Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5308/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3496/2020 saylı qərardadından Ərizəçi kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2 019-cu il tarixli, 2(004)-7021/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.S.Məmmədov) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, ərizəçinin 1971-ci ildən 1973-cü ilədək Füzuli rayonu, “Rusiya” kolxozunda siravi kolxozçu, 1975-ci ildən 1993-cü ilin may ayınadək Füzuli rayonu, “Rusiya” kolxozunda sürücü, 1993-cü ilin may ayından 1999-cu ilədək “Azərittifaq”ın Füzuli rayonu, Horadiz Avtobazasının nəzdində sürücü işləməsi faktının müəyyən edilməsi qət edilib. Maraqlı şəxs qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3496/2020 saylı qərardadı ilə (hakimlər A. N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, ərizəçinin maraqlı şəxsə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilib. Ərizəçi qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəmədə maraqlı şəxsə qarşı ərizə verərək, onun 1971-ci ildən 1973-cü ilədək Füzuli rayonu, “Rusiya” kolxozunda siravi kolxozçu, 1975-ci ildən 1993-cü ilin may ayınadək Füzuli rayonu, “Rusiya” kolxozunda sürücü, 1993-cü ilin may ayından 1999-cu ilədək “Azərittifaq”ın Füzuli rayonu, Horadiz Avtobazasının nəzdində sürücü işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, ərizə üzrə mülki işin icraatına düzgün olmayaraq xitam verilib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin vəkili Yeganə Məmmədova izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qət naməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Ərizəçi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin vəkili Yeganə Məmmədovanın izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ərizəçi pensiya almaq üçün qanunla müəyyən edilmiş yaşa çatmayıb, tələb olunan ümumi iş stajına malik deyil, hüquqi fakt kimi tanınmasını istədiyi əmək stajı müddəti bütövlükdə və ya müvafiq sənədlərlə təsdiq edilən digər əmək stajı ilə birlikdə götürüldükdə belə ona pensiya təyin edilməsi üçün yetərli deyil. Eyni zamanda ərizəçinin sözügedən təşkilatlarda işləməsinə dair mülki iş materiallarında heç bir sübut yoxdur və ərizəçi həmin faktı yalnız şa hid ifadələri ilə təsdiq etməyə çalışır. Bu səbəbdən də ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 153.2.1, 261.0.1, 391-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, hazırda ərizəçi, 1971-ci ildən 1973-cü ilədək Füzuli rayonu, “Rusiya” kolxozunda siravi kolxozçu, 1975-ci ildən 1993-cü ilin may ayınadək Füzuli rayonu, “Rusiya” kolxozunda sürücü, 1993-cü ilin may ayından 1999-cu ilədək “Azərittifaq”ın Füzuli rayonu, H oradiz Avtobazasının nəzdində sürücü işləməsi faktının müəyyən edilməsini iddia edir. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddələrinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsində göstərilir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 261.0.1-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Maddənin mənasına görə, məhkəmə qeyd olunan əsasla iş üzrə icraata o, vaxt xitam verə bilər ki, işə məhkəmədə baxılmalı olmasın. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, hazır ki işə məhkəmədə baxılmalı olmaması əsasına görə işin icraatına xitam verməklə, əslində ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə qorunan hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə təminatı hüquqlarını pozub. Belə ki, həmin maddənin İ bəndində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsinin qərardadda istinad etdiyi digər, yəni ərizəçinin pensiya almaq üçün qanunla müəyyən edilmiş yaşa çatmaması, tələb olunan ümumi iş stajına malik olmaması, hüquqi fakt kimi tanınmasını istədiyi əmək stajı müddətinin bütövlükdə və ya müvafiq sənədlərlə təsdiq edilən digər əmək stajı ilə birlikdə götürüldükdə belə, ona pensiya təyin edilməsi üçün yetərli ol maması hallarına gəlincə isə, kasasiya instansiyası məhkəməsi hesab edir ki, həmin hallar işə məhkəmədə baxılmalı olmaması əsasına görə iş üzrə icraata xitam verilməsi üçün deyil, ərizənin rədd edilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki halla rını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhk əməsi QƏRARA ALDİ: Ərizəçi kasasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3496/2020 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5308/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5308/2020
24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver