Məhkəmə qərarları › İş №2(102)-5295/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5295/2020

22.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5295/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4220/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Vəkil2 kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(077)-976/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iləİddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddiası qismən təmin edilərək, “xxxxxxxxxxxxxxxxxxxxxxx” X3 tərəfindən İddiaçı alınmış mənzil üçün 36780 manat, daşınmaz əmlakın qa nunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 7356 manat, əldən çıxma faydaya görə 3864 manat, ümumilikdə 48000 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxxxxxxxxxxxxxxxxxxxxx” X1 alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” X3 tərəfindən xx xxxxxx 2020ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-976/2019 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti müddət keçdiyi və müddətin bərpası barədə ərizə verilmədiyi üçün geri qaytarılmışdır.(hakim Babək Qasımov) Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” X2 qərardaddan verdiyi şikayət Bakı şəhəri Nizami rayo n məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyəyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4220/2020 saylı, xx xxxx 2020-ci iltarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)976/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səmədov,İkram Şirinov) Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” X3 (nümayəndəsi Vəkil2) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə görə apellyasiya məhkəməl ərinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata vitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının dairəsini dəqiq müəyyən etmiş və bundan hər hansı istisnanı, o cümlədən apelyasiya şikayətinin qaytarılması barədə qərardadlardan şikayət verilməsin nəzərdə tutmamışdıdır. Bu baxımdan MPM-in qeyd edilən maddəsinin tələbinə görə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx”nin Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. O da qeyd edilməlidir ki, apelyasiya şikayətinin qaytarılmasından kassasiya şikayəti verilməsinin istisna olunması hüquq və azadlıqların məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqlarla ziddiyyət təşkil etmir. Çünki apelyasiyanın qeyri-mümkün hesab edilməsi, eləcə də kassasiya şikayətinin qaytarılması məsələsini ilkin olaraq apelyasiya instansiyası məhkəməsi həll etdiyi üçün həmin qərardadların düzgünlüyünü kassasiya instansiyası yoxladığı halda, apelyasiya şikayətinin qeri qaytarılması barədə qərardadları da ilkin olaraq birinci instansiya məhkəməsi qaytardığı üçün həmin qərardadlardan verilən şikayətlərə də MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apelyasiya instansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki kassasiya şikayəti, barəsində kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardaddan olduğu üçün qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 402 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4220/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar