Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5294/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin cavabdehlər Əliyev Hamlet Şahverdi oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 Fuad qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5294/20 (Açar sözlər: kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin qiyməti) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçı LPO “xxxx” KB QSC-nin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2975/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən LPO “xxxx” KB QSC-nin və Cavabdeh1 kassasiya şikayətlərinə 23 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının «Nəsimi» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-cı il tarixli, 1xx/xx/116277/15 saylı müqaviləyə əsasən sonuncuya illik 22 faizlə 36 (otuz altı) ay müddətinə 50000 (əlli min) A BŞ dolları məbləğində kredit verilmişdir
2. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 3/8, mənzil 67 Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 47996,08 ABŞ dolları əsas, 4049,14 ABŞ dolları faiz, 363,80 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 52409,02 ABŞ dolları borcun, 30 (otuz) manat məhkəmə üçün və 31 (otuz bir) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 100500 manat müəyyən edilməklə, Cavabdeh1 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 3/8, mənzil 67-yə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmış dır ki, cavabdeh Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Halbuki kredit müqaviləsinin 5.4.5-ci bəndinə görə ödənişləri tam və vaxtında ödəmək borcalanın vəzifəsidir.
6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 269.1, 269.7, 317.1, 319.1, 385.1, 425.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.
7. Cavabdeh1 vəkili və nümayəndəsi iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. 9. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli №250/M saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan mənzil 120000 manat məbləğində qiymətləndirilmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli №3528 saylı rəyinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə borcalanın Banka olan cəmi borcu 77.857,14 ABŞ dolları məbləğində müəyyən olunur ki, həmin məbləğin 47.996,08 ABŞ dolları əsas borc, 29.861,06 ABŞ dolları isə faiz borcudur.
11. İddiaçı tələbinin həcmimi artırmış, əlavə olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 1327,33 ABŞ dolları faiz məbləğinin də (illik 5 faiz dərəcəsi ilə) tutulmasını xahiş etmişdir.
12. İddiaçı borcun məbləği barədə maliyyə arayışı təqdim etmişdir. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixə Banka olan əsas borcu 47.996,08 ABŞ dolları, faiz borcu 4.049,14 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 1.327,33 ABŞ dolları, cərimə borcu isə 363,80 ABŞ dolları, cəmi borc isə 53.736,35 ABŞ dolları təşkil edir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-593/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 47996,08 (qırx yeddi min doqquz yüz doxsan altı dollar, səkkiz sent) ABŞ dolları əsas, 4049,14 (dörd min qırx doqquz dollar, on dörd sent) ABŞ dolları faiz borcu, 363,80 (üç yüz altmış üç dollar, səksən sent) ABŞ dolları cərimə və 1327,33 (min üç yüz iyirmi yeddi dollar, otuz üç sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği (illik 5 faiz dərəcəsi ilə) olmaqla, cəmi 53.736,35 (əlli üç min yeddi yüz otuz altı dol lar, otuz beş sent) ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 3/8, mənzil 67-yə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 120.000 (yüz iyirmi min) manat müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-yə olan borcu tam ödə nildikdən sonra vəsaitin qalan hissəsininCavabdeh2 qaytarılması, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh1 və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 3/8, mənzil 67 nömrəli mənzildən çıxmadıqları təqdirdə, onların məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 61 (altmış bir) manat pulun Cavabdeh1 iddiaçı lə ğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, əmlakın qiymətləndirilməsi üçün 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqının Cavabdeh1 tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. (hakim Rəşad Cavadzadə)
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, borclu Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müddəti başa çatmış kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcu nu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
16. Birinci instansiya məhkəməsi ipoteka predmetinin qiyməti ilə bağlı qeyd etmişdir ki, iddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin 100.500 manat məbləğində müəyyən edilməsini tələb etsə də, ipoteka predmetinin ilkin satış qiyməti kimi qiymətləndirmə rəyində göstərilən qiymət, yəni 120000 (bir yüz iyirmi) manat ilkin satış qiyməti kimi müəyyən edilməlidir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 269.1,269.4, 319.1, 385.1, 386.1, 442, 443.1, 443.2, 445.1, 445.2, 448.1., 448,2, 449, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3.3, 59.3.1 və 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB apelyasiya şikayəti verib, qətnamənin qismən – ipoteka predmetinin qiyməti hissəsində ləğv edilməsi, Bankın iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini əmlakın real bazar qiymətindən yuxarı müəyyən etməklə əsassız nəticəyə gəlmişdir. Həmin mənzilin bugünkü bazar dəyəri 120.000 manat məbləğindən xeyli aşağıdır. İş üzrə obyektiv və əda lətli nəticəyə gəlmək üçün mənzil təkrar qiymətləndirilməlidir.
20. Həmçinin Cavabdeh1 da (borclu) apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, ipoteka predmetinin qiymətinin 150000 manat müəyyən edilməsi, habelə mənzildə yaşayan şəxslərin mənzildən məcburi qaydada çıxarılması hissəsində iddianını rədd edilməsini xahiş etmişdir.
21. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, etdiyi ödənişlərin çox hissəsi faiz borcunun silinməsinə yönəldilmiş, bununla da əsas borc şişirdilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin mənzilin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Belə ki, “İpoteka müqaviləsi” bağlanan zaman mənzilin qiyməti 100500 manat olduğu halda, 4 il sonra 120000 manat olması inandırıcı deyildir. Çünki, daşınmaz əmlakın ortalama ill ik satış qiyməti 10 faizdir ki, belə olan halda da mənzilin ilkin satış qiyməti 150000 manat civarında olmalıdır.
22. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehlərin mənzildən çıxarılmaları barədə də iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mənzil açıq hərracdan satıldığı halda, cavabdehlərin mənzildən çıxarılmaları barədə tələb yalnız mənzilin yeni mülkiyyətçisi tərəfindən irəli sürülə bilər.
23. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2975/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Elşad Şamayev)
24. Apelyasiya instansiyası məhkəməsi iddiaçının və cavabdehin ipoteka predmetinin qiyməti ilə bağ lı dəlillərini qəbul etməmiş və qeyd etmişdir ki, ipoteka predmetinin qiyməti qiymətlədiricinin rəyinə əsasən müəyyən edilib. Tərəflər ipoteka predmetinin qiyməti ilə bağlı qiymətləndiricinin rəyini şübhə altına alan hər hansı sübut təqdim etməyiblər.
25. İpotekanın qiyməti barədə bankın dəlili ilə bağlı apelyasiya məhkəməsi əlavə olaraq onu da qeyd etmişdir ki, qiymətləndiricinin rəyi daxil olduqdan sonra bankın nümayəndəsi iki dəfə birinci instansiya məhkəməsinin baxışında iştirak etmiş, təkrar qiymətləndirmə barədə vəsatət verməmişdir.
26. Həmçinin apelyasiya məhkəməsi cavabdehin ipoteka predmeti olan mənzil satıldıqdan sonra mənzildə yaşayan şəxslərin məcburi qaydada çıxarılmasının qanunsuz olması barədə dəlilini də əsassız saymış və bunu “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əs asən qanuni olmasını qeyd etmişdir.
27. Apelyasiya məhkəməsi hər iki apelyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni, əsaslı və işin hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən qiymətləndirmə hissəsində ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dəyəri həqiqi bazar dəyərindən yuxarı şəkildə qiymətləndirilmişdir. 30.Cavabdeh1 da (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin qiymətləndirmə hissəsində ilkin qiymətinin 150000 manat olması, habelə evdə yaşayan şəxslərin məcburi şəkildə çıxarılması hissəsində ləğv edilməsini və bu hissədə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4 il əvvəl mənzilin qiyməti 105000 manat olduğu halda, 4 il sonra 120000 manat olması inandırıcı deyildir. Daşınmaz əmlakın ortalama illik artım qiyməti 10 faizdir ki, bunu da hesabladıqda, mənzilin ilkin satış qiyməti 150000 manat civarında olmalıdır. Buna görə də rəy əsassızdır.
32. Bankın mülkiyyətçiyə məxsus əmlak barəsində orada yaşayan şəxslərin çıxarılması barədə iddia qaldırması qeyri-mümkündür. Belə ki, mənzildə yaşayan şəxslərin çıxar ılması barədə iddia yalnız ipoteka predmeti açıq hərracda kim tərəfindən alınırsa, həmin şəxs tərəfindən qaldırıla bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətlərinə tərəflərin yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO “xxxx” KB QSC-nin nümayəndəsi və vəkili Vəkil1 təmsil etdiyi bankın kassasiya şikayətini müdafiə, digər tərəfin kassasiya şikayətini qəbul etməyərək, bankın şikayətinin təmin,, cavabdehin kassasiya şikayətinin rədd ediməsini xahiş etdi.
35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məc əllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipo tekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında i cra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 4 49.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olara q pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüquq un tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətlərində iddiaçı və və cavabdeh apelyasiya məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmetinin qiymətləndirilməsi və ipoteka predmetindən cavabdehlərin məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsini xahiş etmişlər. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini də yalnız mübahisələndirilən həmin hissələr təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
40. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
41. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
40. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, qiymətləndiricinin rəyinə əsasən ipoteka predmeti olan mənzilin qiymət 120000 manatdır.
41. Apelyasiya məhkəməsi nə iddiaçı, nə də cavabdehin ipoteka predmetinin müvafiq olaraq daha aşağı və daha yuxarı olması, qiymətləndiricinin rəyinin şübhə altına alınmasına əsas verən heç bir sübut təqdim etməməsinə isitnad etmişdir.
42. Məhkəmə kollegiyası apelyasiya məhkməsinin qeyd edilən dəlillə bağlı dəyərləndirməsini əsaslı sayır.
43. Məhkəmə kollegiyası da həmin dəlillə bağlı vurğulayır ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rə yləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə tərəflər kassasiya şikayətlərində qiymətləndiricinin rəyi il razı olmamalarını bildirsələr də, bunu əsaslandırımamışlar.
45. Üstəlik, apelyasiya məhkəməsinin qeyd etdiyi kimi bankın nümayəndəsi rəy alındıqdan sonra birinci instansiya məhkəməsində iki iclasda iştirak etmiş, rəyə etiraz bildiməmiş, təkrar və ya əlavə ekspertiza təyin edilməsi barədə vəsasət verməmişdir.
46. Cavabdehin ipoteka predmeti olan mənzildən orada yaşayanların məcburi qaydada çıxarılmasının qanunsuz olması barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən saxlamaqla apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
47. Qətnamədən görünür ki, həmin hissədə apelyasiya məhkəməsi cavabdehin apelyasiya şikayətini təmin etməyərkən “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə istinad etmişdir. 48. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə də ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipotek a qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
49. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi ipoteka predmetinə tutma yönəldikdə ipoteka qoyanının və onunla birlikdə yaşayan ailə üzvlərinin əmla kı boşatlmaq vəzifəsini müəyyən etmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO QSC “xxxx” KB və Cavabdeh1 kassasiya şikayətlərii təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2975/2020 nömrəli,xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.