Məhkəmə qərarları › İş №2(102)-5299/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5299/2022

29.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5299/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin boşladılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qarşı lıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1170/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzili Cavabdeh (bundan sonracavabdeh) mülkiyyətində olmuş və o, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-XXX reyestr nömrəli müqaviləsi ilə həmin mənzili 60000 manata İddiaçı (bundan sonra-iddiaçı) satmışdır. Müqavilənin şərtinə əsasən iddiaçı 10000 manat vəsaiti ilkin olaraq 29 oktyabr 2019-cu il tarixdə, qalan 50000 manatı isə müqavilə bağlanan gün, yəni 30 oktyabr 20 19cu il tarixdə notariusun depozit hesabına ödəmişdir.

2. Alqı-satqı müqaviləsini cavabdehin əvəzində, onun Bakı şəhəri 11 saylı notariat ofisində verdiyi 29 oktyabr 2019-cu il tarixli XXX reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X4 imzalamışdır.

3. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ 18 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. X1 iddiaçının qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətindəki ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə cavabdehin istifadə hüququ na xitam verilməsi, cavabdeh tərəfindən mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin dəyərini notariusun depozit hesabına ödəmiş və satıcı Cavabdeh müqavilənin şərtinə uyğun olaraq 30 oktyabr 2019cu tarixədək mənzili boşaldaraq alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və mənzili iddiaçıya təhvil verməmişdir.

7. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair Cavabdeh və İddiaçı arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-XXX reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı 15000 ABŞ dolları borcu olmuş, o, borcunu ödəyə bilmədiyinə görə borcun əvəzində mülkiyyətində olan ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 30 oktyabr 2019-cu il tarixli müqavilə ilə İddiaçı satılmasına məcbur edilmişdir. Cavabdeh müqavilədə göstərilən 60.000 manat vəsaiti almamışdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, e-2(004)2042/2020 nömrəli qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilk iddia təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətindəki ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh tərəfindən mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı qarşı “ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair bağlanmış 30 oktyabr 2 019-cu il tarixli 4Ə-XXX reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış, mənzilin razılaşdırılmış dəyəri olan 60.000 manat vəsait tam şəkildə satıcı Cavabdeh ödənilməsi üçün notariusun depozit hesabına ödənilmiş, lakin, Cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş, mənzili boşaldaraq İddiaçı təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

11. Həmçinin məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar möv cud deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı olan 15000 ABŞ dolları borcunun əvəzində, alqı-satqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, notariat işinə əlavə edilmiş qəbzlərlə təsdiq edilir ki, X5 depozit hesabına alıcı İddiaçı 29 oktyabr 2019-cu il tarixli qəbzə əsasən 10000 manat, 30 oktyabr 2019-cu il tarixli qəbzə əsasən 50000 manat olmaqla, cəmi 60000 manat vəsaiti, yəni mənzilin tam dəyərini satıcı Cavabdeh ödəmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 359.1, 394, 399.1, 567, 646.1, 646.2, 648.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslan dırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)-3153/2021 nömrəli qətnaməsi ilə (hakim Fuad Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Xumar Mərdanovadan və Elnur Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, e2(004)-2042/2020 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifad ə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-XXX reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, etibarsız hesab edilməsini tələb edilən 30 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir. Belə ki, qarşılıqlı iddiaçının adından verilmiş etibarnaməyə əsasən X4 ona verilən (ötürülən) səlahiyyətlər çərçivəsində müvafiq müqaviləni bağlamış, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuşdur.

16. Bununla belə, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən ilkin olaraq ödənilmiş 10000 manat və sonradan notariusun depozit hesabına yatırılan 50000 manatın mülkiyyətçi Cavabdeh verilməsi iş materialları ilə təsdiq olunmur. Pulun kim tərəfindən götürülməsini aydınlaşdırmaq məqsədi ilə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş, onun məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, ona telefonoqram vasitəsilə sonuncu dəfə məlumat verilərkən məhkəmə iclaslarına gəlməyəcəyini bildirmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi bu halı, həmçinin Cavabdeh nümayəndəsi və vəkilinin izahatını nəzərə alaraq hesab etmişdir ki, alqı-satqı müqaviləsi etibarnamə əsasında bağlansa da, mənzilin əsl mü lkiyyətçisi olan və adından müqavilə imzalanan Cavabdeh heç bir vəsait ödənilməmişdir. Bu isə onu göstərir ki, sözügedən müqavilə təmsilçinin adından Mülki Məcəllənin 359.3 və 778.1-cü maddələrinin tələblərinə zidd olaraq bağlanmışdır.

18. Sadalanan xüsusatlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-XXX reyestr nömrəli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilə qarşılıqlı iddiaçının mübahisəli mənzilinin satılmasına dair iradəsini ifadə etməmişdir. Buna görə də, qarşılıqlı iddia tələbi müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir.

19. Gəldiyi qənaətə uyğun olaraq apellyas iya instansiyası məhkəməsi, ilkin iddia üzrə iddiaçının tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır. Çünki mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin olunması, ilkin iddia tələblərin dispozitiv şərtlərini də istisna edir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 43-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəlləsinin 324.4, 337.1, 359.1, 359.3, 567, 646.1, 646.2, 777.1, 778.1-ci maddələrinə, “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli Konstitusiya Məhkəməsinin qərarına is tinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin cavabdehə ödənildiyinin iş materialları əsasında təsdiq olunmamasına əsaslanmaqla, həmin müqavilənin Mülki Məcəllənin tələblərinin pozulması ilə bağlanması kimi yanlış nəticəyə gəlmişdir. Məhkəmə cavabdehin təmsilçisi tərəfindən Mülki Məcəllənin 359.3 və 778.1-ci maddələrinə istinad etmiş, lakin bu maddələrlə alqı-satqı müqaviləsinin etiba rsız hesab edilməsi arasında hansı əlaqənin olmasını, eyni zamanda təmsilçinin hansı pozuntuya yol verməsini, ehtimal edilən pozuntu ilə alqı-satqı müqaviləsinin etibarsızlığı arasında hansı məntiqli əlaqənin olmasını izah etməmişdir. Məhkəmə cavabdehin təmsilçisinin səlahiyyətlərinin mübahisə mövzusu olmadığını, onun cavabdehin adından çıxış etmək səlahiyyətlərinin olduğunu, eyni zamanda iş materiallarına istinad edərək iddiaçının alıcı kimi öhdəliklərini tam şəkildə yerinə yetirdiyini qeyd etsə də, cavabdehlə təmsilçi arasında ehtimal olunan mübahisəyə əsaslanmaqla, cavabdehin təmsilçisinin məhkəmə iclasında iştirak etməkdən imtina etməsini xüsusi şəkildə (ifadənin altından xətt çəkməklə) vurğulamaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsinə gələrək, iddiaçının vicdan lı alıcı kimi hüquqlarını pozmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2021-ci il tarixli, 2(102)-5048/2021 nömrəli qərarı ilə (hakim Elşad Şamayev sədrliyi və məruzəsi ilə, hakimlər Elşanə Vəliyeva və Aqil Abbasovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün yenidən apellyasiya məhkəməsinə qaytarılmışdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin satıcının iradə ifadəsinə zidd bağlanmasını alıcı tərəfindən ödənilmiş pul vəsaitinin satıcının təmsilçisi tərəfindən satıcıya verilməməsi ilə əlaqələndirmə klə, MPM-in 217.3-cü maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə təmsilçi tərəfindən Mülki Məcəllənin 359.3 və 778.1-ci maddələrinin pozulmasını göstərsə də, bu pozuntuların nədə ifadə olmasını və müqavilənin etibarsızlığına necə səbəb olmasını əsaslandırmamışdır. Təmsilçi olan X4 alıcı İddiaçı qardaşı olsa da, onun məhz özü üçün əqd bağlanması nə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia olunmuş, nə də ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunması qətnamədə göstərilməmişdir. Ona görə məhkəmənin həmin hala istinad edərək əqdi etibarsız hesab etməsi anlaşılan deyil.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 6.1.5, 337.1, 337.2, 337.3, 337.4, 359.1, 359.3, 777.1, 778.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1170/2022 nömrəli qətnaməsi ilə (hakim İkram Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər Rəşad Həsənovdan və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 60.000 manat dəyərini tam şəkildə satıcı Cavabdeh ödənilməsi üçün notariusun depozit hesabına ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş, mənzili hazırkı vaxta kimi boşaldaraq iddiaçıya təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquql arının pozulmasına səbəb olmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya olan 15.000 ABŞ dolları borcunun əvəzində, alqı-satqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin alıcı İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi və mənzilin dəyəri olan pul vəsaitini müqavilədə göstərilən qaydada, yəni 10000 manatı 29 oktyabr 2019-cu il tarixdə, 50000 manatı isə 30 oktyabr 2019-cu il tarixdə satıcıya verilməsi üçün notariusun bankda olan depozit hesabına ödənilməsi iş materiallarında o lan notariat işi ilə təsdiqini tapmışdır.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunda təsbit olunmuş hər hansı hal, o cümlədən də Cavabdeh əqdin bağlanmasına məcburetmə halının olması müəyyən edilmədiyindən, rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 339.4, 567 646.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məc əllənin 359.3, 337-ci və 778.1-ci maddəsinin tələblərini pozaraq, qətnamə qəbul etmişdir. Mülki işin materiallarından görünür ki, XXX dayısı Cavabdeh etibarnamə ilə təmsilçisidir və onun adından mənzilin alqı-satqı müqaviləsi bağlamışdır. Halbuki, MM-nin 359.3-cü maddəsinin tələbinə görə o, belə əqdi bağlaya bilməz. Mülki Məcəllənin 778.1-ci maddəsinin tələbinə görə “Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir”. Halbuki, XXX vəkalət verənin etibarından sui istifadə edərək, mənzilin satışından əldə olunan 60.000 (altmış min) manat pulun heç bir manatını da Cavabdeh ödəməmişdir.

32. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində tərəflər arasında bu münasibətlərin məhz Cavabdeh iddiaçının atasına 15.000 (on beş min) ABŞ dolları borcu olmasından qaynaqlandığı kifayət qədər əsaslandırılmış dəlillərlə sübuta yetirilmişdir. Bu halı sübut etmək üçün bundan əvvəlki apellyasiya məhkəməsi XXXu 3-cü şəxs qismində tanımış, lakin dəfələrlə məhkəməyə çağırılmasına baxmayaraq o, məhkəməyə hörmətsizlik edərək prosesə gəlməmişdir. Apellyasiya məhkəməsi bu hala da düzgün qiymət verməmiş və tələm-tələsik qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən s axlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlan dığı andan etibarsızdır.

38. Maddə 339.4. İradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir.

39. Maddə

567. Alğı-satqı müqaviləsinə əsasən satıcı əçyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəl illər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.

55. Ona görə mənzilin dəyəri olan pulun satıcıya verilməsi məsələsinin ətraflı araşdırılmaması barədə dəlillər keçərli deyil.

56. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi ye ni sübut qəbul etmir.

57. Cavabdehin əsas dəlilləri ondan ibarətdir ki, mənzilin dəyərinin ödənilməsi iş materialları ilə öz təsdiqini tapmamış, müqavilə borc münasibətlərini pərdələmək üçün bağlanmışdır.

58. Məhkəmələr müəyyən etmişlər ki, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-XXX reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata İddiaçı satmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı 10.000 manat vəsaiti ilkin olaraq xx.xx.2019-cu il tarixdə, qalan 50.000 manatı isə müqavilə bağlanan gün, yəni xx.xx.2019-cu il tarixdə notariusun depozit hesabına ödəmişdir. Satıcı Cavabdeh müqavilənin şərtinə əsasən xx.xx.2019-cu tari xədək mənzili boşaldaraq alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini Cavabdeh əvəzində, onun Bakı şəhəri 11 saylı notariat ofisində verdiyi xx.xx.2019-cu il tarixli XXX reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X4 imzalamışdır. Notariat işinə əlavə edilmiş qəbzlərlə təsdiq edilir ki, X5 depozit hesabına alıcı İddiaçı xx.xx.2019-cu il tarixli qəbzə əsasən 10.000 manat, xx.xx.2019-cu il tarixli qəbzə əsasən 50.000 manat olmaqla cəmi 60.000 manat vəsaiti, yəni mənzilin tam dəyərini satıcı Cavabdeh ödənilməsi üçün hesaba keçirmişdir. Həmin tarixli məxaric qəbzlərindən məlum olur ki, qeyd olunan məbləğlər Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İ.Məmmədov tərəfindən götürülmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

59. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya olan 15.000 ABŞ dolları borcunun əvəzində, alqı-satqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

60. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (41-42).

61. Eyni zamanda əqd bağlanarkən təmsilçi kimi alıcının qardaşı olan X2 müqaviləni imzalaması əqdin etibarsızlığı üçün heç bir əsas vermir.

62. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi sübutetmə yükü ilə bağlı vəzifəni tərəflər arasında düzgün bölüşdürmüş və tərəflərin təqdim etdiyi işdə olan sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1170/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar