Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5282/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” barədə ilkin və Cavabdeh ləğv prosesində olan “xxxx” A SC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin ipotekasına xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi və artıq ödənişin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1392/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğved icisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Ləğv prosesində olan “xxxx” ASC arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 saylı kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə maliyyə arayışına əsasən qalan 4569,60 ABŞ dolları əsas borcun, 5,95 ABŞ dolları faiz borcunun, 1597,05 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz məbləği, 5506,15 ABŞ dolları cərimə borcunun, cəmi 11678,75 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin hesabına ödənilməsi, tutmanın girov predmeti olan Bakı şəhəri, Nizami rayonu, Qara Qaraye v prospekti, 27 bina, m.11, istifadəsində olan 0.03715 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 57,11 kv.m ümumi, 45.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 454 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 26% ödənilmək şərti ilə 30000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tar ixdə 454 saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 bina, m.11, istifadədə olan 0.03715 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 57,11 kv.m ümumi, 45.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11 nömrəli mənzil “xxxx” ASC-nin Sənaye filialında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi nin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, bina 27, 11 saylı mənzilin ipotekasına xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsinə və tərəfindən 454 saylı xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə artıq ödənilmiş 10755 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı ilə “xxxx” ASCnin Sənaye filialı arasında xx.xx.2010-cu il tarixli 454 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya 24 ay müddətinə illik 26% dərəcəsi olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq qarşılıqlı iddia üzrə iddiaçı ilə “xxxx” ASC-nin Sənaye filialı arasında xx.xx.2010-cu il tarixli 454 saylı ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, bina 27, 11 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı banka əsas borc üzrə 30000 ABŞ dolları, faiz borcu üzrə 8783 ABŞ dolları, cəmi 38783 ABŞ dolları məbləğində borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il tarixdə etibarən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hər ay mütəmadi olaraq həmin kredit müqaviləsi üzrə ödənişlər aparılmış, cəmi 49538 ABŞ dolları məbləğində pul banka ödənilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirilən kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən cəmi 38783 ABŞ dolları məbləğində vəsait qaytarmalı olduğu halda, 49538 ABŞ dolları məbləğində pul ödəmişdir. Yəni 10755 ABŞ dolları məbləğində artıq ödəniş aparılmışdır. Bununla bağlı bankın ləğvedicisinə müraciət edilsə də, cavab verilməmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2010-cu il tarixli 454 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin (hakim P.Hüseynov) 2(006)-226/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 saylı evin 11 saylı mənzilin ipotekasına xitam verilməsi, həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyünün ləğv edilməsi, xx xxxx 2010-cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 6615,07 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” ASC-dən alınaraq Cavabdeh verilməsi, iş üzrə k eçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 145 manatın “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının tədqiqat dəyəri olan 300 manatın “xxxx” ASC-dən alınaraq «xxxx» MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ş.Məhərrəmova - sədrlik edən və məruzəçi, A.İskəndərov və R.Həsənov) xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-226/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxx 2010-cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 6615,07 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” ASC-dən alınaraq Cavabdeh verilməsi” hissəsində dəyişdirilmiş, xx xxxx 2010-cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 814,23 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” ASC-dən alınaraq Cavabdeh verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmas ı qət edilmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 15487 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx xxxx 2012-ci il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan əsas və fa iz borcu ümumilikdə 16217.13 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 15986.21 ABŞ dolları, faiz borcu üzrə 230.91 ABŞ dollarıdır. Həmin ekspert rəyində eyni zamanda qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdən sonrakı dövrdə 18371.73 ABŞ dolları manat məbləğində ödəniş aparılmışdır, lakin hesablamalar xx.xx.2012-ci il tarixədək aparıldığından həmin ödənişlər nəzərə alınmamışdır. Ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilmiş, lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmiş və hazırki ekspert rəyi əsasında əsassız qətnamə qəbul edilmişdir. Belə ki, xx xxx 2019cu il tarixli, 15487 nömrəli ekspert rəyi üzrə ekspert tərəfindən tə dqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir. Ekspertiza keçirən zaman kredit müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulan cərimələr, gecikdirilmiş günlərə görə hesablanan faiz məbləği və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ nəzərə alınmamış və ekspert tərəfindən hazırki borc düzgün hesablanmamışdır. Belə ki, cavabdeh ödənişləri qrafikə uyğun ödəmədiyindən kredit müqaviləsinə uyğun olaraq ona faiz və cərimə hesablanmışdır. Əlavə olaraq, kredit müqaviləsinin müddəti bitdikdən sonra əlavə faiz hesablana bilmədiyi üçün Azərbaycan Respublikasının K onstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq illik 5% hesablanmışdır. Tərəflər arasında bağlanan 454 saylı, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) uyğun olaraq həyata keçirir. 