Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5302/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)3960/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova, iş 2(005)-757/2020) İddiaçı cavabdehlər “xxxx” MMC-yə qarşı (“xxxx” ASC, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmlak ın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi, hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə “xxxx” və “Ülviyyə-89” firması arasında bağlanmış xx xxxxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, “Ülviyyə-89” firmasından cəmi 107.858 manatın “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus №-li qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracdan satılması və əldə edilmiş vəsaitin hesabına kreditin ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar xx xxxx 2011-ci il tarixdə sonuncu hərrac keçirilmiş və “xxxx” MMC ilə “xxxx” ASC arasında həmin tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. 2019-cu ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın satışı ilə əlaqədar keçirilmiş hərracın vaxtı və yeri barədə ona məlumat verilməməsini, ipoteka predmetinin ilkin satış qiymətinin müəyy ən olunmamaqla “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbinin pozulmasını əsas göstərməklə əmlakın ekspert qiymətləndirilməsinin təyin edilməsi, hərrac protokolunun ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərinə cavab verilmədən qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Bankın vəkili kasasiya şikayəti il ə razılaşmayaraq rədd edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallar ından görünür ki, iddiaçı xx xxxx 2011-ci il tarixdə keçirilmiş hərracın nəticələrini 2019-cu ilin dekabr ayında mübahisələndirmişdir. Hərracın keçirilmə qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərcləri nin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, kollegiya hesab edir ki, əqdin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Qanunun 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün əsaslar olmadığından, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5302/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5302/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver