinə dair torpaq və əmlak vegisi ödəyicisidir və mübahisəli evdə işıq, su və qaz ödənişləri üzrə abonent kimi o, qeydiyyata alınıb. Sabunçu rayonu, Bilgəh bələdiyyəsi tərəfindən verilmiş 30 oktyabr 2021-ci il tarixli arayışa əsasən, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bir inci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş tikilinin boşaldılması və cavabdehin oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı iddia tələblərini onunla əsaslandırıb ki, cavabdeh onun mərhum X3un qeyrirəsmi nikahdan olan arvadıdır. Mərhum X3 kirayədə qaldığı üçün ona onun tərəfindən inşa edilən və ona məxsus olan yarımtikili evdə yaşamasına icazə verib. X3 05 avqust 2021-ci il tarixdə öldükdən sonra o, cavabdehdən evin boşaldılmasını tələb edib, lakin cavabdeh bundan imtina edib. O, özü mühəndisdir və mühəndis dostu X1 ilə birlikdə evin layihəsini çəkərək orada ev inşa edib. Sözügedən evi inşa edərkən orada başqa tikililər olmayıb və hər hansı bir qonşu həmin ərazidə yaşamayıb. Cavabdeh isə iddiaya qarşı etiraz edərək göstərib ki, adıçəkilən evi o və qeyri-rəsmi nikahda olan əri X inşa edib və uzun illərdir ki, həmin evdə yaşayır. İddiaçının evə heç bir aidiyyəti yoxdur və ümumiyyətlə iddiaçının ona qarşı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, iddianını rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o iddiaçının dostudur və onlar ikisi də mühəndisdirlər. Uzun müddətdir ki, iddiaçını və onun ailə üzvlərini tanıyır. Onlar ikisi birlikdə adıçəkilən evi layihələndirməklə inşaasını həyata keçiriblər. İddiaçı mərhum X3 kirayədə qalm asın deyə evi ona yaşaması üçün verib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni-yaşayış massivində yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş tikilinin cavabdeh tərəfindən boşaldılması və onun oradan çıxarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisə predmeti olan sözügedən ev özbaşına tikilidir. Evin yerləşdiyi 400 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilib. İddiaçı 5.440.000 manat (AZM) ödəməklə həmin torpaq sahəsini satın alıb. Torpaq sahəsinə dair torpaq, əmlak vergisi iddiaçı tərəfindən ödənilib və mübahisəli evin işıq, su və qaz ödənişləri ü zrə abonent kimi iddiaçı qeydiyyata alınıb. Bilgəh bələdiyyəsinin arayışına görə mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Göründüyü kimi, mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh həmin evi və evin yerləşdiyi torpaq sahəsini könüllü boşaldıb iddiaçıya təhvil vermək istəmir. Mübahisəli evin cavabdeh və onun mərhum əri X tərəfindən inşa edilməsi inandırıcı, ağlabatan görünmür. Belə ki, torpaq sahəsi 2005-ci ildə inşa edilib, cavabdeh isə 2011-ci ildən həmin evdə yaşayır, yəni cavabdeh artıq hazır olan evdə yaşamağa başlayıb. Cavabdeh iddiaçının ailə üzvü deyil və onun uzun müddət mübahisəli evdə yaşaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 164. 1, 164.2, 165.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlib ki, mübahisə predmeti olan sözügedən ev özbaşna tikilidir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə iddiaçıya alqı-satqı yolu ilə satıldıqdan sonra həmin ev inşa edilib. Həmçinin, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, guya həmin ev 2011-ci ildən əvvəl inşa edilib v ə o, mərhum əri X birlikdə həmin evə iddiaçının razılığı ilə köçüb. Məhkəmə belə bir nəticəyə gələrkən, hər hansı sübuta deyil, fərziyələrə əsaslanıb. Çünki, onun təqdim etdiyi beş nəfər şahidin imzaladıqları ərizələrlə təsdiq olunur ki, mübahisəli torpaq sahəsinin üzərində olan evi o, və mərhum əri X faktiki yaşadıqları müddətdə, yəni 2011-ci ildə inşa ediblər. Məhkəmə həmin şahid ifadələrini sübut kimi qəbul etmədən belə bir nəticəyə gəlmişdir ki, guya ev 2011-ci ildən artıq hazır vəziyyətdə olub və onlar iddiaçının razılığı ilə həmin evə köçüblər. Halbuki, iddia ərizəsində iddiaçı evi 2013-cü ildə inşa etdiyini, özü usta olduğu üçün evin layihəsini özü tərtib etməklə tikdiyini və bunu qonşuluqda yaşayan qonşularında təsdiq edə biləcəyini göstərib. Göründüyü kimi, mübahisəli evin 2011-ci ilədək hazır vəziyyətdə olduğunu nə o, nə cavabdeh, nədəki şahidlər təsdiq etməmişlər və bütün bunlar isə məhkəmənin hər hansı sübuta istinad etmədən səhv nəticəyə gəldiyini göstərir. Bu baxımdan iddiaçının istər torpaq sahəsinə, istərsə də tikiliyə hər hansı hüququnun olması sübut olunmadığı üçün hazırki iddia subyektiv hüquqa malik olmayan şəxs tərəfindən qaldırılmış iddia kimi qiymətləndirilərək rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov sədrlik edən, məruzəçi, Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni on unla əsaslandırıb ki, hazırki işin faktiki halları hər hansı maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul edib. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin, yaxud hansısa hüququnun olub-olmaması ilə bağlıdır. İddiaçı qeyd olunan mübahisəli özbaşına tikilinin həqiqətən öz vəsaiti ilə inşa etməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməyib. Düzdü, iddiaçının şahid qismində dindirilmiş X adlı dostu ifadəsində mübahisəli evi layihələndirib inşaatını həyata keçirdiklərini, iddiaçının mərhum qardaşı kirayədə qalmasın deyə iddiaçının bu evi ona yaşaması üçün verdiyini bildirsə də, bu ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, sözügedən şahid iddiaçı ilə dost olmaqla faktiki olaraq işdə hüquqi marağı olan şəxsdir. Bununla yanaşı, şahid cavabdehin də qeyd olunan özbaşına tikilinin inşa olunmasında bu və ya digər formada rolu, əməyi, zəhməti olmasını, o cümlədən vəsait xərcləməsini təkzib etməyib. Əksinə, cavabdehin məhkəməyə təqdim etdiyi 6 nəfərin notarial qaydada təs diq olunmuş ərizələrində göstərilir ki, mübahisəli torpaq sahəsi uzun illərdir ki, cavabdehin istifadəsində olub, mübahisəli evi də mərhum əri X faktiki yaşadıqları müddətdə tikiblər və 2011-ci ildən hal-hazıradək orada yaşayır, X adlı şəxs isə həmçinin 2011-ci ildə evin suvaq və təmir işlərini gördüyünü bildirmişdir. Göründüyü kimi, bu hallar da mübahisəli özbaşına tikilinin hansısa formada iddiaçıya aid olduğunu təkzib edir. İddia tələbinin məzmununun qeyri-dəqiq və mücərrəd olmasına baxmayaraq məhkəmənin bu cür tələbi olduğu kimi təmin etməsi ən azından ziddiyyətli bir vəziyyət yaratmaqla yanaşı ədalət mühakiməsinə nüfuz gətirmir. Çünki, Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni yaşayış massivi ünvanı dedikdə həmin ərazidə yüzlərlə tikili və hissələrə bölünmüş torpaq sahələri m övcud ola bilər. Burada ilk növbədə hansı torpaq sahəsinin və hansı tikilinin iddiaçıya məxsus olduğuna dair iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, istinad etdiyi bu halları sübut etmək yükü iddiaçının üzərinə düşürdü. Lakin iddiaçı ilk növbədə mübahisəli ərazidə həqiqətən ona qanuni əsaslarla torpaq sahəsi ayrılmasına və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini iddia etdiyi özbaşına tikilinin məhz ona qanuni əsaslarla ayrılmış torpaq sahəsində yerləşməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməli idi, ancaq bunu etməyib. Təqdim etdiyi və işə surəti əlavə edilmiş Bakı şəhəri Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 094 nömrəli qərarı ilə ayrılması göstərilən 400 kv.metr torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair hər hansı bir sübut, o cümlədən torpaq sahəsinin plan ölçüsü təqdim olunmayıb. Çünki, analoji işlər üzrə Bakı şəhəri üzrə bələdiyyə torpaqlarının xəritə məlumatlarının təsdiq edilməsi məsələləri yekunlaşmadığı üçün sözügedən ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması təsdiq olunmur. Reyestr Xidmətinin 11 aprel 2022-ci il tarixli məlumatında da İddiaçı adına torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməyib. Qeyd olunan məlumatla təsdiq olunur ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə bələdiyyənin mülkiyyətində yaxud sahibliyində və istifadəsində olmayıb. Olsaydı yəqin ki, iddiaçı da 17 il ərzində “qanuni əsaslarla” ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün hansısa formada təşəbbüs v ə cəhd göstərərdi. Baxmayaraq ki, torpaq sahəsi ilə bağlı mübahisə hazırki iddianın və icraatın birbaşa predmeti deyil bu cür vəziyyətdə Bilgəh bələdiyyəsinin mübahisəli torpaq sahəsini “iddiaçıya ayırması”nın da hüquqi əsası olmayıb. Demək, istər iddiaçının, istərsə də cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ yarana bilməzdi. Torpaq sahəsinə hansısa hüquqların yaranmadığı üçün iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq da yaranmayıb. Hazırki iddianın rədd olunması o demək deyil ki, cavabdehin həmin torpaq sahəsinə hansısa hüququ mövcuddur yaxud bu iddianın rədd olunması ona torpaq sahəsinə dair hansısa üstünlük yaxud imtiyaz verə bilər. Əlbətdə ki, cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüquqi mövcud deyildir. Ən azından həm də on a görə ki, o, da bu barədə məhkəməyə hansısa hüquqmüəyyənedici sənəd təqdim etməyib. Başqa sözlə, bələdiyyə tərəfindən istər iddiaçıya, istərsə də cavabdehə qanuni əsaslarla torpaq sahəsi ayrılmış olsaydı mütləq təqdim olunmalı bələdiyyə aktları kimi həmin qərarlar inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə də təqdim edilərdi. Lakin tərəflərin heç biri məhkəməyə bu barədə də sübut təqdim etməyib. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onl arın uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçının cavabdehin ailə üzvü və yaşayış sahəsinə ehtiyacı olmadığı bəllidir. Əgər iddiaçının başqa yaşayış yeri olmasaydı ən azından bunu iddia ərizəsində yaxud izahatlarında göstərə bilərdi. Əksinə, iddiaçı bunu, yəni başqa yaşayış yeri olmasını heç vaxt inkar etməyib. Bu cür vəziyyətdə onun heç vaxt yaşamadığı, yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı, eləcədə ailə üzvü olmayan, mərhum qardaşı ilə uzun illər faktiki ər-arvad münasibətlərində olmuş, başqa bir əks cinsdən olan cavabdehin yaşadığı özbaşına tikilidən çıxarılması necə zəruri ola bilərdi ki, məhkəmə də bunu təmin etmişdir. Əlbətdə ki, belə bir zərurət də olmayıb. İddaçının adına həmin ünvanda işıq, qaz və su sayğacının olması da qanunsuz tikilinin ona aid olması üçün əsas ola bilməz. Çünki, iddiaçıya həmin ünvanda kommunal xidmətlərin göstərilməsi özbaşına inşa olunmuş tikili üzərində hansısa hüquq vermir. Əksinə, apellyasiya baxışı zamanı cavabdeh faktiki ərarvad münasibətlərində olduğu şəxsin, yəni iddiaçının qardaşının birinci nikahdan olan övladlarının bu tikiliyə hansısa iddialarının olmaması üçün sayğacların iddiaçının adına rəsmiləşdirilməsini təklif etdiyi və o, da bununla razılaşdığı barədə izahatları daha inandırıcı və işin hallarına uyğundur. Məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, tərəflər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda torpaq sahəsi əldə edilməsinin qanunvericiliyin imperativ tələblərinə uyğun xüsusi prosedur qaydalara uyğun həyata keçirilməli olması, eləcə də özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına da zərurət və əsas olmazdı. Bununla yanaşı, mübahisəli torpaq sahəsinə və üzərindəki tikiliyə gələcəkdə hansısa şəxs(lər)in daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış hansısa hüquqları yarandığı halda bununla əlaqədar qeyd olunan tikili yaxud torpaq sahəsi ilə bağlı yeni əsasla məhkəmə müdafiəsi hüquqndan istifadə olunması istisna olunmur. Apeollyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 11.1, 11.2, 13.4, 157.8, 158.4, 180.1, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, sözügedən torpaq sahəsi bələdiyyənin qərarı ilə onun mülkiyyətinə verilib və həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olub-olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, o, torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə satın alıb. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayla bilməz və qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırılmayıb. Mübahisəli evin 2011-ci ildə cavabdehin mərhum əri X faktiki nikahda olduqları müddətdə inşa etmələri hər hansı mötəbər yazılı sübutla təsdiq ol unmur. Onun məhkəməyə təqdim etdiyi sübutlara isə ümumiyyətlə hüquqi qiymət verilməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır; 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mül kiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 159-cu maddəsində göstərilir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəyə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayə tində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 094 saylı qərarına və sonuncu ilə iddiaçı arasında bağlanmış eyni tarixli “Torpaq sahəsinin alqı-satqısına dair” Akta əsasən Bilgəh qəsəbəsi, Yeni-yaşayış missivində yerləşən 400 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün 5.440.000 manata (AZM) iddiaçıy a satılıb. 22 aprel 2005-ci il tarixli, 259 saylı kassa mədaxil orderinə əsasən iddiaçı tərəfindən sözügedən topaq sahəsinin alqı-satqısı üçün Bilgəh bələdiyyəsinin hesabına 5.440.000 manat (AZM) pul ödənilib. Habelə, işə əlavə edilmiş Bilgəh bələdiyyəsinin 30 oktyabr 2021-ci il tarixli arayışına, əmlak və torpaq vergilərinin ödənilməsinə dair tədiyə bildirişlərinə görə, Bilgəh qəsəbəsi, Yeni-yaşayış massivində yerləşən torpaq sahəsi və orada olan tikili iddiaçıya məxsusdur, torpaq və əmlak vergisi onun tərəfindən ödənilir. Həmçinin, işə əlavə edilmiş sözügedən ünvan üzrə qaza, suya, işığa görə bağlanmış alqı-satqı müqavilələrindən, abunə haqqında məlumatdan, həmin ünvan üzrə verilmiş abonent kodundan, o cümlədən abonentin saldosundan görünür ki, mübahisəli ünvan üzrə qazdan, işıqdan və su dan istifadəyə görə alqı-satqı müqavilələri məhz iddiaçı ilə bağlanıb, abonent kodu və abonent saldoları onun adınadır. Hazırda iddiaçı, sözügedən torpaq sahəsinin qanıni əsaslarla bələdiyyə tərəfindən ona satıldığını, həmin torpaq sahəsində 2013-cü ildə mübahisəli evi inşa etdiyini, X3 kirayədə yaşadığı üçün qeyri-rəsmi nikahda olduğu arvadı Cavabdeh köçüb həmin evdə yaşamalarına icarə verdiyini, 05 avqust 2021-ci il tarixdə X3 öldükdən sonra cavabdehə evi boşaltması barədə rəsmi məktub göndərdiyini, lakin cavabdehin bundan imtina etdiyini göstərib, evin boşaldılaraq cavabdehin həmin evdən çıxarılmasını iddia edir. Cavabdeh isə həmin torpaq sahəsinə dair hər hansı sənəd əldə etmədən, 2011-ci ildə mərhum əri Xa mübahisəli tikilini rəsmi icazə almadan özbaşına tikərək uzun müddət həmin evdə yaşadığını, əri X 05 avqust 2021-ci il tarixdə öldükdən sonra iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, iddiaçının istər torpaq sahəsi, istərsə də tikili üzərində hər hansı hüququnun əmələ gəlmədiyini, başqa sözlə iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığını göstərib, iddiaya etiraz edir. Göründüyü kimi, tərəflər arasında sözügedən torpaq sahəsinin, onun üzərində inşa edilmiş evin ünvanı, yerləşmə yeri, habelə həmin evin məhz bələdiyyənin qərarı və alqısatqı Aktına əsasən iddiaçıya satılmış 400 kv.metr torpaq sahəsində inşa edilməsi ilə bağlı fikir ayrılığı yoxdur, onlar arasında əslində evin kimin tərəfindən, nə vaxt tikilməsi ilə bağlı mübahisə vardır. Belə ki, cavabdeh etiraz ərizəsində, apellyasiya şikayətində sözügedən torpaq sahəsinə dair hər hansı sən əd əldə etmədən həmin torpaq sahəsində mərhum əri X birlikdə rəsmi icazə almadan özbaşına tikili inşa edərək uzum müddət orada yaşadığını göstərsə də, torpaq sahəsinin bələdiyyənin qərarı və alqı-satqı Aktına əsasən iddiaçıya satılmış torpaq sahəsi olmadığını inkar etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Reyestr Xidmətinin 11 aprel 2022-ci il tarixli arayışına istinad edərək, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyini əsas tutub, iddiaçının torpaq sahəsinə hər hansı hüququnun olmadığı qənatinə gəlsə də, onun həmin torpaq sahəsinə sahiblik, istifadə hüququnun olub-olmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. “V.Q.Teryoxinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqla rı ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Bundan başqa, bələdiyyənin sözügedən qərarı, alqı-satqı Aktı hazırda qüvvədə olduğu, ümumiyyətlə məhkəmə qaydasında mübahisələndirilmədiyi, həmin qərarın və alqısatqı Aktının qanunilyinin və əsaslılığının yoxlanılması hazırki işə baxılmasının predmeti olmadığı halda, apellyasiya instansiyası məhkəməsi həmin qərarı, alqı-satqı Aktını müzakirə predmetinə çevirməklə, habelə iş üzrə müvafiq ekspertizalar keçirib torpaq sahəsinin kateqoriyasına, statusuna, ölçüsünə, həmçinin qərarda, alqı-satqı Aktında göstərilən torpaq sahəsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinə aydınlıq gətirmədən, başqa sözlə bələdiyyənin mübahisəli məsələyə münasibətini öyrənmədən, bələdiyyə qərarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilib-edilmədiyini araşdırmadan, hər hansı mötəbər yazılı sübuta istinad etmədən sözügedən qərarın, alqı-satı Aktının mübahisəli torpaq sahəsinə aidiyyətinin və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, işə əlavə edilmiş sübutlarla, o cümlədən Bilgə h bələdiyyəsinin 30 oktyabr 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 400 kv.metr torpaq sahəsi bələdiyyəyə məxsusdur və sonuncunun 22 aprel 2005ci il tarixli, 094 saylı qərarına və eyni tarixli alqı-satqı Aktına əsasən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) iddiaçının mülkiyyətinə verib və sonuncu 22 aprel 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyənin hesabına 5.440.000 manat (AZM) pul ödəyib və işdə, bunun əksini təsdiq edən başqa sübutlar yoxdur. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəl lənin 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Göründüyü kimi cavabdeh, etiraz ərizəsində, apellyasiya şikayətində bələdiyyənin sözügedən qərarının, alqı-satqı Aktının qanunuliyini mübahisələndirmədiyi və bu barədə hər hansı dəlil irəli sürmədiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin qərarın və alqı-satqı Aktının etibarlılığını “yoxlayıb” iddianı rədd etməklə, əslində iddiaçının torpaq sahəsinə “qanuni gözləntiyə” malik əmlak hüququnu pozmaqla yanaşı, cavabdehin həmin torpaq sahəsinə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. Halbuki, “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 30 noyabr 2004-cü il tarixli Qər arında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, “mülkiyyət” anlaşıyı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvercilikdə formal təsnifatından asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmçinin, Torpaq Məcəllənin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Bu baxımdan kassasiya instansiya məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, əksi, yəni mübahisəli evin sözügedən torpaq sahəsində deyil, başqa torpaq sahəsində yerləşməsi, ünvanların fərqli olması və sair hallar sübuta yetirilmədiyi üçün, habelə mülki qanunverciliyə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayıldığından, mülkiyyətçi olmayan iddiaçının sözügedən torpaq sahəsinə əmlak hüquqları istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmaqdan müdafiə edilməlidir (Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4-cü maddələri). Daha sonra apellyasiya instansiyası məhkəməsi, cavabdehin sözügedən torpaq sahəsi nə hər hansı sənəd əldə etmədən, 2011-ci ildə mərhum əri X birlikdə mübahisəli evi rəsmi icazə almadan özbaşına tikərək uzun müddət orada yaşadığını, həmin evin iddiaçıya heç bir aidiyyətinin olmadığını qeyd edib, gəldiyi nəticəni cavabdehin məhkəməyə təqdim etdiyi X, x, X, X və X notarial qaydada təsdiq edilmiş yazılı ərizələri ilə əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla iddiaçı, sözügedən evin 2011-ci ildə cavabdeh və onun mərhum əri X tərəfindən inşa edildiyini qəti şəkildə inkar edir, əksinə iddia edir ki, sözügedən evi 2013-cü ildə inşa edib və kirayədə yaşamaması üçün həmin evi X3un və onunla qeyri-rəsmi nikahda olan arvadı Cavabdeh istifadəsinə verib. Digər tərəfdən, işə əlavə edilmiş çoxsaylı sübutlarla müəyyən olunur ki, s özügedən tikili iddiaçıya məxsusdur, torpaq və əmlak vergisi onun tərəfindən ödənilir. Hətta mübahisəli ünvan üzrə qazdan, işıqdan və sudan istifadəyə görə alqı-satqı müqavilələri də iddiaçı ilə bağlanıb, abonent kodu və abonent saldoları da onun adınadır. Bütün bu faktları cavabdeh özü də izahatında, etiraz ərizəsində, apellyasiya şikayətində inkar etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin təqdim etdiyi sözügedən yazılı ərizələrin iş üçün əhəmiyyətli hansı hallar barədə məlumat verməsini lazımi şəkildə araşdırmadan, həmin ərizələrdə göstərilən hallar barədə məlumatların mötəbərliliyini ərizələri imzalamış şəxsləri şahid qismində məhkəmə iclasında dindirməklə yoxlamadan, iş üzrə toplanmış və iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutların mötəbərliliyini nəyə görə və hansı yazılı sübutlara əsasən qəbul etmədiyini qətnamədə göstərmədən, yalnız cavabdehin etirazının əsası kimi istinad etdiyi sözügedən yazılı ərizələrə istinad edərək, sözügedən evin 2011-ci ildə cavabeh və onun mərhum əri X tərəfindən tikildiyi və evin iddiaçıya məxsus olmadığı qənaətinə gəlmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibəti nin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxamdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlid ir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Məcəllənin 159-cu maddəsində göstərilir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; 164.2-ci maddəsində göst ərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sadalanan maddələrin, habelə Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin maddələrin mənasına görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər; məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüq uq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qəra ra aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(103)-4289/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar