Məhkəmə qərarları › İş №2(102)-529/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-529/2023

15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-529/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nikahın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1304/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Rzayev Dadaş Zəbi oğlu ilə X3 arasında nikah Cavabdeh2ndə 29 yanvar 2009-cu il tarixdə bağlanmaqla, 31 nömrə ilə qeydə alınmış, 31 mart 1990-cı il tarixdə pozularaq Sumqayıt şəhər Qeydiyyat şöbəsində 189 nömrə ilə qeydiyyat aparılmışdır.

2. Şəriət nikahının tərcümə olunmuş surətindən görünür ki, Dadaş Zəbi oğlu ilə cavabdeh Şölə Şükür qızı 30 sentyabr 2009-cu il tarixdə şəriət nikahına daxil olmuşlar.

3. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən Rzayev Dadaş Zəbi oğlu 01 avqust 2012-ci ildə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh2nə qarşı - Rzayev Dadaş Zəbi oğlu ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli, AZ -İ 442280 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə, Cavabdeh1 hərəkətlərində cinayətin əlamətlərinin olması ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərardad çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X2 1994-cü ildə rəhmətə getmişdir. Ondan sonra atası Rzayev Dadaş Zəbi oğlu tək yaşamışdır. Yaşlı olması ilə əlaqədar olaraq atasına qulluq edilməsi üçün 2005-ci il tarixdə Cavabdeh1 dayısının vasitəsi ilə evə gətirmişlər. Daha sonra atası və Cavabdeh1 atasına məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, bağ evi B-1988-ə getmişlər. Atası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bir bacı, iki qardaş olmuşlar. X1 2008-ci ildə yol qəzasında rəhmətə getmişdir. Yəni atasının vərəsəsi kimi özü, bacısı və qardaşının iki uşağı var. Bacısı və qardaşının uşaqları vərəsə payı istəmədikləri üçün xx.xx.2013-cü ildə vərəsəlik şəhadətnaməsi üzrə Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1988 saylı bağ evini mülkiyyətinə keçirmişdir. 2019-cu il tarixdə isə həmin bağ sahəsini satmaq istəyərkən cavabdeh atası ilə nikaha daxil olduqlarını bildirmiş və ondan pay istəmişdir. Ona xx.xx.2009-cu il tarixli, AZ-İ 442280 saylı nikah haqqında şəhadətnamə göstərmişdir. Atası və cavabdeh Sumqayıt şəhərində yaşamışlar. Nikahın bağlanması üçün Sumqayıt Qeydiyyat İdarəsinə müraicət edə biləcəkləri halda nəyə görə Ağsu rayonuna gedərək orada nikahın bağlanması üçün müraciət ediblər. 2008-ci ildə atası Türkiyə Respublikasında ağır əməliyyat keçirmişdir. Uzaq yol gedə bilmirdi. Həmçinin cav abdehlə nikaha girmiş olsaydı onların da xəbəri olardı. Hesab edir ki, atası ümumiyyətlə qeydiyyat idarəsinə getməmiş və qeyd olunan nikah şəhadətnaməsi saxta yolla əldə edilmişdir. Bunun araşdırılması isə səlahiyyətində olmadığı üçün məcbur olaraq məhkəməyə müraciət etmişdir.

6. İddiaçı daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia tələbi üzrə Rzayev Dadaş Zəbi oğlu ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli, AZ-İ 442280 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə, Cavabdeh1 hərəkətlərində cinayətin əlamətlərinin olması ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

7. Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı nikahın etibarsız hesab edilməsinə dair tələbinin rədd olunması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, Dadaş Rzayevin xx.xx.2012-ci il tarixdə ölməsi ilə nikaha xitam verildiyindən, mövcud iddia tələbi əsassızdır. Xitam verilmiş nikahın etibarsız hesab edilməsinin hansı zərurətdən yaranması iddi açı tərəfindən əsaslandırılmamış və Dadaş Rzayevin öldüyü günə qədər qüvvədə olan nikahın etibarsızlığına əsas olan hər hansı mötəbər sübut təqdim edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, iddiaçı məhkəmə iclasında Cavabdeh1 atasına qulluq etmək, paltarlarını yumaq məqsədilə, hər ay ona 300 manat pul verməklə atasına köməkçi kimi gətirməsini qeyd etsə də məhkəmə iclasında mərhum Dadaş Rzayevin Cavabdeh1 ilə uzun müddət ayrıca şəkildə bağ evində birlikdə yaşamaları müəyyən edilmişdir. Halbuki, atasına qulluq edən köməkçi ilə nikah deyil, əmək müqaviləsi bağlanılır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1 və 25.2ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabdeh2nə məxsus 29.01,2009-cu il tarixli AZ-İ442280 saylı nikahın etibarsız hesab edilməsini və Cavabdeh1 hərəkətlərində cinayət əlamətlərinin olması ilə bağlı xüsusi qərardad çıxarı laraq Prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) 2(107)-1304/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12, 13.1, 13.2, 13.3, 13.4, 13.5, 13.6, 13.7, 25.1, 25.2 və 26.1-ci maddəl ərinə və Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının apellyasiya şikayəti əsasında işə yenidən baxan apellyasiya instansiyası məkəməsi iddiaçının məhkəmə prosesində işt irakını təmin etməmiş, həmçinin birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlayaraq işin hərtərəfli, tam, obyektiv tədqiqinə şərait yaratmamışdır. Həm birinci, həm də apellyasiya instansıyası məhkəmələri tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığdan mübahisənin ədalətli həlli üçün zəruri olan sübutların əldə olumması mümkün olmamışıdır.

19. İddiaçı həmçinin vəsatət verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1304/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası MPM-nin 405-ci maddəsi ilə müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 2

0. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi

21. Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

22. Maddə 14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

23. Maddə 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

24. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

25. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:

26. Maddə 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı;

27. Maddə 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad);

28. Maddə 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqti darında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);

29. Maddə 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;

30. Maddə 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad);

31. Maddə 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı;

32. Maddə 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);

33. Maddə 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).

34. Maddə 26.2. Ni kah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apel lyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş mater ialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmələr haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası yoxdur, iddiçının özü tərəfindən də belə bir əsas göstərilməmişdir. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəy yən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1304/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar