Məhkəmə qərarları › İş №2(102)-5304/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5304/2022

25.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5304/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-667/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə X2 arasında sonuncuya xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 25000 ABŞ dolları və 85000 manat məbləğində borc pul verilməsi barədə 25 avqust 2016cı il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə notariat qaydada təsdiqlənmişdir.

2. Həmin müqavilə üzrə öhdəliyin icra olunmasını təmin etmək üçün N.Abdurrəhmanova kreditor Cavabde h1la 25 avqust 2016-cı il tarixli notariat qaydada təsdiqlənmiş ipoteka müqaviləsi bağlayaraq, mülkiyyətində olan ünvan 1ində yerləşən 7,40 ha torpaq sahəsini ipotekaya qoymuş, ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə qeydiyyata alınaraq, RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

3. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə iddiaçının müraciəti əsasında Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən Cavabdeh1 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməsi barədə xx.xx.2018-ci il tarixli, 7E-4362 reyestr nömrəli icra qeydi verilmişdir.

4. İcra sənədi Zaqatala rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2018-ci il tarixdə daxil olmuş və icra məmurunun xx.xx.2019-cu il tarixli sifarişi əsasında hərracın keçirilməsi Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə (bundan sonra hərrac təşkilatçısı yazılacaq) həvalə edilmişdir.

5. Sonradan hərrac xx.xx.2019-cu il tarixə təyin olunmuş, ilkin satış qiyməti 125000 manat müəyyən edilmiş, bu barədə xx.xx.2019-cu il tarixli bildiriş yazılmışdır. Lakin hərrac icra məmurunun xx.xx.2019-cu il tarixli məktubu əsasında dayandırılmışdır (1-ci cild səh. 185).

6. Təkrar hərrac xx.xx.2020-ci il tarixə təyin olunmuş, ilkin satış qiyməti 125000 manat müəyyən edilmiş, bu barədə tərəflərə xx.xx.2020-ci il tarixli bildiriş yazılmışdır (1-ci cild səh. 186).

7. Hərrac təşkilatçısı tərəfindən ipoteka predmetinin satılması üçün hərracın keçirilməsi xx.xx.2020-ci i l tarixə təyin edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli bildiriş verilmiş, lakin xx.xx.2020-ci il tarixli protokolla hərrac dayandırılmışdır (1-ci cild səh. 187).

8. İcra məmurunun dəvət etdiyi qiymətləndiricinin xx.xx.2020-ci il tarixli rəyi ilə ipoteka predmetinin bazar qiyməti 210000 manat məbləğdə müəyyən edilmişdir.

9. İcra məmurunun xx.xx.2021-ci il tarixli sifarişi əsasında “X1 Mərkəzi” MMC tərəfindən ipoteka predmetinin satılması üçün hərrac xx.xx.2021-ci il tarixə təyin olunmuş, bu barədə tərəflərə xx.xx.2021-ci il tarixli bildiriş yazılmışdır (1-ci cild səh. 180).

10. Təkrar hərrac xx.xx.2021-ci il tarixə təyin olunmuş və tərəflərə bu barədə xx.xx.2021-ci tarixli bildiriş göndərilmiş, ipotekanın satış qiyməti 147000 manat müəyyən edilmişdir (1-ci cild səh. 181).

11. Hərrac təş kilatı Zaqatala rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 21 may 2021-ci il tarixli məktubunda bildirmişdir ki, alıcı olmadığına görə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsi və üzərində olan ferma satılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi yazılacaq) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ində yerləşən, ona məxsus 7.40 ha torpaq (DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən verilmiş seriya RX ******* saylı çıxarış) sahəsinə münasibətdə ipotekaya xitam veri lməsi və yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan torpaq sahəsi hərraca çıxarılmışdır. Lakin dəfələrlə hərracın keçirilməsinə dair hərracı keçirən "X1 mərkəzi" MMC tərəfindən ipoteka saxlayana, yəni Cavabdeh1 rəsmi iştirak təklifi göndərilsə də, nə üçüncü şəxslər, nə də Cavabdeh1 tərəfindən torpaq sahəsi alınmamışdır. Bununla da hərrac baş tutmamış sayılmışdır. Hazırda ona məxsus torpaq sahəsi yüklüdür, hərrac baş tutmamışdır. Hesab edir ki, ipotekaya xitam verilməlidir. İpoteka predmeti olan əmlakın açıq hərrac vasitəsi ilə satışının həyata keçirilməsi məqsədilə müvafiq sənədlər xx.xx.2021ci il tarixdə "X1 Mərkəzi” MMC-nə göndərilmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərraclar alıcı olmadığından baş tutmamış və müvafiq sənədlər "X1 Mərkəzi" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə geri qaytarılmışdır.

14. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-101/2022 nömrəli iş üzrə 4 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı iddia tələbi təmin edilərək, 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, cavabdeh X4 ilə İddiaçı arasında bağlanmış ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 7,4 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası ilə birlikdə ipoteka qoyulmasına dair 26 avqust 2016-cı il tarixli ipoteka müqaviləsinə xitam verilmiş, bununla əlaqədar DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 xeyrinə aparılmış həmin ipoteka predmeti yüklülükdən azad edilməsi qət edilmiş, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilmişdir.

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ipoteka predmeti olan ünvan 1ində yerləşən İddiaçı məxsus 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının (mal damı) açıq hərrac vasitəsi ilə satışı xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi”MMC tərəfindən “İpoteka Haqqında” Qanunun 42-ci maddəsinə uyğun təşkil edilmiş, lakin ipoteka predmeti ilkin hərracda satılmadığından və ilkin hərrac baş tutmadıqdan sonra i poteka saxlayan Cavabdeh1 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə əldə etmədiyindən xx.xx.2021-ci il tarixdə təkrar hərrac qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun təşkil edilmiş və keçirilmişdir. İpoteka predmeti təkrar hərracda da satılmamış və ipoteka saxlayan cavabdeh tərəfindən ipoteka predmeti olan İddiaçı məxsus 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binaları (mal damı) təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmamışdır.

16. Birinci instansiya məhkəməsinin qənaətinə görə xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 1ində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının açıq hərraclar vasitəsi ilə ilkin və təkrar təşkil edilmiş hərraclar vasitəsi ilə satılmadığından və ipoteka saxlayan Cavabdeh1 tərəfindən ilkin hərracdan sonra 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə, təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmadığından ipoteka qoyan İddiaçı xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin predmeti olan ünvan 1ində yerləşən özünün mülkiyyətində olan 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarına (mal damı) münasibətdə ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.2, 269.4, 270.1, 319.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanu nunun (bundan sonra-“İpoteka haqqında” Qanun) 10.1, 34.1.1, 42.1, 43.3, 43.4, 43.7-1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "X1 mərkəzi” MMC tərəfindən keçirilən hərracın baş tutmamasının səbəbi əmlakın hərrac qiymətinin həddindən artıq olmasıdır. Belə ki, ipoteka predmeti olan ünvanində yerləşən 7.40 ha torpaq sahəsi tərəflərin razılığı ilə 25 avqust 2016-cı ildə bağlanmış ipoteka müqaviləsində 125000 manat məbləğində qiymətləndirilmiş dir. Borclu İddiaçı müqavilə şərtlərinə əməl etməyərək borcunu ödəməmişdir. Buna görə də məhkəmənin qərarı ilə əmlakına yönəlmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışla, hüququ yüklü edilən şəxs İddiaçı məxsus ünvanində yerləşən 7,40 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası Cavabdeh1 xeyrinə yüklü edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, reyestrdə 7E-4362 nömrə ilə qeyd edilmiş icra qeydində Cavabdeh1 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmetinə tu tma yönəldilməlidir. "Sərraf-M” MMC-nin 019/20 nömrəli ekspert rəyində şişirdilmiş qiymət yazılaraq, ipoteka predmetinin xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 manat olduğu qeyd edilmişdir. Hətta, İddiaçı əmlakın 250000 manat olduğunu iddia edir. İddiaçı borcunu ödəməmək üçün belə süni maneələr yaradaraq hərracın baş tutmamasına səbəb olur. Yəni belə real olmayan şişirdilmiş qiymət qoyulduğu üçün hərrac baş tutmur. Belə olduqda isə, İddiaçı götürdüyü borcu ödəmir. Bundan başqa məhkəmə qətnamədə istinad etdiyi sənədlər içərisində iddiaçının özünün təqdim etdiyi xx.xx.2011-ci il tarixdə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən keçirilən hərracın nəticələrinə dair protokoldan görünür ki, iddiaçı özü həmin əmlakı cəmi 4440 manata almışdır. Hazırda isə özəl qiymətləndiricilərl ə əlbir olub əmlakın qiymətini real bazar dəyərindən 3 dəfə artıq qiymətə, özü aldığı qiymətdən isə 56 dəfə baha qiymətə yazdırıblar. Hakim isə bu hallara ümumiyyətlə qiymət verməmiş və nəzər yetirməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Apellyasiya məhkəməsi isə yazılı şəkildə verdikləri vəsatətə ümumiyyətlə münasibət bildirməmişdir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəm ədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə isə hazırlıq iclasının xx.xx.2021-ci il tarixdə yekunlaşmasına baxmayaraq xx.xx.2022-ci il tarixədək yəni qətnamə qəbul olunan gün belə sübutlar təqdim etmişdir.

20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-667/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), R.Rəfiyev və A.Mahmudov) ap ellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 3-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 3.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.

22. Həmin Qərarda əks olunmuş Konstitusiya Məhkəməsinin mövqeyinə görə, təkr ar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir.

23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, ipoteka predmeti olan qeyri-yaşayış binalarının (mal damı) açıq hərrac vasitəsi ilə satışı xx. xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC tərəfindən “İpoteka Haqqında” Qanunun 42-ci maddəsinə uyğun təşkil edilmiş, lakin ipoteka predmeti ilkin hərracda satılmadığından və ilkin hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan Cavabdeh1 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə əldə etmədiyindən xx.xx.2021-ci il tarixdə təkrar hərrac qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun təşkil edilmiş və keçirilmişdir. İpoteka predmeti təkrar hərrac vasitəsi ilə də satılmamış və ipoteka saxlayan tərəfindən ipoteka predmeti o təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmamışdır.

24. Cavabdeh ipoteka predmeti olan ünvanində yerləşən 7.40 ha torpaq sahəsinin məbləğinin çox olmasını hərracın baş tutmaması üçün əsas gətirsə də, k ollegiya hesab edir ki, bu səbəb deyil. Həmçinin apellyasiya şikayətinin dəlillərində apellyator torpaq sahəsinin qiymətinin şişirdilmiş olmasını və məhkəmənin şişirdilmiş qiymətin qəbul edilərək, ədalətsiz qərar qəbul etdiyini bildirmişdir. Lakin kollegiya qeyd edir ki, torpağın qiyməti iş materiallarında olan qiymətləndirici şirkətin təyin etdiyi qiymətdir və bu qiymət məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Həmçinin kollegiya qeyd edir ki, hazırki iş üzrə əmlakın qiyməti mübahisənin həll edilməsində heç bir rol oynamır.

25. Apellyasiya instansiyasının qənaətinə görə xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan qeyri-yaşayış binalarının açıq hərraclar vasitəsi ilə ilkin və təkrar təşkil edilmiş hərraclar vasitəsi ilə satılmadığından və ipoteka sa xlayan Cavabdeh1 tərəfindən ilkin hərracdan sonra 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə, təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmadığından İddiaçı xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin predmeti olan qeyri-yaşayış binalarına (mal damı) münasibətdə ipotekaya xitam verilməsini tələb etməkdə və birinci instansiya məhkəməsi isə iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 26.Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 27.Kassasiya şikayəti apellyasiya şikayətinin dəlill ərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

30. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

31. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

32. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

33. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya veri ldiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə 1.0.6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

35. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet sayt ında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

36. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

37. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərrac ın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.http://frameworks.eqanun.az/9/f_9902.html

38. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

39. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

40. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri və ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Qanunla tənzimlənir.

54. Verilmiş iddia tələbinin maddi-hüquqi əsasını “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, ipoteka saxla yan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

55. Bu qayda, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.

56. İşə baxmış məhkəmələr də tələbkarın təkrar hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipotekanı əldə etmədiyi müəyyən edilmiş və bu əsasla ipotekaya xitam verilmişdir.

57. Məhkəmələrin gəldiyi nəticə və əsaslandırma düzgündür. Çünki təkrar hərrac baş tutmadıqdan sonra 30 gün müdd ətində cavabdehin ipoteka predmetini əldə etməməsi işin mübahisə olunmayan halıdır.

58. Kassatorun ipoteka predmetinin satış qiyməti ilə bağlı dəlilləri qətnamənin ləğvinə əsas vermir. Çünki “İpoteka haqqında” 43.8-ci maddəsində müəyyən olunmuş dispozisiya şərtləri ipotekanın qiyməti ilə bağlı deyildir. Həmçinin cavabdeh qiymətin üç dəfə çox müəyyən edildiyini qeyd edir. Halbuki, cavabdeh ipoteka müqaviləsində hər hansı şərt qoymadan qiymətin 120000 manat müəyyən olunmasına razı olmuşdur.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Məhk əmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-667/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar