Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-53/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyinin pozulması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1193/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi: İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, tərəflər arasında xırda buynuzlu heyvanların saxlanılması barədə şifahi formada müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin pozulması ilə bağlı tərəflər qarşılıqlı olaraq bir-birlərindən pul tələb edirlər.
3. Ağstafa RPŞ-nin TB-nin 15 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı xx.xx.2022-ci il tarixdə Ağstafa RPŞ-yə vermiş olduğu Cavabdeh barəsində olan şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 baş qoyun və 90 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 22.650,0 (iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitlərinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyun ayında İddiaçıla Cavabdeh arasında əldə olunmuş şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus 252 baş xırda buynuzlu heyvanları Ceyrançöl qış otlaq sahəsində saxlamaq üçün iddiaçıdan təhvil alaraq, həmin heyvanlara qulluq edəcəyi, heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Bunun müqabilində cavabdehə hər ay 500 manat zəhmət haqqı ödəmək öhdəliyi isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı da həmin öhdəliyi tam icra edərək, cavabdehin haqqını tam ödəmişdir. Eyni zamanda belə razılığa gəlmişlər ki, cavabdeh iddiaçıdan təhvil aldığı heyvanları saxlamaq üçün Ceyrançöl qış otlaq sahəsində icarəyə götürdüyü fermaya görə icarə haqqı olaraq iddiaçıdan 4.000 (dörd min) manat pul almışdır. Həmin heyvanların 190 başı boğaz vəziyyətində olmaqla, onların hər biri yaxın vaxt ərzində bala verməli olmuşdur. Cavabdeh eyni zamanda həmin boğaz olan heyvanların bala verəcəyi quzulara da qulluq edəcəyi, onların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə də öhdəlik götürmüşdür. Təxminən 2022-ci ilin mart ayında iddiaçı cavabdehə verdiy i heyvanlardan 4 baş qoyun və 6 baş quzunu götürüb evə aparmışdır. Bundan əlavə iddiaçının razılığına əsasən cavabdeh həmin heyvanlardan 15 baş quzunu 2.750 (iki min yeddi yüz əlli) manat pula sataraq, həmin pulları zəhmət haqqı əvəzinə götürmüşdür. 2022-ci ilin iyun ayında iddiaçı Ceyrançöl qış otlaq sahəsinə gedərək, heyvanları yoxlayarkən ona məlum olmuşdur ki, cavabdehdə cəmi 232 baş qoyun və 85 baş quzu qalmışdır. Halbuki, cavabdehdə iddiaçıya məxsus 248 baş qoyun və 190 baş quzu qalmalı idi. İddiaçı əskik olan (çatışmayan) 16 baş qoyunun və 90 baş quzunun aqibətini soruşduqda cavabdeh həmin heyvanların tələf olduğunu bildirmişdir. Halbuki, cavabdeh iddiaçıya məxsus bütün heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhd əlik götürmüşdür. Buna baxmayaraq cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Cavabdeh Ağstafa rayon Polis şöbəsində izahat verərkən, iddiaçıya məxsus xırda buynuzlu heyvanların ondan təhvil aldığını etiraf etmişdir. Odur ki, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 4.500 (dörd min beş yüz) manat çoban haqqının və maddi zərərə görə 500 (beş yüz) manat pulun, cəmi 5.000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddiaçı tələbini belə əsaslandırmışdır ki, X4 2021-ci ilin oktyabr ayının 5 də ona zəng edib görüşmək istədiyini bildirmişdir. O da, Qazax şəhərində N.Nərimanov qəsəbəsində dostu Vüqarla birlikdə onunla cayxanada görüşmüşdür. İddiaçı görüş zamanı 250 baş xırda buynuzlu heyvanlarının və 34 baş keçisinin olduğunu bildirib, onu saxlamağa çətinlik çəkdiyini və onları saxlamaqda ona köməklik etməsini ondan xahiş etmişdir. Aralarındakı razılaşmaya əsasən o, heyva nları saxlamaq üçün İddiaçı ona 4000 manat icarə haqqı və hər ay heyvanları otarmaq üçün, çoban haqqı olaraq 500 manat pul ödəməli olmuşdur. Eyni zamanda, verdiyi heyvanların qış ayları üçün otunu, yemini və dərmanını verməyi öz üzərinə götürmüşdür. İddiaçı noyabr ayının axırlarınadək onunla əlaqə saxlamamışdır. İddiaçı noyabr ayının axırlarında fermaya gəlib ona 300 manat pul vermişdir. İddiaçı onunla heç bir əlaqə saxlamamış və telefon zənglərinə heç bir cavab verməmişdir. Dəfələrlə Hafizə heyvanlara yem, dərman alması barədə məlumat vermişdir. Hafiz Heydərovun anası ona 1300 manat pul vermişdir. Bundan sonra İddiaçı 2022-ci ilin yanvar ayının axırlarında fermaya 80 ədəd saman bağı və 12 kisə arpa göndərmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Ceyrançöl qış otlaq sahəsində hava şəra iti kəskin dəyişmiş və mart ayının əvvəllərində güclü qar yağmışdır. Ona görə də o, heyvanları 10 gündən artıq tövlədə saxlamaq məcburiyyətində qalmışdır. Heyvanlara vermək üçün ot və yem olmadığından heyvanlar quzu salmış və quzular ölmüşdür. 2022-ci ilin may ayının əvvəllərində İddiaçı razılığı ilə, İddiaçı məxsus 15 baş quzunu İddiaçı qohumunun iştiraki ilə satıb 2750 manat pul əldə edərək, icarə haqqını ödəmişdir. İddiaçı tərəfindən ona cəmi 4050 manat pul ödənilmişdir. İddiaçı ona cəmi 232 baş qoyun, toğlu, erkək və verdiyi sayda keçi təhvil vermişdir. Həmin heyvanlardan 121 baş quzu təhvil vermişdir. İddiaçı özü fermadan 4 baş qoyun, qoç, xəstə qoyunu və 6 baş faraş quzunu satmaq üçün aparmışdır. İddiaçının quzularının 30 başı ölmüş, 10 baş qoyun quzu salmış, 5 baş qoyun isə qısır qa lmışdır. İddiaçının 16 baş deyil, 14 baş qoyunu xəstəlikdən və acından ölmüş, 4 baş qoyunu özü aparmışdır. 174 doğar qoyundan isə 121 baş quzu iddiaçıya təhvil verilmişdir. 6 baş faraş quzunu isə o, iddiaçı satmağa aparmışdır. O cavabdehdən onun heyvanlarını təhvil alanda heyvanlardan 195 başı doğar olmuşdur. 195 baş doğar qoyundan 160 baş quzu doğulmuşdur. İddiaçı çoban haqqı olan 4500 manat pulu bu günkü günədək ödəməmişdir. Öz heyvanları üçün qış yem tədarükünü göndərməmiş və heyvanlar üçün heç bir dərman almadığından 15 baş qoyun və 40-50 baş quzu ölmüşdür. Odur ki, ilk iddianın rədd qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 15 baş quzunu sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman almışdır. Ağstafa RPŞ- nin TB-də araşdırma aparılan zaman İddiaçı ona zəhmət haqqı hesabına 2.200 manat borcunun olduğunu bildirsə də, hazırda hesab edir ki, həmin borcun məbləği 4000 manatdır.
8. Qazax Rayon Məhkəməsinin (hakim Nemət Musayev) 02 fevral 2023-cü il tarixli, 2(023)-80/2023 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 15 baş qoyun və 65 baş quzudan ibarət xırda buynuzlu heyvanlar və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitlərinin alınaraq İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən qeyd etmişdir ki, Cav abdeh, Hafiz Heydərovdan təhvil aldığı 251 baş xırda buynuzlu heyvanların və bu heyvanlardan boğaz olan qoyunların doğacağı quzuların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürdüyündən, habelə o, həmin heyvanların içərisində boğaz olan qoyunların cəmi 160 baş quzu doğduğunu, bu heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olduğunu, 15 baş quzunu isə sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman aldığını etiraf etdiyindən, 15 baş qoyun və 65 baş quzu (50+15=65) və ya onların dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitləri ondan alınaraq İddiaçı verilməlidir.
10. Məhkəmə, Cavabdeh “pul” tələbinə dair qarşılıqlı iddiasına hüquqi qiymət verərək belə hesab edir ki, Samir Bayr maov qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 442, 443, 752.1, 753.1, 762.1, 772.1, 777.1, 777.2, 778.3, 779.1, 21, 1096.1 və 1097.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1 və 106.1ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, cavabdehlə aralarında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində zərər vurulması ilə bağlı mübahisədir. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin şifahi formada bağlanılmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəzərə alınmış olsa da ilk iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh ondan təhvil aldığı 251 baş xırdabuynuzlu heyvanların içərisində boğaz olan 190 baş qoyunların quzu doğduğunu, həmin heyvanlardan və quzulardan tələf ol duğunu etiraf etdiyindən onlardan məhz 15 baş qoyunun və 65 baş quzunun tələb olmasını sübut etmək vəzifəsi onun üzərinə düşdüyündən və o, bu barədə hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi tam həcmdə təmin olunmalıdır.
14. Cavabdeh da apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə hər bir halda nəzərə almalıdır ki, cavabdehin iddiaçıdan heyvanların otarılması üçün aylıq 500 manat xidmət haqqı müqabilində həm yem tədarükünü, həm də peyvəndl əmə işlərini öz hesabına həyata keçirə bilməz. Aralarındakı razılaşmaya əsasən şifahi bağlanmış xidmət müqaviləsinin əsas şərti ondan ibarət olmuşdur ki, o cavabdehə məxsus heyvanlara qulluq edir, onları otarır, onların qış yem tədarükü, habelə dərman preparatları ilə təminatı iddiaçı tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən üzərinə düşən bu öhdəliklər icra edilməmişdir. Həmçinin heyvanlar ona 2021-ci ilin iyun ayında yox, 2021ci ilin oktyabr ayında təhvil verilmişdir. Onların sayı 250 baş xırdabuynuzlu olmuş və bütün qış boyu onlara tərəfindən qulluq edilmiş otarılmış sayı artırılmış və 2022-ci ilin iyul ayında iddiaçı heyvanları ondan təhvil verdiyi saydan artıq sayda geri qəbul etmişdir. Onun 9 aylıq fəaliyyəti nəticəsində iddiaçı artıq sayda heyvan əldə etməklə fayda əldə etmişd ir. Onun zəhmət haqqı verilməmişdir, ona görə də qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək pulunu tələb etmişdir. İlk iddiaçı bildirmişdir ki, 16 baş qoyun və 90 baş quzunun aqibəti bəlli deyildir. İddiaçının qeyd etdiyi boğaz heyvanların və onlardan doğulan quzuların say tərkibi haqqında iddiaçının tələbi iş materiallarında heç nə ilə təsdiq olunmur. Onun öz vəzifəsini icra etdiyi 9 ay müddətində heyvanlardan 150 başa yaxın quzu doğulmuş, onlardan təqribən 30 başı xəstəlikdən, həmçinin 14 baş qoyun xəstəlikdən və acından zəifləyərək ölmüş həmçinin 5 baş qoyun qısır qalmış, 10 baş qoyun-quzu satılmışdır. Məhkəmə heyvanların real bazar qiyməti ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Birinci instansiya məhkəməsi vacib halları diqqətəlayiq araşdırmamış və qətnaməni doğru ə saslandırmamış, sonda yanlış hüquqi nəticəyə gəlmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Ə.Mehtiyevsədrlik edən və məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) 2(104)-1193/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanılmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat v ə tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll etmişdir.
18. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin dəlillər formal xarakter daşıyır və inandırıcı deyildir. Baxılan işdə bu barədə heç bir sübut yoxdur, həmçinin iddiaçı tərəf qarşılıqlı iddianı və cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmir. Eyni zamanda cavabdeh araşdırma zamanı izahatında 15 qoyun və 50 quzuların tələf olmasını, 15 quzunu satdığını etiraf etmişdir. Bu işin mübahisəsiz halıdır.
19. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxard ığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
20. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385, 386, 442, 752, 753, 755, 756, 777, 778, 779 və 1096-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 78, 119, 217, 218, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Qarşılıqlı iddiaçı Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayətdə qeyd olunmuşdur ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin əsaslandırıcı hissəsində şikayətimin dəlillərinə tam və obyektiv qiymət verilməyərək, yalnız bir neçə çümlə ilə (Qət: səh 11, bənd 57) səthi və qeyri-dəqiq əsaslandırma aparılmışdır.
24. Apellyasiya instansiya məhkəməsinin bu cür əsaslandırma aparmasından belə bir məntiqi nəticə hasil olur ki: İddiaçının heyvanlarına qulluq göstərilməsinə görə aylıq 500 manat xidmət haqqı müqabilində - iddiaçının həm 251 baş xırda buynuzlu heyvanını il boyu otarmalı, həm otarılan sahə üçün 4000 manat icarə haqqı ödəməlidir, həm heyvanların qış yem tədarükünü (ot və yem) öz hesabına təmin etməli, həm də hevanlarda xəstəliyə qarşı zəruri peyvəndləmə işləri ilə əlaqədar xərcləri öz hesabıma ödəməlidir. Bu nə dərəcədə doğru və məntiqi yanşmadır?
25. Göründüyü kimi, məhkəmənin qətnamədə apardığı yeganə əsaslandırma heç bir məntiqə və ədalətə sığmır, işin həqiqi halı ilə uzlaşmır və obyektivlikdən uzaqdır. Çünki, iş materiallarından və tərəflərin izahatından mübahisə olunmayan hal odur ki, heyvanlarara qulluq göstərilməsinə görə, iddiaçı ilə aylıq 500 manat xidmət haqqının, həmçinin Ağstafa rayon Çeyrançöl qış otlaq sahəsində heyvanların otarıldığı əraziyə görə 4000 manat icarə haqqının ilkin iddiaçı tərəfindən qarşılanması aralarında razılaşdırılmışdır. Bu hal mübahisə olunmur. Həmçinin, mübahisə olunmayan və eyni zamanda tərəfindən etiraf olunan hal odur ki, heyvanlara Ceyrançöldə qullu q etdiyi faktiki 9 ay ərzində iddiaçı tərəfidnən mənə 300 manat, 1000 manat və iddiaçının razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul - cəmi 4050 manat pul ona verilmişdir. Həmin puldan 4000 manat hissəni o, iddiaçı ilə əvvəlcədən razılaşdığı qaydada torpağın icarə haqqına görə ödəniş etmişdir. Nəticədə həmin puldan ona, cəmi 9 ay heyvanların otarması müqabilində 50 (əlli) manat pul qazanc qalmışdır. Qeyd olunan məbləğdən əlavə, iddiaçı tərəfindən ona hər-hansı əlavə məbləğin ödənilməsi iş mataeirllarında heç nə ilə təsdiq olunmur və bu hal mübahisəsizdir.
26. Bundan əlavə, nəzərə alsaq ki, qış ayları dövründə çöldə ot olmadığından, torpaq qar və buz ötüyünə büründüyündən (işdə foto şəkillərdə əks olunub) heyvanların əlavə qış yem tədarükünə ehtiyyac vard ır. Bu ehtiyyac, iddiaçıdan hər ay almalı olduğum, lakin indiyədək ala bilmədiyi aylıq 500 manat xidmət haqqı müqabilində tərəfindən qarşılana bilməz. Yəni, heyvanlara əlavə yem tədarükünü o etməli deyil və edə də bilməz. Çünki, onun işi, çoban olaraq ayıq 500 manat müqabilində heyvanları otarmaqdan ibarətdir. Halbuki, ona indiyədək iddiaçı tərəfindən onun heyvanlarının 9 ay boyünca otarılmasına görə xidmət haqqı verilməmişdir və ilkin iddiaçı ona borclu qalmışdır. Həmin borcu qarşılıqlı iddia ərizəsi ilə haqlı olaraq tələb etmişdir, lakin nədənsə, aşağı məhkəmələr bu iddianı qərəzli şəkildə təmin etməmişlər.
27. Beləliklə, iddiaçıya aid heyvanların faktiki olaraq 9 ay boyunca tərəfindən otarılmasına və qulluq göstərilməsinə rəğmən, iddiaçıdan indiyədək ala bilmədiyi aylıq 500 manat olmaql a cəmi 4500 manat (9 ay x 500 manat) xidmət haqqı müqabilində - həm qış yem tədarükünün, həm xəstəliyə qarşı peyvəndləmə xərclərinin, həm də heyvanarın otarıldığ əraziya görə 4000 manat icarə haqqının tərəfindən yox, məhz iddiaçı tərəfindən qarşılanmalı olmasına dair dəlilərimin apellyasiya instansiya məhkəməsi tətəfindən qətnamədə formal xarakder daşıması və inandırıcı sayılmaması kimi dəyərləndirilməsi, tam olaraq qərəzli yanaşmadır. Hesab edir ki, aşağı məhkəmələrin dəlillərimə bu cür qeyri obyektiv və qərəzli yanaşması qanunla yolverilməzdir və qətnamənin ləğvi üçün birbaşa əsasdır.
28. Bundan əlavə, digər vacib və diqqət çəkən məqam odur ki, həm birinci, həm də ki, apellyasiya instansiya məhkəmələrində aparılan araşdırmanın nəticəsi olaraq qətnamədə iddiaçının razılığı ilə tərəfindən satışı həyata keçirilmiş (bunu iddiaçı da etiraf edir) 15 baş quzunun əvəzinin onun hesabına ödənilməsi və bu halın qətnamədə əks olunması yolverilməzdir. Halbuki, qeyd etdiyi kimi, iddiaçının razılığı ilə satılan həmin 15 baş quzudan hasil olan 2750 manat pul zəruri xərclərə (otarılan sahəni icarə haqqına) tərəfindən yönəldilmişdir. Bu hal da, mübahisə olunmur. Belə olan halda, nədənsə aşağı məhkəmələr qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərilən halı nəzərə almamış və iddiaçının razılığı ilə satışı həyata keçirilən və və satışdan əldə olan pulun zəruri məsrəflərə sərf olunmasına rəğmən həmin satılmış 15 baş quzunun iddiaçıya qaytarılması onun üzərinə öhdəlik kimi qoyulmuşdur. Bütun bunla onu deməyə əsəs verir ki, qətnamə qanuni və əsaslı deyildir. Ona görə ki, hazırki mülki i ş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu hal iş üzrə xx.xx.2023-ci il tarixli qətnamənin ləğvi üçün əsasdır.
29. İşə mahiyyəti üzrə baxan həm birinci, həm də ki apellyasiya isntansiya məhkəmələri - işə bütünlüklə səthi yanaşmış, obyektiv və ədaləti araşdırma aparmadan yalnız ilkin iddiaçının birtrəfli mövqeyinə və heç bir mötəbər sübuta söykənməyən izahatlarına istinadən yanlış hüquqi nəticəyə gəlmişlər.
30. Kassasiya şikayətimin digər dəlili olndan ibarətdir ki, qətnamədə hevanların bazar qiyməti süni şəkildə şişirdilib və bu barədə iş materiallarında olan mütəxəssis rəyində əks olunan qiymət - mövcud reallıqla və işin halları ilə uzlaşmır.
31. Kassasiya şikayətinin hüquqi əsası kimi “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 № -li qərarına, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 8.1., 9.1., 14, 88 və 106.1., 217-ci maddələrinə istinad olunmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2
34. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən ç əkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Maddə 753.1. Sifarişçi podratçıya şər tləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
42. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
43. Maddə
755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
44. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
45. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
46. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət a lanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
47. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
48. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
49. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nə ticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Baxılan işdə İddiaçı bağladıqları müqavilənin Cavabdeh tərəfindən pozulmasına istinad edərək, 16 baş qoyun və 90 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 22.650,0 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdi r (§ 4-5).
60. Cavabdeh isə ilkin iddiaya etiraz edərək müqavilə öhdəliklərini pozduğuna görə 5.000 manat pulun İddiaçı alınıb ona verilməsini xahiş etmişdir (§ 6-7).
61. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə ilkin iddianın təmin edilmiş hissəsinə münasibətdə mövqelərini belə əsaslandırmışdır ki, Cavabdeh, Hafiz Heydərovdan təhvil aldığı 251 baş xırda buynuzlu heyvanların və bu heyvanlardan boğaz olan qoyunların doğacağı quzuların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürdüyündən, habelə o, həmin heyvanların içərisində boğaz olan qoyunların cəmi 160 baş quzu doğduğunu, bu heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olduğunu, 15 baş quzunu isə sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman aldığını etiraf e tdiyindən, 15 baş qoyun və 65 baş quzu (50+15=65) və ya onların dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitləri ondan alınaraq İddiaçı verilməlidir (§ 9).
62. Bununla belə, Cavabdeh bildirir ki, ilkin iddiaçının heyvanlarına qulluq göstərilməsinə görə aylıq 500 manat xidmət haqqının, otarılan sahə üçün 4000 manat icarə haqqının ödənilməsini razılaşdırmışlar və bu hal mübahisə olunmur.
63. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh aylıq 500 manat, habelə icra pulu kimi 4000 manat ödəməsi barədə razılaşmışlar, həmin öhdəlikləri tam icra etmişdir.
64. Cavabdeh dəlillərindən biri odur ki, ilkin iddiaçı ona 9 ay ərzində 300 manat, 1000 manat və sonuncunun razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul olmaqla, cəmi 4050 manat pul verilmişdir. Həmin puldan 4000 manat hissəni o, iddiaçı ilə əvvəlcədən razılaşdığı qaydada torpağın icarə haqqına sərf etmiş, ona ödənilən puldan 50 (əlli) manat qalmışdır. Qeyd olunan məbləğdən başqa ilkin iddiaçı tərəfindən ona hər-hansı əlavə məbləğin ödənilməsi iş mataeirlları ilə təsdiq olunmur.
65. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə ona verilməli olan ümumi məbləğin İddiaçı tərəfindən tam ödənilmədiyini bildirməklə sonuncunun öhdəliyini icra etmədiyinə istinad edir.
66. Bu hal ona dəlalət edir ki, müqavilə dəyərinin İddiaçı tərəfindən tam olaraq ödənilməsi tərəflər arasında mübahisəli olmuşdur. İşin mübahisə olunan halı isə sübutetmə qaydalarına uyğun şəkildə sübuta yetirilməlidir.
67. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etir azın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
68. Məhkəmə hansı halların s übuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür.
69. Belə ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 52).
70. Cavabdeh onu da qeyd edir ki, İddiaçı razılığı ilə satılmış 15 baş quzudan hasil olan 2750 manat pul zəruri xərclərə (otarılan sahəni icarə haqqına) yönəldildildiyi halda həmin məbləğin də qaytarılmasının öhdəlik kimi onun üzərinə qoyulması əsassız olmuşdur.
71. Məhkəmələr Samir Bayrmaovun qarşılıqlı iddia tələbini n əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini ümumi şəkildə qeyd etsələr də, yuxarıda qeyd edilən, habelə işin düzgün həlli üçün əhəmiyyəti olan digər mübahisəli hallar üzrə sübutetmə yükünün hansı tərəfin üzərində düşdüyünü, hansı sübutların təqdim və tədqiq edildiyini, gəlinən nəticənin nədən ibarət olduğunu, bunların qarşılıqlı iddianın, eləcə də ilkin iddianın təmin edilmiş hissəinə təsirini lazımi şəkildə əsaslandırmamışlar.
72. Halbuki, sadəcə işdəki sənədlərin məzmununun və qanunvericilik normalarının sadalandığı, mübahisəli hallara lazımi şəkildə qiymət vermədən iddianın həlli barədə ümumi bir qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunma dan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
73. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formala şdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
75. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlı qların məhkəmə müdafiəsi hüququnun və İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 33-34).
76. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
77. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və bütün dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməs i əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
78. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1193/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.