Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5286/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızından və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Aminə Cəfərlinin, İddiaçı və vəkili Məmmədəliyeva Sevinc Etibar qızının, cavabdehin vəkili və nümayəndəsi Bayramov Cabbar Bayram oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(103)-2484/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(005)5346/2018 saylı qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı ca vabdeh 8 saylı Şəhər Poliklinikasının baş həkimi Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(103)-2484/2019 saylı qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova, V.Həsənov və N.Cəfərov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(005)5346/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(103)-2484/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi, pozulmuş əmək şəraitinin normallaşdırılması, cavabdehin hərəkət və ya hərəkətsizliyindən ona dəymiş maddi və mənəvi ziyanın qarşısının alınması məqsədilə cavabdehdən 10000 manat təzminat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İ dərəcəli gözdən əlildir. Uzun illərdir Nərimanov rayon ərazisində yerləşən 8 saylı Şəhər Poliklinikasında masajçı olaraq işləyir. Son zamanlar baş həkim Cavabdeh Mövlud qızı onu işlədiyi müəssisədən kənarlaşdırmaq üçün müxtəlif bəhanələrlə ona qarşı çıxaraq öz səlahiyyət həddini aşmaqla onu məcbur edir ki, öz xahişi ilə işdən azad etdirsin. Bunlara göz yummadığını görərək vaxtaşırı onu təhqir edərək küç ə söyüşləri ilə işdə işçilər yanında şərəf və ləyaqətini alçaltmağa çalışır və vəzifəsindən istifadə edərək ona qarşı müxtəlif təzyiqlərə əl atır. Belə ki, qanuni olaraq ondan tələb etdiyi əmək məzuniyyətinin müddətini bilərəkdən dəyişməklə iş potensialına mane olur. Son olaraq 24.11.2017-ci il tarixdə qanuni olaraq xəstəxanaya göndəriş üçün müraciətinə rədd cavabı verərək ona qarşı mövqeyini sərt şəkildə bildirərək onu öz müəssisəsində görmək istəmədiyini bildirmişdir. İş saatı bitdikdən sonra iddiaçı təkrarən müraciət etdiyində işdən çıxmağı üçün ona təzyiq göstərmiş, onu kolleqaları yanında aşağılayaraq söymüş və təhqir etmişdir. Hər-iki tərəfin gərginliyi səbəbilə polis orqanları işə müdaxilə etmişdir. x1xanım onun işdən sonra təzyiqinin qalxdığı üçün azacıq içdiyini hiss etmiş və və ziyyətdən istifadə edərək içkili olduğu üçün ona polis orqanlarına test etdirmək üçün müraciət etmişdir. Nəticədə ona polisdə az içkili rəyi verilmişdir. O bu vəziyyətdən sonra özünü çox piss hiss etdiyi üçün evində istirahət etməli olmuşdur. Lakin 26.11.2017-ci il tarixdə vəziyyətinin daha da ağırlaşdığını hiss edərək dərhal təcili yardıma müraciət etməli olmuşdur. Onu dərhal 5 saylı şəhər Xəstəxanasına yerləşdirərək 27.11.2017-ci il tarixdə ona "post infarkt kardioskletor hipertoniya" diaqnozu qoyularaq ambulator müalicəyə ehtiyac olmadan dinc ev şəraitində müalicə kursu yazılmışdır. Bu vəziyyətdən sonra ona şəkərli diabet xəstəliyi diaqnozu qoyulmuşdur. Bu qədər stress və əsəbə dözmədiyi üçün indiyə qədər müxtəlif xəstəliklərindən əziyyət çəkir və saysız-hesabsız müalicə xərcləri ödəyir. Lakin iş yerində son dərəcə diqqətli və punktual davranır ki, yenə də rəhbərliyin ona qarşı əsassız davranışından əziyyət çəkməsin. Lakin cavabdehin ona qarşı təzyiqləri hələ də davam etməkdə idi. 20.12.2017-ci ildə cavabdeh yenə də ona qarşı kinini sərgiləyərək olub bitmiş bir münasibəti həmkarlar komitəsinə müraciət etməklə əvvəlcədən fikirləşdiyi plan üzrə hərəkət eləməyə çalışmışdır. Belə ki, polis orqanlarında içkili olduğunu əks etdirən rəyi əsas tutaraq guya iş saatında onun içkili olmağı səbəbilə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən işdən çıxarılmağı üçün özünün yığdığı komanda altında həmkarlar komitəsinə müraciət etmişdir. İddiaçı həmkarlar komitəsinin rəyini öyrənmək istədiyində ona rəy gələndə bilərsən deyilmiş və ona qarşı yenə də kobud rəftar edərək işçilər arasında aşağılamış onu təhqir etmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən vəzifə səlahiyyətlərini yenə də aşaraq onun şəxsiyyətinə zərbə vurmuşdur. 06.01.2018-ci il tarixdə x1xanım ona növbəti zərbəsini endirərək ona qarşı özü yaratdığı həmkarlar komitəsinin qərəzli qərarına əsasən şiddətli töhmət və son xəbərdarlıq barədə əmr elan edildi. Lakin x1xanım yenə də öz çirkin məqsədlərindən geri çəkilmir. Ona aid olan masaj otağından qəsdən qərəzli olaraq pasientlərin qəbulu üçün nəzərdə tutulan masaj masasını götürür. Bununla da cavabdehin bilərəkdən onun əmək şəraitinə xələl gətirməsi onun ona qarşı öz çirkin niyyətini həyata keçirərək onun işdən öz xahişi ilə getməyinə şərait yaratmasından xəbər verir ki, bununla da o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsinin 1 və 2 bəndlərinin tələblərini kobud şəkildə pozaraq işçinin normal əmək şəraiti ilə təmin edilməsinə qarşı çıxır. Digər tərəfdən cavabdeh ona heç bir xəbərdarlıq edilmədən iş şəraitini pozaraq əmək qabiliyyətinin aşağı salınmasına və pasientlərinin azalmasına yol açmışdır. Bu da cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.2-ci maddəsinin tələbini pozduğunu göstərir. Lakin cavabdehin ona qarşı qərəzi bununla da kifayətlənmir. O, İ dərəcəli gözdən əlil olduğuna görə səhhəti ilə bağlı ikinci iş yeri kimi əsas məzuniyyətinin yarısını tələb edərək məzuniyyət hüququndan istifadə etmək niyyəti ilə cavabdehə müraciət etdiyində 02.07.2018-ci il tarixdə yenə də onun iddiaçıya qarşı qərəzinin şahidi olmuşdur. Belə ki, əsas iş yerindən tam müddət olaraq aldığı məzuniyyətə ikinci iş yeri kimi məzuniyyətin yarısı yəni 21 gün məzuniyyət tələbini rədd edərək ona 42 məzuniyyət verən cavabdeh bununla bilərəkdən onun mütəmadi (balanslı) müalicə almağı üçün gələcəkdə məzuniyyətin yarısını tələb etmək hüququndan məhrum etmişdir. Bu da yenə də cavabdehin (işəgötürənin) öz səlahiyyət həddini aşaraq işçinin hüquqlarını tapdamaq, işçiyə qarşı əsassız və qərəzli mövqe sərgiləmək kimi niyyətini bəlli edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 f evral 2019-cu il tarixli, 2(103)-2484/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili Məmmədəliyeva Sevinc Etibar qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili və nümayəndəsi Bayramov Cabbar Bayram oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını, t ərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin 24.11.2017-ci il tarixli 1/4341 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, müayinəsi aparılan İddiaçı alkoqol sərxoşluğunun yüngül dərəcəsi müəyyən olunmuşdur. İşdə olan 24.11.2017-ci il tarixli aktdan görünür ki, FTB şöbəsinin işçisi masaj tibb qardaşı İddiaçı 24.11.2017-ci il tarixində saat 14.50-də sərxoş vəziyyətdə işə gələrkən, baş həkimin otağına daxil olaraq, təhqiredici sözlərlə, küçə söyüşləri ilə xəstəxanaya göndəriş tələb etmişdir. Ona şərxoş vəziyyətdə, əsassız ol araq xəstəxanaya göndəriş verilməməsini bildirəndə, qapını möhkəm çırpıb poliklinikanin 2-ci mərtəbəsinin dəhlizində xəstələri, tibb işçilərini narahat edərək hay-küy salmış, söyüş söyməyə davam etmişdir. Sonradan yenidən baş həkimin otağına qayıdaraq, özünü divana yıxaraq, göndəriş verilmədiyi halda kabinetdən çıxmayacağı ilə hədələmişdir. İddiaçı sakitləşmədiyinə görə saat 17:07-də polis çağırmışlar. Polisi çağırdıqdan sonra, baş həkimin kabinetindən çıxıb, söyə-söyə öz kabinetinə getmişdir. Daha sonra polis gəldikdən sonra polisi təhqir etməyə başlamış, onu ancaq 18.00-da çətinliklə polis bölməsinə aparmışlar. Bu cür nalayiq hərəkətləri ilə, əmək vəzifəsini kəbud şəkildə pozaraq sərxoş halda 3 saat ərzində poliklinikanın iş rejimini pozmuşdur. İşdə olan 15.09.2017-ci il tarixli aktdan g örünür ki, Bəşirova Çimnaz 2017-ci ilin avqust ayında baş həkim məzuniyyətdə olduğu müddətdə onu əvəz edən həkim-onkoloq Nağıyeva Dürdanəyə poliklinikanın masaj tibb qardaşı İddiaçı şikayət ilə müraciət etmişdir. Belə ki, İddiaçı onun yanında qanunsuz masaj təlimi alan Ç.Bəşirovaya zəng vuraraq nalayiq sözlər söyləyərək, xanıma əxlaqsız təkliflər etmişdir. Araşdırma zaman məlum olmuşdur ki Ç.Bəşirova Mərdəkan sanatoriyasında masajist işləyir və İddiaçı kabinetində iş vaxti qanunsuz, şöbə müdirinin xəbəri olmadan masaj təlimat keçirirdi. Sonradan baş həkim işə çıxdıqdan sonra Ç.Bəşirova və onun bacısı eyni şikayət ilə baş həkimə müraciət etmişdir. İddiaçı bununla bağlı rəhbərlik irad tutduqda “o mənim şəxsi işimdir, nə istəyirəm onu eliyirəm”-demişdir. Bu cür hərəkətləri ilə xəstələrin aras ında poliklinikanın nüfuzunu aşağı salır. İşdə olan 16.12.2017-ci il tarixli 739 nömrəli məktubdan görünür ki, FTB şöbəsinin işçisi masaj tibb qardaşı İddiaçı 24.11.2017-ci il tarixində saat 14.50-də sərxoş vəziyyətdə işə gələrkən, baş həkimin otağına daxil olaraq, təhqiredici sözlərlə, küçə söyüşləri ilə xəstəxanaya göndəriş tələb etmişdir. Ona şərxoş vəziyyətdə, əsassız olaraq xəstəxanaya göndəriş verilməməsini bildirəndə, qapını möhkəm çırpıb poliklinikanin 2-ci mərtəbəsinin dəhlizində xəstələri, tibb işçilərini narahat edərək hay-küy salmış, söyüş söyməyə davam etmişdir. Sonradan yenidən baş həkimin otağına qayıdaraq, özünü divana yıxaraq, göndəriş verilmədiyi halda kabinetdən çıxmayacağı ilə hədələmişdir. İddiaçı sakitləşmədiyinə görə saat 17:07-də polis çağırmışlar. Polisi çağırdıq dan sonra, baş həkimin kabinetindən çıxıb, söyə-söyə öz kabinetinə getmişdir. Daha sonra polis gəldikdən sonra polisi təhqir etməyə başlamış, onu ancaq 18:00-da çətinliklə polis bölməsinə aparmışlar. Bu cür nalayiq hərəkətləri ilə, əmək vəzifəsini kobud şəkildə pozaraq sərxoş halda 3 saat ərzində poliklinikanin iş rejimini pozmuşdur. İddiaçı 24.11.2017-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçmiş və bu barədə 1/4341 saylı protokol verilmişdir. 16.12.2017-ci il tarixində həmin protokol 18-ci Polis Bölməsi tərəfindən sorğuya əsasən poliklinikaya təqdim olunmuşdur. Məsələ ilə əlaqədar İddiaçı əmək müqaviləsinə xitam verilməsinə Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı nın Komitəsinin Sədri kimi öz rəyini yazılı surətdə bildirmələri xahiş edilmişdir. İşə olan Bakı şəhəri 8 saylı şəhər poliklinikasının Səhiyyə Həmkarlar İttifaqı Komitəsinin 23.12.2017-ci il tarixli 4 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı 24.11.2017-ci il tarixdə sərxoş vəziyyətdə işə gəlməsi onun özünün, Həmkarlar heyətinin üzvlərinin və dəvət olunanların izahatları ilə öz təsdiqini tapdığından ona sonuncu xəbərdarlıqla töhmət (maddə 186, 2b) elan olunması barədə təklif səsə qoyularaq lehinə-7 nəfər, əleyhinə-0, bitərəf olmaqla qərar qəbul edilmişdir. İşdə olan 8 saylı Şəhər Poliklinikasının № 357-K, 23.12.2018-ci il tarixi əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddət li töhmət verilmişdir. İşdə olan 2 saylı region üzrə Dövlət Əmək Müfəttişlinin 13.08.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 8 nömrəli şəhər Poliklinikasında iş şəraitinin pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə etdiyi müraciətə 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən baxılmışdır. Araşdırma dövründə 8 nömrəli şəhər Poliklinikasının 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə təqdim etdiyi 30.07.2018-ci il tarixli 428 saylı məktubda müraciətdə qeyd edilənlərin həqiqətə uyğun olmadığı və şantaj xarakterli olduğu bildirilir. İddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verilməsinə əsas olduğu halda, İ qrup gözdən əlil olmasını nə zərə alaraq rəhbərlik tərəfindən güzəşt edildiyi bildirilir. İşdə olan 8 saylı Şəhər Poliklinikasının № 133-K, 22.06.2018-ci il tarixli əmrindən görünür ki, 8 saylı Şəhər Poliklinikasının masaj üzrə tibb qardaşı İddiaçı İ qrup əlilə növbəti 2017-2018-ci iş ili hesabına 07.07.2018-ci il tarixdən 12.08.2018-ci il tarixədək 42 təqvim günü əmək məzuniyyəti verilməsi əmr edilmişdir. İşdə olan İddiaçı kadr uçot vərəqəsindən görünür ki, 05.04.1994-cü il tarixdən 1 nömrəli Şəhər Poliklinikasında tibb qardaşı vəzifəsində işləyir ştat vahidi-1, xarici əvəzçilik üzrə iş fəaliyyəti üzrə 23.01.2013-cü il tarixdən 8 nömrəli Şəhər Poliklinikasında tibb qardaşı vəzifəsində işləyir, ştat vahidi-0,5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsini təl əb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsi əsasında, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmə ldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1.-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, maddi ziyanın məhz cavabdeh tərəfindən ona yetirilməsinin və ziyanın aradan qaldırmaq üçün çəkdiyi və çəkməli olduğu xərclərinin təsdiq edilməsi zəruridir. Lakin iddiaçı maddi ziyanın cavabdeh tərəfindən ona yetirilməsi, ziyanın aradan qaldırmaq üçün çəkdiyi və çəkməli olduğu xərclərə dair hər hansı dəlilini məhkəmə iclaslarında təqdim etməmiş, məhkəmə araşdırması zamanı da həmi n hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bununla da müəyyən edilir ki, iddiaçı, məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyanın yetirilməsini, eləcə də maddi ziyanın vurulduğu halda həmin ziyanın həcmini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mənəvi zərərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi zərərin yaranması əsası kimi cavabdeh tərəfin onu təhqir etməsi və onun əmək şəraitinin məhdudlaşdırılması nəticəsində keçirdiyi iztirabları göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrü bəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 4-cü bəndinə əsasən, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi n əticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh tərəfindən delikt nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını göst ərə bilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(103)-2484/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5286/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5286/2019
29.08.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver