Məhkəmə qərarları › İş №2(102)-53/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-53/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-53/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-53/22 (Açar sözlər: evdən istifadəyə maneələrə son qoyulması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil2 Əlizaman oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)4348/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 21 “V” saylı evdə yaşamasına və həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.X.Nəbizadə) iddia təmin edilərək, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 21 “V” saylı evdən istifadə etməsinə maneələrin yaradı lmasının cavabdehə qadağan edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 21 “V” saylı ev cavabdehin atası Əli Məmmədovun mülkiyyətindədir və sonuncu uzun illər bundan əvvəl ölüb. İddiaçının 1987-ci ildən 2020-ci ilədək mübahisəli evdə yaşamasını cavabdeh mübahisələndirmir. Cavabdehin etirazının əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə aralarında bağlanmış nikah pozulub və hazırda onun iddiaçı ilə sözügedən evdə birgə yaşaması mümkün deyil. İddiaçı ½ hissədə mülkiyyətində olan evdə də yaşaya bilər. İddiaçının mübahisəli evdən istifadə hüququ əmələ gəlib. Belə olan halda iddiaçının evə olan istifadə hüququna xitam verilməsinə yalnız mülkiyyətçi tərəfində n ona müvafiq kompensasiya ödənilməsi yolu ilə mümkün ola bilər. Evin mülkiyyətçisi Əli Məmmədov öldüyü üçün ilkin olaraq evin mülkiyyətçisi müəyyən edilməlidir. Tərəflər mübahisəli mənzilə münasibətdə eyni statusa malikdirlər və onların biri-birinə qarşı mənzildən istifadə hüququna maneə törətmələri üçün heç bir qanuni əsas mövcud olmayıb. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyas ı məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilib, iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 21 “V” saylı ev cavabdehin atası Əli Məmmədovun mülkiyyətindədir və sonuncu uzun illər bundan əvvəl ölüb. Eyni zamanda, 28 sentyabr 2012-ci il və 28 yanvar 2021-ci il tarixli Çıxarışlardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən, 18 saylı evin 26 saylı mənzili tərəflərin birgə nikahı dövründə, ümumi gəlirləri hesabına əldə edilib və həmin mənzil hər birinin payı ½ hissədə olmaqla mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh adlarına qeydə alınıb. Göründüyü kimi, iddiaçının özünün mülkiyyətində ayrıca yaşayış sahəsi olduğundan və onun mübahisəli evdə cavabdehin mərhum atası Əli Məmmədovla birgə yaşayıb, ümumi təsərrüfat aparması mülki iş materialları ilə təsdiq edilmədiyindən, iddia əsaslı sayılaraq təmin edilə bilməz. Digər tərəfdən, sözügedən maddi hüquq normasının mənasına görə, iddiaçının mübahisəli evdə həqiqətən istifadə hüququ olmuş olsa da belə, onun həmin yaşayış sahəsinə ehtiyacı artıq aradan qalxdığı, yəni mülkiyyətində ayrıca yaşayış sahəsi olduğu və həmin mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə q ətnaməsi olduğu üçün, onun mübahisəli evə olan istifadə hüququna müvafiq kompensasiya ödənilmədən də xitam verilə bilər. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd olunan hallara əhəmiyyət verməyib və iddianı təmin etməklə səhv nəticəyə gəlib. Ona görə də iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarı lması və ya iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan iş ə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş mate riallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mü lki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 21 “V” saylı ev cavabdehin atası Əli Məmmədovun mülkiyyətindədir və sonuncu uzun illər bundan əvvəl ölüb. Eyni zamanda, 28 sentyabr 2 012-ci il və 28 yanvar 2021-ci il tarixli Çıxarışlardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən, 18 saylı evin 26 saylı mənzili tərəflərin birgə nikahı dövründə, ümumi gəlirləri hesabına əldə edilib və həmin mənzil hər birinin payı ½ hissədə olmaqla mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh adlarına qeydə alınıb. Bundan sonra, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı “mənzildən istifadəyə yaradılmış maneələrə son qoyulması və mənzilə köçürülmə” barədə iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı evin 26 saylı mənzilinə köçürülməsi və həmin mənzildə yaşamasına və mənzi ldən istifadə etməsinə Cavabdeh, Əli Məmmədov və Könül Məmmədova tərəfindən yaradılmış maneələrə son qoyulması qət edilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli evdən, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 21 “V” saylı evdən istifadə hüququnun əmələ gəlməsi mülki iş materialları ilə istisna olunur. Əksinə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı evin 26 saylı mənzilinin ½ hissəsinə mülkiyyət hüququ vardır və onun məhz həmin mənzilə köçürülməsi və həmin mənzildə yaşamasına və mənzildən istifadə etməsinə Cavabdeh, Əli Məmmədov və Könül Məmmədova tərəfindən yaradılmış maneələrə son qoyulması qət edilib. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə ə sasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin tələblərini əsas tutub, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının özünün mülkiyyətində ayrıca yaşayış sahəsi olduğundan və onun mübahisəli evdə cavabdehin mərhum atası Əli Məmmədovla birgə yaşayıb, ümumi təsərrüfat aparması mülki iş materialları ilə təsdiq edilmədiyindən, iddia əsaslı sayılaraq təmin edilə bilməz. Digər tərəfdən, sözügedən maddi hüquq normasının mənasına görə, iddiaçının mübahisəli evdə həqiqətən istifadə hüququ olmuş olsa da belə, onun həmin yaşayış sahəsinə ehtiyacı artıq a radan qalxdığı, yəni mülkiyyətində ayrıca yaşayış sahəsi olduğu və həmin mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün, onun mübahisəli evə olan istifadə hüququna müvafiq kompensasiya ödənilmədən də xitam verilə bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini əsassız sayır və belə qənatə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-4348/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar