Məhkəmə qərarları › İş №2(102)-5280/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5280/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5280/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual normanın məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına səbəb ola biləcək dərəcədə ciddi şəkildə tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(105)-2319/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 9 mkr. 11/17 saylı evin, 15 saylı mənzili İddiaçı Əlibaba oğlunun və Cavabdeh paylı mülkiyyətindədir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-400/2018 saylı, 06.06.2018-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, 9 mkr., 11/17 saylı evin, 15 saylı mənzilinin «naturada bölünərək payın ayrılması tələbinə» dair iddia tələbi rədd edilmişdir

3. İddiaçı Cavabdeh qarşı «mənzilin açıq hərracda satılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 9 mkr., 11/17 saylı evin, 15 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pulun mülkiyyətçi lər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzili Azərbaycan Respublikası DƏDRX-nin ******* saylı çıxarışına əsasən onun və cavabdehin paylı mülkiyyətindədir. Cavabdeh onun nəvəsidir. Cavabdehlə onun arasında üç otaqlı ev bir otaq onun olmaqla paylı mülkiyyət şəkilində bölünmüşdür. O, ikinci dəfə X3 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduğu xanım, cavabdehin əlil oğlu və o, mübahisəli evin bir otağında yaşayır. Onun yoldaşı rəhmətə getmişdir. Xəstə uşağı ilə həmin evdə qalır. Cavabdeh də heç bir səbəb göstərmədən evə dava dalaş salır, onlara yaşamağa imkan vermir. O, artıq yaşlıdır və rahat yaşayan vaxtıdır. Cavabdehlə bir evdə yaşamaq mümkün deyil. Də fələrlə mübahisələri olmuş və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsində cavabdehə qarşı “mənzilin naturada bölünərək payın ayrılmasına dair” iddiası olmuşdur və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-400/2018 saylı, 16.06.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Son vaxtlar onlar arasında ciddi söz-söhbət yaranmış və artıq birlikdə yaşamaları demək olar ki, mümkün deyil. Artıq 1 ildən çoxdur ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsində kirayədə yaşayır. Mülkiyyətindən isə istifadə edə bilmir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1249/2020 saylı, 13.05.2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı “payın paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən dəyərinin ödənilməsi tələbi” nə dair ilkin iddia tələbi təmin edilmiş, cavabdeh in isə ona qarşı “payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbi”nə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bu qətnamədən narazı qalan cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3300/2019 saylı, 26.09.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, onun ilkin iddiası rədd edilmiş, cavabdehin qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab etdiyindən sözü gedən qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-836/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsi ilə kasassiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsini n 2(105)-3300/2019 saylı, 26.09.2019-cu il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-1401/2021 saylı qətnaməsi ilə (hakim Azər İsmayılov) İddiaçı Cavabdeh qarşı mənzilin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin cavabdehlə iddiaçı arasında İddiaçı arasında paylara uyğun bölünməsi iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyu n 2021-ci il tarixli, 2(105)-2319/2021 saylı qərardadı ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)1401/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən cavabdehin apellyasiya şikayətində qətnamənin qəbul edilmə tarixini düzgün göstərməməsinə və apellyasiya şikayətinə əlavəni apellyasiya şikayəti vermə müddəti keçdikdən sonra təqdim etməsinə əhəmiyyət verməmiş, apellyasiya şikayətini ger i qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

9. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, kassator 24.06.2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsində işin aparılmasına dair müqavilə bağlamış və işin baxı lması həmin günə təyin edildiyi üçün işlə tanış olmaq məqsədilə vaxt verilməsi və işin başqa vaxta təyin edilməsi üçün ərizə ilə orderin əslini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə öz qərardadında bildirmişdir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin qeyri-mümkün hesab edilməsinə əsas səbəb olaraq onu göstərmişdir ki, apellyasiya şikayəti vaxtında verilsə də, mübahisə iş üzrə mövcud olmayan qətnaməni mübahisələndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 14.İddiaçının vəkili Vəkil teleqramla müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlmə məsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğun u yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardadda n şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulma sı apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində apellyasiya in stansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş apellyasiya şikayətinin mümkünlüyünün araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

21. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən olunmuş müddətdə şikayət vermiş, lakin şikayət verilən qətnamənin tarixini “05 aprel 2021” yazmalı olduğu halda səhvə yol verərək “20 aprel 2021” qeyd etmişdir. Qətnamənin tarixinin səhv yazılmasına baxmayaraq, apellyasiya şikayətinin məzmunundan ay dın şəkildə görünür ki, həmin apellyasiya şikayətində məhz baxılan mülki iş üzrə qəbul edilən qətnamədən bəhs olunur. Bundan başqa, birinci instansiya məhkəməsi mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərənə qədər cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətinə əlavədən (səh. 56-57) görünür ki, cavabdeh 05.04.2021-ci il tarixli qətnamənin ləğv edilməsini xahiş etməklə, apellyasiya şikayətində yol verdiyi qüsuru aradan qaldırmışdır.

22. Məhkəmə kollegiyasının qənaətinə görə, bu halda apellyasiya şikayətində mübahisələndirilən qətnamənin tarixinin səhv yazılmasına istinadən apellyasiya şikayətinin mümkün sayılmaması düzgün sayıla bilməz.

23. Doğrudur ki, Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayətində barəsi ndə şikayət verilən qətnamənin tarixi göstərilməlidir və bu tarixin göstərilməməsi birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması və ya apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiyanin mümkün sayılmaması kimi hüquqi nəticəyə səbəb ola bilər.

24. Lakin hazırda baxılan işin prosessual halları onu deməyə əsas verir ki, mövcud vəziyyətdə məhkəmə prosessual normanı, icraatın ədalətliliyinə mənfi təsir edə biləcək dərəcədə ciddi tətbiq etmişdir. Prosessual normanın bu cür tətbiqi, MPM-nin 361.1.3-cü maddəsində şikayət verilən qətnamənin tarixinin qeyd olunması barədə normanın əsl məqsədinə uyğun olmamış, cavabdehin apellyasiya şikayəti üzrə müraciət etmək hüququ ilə qeyri-mütənasiblik təşkil etmişdir.

25. Çünki MPM-nin 361.1.3-cü maddəsinin məqsədi ondan ibarətdir ki, həm proses iştirakçılarının, həm də apellyasiya şikayətinə baxacaq məhkəmənin hansı iş üzrə, hansı qətnamənin mübahisələndirildiyi barədə qəti-müəyyən qənaəti olsun. Baxılan işdə şikayət verilən qətnamənin tarixi apellyasiya şikayətində fərqli göstərilsə də, apellyasiya şikayətinə əlavədə qətnamənin tarixi dəqiqləşdirilmişdir. Həmçinin apellyasiya şikayətinin məzmunundan və dəlillərindən də müəyyən edilir ki, cavabdeh məhz bu iş üzrə məhkəmənin gəldiyi nəticəni mübahisələndirir.

26. Apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizənin gec (müddət bitdikdən 8 gün sonra) verildiyinə əsaslanan dəlil də ziddiyyətlidir. Çünki MPM-də apellyasiya şikayətinə əlavə adlı sənədin verilmə müddəti anlayışı yoxdur.

27. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).

28. Ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədini daşıyan və məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsini təşkil edən Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsinə, məhkəməyə əlçatanlığın və ictimai etimadın, ədalət və s. prinsiplərə dönmədən riayət edilməsinin təmin edilməsinə yönəlmişdir.

29. Məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hər kəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasına yönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

31. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiy anın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

32. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X1rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

33. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş apellyasiyanın yoxlanması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan mövqeləri nəzərə almalı, qanunauyğun nəticəyə gəlməlidir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(105)-2319/2021 saylı qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinin mümkünlüyünün araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar