Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5288/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarılma tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Hüseynov Sahib Mirzəcan oğluna qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-127/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 111 evin üzərində İddiaçı mülkiyyət hüququ 31 may 2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
2. Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən, ümumi sahəsi 22,6 kv.m olan 96 saylı qeyri-yaşayış sahəsi üzərində isə Cavabdeh1 mülkiyyət hüququ 27 may 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
3. Həmin əmlaklar qonşu sahələr olmaqla, bitişik yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 111 mənzildən çıxarıl ması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Qeyd olunan mənzil iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh iddiaçıya məxsus olan mənzili qanunsuz olaraq zəbt etmişdir. İddiaçı cavabdehə dəfələrlə mənzilindən çıxmasını bildirsə də, bunun heç bir nəticəsi olmamışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbi heç bir sübutla əsaslandırılmamışdır. 111 mənzil onun tərəfindən zəbt edilməmişdir. Ona məxsus əmlak Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 96 ünvanında yerləşən qeyriyaşayış sahəsidir və həmin ə mlakın cavabdehə məxsus ünvan 1 ünvanla heç bir əlaqəsi yoxdur. Onlar ayrı-ayrı ünvanlardır.
7. Birinci instansiya məhkəməsi mübahisəli evlərə yerində baxış keçirmiş və müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda Zərəfşan və Fidan adlı şəxslər yaşayır. Onlar 1980-ci ildən orada yaşadıqlarını bildiriblər. Cavabdeh1 həmin ünvanda yaşamır. Cavabdeh1 oğlu və ailəsi isə ünvan 4 ünvanlar bitişik olsa da, bir-biri ilə əlaqəsi yoxdur. Baxış zamanı iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 96 ünvandakı bir otaq ona məxsusdur və Cavabdeh1 tərəfindən zəbt olunmuşdur.
8. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 04 fevral 2019-cu il tarixli 24695 nömrəli ekspert rəyində qeyd olunmuşdu r ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Əlibəy Hüseynzadə küçəsi tərəfdən, Nəsimi rayonu, Rəsul Rza küçəsi 92 saylı yaşayış evinin yerləşdiyi sahəyə isə giriş-çıxış yolunun Rəsul Rza küçəsi tərəfdən olduğu müəyyən edilmişdir. ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasport təqdim edilmədiyindən və eləcə də Rəsul Rza küçəsi 92 saylı yaşayış evi üzrə tərtib olunmuş texniki pasportda göstərilən tikililərin texniki parametrləri 96 saylı qeyri-yaşayış sahəsində yerləşən tikililərə uyğun olmadığından, 92 saylı yaşayış evinin hər hansı otağının 96 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə birləşdirilib-birləşdirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, 92 saylı yaşayış evinin tikililəri baxış zamanı yerində m üəyyən olunmadığından, eləcə də 96 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasport təqdim edilmədiyindən, həmin tikililərin hazırki vəziyyətinin hər birinin ayrı-ayrılıqda texniki pasportuna uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-246/2019 saylı, 02 aprel 2019cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia rədd edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 zəbt etdiyini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddia tələbi iş materialları və işin faktiki halları ilə öz təsdiqini tapmadı. Əksinə, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Əlibəy Hüseynzadə küçəsi tərəfdən, ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi sahəyə isə giriş-çıxış yolunun Rəsul Rza küçəsi tərəfdən olduğu müəyyən edilmiş, Cavabdeh1 tərəfindən İddiaçı məxsus mənzilin zəbt edilməsi təsdiq olunmamışdır. Göründüyü kimi iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 tərəfindən zəbt edilməsi faktı öz təsdiqini tapmır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2019cu il tarixli qətnaməsinın ləğv olunmasını və yeni qətnamə çıxarılmaqla iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırıl mışdır ki, məhkəmə iddianı rədd edərkən yalnız məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad etmiş, həmin rəyi digər sübutlarla birlikdə qiymətləndirməmiş, təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. Ekspert həmin rəyində 92 saylı mənzilin texniki pasportunun işə əlavə olunmadığını göstərsə də, texniki pasport faktiki olaraq iş materiallarında olmuşdur. Bundan əvvəl həmin mənzilin mülkiyyətçisi olmuş X3 iddiası əsasında işə baxmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2010-cu il tarixli qətnaməsi ilə Gözəl Babayevanın iddiası təmin edilmiş, mənzili zəbt etmiş X1 və X4 həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə bu halları nəzərə almamış, qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuşdur.
13. Cavabdeh1 14 may 20 19-cu ildə vəfat etmiş, Hüseynov Sahib Mirzəcan oğlu və Cavabdeh2 onun vərəsələri qismində tanınmışdır. Cavabdeh1 miras qalmış Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən 96 saylı qeyri-yaşayış sahəsi üzərində vərəsələrin ½ hissədə payları müəyyən edilmiş, Sahib Hüseynov miras əmlakdakı payını Cavabdeh2 bağışlamış, həmin qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 07 dekabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-438/2020 nömrəli qətnaməsi ilə (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
15. Ape llyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının şikayətdə istinad etdiyi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadının yalnız kserosurəti işə əlavə edilmiş, əsli yaxud notarial qaydada təsdiq edilmiş surəti təqdim olunmamışdır. Digər tərəfdən, sözügedən məhkəmə aktının əsli təqdim edilmiş olsaydı belə yalnız bu hal ekspert rəyinin mötəbərliyini şübhə altına almağa əsas deyildir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadı icra məmurunun həmin məhkəmənin xx.xx.2010-cu il tarixli qətnaməsinə izah verilməsi barədə təqdimatı əsasında qəbul edilmişdir və mənzilin giriş qapısının başqa ünvandan olubolmaması məsələsi məhkəmə baxışının predmeti olmamışdır. Başqa sözlə desək, icra məmuru təqdimatında mübahisəli mənzilin giri ş qapısının həmin ünvandan deyil, Ə.Hüseynzadə küçəsi 96 saylı ünvandan olduğunu bildirmiş və qətnaməyə izah verilməsini xahiş etmişdir. İşə baxan məhkəmə mənzilin giriş qapısının hansı ünvanda olması ilə bağlı araşdırma aparmamış, mübahisəli mənzilin giriş qapısının başqa ünvanda olmasının icra vərəqəsinin icra edilməsinə mane olmadığı barədə qənaətə gəlmişdir. Lakin qeyd olunan qərardadın hazırkı mübahisə ilə birbaşa əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsi və ekspert mübahisəli evə, həmçinin cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsinə baxış keçirmiş və ekspert əsaslandırılmış rəyini məhkəməyə təqdim etmişdir. İddiaçı ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq tutarlı dəlillərə istinad etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı ka ssasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(102)-438/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(102)-4093/2020 nömrəli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Kassasiya məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, təqd im edilmiş sübutların əldə edilmiş sübutlarla müqayisəli tədqiqatını həyata keçirməmiş, mübahisənin həllinə formal yanaşaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməməsi qənaətinə gəlmişdir. Belə ki, apellyasiya kollegiyası 92 və 96 saylı ünvanların giriş-çıxış qapısının 2010-2011-ci illərdə eyni olması ilə bağlı təqdim edilmiş məhkəmə qərardadına münasibətdə də düzgün mövqe nümayiş etdirməmişdir. Belə ki, həmin qərardadla göstərilən ünvanların qeyd edilən tarixlərdə giriş-çıxış qapısının eyni olması müəyyən edilir. Həmin qərardadla 92 və 96 saylı ünvanın giriş-çıxışının eyni olması müəyyən edildiyi halda, apellyasiya kollegiyası bu halın mövcud olmasının (nəyə görə 2010-2011-ci illərdə ünvanların giriş-çıxış qapısı eyni olmuşdur, sonradan giriş-çıxış qapısı nəy ə görə ayrılmışdır, giriş-çıxış qapısının yerinin dəyişdirilməsi zəbt ilə əlaqədardırmı) səbəblərini də araşdırmamışdır. Bundan əlavə, apellyasiya kollegiyası prosessual pozuntuya yol verərək, işə birinci instansiya məhkəməsində baxılan zaman təyin edilmiş ekspertiza tədqiqatı üzrə müəyyən edilmiş ekspertiza xərcinin birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bölüşdürülməməsinə də münasibət bildirməmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 88, 102, 107, 218.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, “Elsholz Almaniyaya qarş ı” iş üzrə 2000-ci il 13 iyul tarixli, “Blucher Çex Respublikasına qarşı” iş üzrə 2005-ci il 11 yanvar tarixli, “Van de Hurk Hollandiya qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Təkrar apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin еdilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı fərdi yaşayış evi və ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxışları müəyyən edilsin.
2. Hal-hazırda faktiki olaraq Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı evdən hər hansı bir otaq ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə birləşdirilmişdirmi?
3. Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı fərdi yaşayış evi və ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hazırkı vəziyyəti hər birinin ayrı-ayrılıqda texniki pasportuna uyğundurmu?
21. Təkrar məhkəmə tikinti-texniki еkspеrtizаsının 09 mart 2022-ci il tarixli 10/5228 saylı rəyinə əsasən, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun həmin mənzilə dair tərtib olunmuş texniki pasportun situasiya planına və faktiki vəziyyətə əsasən Əlibəy Hüseynzadə küçəsi tərəfdən, Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı yaşayış evinin yerləşdiyi sahəyə isə giriş-çıxış yolunun Rəsul Rza küçəsi tərəfdən olduğu müəyyən edilmiş, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsində (faktiki yaşayış sahəsi olaraq istifadə olunur) mülkiyyətə verilmiş 22,6 kv.m sahədən əlavə sahənin istifadə edildiyi (faktiki 68,9 kv.m) müəyyən olunmuş, lakin Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda situasiya planı olmadığına və sənəd üzrə 92 saylı yaşayış evinin tikililərinin texniki pasport üzrə yerləşməsinin, sahəsinin ölçülərinin faktiki təqdim olunmuş yaşayış evinin texniki parametrlərinə uyğun olmadığına görə, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı evdən hər hansı bir otağın ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə birləşdirilib-birləşdirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayonu, 92 saylı yaşayış evinin tikililəri baxış zamanı yerində müəyyən olunmadığına görə, həmin tikilinin texniki pasporta uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. ünvan 7 qeyri-yaşayış sahəsinə dair texniki pas port ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, faktiki vəziyyətdə 96 saylı qeyri-yaşayış sahəsi yaşayış sahəsi olaraq istifadə olunmaqla, texniki pasportda qeyd olunan 5 nömrəli sanitar qovşaq sökülmüş, eləcə də mülkiyyət sənədi üzrə 22,6 kv.m olan qeyri-yaşayış sahəsi faktiki olaraq 68,9 kv.m-dir.
22. Məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə yerində baxış keçirilmiş və təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunanlar təsdiq olunmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-127/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf mülkiyyətində olan mənzilin cavabdehlər tərəfindən zəbt olunmasını sübuta yetirə bilməmişdir. Ekspertiza tədqiqatı zamanı Bakı şəhəri Nəsimi rayonu, 92 saylı yaşayış evinin tikililəri baxış zamanı yerində müəyyən olunmamışdır. Bundan əvvəl həmin mənzilin mülkiyyətçisi olmuş X3 iddiası əsasında işə baxmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2010-cu il tarixli qətnaməsi ilə Gözəl Babayevanın iddiasının təmin edilərək mənzili zəbt etmiş X1 və X4 həmin mənzildən çıxarılması barədə qüvvədə olan məhkəmə qərarının olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qətnamə hazırkı iş üzrə preyudis ial əhəmiyyət kəsb etmir və hazırkı iş üzrə yeni cavabdehlərin yeni iddiaçıya məxsus eyni mənzili zəbt etmələri barədə birmənalı nəticəyə gəlməyə əsas vermir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassator Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1,152.5,157.2-ci və MPM-nin 217.3, 217.4-cü maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərini n pozulduğunu qeyd etmişdir. Belə ki, iddiaçıya məxsus evin sahəsini cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsinə qatmışdır və nəticədə o, mülkiyyətində olan əmlakdan məhrum edilmişdir. Mübahisənin həlli üçün tərəflərə aid əmlakın yerində müəyyən edilməsi vacibliyi baxımından təkrar əldə edilmiş ekspert rəyinə görə Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı evdən hər hansı bir otağın ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə birləşdirilib-birləşdirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin həmin sahə faktiki yerində onun istifadəsində deyildir. Yenə mülkiyyət hüququ ilə ona məxsus olan əmlakdan istəyinə uyğun istifadə etməsi mümkün deyildir və buna cavabdehin müdaxiləsi səbəb olmuşdur. Məhkəmə iddianı mübahisəni tənzimləyən maddi normaların tələbi baxımından deyil, cavabdehin mövqeyi üzrə həll etmişdir. Ona görə də qətnamə maddi hüquq normaları baxımından qanuni və əsaslı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh2 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-127/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
24. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstər ir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, baxılan iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
36. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri əsasında işin hallarını müəyyən etmək üçün iş üzrə əlavə ekspertiza təyin etmiş, işin həqiqi hallarını müəyyən etmək üçün ekspertin qarşısında müfəssəl suallar qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli obyektlərə yerində baxış keçirməsinin nəticələrini, iş üzrə verilmiş ek spert rəylərini və təqdim olunmuş digər sübutları qarşılıqlı təhlil edib qiymətləndirməklə nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır.
38. Məhkəmə kollegiyası həmin nəticə ilə və apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır.
39. Məhkəmə kollegiyası xatırladır ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
40. Kassasiya şikayətində sadalanan hallar işin faktik halları, həmin faktların araş dırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(103)-127/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.