Məhkəmə qərarları › İş №2(102)-5292/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5292/2021

25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5292/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3848/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 18.12.2019-cu il tarixdə X3 məxsus “X6” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Əliyeva küçəsi, 6 saylı binanın qarşısında yolun sol hissəsində dayanıqlı vəziyyətdə olarkən, həmin avtomobildə arxa sağ oturacaqda əyləşmiş XXX XXXun anası Cavabdeh (bundan sonra – cavabdeh) avtomobilin arxa sağ qapısını açarkən qapı həmin vaxt Z.Əliyeva küçəsindən T.Əliyarbəyov küçəsinə doğru hərəkətdə olan “Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İddiaçı1 (bundan sonra – iddiaçı) sol qoluna dəymiş, sonuncunun sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vuran xəsarət yetirilmişdir. Eyni zamanda, “X6” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının iddiaçının id arə etdiyi “Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi nəticəsində avtomobilə zərər vurulmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10.02.2020-ci il tarixli qərara əsasən, sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində nə sürücü XXX XXXun, nə də iddiaçının təqsiri müəyyən olunmamışdır. X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, habelə cavabdehin əməlində həmin Məcəllənin 127.1-ci maddəsinin tərkibinin əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ayda 195 manatdan 4 aylıq bank krediti nə görə ümumilikdə 780 manat, ayda 600 manat olan 4 aylıq avtomobil kreditinə görə ümumilikdə 2400 manat, ayda 300 manat 4 ay evin tələbatı üçün, ümumilikdə 1200 manat, avtomobilə dəymiş ziyana görə 1280 manat, qolunun sınmasına görə sığorta tərəfindən ödənilməli olan, lakin ödənilməyən 1500 manat, fizioterapiyaya çəkdiyi xərcə görə 250 manat, ümumilikdə 7410 manat vurulmuş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X2 məxsus olan və etibarnamə əsasında idarə etdiyi sedan tipli “Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Hadisə zamanı onun sol qolu dirsək hissədən sınmışdır. Həmin vaxt “Toyota” markalı maşının sürücüsü XXX və onun atası XXX onu travmatologiya institutuna aparmışlar. Onlar onun xəsarət aldığına inanmasalar da, rentgen müayinəsi zamanı qolunun sındığı müəyyən olunmuşdur. Qoluna gips qoyulmuş və həmin gecəni o, xəstəxanada qalmalı olmuşdur. Hadisənin səhərisi gün cavabdehin əri XXX xəstəxanaya gələrək ona 300 manat pul vermiş və şikayətçi olmadığı təqdirdə ona dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. Hadisə zamanı o, polisə məlumat vermişdir. Ancaq sonradan onun halı pisləşdiyi üçün polisdən ona edilən zənglərə cavab verə bilməmişdir. O, cavabdehin oğlu XXXla öz aralarında razılığa gəlmişlər ki, ona və avtomobilə dəymiş bütün ziyan onun tərəfindən qarşılanacaq. Həmin işə Səbail rayon Polis İdarəsində baxılmışdır. O, elə ilk izahatında sağlamlığına və avtomobilinə dəymiş ziyan qarşılanmayacağı təqdirdə şikayətçi olacağını qeyd etmişdir. Bir neçə gün sonra XXX ona 200 manat pul vermiş və bundan belə anasından şikayətçi olmasa bütün xərcləri özü çəkəcəyini bildirmişdir. XXXa anasının gözünü əməliyyat etdirmək üçün bankdan 2000 manat kredit götürdüyünü, lakin qolu qırıldığına və iş qabiliyyətini itirdiyinə görə işləyə bilmədiyini, ona köməklik göstərməsini bildirmiş və XXX ona bütün xərcləri qarşılayacağına söz vermişdir. Sürdüyü “Rover” markalı maşının gələcəkdə onun mülkiyyətinə keçməsi şərti ilə mülkiyyətçi ilə aralarında gəldikləri şifahi razılaşmaya əsasən aylıq 600 manat kredit ödəyir. Avtomobilin təmiri ilə bağlı xərclərin mülkiyyətçiyə aidiyyətı yoxdur. Bundan əlavə, götürdüyü kreditə görə banka ayda 195 manat kredit ödəyir. Avtomobilə rəsmi hesablamalara görə 1280 manat ziyan dəymişdir. Ek spertin rəyinə görə, qolunun sınığı orta ağır qiymətləndirilmişdir. Cavabdehə sığorta şirkəti tərəfindən qiymət cədvəlinə uyğun olaraq 1500 manat pul ödənilməli idi. Bundan əlavə, avtomobilə dəymiş 1280 manat da ona ödənilməli idi. Lakin sığorta şirkətinin yekun rəyinə görə, günahkar sərnişin olduğu üçün sığorta şirkəti heç bir məsuliyyət daşımır. Yəni, sərnişin minmə-düşmə qaydasını pozduğuna görə, sığorta şirkəti ona pul ödəməkdən imtina etmişdir. O, bu barədə XXXa məlumat vermişdir. XXX isə bundan sonra ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Özü ailəlidir, iki aşyaşlı (məktəbli) övladı var. Ailəsinə tək qazanc gətirən odur. Heç bir yerdən əlavə gəliri yoxdur. Qəzadan sonra xəsarətinə görə 4 ay işləyə bilməmişdir, 4 ay müddətində ona dəymiş olan ziyanın və avtomobilinə dəymiş zər ərin ödənilməsini istəyir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, hadisədən sonra cavabdehin oğlu XXX tərəfindən tibbi xərclərlə bağlı ona 1000 manat pul ödənilmişdir. XXX söz vermişdir ki, kredit borclarının ödənilməsinə də köməklik edəcəkdir. Lakin sığorta təşkilatı sığorta ödənişinin edilməsindən imtina etdikdən sonra XXX verdiyi sözə əməl etməmişdir. İddiaçının təqdim etdiyi, "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 05.03.2020-ci il tarixli məktuba əsasən, "xxxx" ASC ilə "xxxx" MMC arasında 25.07.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X6” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sözügədən hadisə “ X6” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən XXX XXXun hər hansı inzibati xətanı törətməsi nəticəsində deyil, həmin avtomobildə olan sərnişinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinin tələbini pozması nəticəsində baş vermişdir. Həmin şəxsin mülki məsuliyyəti "xxxx" ASC ilə bağlanmış sözügedən sığorta müqaviləsi üzrə sığortalanmamışdır. “X6” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının sərnişin tərəfindən açılması avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı istismar olmadığından, zərər avtomobilin istifadəsi nəticəsində vurulmamışdır. Qeyd olunanlara əsasən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. İddiaçının təqdim etdiyi, "xxxx" MMC tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 29 nö mrəli arayışa və ona əlavə edilmiş nöqsan aktına əsasən, X2 məxsus “Rover” minik markalı, **-TU-*** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyan aşağıdakı kimidir: işçilərin zəhmət haqqı 700 manat, ehtiyat hissələri 580 manat, cəmi 1280 manat. İddiaçı tərəfindən təqdim olunmuş, "xxxx" KB ASC ilə iddiaçı arasında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Bank tərəfindən iddiaçıya 12 ay müddətinə, illik 29% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-339/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə “Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaş ına dəymiş ziyana görə 1280 manat məbləğində pulun tutulması qət edilmiş, iddia tələbləri qalan hissədə təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin ehtiyatsız hərəkətlərinə görə iddiaçının sağlamlığına az ağır zərər vurulması qanuni qüvvəyə minmiş qərarla təsdiq olunmuşdur, odur ki, cavabdeh hazırkı tələb üzrə subyektiv cavabdehlik daşıyan şəxsdir və iddia düzgün olaraq ona qarşı qaldırılmışdır. Məhkəmə iddiaçının idarə etdiyi avtomaşına dəymiş 1280 manat ziyan tələbinə münasibətdə qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş arayışa əsasən, avtomaşına 1280 manat maddi ziyan dəydiyi təsdiq olunduğundan, həmin hissədə iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məh kəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096, 1097, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmiş və MPMin 88, 89, 97, 389-cu maddələrinə istinadən qeyd etmişdir ki, iddianın təmin edilən hissəsi ilə razı deyil. Məhkəmə iddianı qismən təmin edərkən, avtomobilə dəymiş zərərin düzgün hesablanmamasına qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddiaçıya 500 manat pu l verildiyini, 500 manat da əlavə təklif edildiyini, məhkəmə tərəfindən 1280 manat məbləğində pul tutulduğunu, iddiaçıya dəymiş zərər üzrə 280 manat məbləğində borcun qaldığını, lakin iddiaçının məbləğlə razılaşmadığını bildirmiş, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, təklif edilən vəsait üzrə qarşı tərəflə barışığa razı olmadığını bildirmiş və şikayətin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3848/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Şirinov və İ.Şirinov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin ziddiyyətli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi (ekspertizanın təyin edilməsi) üçün əsas deyildir. Cavabdeh mülki məsuliyyətini qəbul etmişdir və bunun sübutu cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlərin edilməsidir. İş üzrə cavabdehin məsuliyyətini aradan qaldıran hallar müəyyən olunmamışdır. Cavabdeh mülki məsuliyyətdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıların ın izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Kassasiya şikayətinin əsası kimi, MPM-in 88, 89.1, 97.1-ci maddələrinə istinadla olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstə rmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (ə ldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayət inin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3848/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar