Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5272/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5272/20 (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X5, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2399/2020 nömrəli iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassas iya şikayəti üzrə işə 17 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2lı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 2lı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmza də, iş № 2(003)-627/2019) iddianın təmin edilməsi, Cavabdeh ünvan 2lı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən mənzil 07.03.1973-cü il tarixdə orderlə X6 istifadəsinə verilmiş, sonradan X11 öldükdən sonra 2000-ci ildə mənzil kirayə müqaviləsi onun arvadı İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının oğlu X12 ilə 04.10.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ünvan 2lı evin 22 saylı mənzilinə gəlin köçmüş, bu mənzildə uşaqları 16.07.2003-cü il təvəllüdlü X7 və 03.07.2005-ci il təvəllüdlü X8 doğulmuş, Cavabdeh ilə Zaur Mehtiyev arasında bağlanmış nikah 21.01.2008-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və qətnamə qanuni qüvvəyə minmişdır. Həmin vaxtdan, hətta məhkəmə qətn aməsi ilə mübahisəli mənzilə köçürüldükdən sonra da cavabdeh mənzildə yaşamamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzilinin kirayə müqaviləsi iddiaçının ərinin ölməsi ilə əlaqədar hazırki iş üzrə iddiaçının adına (16.06.2000-ci il) rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının oğlu Zaur Mehtiyevlə 04.10.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçmüş üçün tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmışdır ki, iddia tələbinə 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: 2009-cu ilin oktyabr ayının 01- dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşa yış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhk əmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə iddiaçının oğlu ilə nikahları pozulduqdan, həmçinin 2009-cu il tarixli mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi icra edildikdən sonra yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi, yəni yaşayış sahəsinə olan zərurətinin olmaması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin istifadə hü ququna kompensasiya ödənilmədən xitamı üçün əsaslar vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köç məsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə cavabdeh iddiaçının oğlu ilə aralarında olan nikah 2008-ci ildə pozulduqdan sonra həmin evi tərk etmiş, bundan sonra Əzizbəyov Rayon Məhkəməsinin 25.06.2009-cu il tarixli 2(003)204/2009 saylı qətnaməsinə əsasən icra qaydasında 2010-cu ildə iddiaçı X1 rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4/22 saylı mənzilə köçürülməsinə baxmayaraq bu günə kimi həmin mənzildə yaşamaq üçün gəlməmiş, bununla bağlı hər hansı formada cəhd belə etməmişdir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda müm kündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildən təxmini 8 ildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və cavabdehin mənzilə olan istifadə hüququna kompensasiya ödənilmədən xitam verilmədir. Apelyasiya instansiyası məhkəməsin də birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, R.Eyvazov və R.Qurbanov, iş № 2(103)8382/19) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2lı evin 22 saylı mənzili 07.03.1973- cü il tarixdə orderlə X6 istifadəsinə verilmişdir. K.H.Mehtiyev öldükdən sonra 2000-ci ildə mənzilin kirayə müqaviləsi onun arvadı Zenfırə Mehtiyevanın adına rəsmiləşdirilmişdir. Cavabdeh, iddiaçının oğlu X12 ilə 04.10.2002-ci il tarixdə nikaha daxil olaraq həmin mənzilə gəlin köçmüşdür. Onların nikahı 21.01.2008-ci il tarixdə məhkəmə qaydasında pozulmu şdur. Əzizbəyov Rayon Məhkəməsinin 25.06.2009-cu il tarixli, 2(003)204/2009 saylı qətnaməsi ilə, X2 uşaqları ilə birlikdə Əzizəyov rayonu, Buzovna qəsəbəsi, Mirzəyev küçəsi 4, 22 saylı mənzilə köçürülməsi qət edilmişdir. 28.10.2010-cu il tarixdə qətnamə icra edilərək Cavabdeh mübahisəli mənzilə köçürülsə də, sonradan həmin mənzildə yaşamamışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mənzilə münasibətdə tanınmış haqqı mütləq olmayıb, qanunla müəyyən edilmiş hallarda aradan qalxa bilən hüquqdur. Başqa sözlə, məhkəmə qətnaməsi ilə olsa belə, şəxsin mənzildən istifadə hüququ yalnız ailə münasibətləri çərçivəsində mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir haqdır. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehti yacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxıdqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Yəni istifadə hüququnun səbəbləri aradan qalxdıqda həmin hüquq da itirilmiş olur. Bu qayda, qanunda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsi nə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh, 28.10.2010-cu ildə məhkəmənin qətnaməsi əsasında ünvan 1 ünvanına köçürülsə də, orada yaşamamışdır. Başqa sözlə, cavabdeh, hüququnun tanındığı və köçürüldüyü mənzildən istifadə etməmiş, səkkiz ildən artıq müddətdə öz iradəsi ilə daimi olaraq başqa yerdə yaşamışdır. Hazırkı iddia qaldırıldıqdan sonra cavabdeh mənzilə köçməsinə iddiaçının mane olduğunu bildirsə də, bu faktı təsdiqləyən mötəbər sübutları (köçürülmə barədə icra icraatının təzələnməsinə dair müvafiq icra şöbəsinə müraciət, digər aidiyyəti qurumlara şikayət, və s.) məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdiir ki, mübahisəli mənzilə köçürülməsinə baxmayaraq, könüllü və daimi olaraq (son səkkiz ildən artıq müddətdə) başqa ünvanda yaşaması cavabdehin ünvan 2lı evin 22 saylı mənzilinə tanınmış hüququnu aradan qaldırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev, iş № 2(102)-7120/2019) Cavabdeh kassasiya şikayəti təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2(103)-8382/2019 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil mülkiyyət hüququnun subyekti deyil və yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla hazırkı mübahisə mənzilin kirayəçisi ilə istifadəçisi arasında yaranmışdır. İstər Mülki Məcəllənin 228.5-ci maddəsinin, istərsə də Həmin Məcəllənin 262ci maddəsinin qüvvəsi yalnız mülkiyyət hüququnun subyektinə aid olan əmlaklara münasibətdə tətbiq oluna bilər. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni tətbiq edilməli olmayan qanunun normaları baxımından həll etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ 2005-ci ildə Mülki Məcəlləyə əlavə edilmiş 228.5-ci maddəyə əsasən deyil, məhkəmənin qanuni qüvvəyə minmiş 25 iyun 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi 2002-ci ildə iddiaçının gəlini kimi (oğlunun arvadı) onların razılığı ilə köçdüyü vaxtdan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Göstərilən vəziyyətdə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun qalıbqalmaması məsələsi Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul edilmiş) 87-ci maddəsinin müddəaları baxımından həll edilə bilərdi. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Hüseyn, iş № 2(103)2399/2020) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2(103)-8382/2019 saylı qətnaməsini ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərən Azərbaycan Respub likası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli, 2(102)-7120/2019 saylı Qərarında göstərmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ 2005-ci ildə Mülki Məcəlləyə əlavə edilmiş 228.5-ci maddəyə əsasən deyil, məhkəmənin qanuni qüvvəyə minmiş 25 iyun 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi 2002-ci ildə iddiaçının gəlini kimi onların razılığı ilə köçdüyü vaxtdan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Belə vəziyyətdə cavabdehin mənzildən istifadə hüququnun qalıb-qalmaması məsələsi Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul edilmiş) 87-ci maddəsinin müddəaları baxımından həll edilə bilərdi. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşki l edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Apelyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildə iddiaçının oğlu ilə nikahları pozulduqdan, həmçinin 2009-cu il tarixli mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi icra edildikdən sonra yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi, yəni yaşayış sahəsinə olan zərurətinin olmaması ilə izah oluna bilər. Belə ki, işin bu halı Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin 21.02.2019cu il tarixli 2925/3İH saylı məktubdunda da öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının vəsatəti əsasında məhkəmənin sorğuna cavab olaraq Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsi məktubunda qeyd etmişdir ki, sözü gedən icra sənədi 28.10.2010-cu il tarixdə icra olunaraq, icra işi arxivə təhvil verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-204 saylı, 25.06.2009-cu il tarixli icra vərəqəsi 28.10.2010-cu il tarixdə icra edilməklə Mehdiyeva (Məhərrəmova) Nərgiz Məhərrəm qızı ünvan 1 ünvana köçürülərək, mənzilin giriş qapısının açarları ona təqdim edilmişdir. Həmin vaxtdan halhazıra kimi tələbkar Mehdiyeva (Məhərrəmova) Nərgiz Məhərrəm qızı həmin evdə borcluların ona yaşamasına maneçilik törədilməsi ilə və digər tələbləri ilə bağlı Xəzər rayon icra və probasiya şöbəsinə müraciət etməmişdir. Göründüyü kimi, mənzilinin kirayə müqaviləsi iddiaçının ərinin ölməsi ilə əlaqədar hazırki iş üzrə iddiaçının adına (16.06.2000-ci il) rəsmiləşdirilm işdir. Cavabdeh iddiaçının oğlu Zaur Mehtiyevlə 04.10.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçmüş üçün tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmışdır ki, iddia tələbinə 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə iddiaçının oğlu ilə nikahları pozulduqdan, həmçinin 2009-cu il tarixli mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi icra edildikdən sonra yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış s ahəsinə köçməsi, yəni yaşayış sahəsinə olan zərurətinin olmaması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilməlidir. Apelyasiya instansiya məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin Qərarındakı göstərişləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Ap elyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2399/2020 nömrəli iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2399/2020 nömrəli iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kass asiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı nümayəndəsi X5 izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə iddiaçının oğlu ilə nikahları pozulduqdan, həmçinin 2009-cu il tarixli mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi icra edildikdən sonra yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi, yəni yaşayış sahə sinə olan zərurətinin olmaması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilməlidir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şika yəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2399/2020 nömrəli iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.