Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5291/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı qanuni nümayəndəsi Nümayəndə Cavabdeh1 Mirzəli qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5291/21 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(103)1397/2021 saylı qərardadından üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 sa ylı Ərazi İdarəsinin kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, “Mercedes Benz GL 550” markalı, ** NT *** (hazırda ** XU ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri olan 45.000 manat məbləğin vərəsəlik paya nisbətində, yəni 5.625 manat, bu vəsaitə hesablanmış əldə çıxmış fayda hesab olunan 2.810 manat olmaqla, ümumilikdə 8.435 manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi, ** ET *** dövlət qeydiyyat nişanlı (hazırda ** LU ***), “Porsche Cayenne” markalı nəqliyyat vasitəsinə dair yol polisində bağlanmış 20 noyabr 2015-ci il və 30 noyabr 2015-ci il ta rixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mərhum X1 ilə birgə nikah dövründə əldə edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayon, H.Cavid küçəsi, 13 saylı evin 26 saylı mənzilin miras hissəsinə düşən pay olaraq 1/8 hissəsinə onun mülkiyyət hüququnun tanınması, habelə Əzizbəyov rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsinə icarə və istifadə hüququnun vərəsəlik payına mütənasib olaraq ona keçməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ş.Z.Abdullayev) iddia qismən təmin edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apell yasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən və məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayətləri təmin edilməyib, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 30 aprel 2021-ci il tarixdə üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Ərazi İdarəsi kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxs Azərbaycan Respubl ikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Ərazi İdarəsinin həmin məhkəmənin 17 fevral 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, prosessual normalara görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, yuxarıda sadalanan şəxslər apellyasiya instansiya məhkəməsi tərəfindən tələbləri təmin olunmadığı hallarda, yəni birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayəti tam və ya qismən rədd olunduğu və ya xeyirlərinə çıxarılmış qətnamənin tam və ya qismən ləğv olunduğu hallarda kassasiya şikayət vermək hüququna malikdirlər. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçının və cavabdehin verdikləri apellyasiya şikayətləri əsasında yoxlanılıb və qətnamə dəyişdirilmədən saxlanılıb. Belə olan halda, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi halda, həmin qətnamənin qüvvədə saxlanılması barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququna malik deyil. Ona görə də kassasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 403.1, 416-cı maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya ins tansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh1, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil2 və üçüncü şəxs Samir Hacıyev məh kəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsin in qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, mülki prosessual qanunvericiliyə görə, yuxarıda sadalanan şəxslər apellyasiya instansiya məhkəməsi tərəfindən tələbləri təmin olunmadığı hallarda, yəni birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayəti tam və ya qismən rədd olunduğu və ya xeyirlərinə çıxarılmış qətnamənin tam və ya qismən ləğv olunduğu hallarda kassasiya şikayət vermək hüququna malikdirlər. Həmçinin nəzərə alınmal ıdır ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi iddiaçı və cavabdehin verdikləri apellyasiya şikayətləri əsasında yoxlanılıb və qətnamə dəyişdirilmədən saxlanılıb. Belə olan halda, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verm ədiyi halda, həmin qətnamənin qüvvədə saxlanılması barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququna malik deyil. Ona görə də kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(103)-1397/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5291/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5291/2021
23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver