Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5278/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh və Bakı şəhəri, 7 saylı X15rşı iş üzrə QƏRARİ iş № 2(102)-5278/20 (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, qeydiyyatın və çıxarışın ləğvi, miras payın tanınması, payların müəyyən edilməsi, ləyaqətsiz vərəsə) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X11 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı1 və onun vəkili Vəkil2 qızının, cavabdeh (qarşı lıqlı iddiaçı) Cavabdeh vəkili Abasov Zaur Vaqif oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X14 və Bakı şəhəri, 7 saylı X15rşı «qanun üzrə vərəsəlik şəhadətnaməsinin, reyestr qeydiyyatının etibarsızlığı və çıxarışın ləğvi, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın tanınması, əmlak üzərində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi» barədə ilk, X7 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilmə, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” barədə qarşılıqlı iddiasına dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(103)-2813/2020 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə 23 noyabr 2020-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxxx 2019-cu il tarixdə X12 vəfat edib.
2. İddiaçılar mərhum X6 övladlarıdır.
3. Cavabdeh isə mərhum X6 arvadıdır. 4. “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdən, “Renault Espace” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.1998-ci il tarixdən X6 mülkiyyətində olmuşdur. 5. ünvan 2al rayonu, H.Cavid küçəsi, 15 saylı evin 2 saylı mənzil ½ hissədə X6 mülkiyyətində olmuşdur.
6. Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı ünvanda yerləşən bağ evi və ünvan 2al rayonu, Tbilisi prospekti, ev 49b, 134 saylı mənzil Məhəmmədova qeydiyyatdan keçmişdir. a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3rşı (Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) “reyestr qeydiyyatının və çıxarışın ləğvi, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın tanınması, əmlak üzərində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi” barədə iddia ərizəsi Yasamal rayon Məhkəməsinə müraciət etmişlər.
8. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi üzrə Cavabdeh adına qeydiyyatdan keçməsinə dair xx.xx.2019cu ildə aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi və bununla bağlı verilmiş çıxarışın ləğv edi lməsi, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 7 saylı X16 notariusu X13 tərəfindən Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlak kimi hər birinə ayrı-ayrılıqda 1/3 hissədə paylarının müəyyən edilməsi və həmin əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 15, 1 saylı mənzilin mərhum X8 məxsus ½ hissəsinə vərəsəlik hüquqlarının tanınması, miras əmlak hissəsində hər birinə ayrı-ayrılıqda 1/3 hissədə miras paylarının müəyyən edilməsi və həmin əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, ** VF *** dövlət qeydiyyat niş anlı, “Mersedes S320” markalı, 2000 il buraxılışlı tünd göy metalik rəngli avtomobil və ** ET *** dövlət qeydiyyat nişanlı, “RENAULT ESPACE” markalı, 1994-cü il buraxılışlı avtomobil üzərində vərəsəlik hüquqlarının tanınması və miras əmlak hissəsində hər birinə ayrı-ayrılıqda 1/3 hissədə miras paylarının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, X12 ilə Cavabdeh birgə nikahı zamanı əldə edilmiş ünvan 2al rayonu, Tbilisi prospekti, ev 49B, 134 saylı ev üzərində ½ hissədə X6 payının müəyyən edilməsi və mərhum X6 ½ payı üzərində onların vərəsəlik hüquqlarının tanınması, ünvan 2al rayonu, Tbilisi prospekti, ev 49B, 134 saylı ev üzərində 1/6 hissədə İddiaçı1 və 1/6 hissədə İddiaçı2 payı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi be lə əsaslandırılıb ki, iddiaçıların atası Cavabdeh ilə nikahda olmuşdur və birgə nikahdan övladları olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə X12 vəfat edib.
10. X2 Bakı şəhəri, Şüvəlan qəsəbəsində 982 saylı bağ evi qalıb.
11. Cavabdeh həmin bağ evinə dair vərəsəlik şəhadətnaməsi alaraq, bağı mülkiyyətinə keçirib. Vərəsələr kimi iddiaçıların bundan xəbəri olmayıb.
12. Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 15, 1 saylı mənzilin ½ hissəsi mərhum X8 məxsus olub. Həmin mənzili X12 cavabdehlə nikahdan əvvəl alıb.
13. X12 Cavabdeh birgə nikahı zamanı ünvan 2al rayonu, Tbilisi prospekti, ev 49B, mənzil 134-ü almışlar. Mənzil cavabdehin adına alınıb. Həmin mənzilin ½ hissəsi iddiaçıların atasının mülkiyyətində olduğu üçün, mənzilin həmin hissəsinə vərəsəlik açılıb. 14. “Mersedes S320” markalı, * * VF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdən, “Renault Espace” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.1998-ci il tarixdən X6 mülkiyyətində olmuşdur. Avtomobilləri X12 cavabdehlə birgə nikahdan əvvəl alıb.
15. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 və İddiaçı2 ləyaqətsiz vərəsə hesab edilməklə, onların vərəsəlik hüquqlarından məhrum edilmələri, İddiaçı2 miras qalmış Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 15, 2 saylı mənzilin ½ hissəsinə, eləcə də “Mersedes S320” markalı, ** VF *** dövlət nömrə nişanlı və “RENAULT ESPACE” markalı ** ET *** dövlət nömrə nişanlı avtomobillərə bötüvlükdə onun vərəsəlik hüququnun tanınaraq, həmin əmlaklara dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mərhum ölümündən əvvəl altı il müddətində iflic olmuş, həmin müddət ərzində bir dəfə əməliyyat olunmuş, iki dəfə xəstəxanada uzun müddətli müalicə almışdır. Bütün xərcləri özü çəkmişdir.
17. Uşaqlar ataları ilə heç görüşməmişlər. Mərhum ölüm ayağında vərəsə qoymaq istədiyini bildirmiş, İddiaçı2 isə dinləməyərək, əsəbi halda çıxıb getmiş, 15-20 dəqiqə sonra iddiaçıların atası vəfat etmişdir.
18. Xəlilin qızını ümumiyyətlə tanımır, ilk dəfə Təzə Pir məscidində, Xəlilin ölümündən üç gün sonra yas mərasimində görmüşdür.
19. Həsənin atası ilə münasibəti isə çox soyuq olub. Atası zəng etməsə, Həsən atasını axtarmazdı.
20. Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil birgə nikah dövrün də əldə edilsə də, birgə gəlirlər hesabına əldə edilməyib. Məhz bu səbəbdən həmin mənzil onun adına sənədləşdirilib.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5527/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia və qarşılıqlı iddia qismən təmin olunmuş, Bakı şəhəri 7 saylı X16 notariusu X13 tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanında yerləşən bağ evi üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair xx.xx.2019-cu ildə aparılmış reyestr qeydiyyatı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı1, İddiaçı2 və Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evinə, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzilin ½ hissəsinə (mərhum X8 məxsus olan pay) və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı avtomobilə qanun üzrə vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı1 1/3, İddiaçı2 1/3 və Cavabdeh 1/3 hissədə pay hüquqlarının müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzili üzərində İddiaçı1 1/6, İddiaçı2 1/6 və Cavabdeh 1/6 hissədə pay hüquqlarının müəyyən edilməsi, İddiaçı1, İddiaçı2 və Cavabdeh “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı (2000-ci il buraxılışlı Tünd Göy Metalik rəngli) avtomobil və Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində qanun üzrə vərəsəlik hüquqlarının tanınması, “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı (2000-ci il buraxılışlı Tünd Göy Metalik rəngli) avtomobil üzərində İddiaçı1 1/6 hissədə, İddiaçı2 1/6 hissədə və Cavabdeh 4/6 hissədə pay hüquqları müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində İddiaçı1 1/6 hissədə, İddiaçı2 1/6 hissədə və Cavabdeh 4/6 hissədə pay hüquqlarının müəyyən edilməsi, qətnamənin Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzilə dair Cavabdeh adına aparılmış qeydiyyatın l əğv edilməsi və miras əmlaklara dair göstərilən qaydada İddiaçı1, İddiaçı2 və Cavabdeh adlarına notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, ilkin və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. (hakim Günay Axundova)
22. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçılar mərhum X6 övladlarıdır. Cavabdeh isə mərhum X6 arvadıdır. Onlar xx xxxxxx 2007-ci il tarixdə nikaha daxil olmuşlar. xx xxxxxx 2019-cu il tarixdə isə X12 vəfat etmişdir.
23. Həmçinin müəyyən edilmişdir ki, X6 birgə nikahdan qabaq mülkiyyətində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi, Bakı şəhəri Yasama l rayonu Hüseyn Cavid prospekti,ev 15, 1 saylı mənzilin 1/2 hissəsi və “RENAULT ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı avtomobil olmuşdur. X6 Cavabdeh ilə birgə nikah dövründə isə “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil əldə edilmişdir.
24. Məhkəmə ilk iddia üzrə qeyd etmişdir ki, Cavabdeh, İddiaçı1 və İddiaçı2 X6 bərabər pay hüquqlu vərəsələridir.
25. Birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzilin ilk iddia üzrə Cavabdeh ayrıca mülkiyyəti olması barədə sonuncunun dəlillərini sübuta yetmədiyi üçün qəbul etməmişdir.
26. Qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, q arşılıqlı iddiada göstərilən hallar, yəni övladların öz ataları ilə maraqlanmaması kimi hallar onların ləyaqətsiz vərəsə sayılması üçün əsas deyildir. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, X12 öz sağlığında zərurət hesab etsəydi övladlarını mirasdan məhrum etmək üçün tədbirlər görə bilər və yaxud arvadı Cavabdeh xeyrinə vəsiyyətnamə qoya bilərdi..
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 225.1, 1133, 1137, 1145, 1159.1.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
28. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianını rədd, qarşılıqlı iddianının təmin edilməsini xahiş etmişdir.
29. Apelyasiya şikayəti işin faktiki hallarına istinad edi lməklə, qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırlılıb.
30. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(103)-2813/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5527/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Etibar Nəbiyev (sədrlik edən və məruzəçi), Raqib Qurbanov və Aida Hüseyn )
31. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edib ki, iddiaçılar mərhum X6 övladlarıdır. Cavabdeh isə mərhum X6 arvadıdır.
32. Apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi qənaətində haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh qətnamədən kassasiya şikayəti verib.
34. Kassasiya şikayətində işin faktiki hallarına, qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmasına istinad edilməklə, şikayət apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.
35. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
36. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəkili Abasov Zaur Vaqif oğlu kassasiya şik ayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
38. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı1 və onun vəkili Vəkil2 qızı kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər.
39. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə cavabdehlər İddiaçı2, Bakı şəhəri, 7 saylı X16 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki yyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətn amə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).bərab ər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla a pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey i
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
46. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
47. İlk İddia tələbi vərəsəlik hüququnun təmin edilməsi, qarşılıqlı id dia isə ləyaqətsiz vərəsəliklə ilə əlaqədardır.
48. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin vərəsəlik hüququna təminat verməsini təsbit etmişdir.
49. İlk iddia üzrə işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçılar mərhum X6 övladları, Cavabdeh isə arvadıdır. X12 cavabdehlə xx xxxxxx 2007-ci il tarixdə nikaha daxil olmuşlar. xx xxxxxx 2019-cu il tarixdə isə X12 vəfat etmişdir. X6 birgə nikahdan əvvəl mülkiyyətində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti,ev 15, 1 saylı mənzilin 1/2 hissəsi və “RENAULT ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı avtomobil olmuşdur. X6 Cavabdeh ilə birgə nikah dövründə isə “Mersedes S320” markalı, * * VF *** dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil əldə edilmişdir.
50. Qeyd edilən əmlaklardan yalnız Tbilisi prospekti ev 49B, 134 saylı mənzilin birgə nikah vaxtı alınsa da, həmin mənzilin ümumi gəlirlər hesablına alınmadığı üçün yalnız cavabdehin əmlakı olması işin mübahisəli halı olub. Bu da təsdiqini tapmayıb.
51. Həmçinin qarşılıqlı iddia üzrə cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunmaları üçün Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməyib. 52.Buna görə də işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi üçün əsas olmuşdur.
53. Apelyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəl lənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
54. Bu baxımdan apelyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması barədəşikayətin dəlilləri əsassızdır.
55. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə, bu dəlillər işin faktiki halları ilə bağlıdır, kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bundan əlavə, eyni dəlillər apelyasiya şikayətində də irəli sürülüb və apelyasiya məhkəməsi tərəfindən bu dəlillərə artıq qiymət verilib.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
57. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(103)2813/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.