3.5-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün illik annuitetin (əsas borcun) ödənilməmiş məbləğinin 1%-i və ya minimum 60 qəp. olmaqla cərimə ödəyir. Ekspert kredit müqaviləsinin şərtlərini nəzər ə almadan rəy vermiş və düzgün nəticəyə gəlməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri əsasında qətnamənin ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsinin qanuniliyini yoxlayır. Qarşılıqlı iddianın rədd edilmiş hissəsindən cavabdeh kassasiya şikayəti vermədiyindən həmin hissə kassasiya baxışının predmetini təşkil etmir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx xxxx 2010-cu il tarixli 454 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh illik 26 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2010-cu il tarixli xəzinə məxaric orderinə əsasən Cavabdeh həmin tarixdə “xxxx” ASC-dən 29.700 ABŞ dolları məbləğində vəsait götürmüşdür. İpoteka saxlayan “xxxx” ASC ilə ipoteka qoyan və borc alan Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 saylı ipoteka müqaviləsinə əsasən qeyd olunan kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayo nu, Qara Qarayev prospekti, 27 bina, m.11 istifadədə olan 0.03715 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 57.11 kv.m ümumi, 45.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmeti 58000 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2017-ci il tarixli bildirişdən və xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə “xxxx” ASC tərəfindən xəbərdar olunmuş, həmin bildiriş xx.xx.2017-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. Eyni zamanda Cavabdeh tərəfindən ləğv prosesind ə olan “xxxx” ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmiş, xx xxxx 2010-cu il tarixli 454 saylı kredit müqaviləsi üzrə öhdəliyi tam icra etdiyi, bunu nəzərə alaraq 10 gün müddətində onunla “xxxx” ASC arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, bina 27, 11 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və banka artıq ödədiyi 10157 ABŞ dolları məbləğində vəsaitin ona qaytarılması xahiş edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən mübahisələndirilən kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh 4569,60 ABŞ dolları əsas borc, xx.xx.2012-ci il tarixinə - müqavilə müddət inə 5,95 ABŞ dolları faiz borcu, 5506,15 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 1597,05 ABŞ dolları borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019cu il tarixli 15487 nömrəli ekspert rəyinə əsasən borcalan Cavabdeh tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx xxxx 2012-ci il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan əsas və faiz borcu ümumilikdə 16217,13 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 15986,21 ABŞ dolları, faiz borcu üzrə 230,91 ABŞ dolları. Həmin ekspert rəyində həmçinin qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2012 -ci il tarixdən sonrakı dövrdə 18371,73 manat məbləğində ödəniş aparılmışdır, lakin hesablamalar xx.xx.2012-ci il tarixədək aparıldığından həmin ödənişlər nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən sonra 22832,19 ABŞ dolları ödənilmişdir, həmin məbləğin 13259,25 ABŞ dolları əsas borca, 9572,94 ABŞ dolları faiz borcuna silinmişdir. Halbuki müqavilə müddəti bitdikdən sonra faiz borcu hesablanmamalı idi. Müqavilə müddətinin sonuna faiz borcunun 230,91 ABŞ dolları nəzərə alınmaqla, Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdən sonra ödənilmiş 22832,19 ABŞ dollarının 15986,21 ABŞ dolları əsas borca və 230,91 ABŞ dolları müqavilə müddətinin sonuna qalıq qalmış faiz borcuna hesablanmalıdır (22832,19 - 15986,21 - 230,91 = 6615,07). Cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini tam ödədiyindən, öhdəliyini tam icra etmişdir, həmin kredit müqaviləsi üzrə 6615,07 ABŞ dolları isə artıq pul ödənilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməmiş, qarşılıqlı iddianı qismən təmin edərək, ipotekaya xitam verilmiş, artıq ödənilmiş 6615,07 ABŞ dolları bankdan onun xeyrinə tutulmuşdur. Bankın apelyasiya şikayəti əsasında işi araşdıran apellyasiya məhkəməsi iş üzrə bankın vəsatəti əsasında əlavə ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2010- cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmaqla ümumilikdə 18308,99 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 15986,21 ABŞ dolları əsas borcun, 230,91 ABŞ dolları faiz borcunun silinməsinə yönəlir və 814,23 ABŞ dolları məbləğ isə artıq ödəniş kimi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilənləri nəzərə alaraq, cavabdehin bank qarşısında icra edilməmiş öhdəliyinin mövcud olmadığını, əksinə həmin müqavilə üzrə 814,23 ABŞ dolları artıq ödəniş edildiyinin müəyyən olunduğunu nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia üzrə 6615,07 ABŞ dolları artıq ödənilmiş məbləğin qaytarılması hissəsində dəyişdirilməsi və xx xxxx 2010-cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 814,23 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” ASC-dən alınaraq Cavabdeh verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər işt irakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbay can Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə ödənilməli olan əsas və faiz borcu müəyyən edilməsi üzrə iki ekspertiza rəyi alınmış və hər iki rəydə müddəti xx.xx.2012-ci il tarixd ə bitən kredit müqaviləsi üzrə həmin tarixə yaranmış borcun borclu tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ödənişlər aparılmaqla ödənildiyi, sonuncu ekspert tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2019-cu il tarixədək qalıq borca illik 5% dərəcəsi ilə faiz hesabladığı və bütün bu borc məbləği çıxıldıqdan sonra borclu tərəfindən 814,23 ABŞ dolları artıq ödəniş edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin kredit müqaviləsi üzrə qanunla müəyyən edilmiş qaydada hesablanmış əsas və faiz borcu müəyyən edilmədiyindən ilkin iddianın təmin edilməsi üçün əsaslar mövcud olmamış, həmçinin borclu öz öhdəliyini icra etmiş olduğundan öhdəliyə xitam verildiyindən, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi də qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətin in dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1392/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi m übahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5282/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5282/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver