Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-528/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının hüquqi varisi X5, onun vəkili X1, Cavabdeh1 və vəkili X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov, iş № 2(060)-12 027/16) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək, Sumqayıt şəhəri, «Yaşma» bağlar sahəsində yerləşən və «Dəfnə» bağcılıq yoldaşlığı cəmiyyəti tərəfindən İddiaçı ayrılan və ümumi sahəsi 0,06 ha olan 22 saylı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən zəbt edilmiş 17 metr sahəsi və Cavabdeh2 tərəfindən zəbt edilmiş 2,5 metr hissəsinin boşaldılaraq İddiaçı istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə-sədrlik edən və məruzəçi, A.Hüseynov və T.Quliyev, iş № 2(105)-700/17) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqay ıt Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, Sumqayıt şəhəri, «Yaşma» bağlar sahəsində yerləşən və «Dəfnə» bağcılıq yoldaşlığı cəmiyyəti tərəfindən İddiaçı ayrılan və ümumi sahəsi 0,06 ha olan 22 saylı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən zəbt edilmiş 0.0287 ha hissəsinin və Cavabdeh2 tərəfindən zəbt edilmiş 0.0048 ha hissəsinin boşaldılaraq İddiaçı istifadəsinə qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında cavabdehlərdən yalnız Cavabdeh1 mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova-sədrlik edən və məruzəçi, Ə.Rüstəmov və Ə.Nurməmmədov, iş № 2(102)-6814/17) Cavabdeh1 kassasiya şikayəti təmin olun araq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov-sədrlik edən və məruzəçi, A.Abbasov və T.Məmmədov, iş № 2(105)-78/19) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, lakin Sumqayıt şəhər məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, Sumqayıt şəhəri, «Yaşma» bağlar sahəsində yerləşən və «Dəfnə» bağcılıq yoldaşlığı cəmiyyəti tərəfindən İddiaçı ayrılan və ümumi sahəsi 0,06 ha olan 22 saylı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən zəbt edilmiş 0,0287 ha hissəsi və mərhum X4 tərəfindən zəbt edilmiş 0,0048 ha hissəsi sonuncunun hüquqi varisi X2 tərəfindən boşald ılaraq İddiaçı istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, «Yaşma» bağlar msahəsində yerləşən və «Dəfnə» bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona ayrılan və sahəsi 0,06 ha olan 22 saylı bağın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş hissəsinin boşaldılaraq onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 və vəkili S.Əliyeva məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İddiaçının hüquqi varisi H.Pirimova və vəkili P.Məhərrəmov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılma sını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Nə iddiaçının, nə digər cavabdehin hüquqi varisləri tərəfindən kassasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız Cavabdeh1 kassasiya şikayətinə münasibətdə və ona aid hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirirərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Dəfnə" bağçılıq yoldaşlıq cəmiyyəti tətərfindən İddiaçı 22 saylı 0.06 ha torpaq ayrılmış, bu barədə ona 07 sentyabr 1988-ci il tarixli bağçılıq kitabçası verilmişdir. Bundan başqa, həmin cəmiyyət tərəfindən Cavabdeh1 23 saylı 0.06 ha torpaq ayrılmış və ona da eyni tarxili bağçılıq kitabçası verilmişdir. Digər Cavabdeh2 isə mülkiyyətində Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Dəfnə” B/Y, 54 saylı 0,0595 ha torpaq sahəsi olmuşdur və onun bu barədə RX ******* saylı reyestrdən çıxarışı vardır. İş materiallarından görünür ki, iddiaçının torpaq sahəsi ilə hər iki cavabdehin torpaq sahəsi ilə qonşu mövqedə yerləşir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirərək və işdə olan mütəxəssis və ekspert rəylərini tədqiq edərək müəyyən etmişdir ki, İddiaçı məxsus torpaq sahəsnin 0,0287 ha hissəsi Cavabdeh1 tərəfindən, 0,0048 ha hissəsi isə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Bu halı işdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 may 2017-ci il tarixli, **********52 saylı və 28 iyun 2019-cu il tarixli, **********91 saylı mütəxəssis rəyləri təsdiq edir. Apellyasiya baxışı zaman ı həmin xidmətin mühəndisi R.Hüseynov göstərmişdir ki, hər iki cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Belə ki, Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsnin 0,0287 ha hissəsini şimal-şərq hissədən sağ sərhəd boyunca, Cavabdeh2 isə 0,0048 ha hissəini cənub-şərq hissədən aşağı sərhəd boyunca zəbt etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqvilədə nəzərdə tutulan əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Nəhayət qeyd edilməlidir ki, reyestrdən çıxarış sənədi olmasa da, “Dəfnə" bağçılıq yoldaşlıq cəmiyyəti tətərfindən 07 sentyabr 1988-ci il tarixdə İddiaçı ayrılmış 22 saylı 0.06 ha torpaq sahəsi ona məxsusdur. Hər iki cavabdehə də torpaq sahəsi ayrılmışdır, lakin onlar iddiaçıya məxsus torpaq sahəsini qismən zəbt etmişlər və oradan qanunsuz əsaslarla istifadə e dirlər. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, bunun səbəbi magistral qaz çəkilişi zamanı mühafizə zonasının yaradılması üçün baş vermiş “sürüşmə” olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu, iddiaçının haqlı tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehlər onlara məxsus torpaq sahəsinin çatışmayan hissənin geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Beləliklə, işin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçı məxsus torpaq sahəsinin 0,0287 ha hissəsi Cavabdeh1, 0,0048 ha hissəsi isə Cavabdeh2 tərəfindən heç bir qanuni əsas olmadan zəbt edilmiş, zəbt olunmuş hissələr cavabdehlər tərəfindən istifadə olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikas ında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Sadalanan hüquq normalarının mənasına görə mübahisəli torpaq sahəsinin sahibi olan İddiaçı hüququ qanunla qorunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə mübahisəli ərazini özbaşına zəbt etdiklərinə görə bu hal İddiaçı hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Apellyasiya instaniysı məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci insstansi ya məhkəməsi zəbt edilmiş sahənin dəqiq ölçüsünü öz qətnaməsində göstərməmiş, cavabdehlərin boşaldılmalı ərazinin ölçülərini metrlə ifadə etmişdir ki, bu da məqsədəmüvafiq deyildir. Buna görə də qətnamə dəyişdirilməli, Sumqayıt şəhəri, «Yaşma» bağlar sahəsində yerləşən və «Dəfnə» bağcılıq yoldaşlığı cəmiyyəti tərəfindən İddiaçı ayrılan və ümumi sahəsi 0,06 ha olan 22 saylı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən zəbt edilmiş 0,0287 ha hissəsi və X4 (hüquqi varisi X2) tərəfindən zəbt edilmiş 0,0048 ha hissəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkə mə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri hallarıözləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazınıəsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, Cavabdeh1 həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgü n qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə toplanmış sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ətnaməsinin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayc an Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 iyul 2019-cu il tarixli, 2(105)-78/19 saylı qətnaməsi Cavabdeh1 aid hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-528/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-528/2020
28.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver